-
Əvvəlki videoda 656-cı
ildə 3-cü xəlifə olan
-
Osmanın qətlə yetirilməsindən
sonra onun yerinə
-
Əlinin xəlifə olaraq seçilməsi
-
barədə danışmışdıq.
-
Yadımıza salaq ki, Şiələr
Əlinin Məhəmməd peyğəmbərin
-
ölümündən dərhal sonra
xəlifə seçilməli olduğuna inanırlar.
-
Həmçinin onlar Məhəmməd
peyğəmbərin niyyətinin də
-
bu cür olduğunu sübut etmək üçün
Xədir Xum hadisələrini misal gətirirlər.
-
Lakin Əli 656-cı ildə xəlifə seçildi.
-
Bu da ilk Fitnə adlanan
müsəlman müharibəsinin
-
başlamasına təkan verdi.
-
Çünki Osman Əməvilər sülaləsinin
dəstəkçisi idi.
-
Əməvilər sülaləsi Məhəmməd
-
peyğəmbərin sülaləsi olan Haşim
kimi onlar da Qureyş də adlanır.
-
Həmçinin Osmanın ailəsinin
üzvlərindən biri olan
-
Müaviyə xəlifə Ömərin vaxtından
Dəməşq valisi olmuşdur.
-
Osmanın qətlə yetirilməsi
onu çox məyus etmişdir.
-
Əli hakimiyyətə gəldikdə isə
Müaviyə düşünür ki,
-
o sui-qəsdçilərin ədalət qarşısında
cavab verməsi
-
üçün ciddi səy göstərmir.
-
Buna görə də o, xəlifə kimi Əliyə
-
tabe olmaqdan imtina edir.
Həmçinin qeyd etmək lazımdır ki,
-
Müaviyə artıq özünə əhəmiyyətli dərəcədə
-
hərbi qüvvə yaratmışdı və bu qüvvə
-
zamanla daha çox güclənirdi.
-
Bu da bir qədər gərginliyə səbəb olurdu.
-
Müaviyə Əlidən Osmanın
qatillərini ədalət qarşısına
-
çıxarmağını, artıq xəlifə olan
Əli isə Müaviyədən
-
ona tabe olmasını istəyirdi.
-
Onu da qeyd etmək lazımdır ki,
-
Əli xilafətin paytaxtını müasir
İraqda yerləşən Kufə
-
şəhərinə köçürmək qərarına gəlmişdi.
-
Bu periodda hadisələr çox gərgin şəkildə
-
cərəyan edərkən Aişə mövzuya daxil olacaq.
-
Əvvəlki videoda Aişə haqqında
-
məlumat vermişdik. O,
Məhəmməd peyğəmbərin həyat
-
yoldaşlarından biri olub, çox
erkən yaşda evlənmişdi. O, həmçinin
-
islam tarixində çox
güclü bir şəxsiyyət kimi tanınır.
-
Beləliklə, o, Əlini Osmanın qatillərini
-
ədalət qarşısına çıxarmağa razı
-
salmaq üçün bir orduya başçılıq edir.
-
Onlar müasir İraqda yerləşən Basra
şəhərində görüşürlər.
-
Onlar Əlinin nə etməli olduğu
ilə bağlı danışıqlara
-
davam edərkən rəvayətə görə,
Əlinin tərəfdaşları, bir qədər
-
qəti düşüncəli idilər və əslində
Müaviyə ilə Əli arasında
-
sülhün əldə olunmasını istəmirdilər.
-
Buna görə də hücuma keçdilər
-
və "Dəvələrin döyüşü" adlanan
-
şəkildə verilmiş döyüş baş
tutdu. Bu, Aişənin dəvəsinin
-
adından götürülmüşdür və
-
çox qanlı bir döyüşə çevrilmişdir.
-
Aişə həqiqətən də bu döyüşdəki
başçılardan biri idi.
-
Yenə qeyd edək ki, o, islamdakı
çox güclü şəxsiyyətlərdən
-
biridir. Lakin Əlinin qüvvələri
qalib olur və
-
Aişəni evinə göndərirlər.
-
Daha sonra da o, siyasi təqaüdə
-
çıxır hər şey nəticəsiz qalır.
-
Lakin bu hadisə daha sonra
Siffin döyüşünə təkan verir.
-
"Dəvələrin döyüşü" 656-cı ildə,
Siffin döyüşü isə
-
657-ci ildə baş vermişdir.
-
Həmçinin bu döyüşdə də
-
Əlinin tərəfində olan böyük bir ordu
ilə bu dəfə birbaşa Müaviyə və
-
onun ordusu Siffində görüşmüşdülər.
-
Bu dəfə də onlar təxminən 100
-
gündür döyüşmürdü,
yalnız danışıqlar aparırdı.
-
Lakin Əlinin daha güclü
tərəfdaşlarından bəziləri
-
Müaviyə ilə heç bir halda
sülh bağlamaq istəmirdi.
-
Ona görə də yenə Müaviyənin ordusuna
-
hücum etdilər və yenə çox
qanlı bir döyüş baş tutdu.
-
Əslində heç bir tərəf inkişaf
edən müsəlman cəmiyyətində
-
bu qədər qan tökülməsini istəmirdi.
-
Ona görə də son qərarın arbitrajda
verilməsi ilə razılaşırlar.
-
Baxdığımız mənbələrə
əsasən arbitrajda verilən
-
qərarda nə Əlinin, nə də
Müaviyənin xəlifə
-
olmaması, əsl xəlifənin müsəlman
-
cəmiyyəti arasında seçki yolu ilə
seçilməsinin lazım olduğu deyilirdi.
-
Əli bununla razılaşmadı.
Maraqlıdır ki, baxdığımız
-
mənbələrə əsasən müsəlman
müharibəsi ərzində
-
Siffin döyüşünü və Dəvələrin döyüşünü
qızışdıran eyni adamlar idi.
-
Lakin həmin adamlar artıq Əlinin
-
onları qoruya biləcəklərinə
və Əlinin onların ehtiyacı olan güclü
-
hökmdar olmasına olan inamını itirmişdi.
-
Buna görə də daha sonra onlar
-
Əlini qətlə getirmək qərarına gəldilər
və uğurlu da oldular.
-
Əlinin qətlə yetirilməsindən sonra
onun oğlu Həsən
-
rəsmi olaraq Kufədə yerləşən
-
xəlifə kimi hakimiyyətə gəlir.
Lakin burada çox güclü bir
-
başçı olan Müaviyə və onun
əhəmiyyətli dərəcədə böyük
-
hərbi qüvvəsinin Levanta nəzarət etməsini
-
və Suriyanın valisi olmasını
unutmaq olmaz.
-
Beləliklə, onlar müqavilə
-
bağlayırlar. Həsən
başa düşür ki,
-
Müaviyə ilə döyüşə biləcək
-
hərbi qüvvəyə malik deyil.
Çünki onun nəzarətində
-
olan torpaqlar ancaq
Kufə ətrafını əhatə edir.
-
Buna görə də o, Müaviyə ilə
-
müqavilə bağlayaraq xilafətin
nəzarətini Müaviyəyə verir.
-
Bu müqaviləyə görə Müaviyə
icazə verdiyi müddətcə
-
onun ölümündən sonra
növbəti xəlifə hər hansı bir növ
-
seçki əsasında müəyyən ediləcək.
Yəni növbəti hökmdarın islam dünyası
-
tərəfindən seçilməsinə icazə veriləcək.
-
Lakin daha sonra Həsən
-
vəzifədən uzaqlaşır və
40 yaşının ortalarında
-
vəfat edir. Bəzi mənbələrdə
onun qətlə yetirildiyi,
-
həyat yoldaşı tərəfindən zəhərləndiyi
deyilir. Əməvilər də onun
-
yaşamasını istəmirdi. Daha sonra 680-ci
ildə Müaviyə vəfat edir.
-
Müaviyə və Həsən arasındakı
müqaviləyə görə əslində
-
hər hansı bir növ seçki həyata
keçirilməli idi. Lakin Müaviyə
-
ölümündən əvvəl Yəzidi
-
davamçısı olaraq seçir.
-
Buna görə də Əlinin digər oğlu,
-
Həsənin kiçik qardaşı olan
Hüseyn qardaşının öldüyü bir
-
vaxtda onlara etiraz edərək
müqavilənin şərtlərinin
-
pozulduğunu deyir və
Yəzidə tabe olmur.
-
Həmin anda Kufədə bir qisim Hüseynə
-
dəstək olacağını deyir və o da
Kufəyə yola düşür.
-
Lakin o, ailəsi ilə yolda olarkən
-
Yəzid bundan xəbər alır və
-
onları dayandırmaq üçün
ordu göndərir. Yəzidin
-
niyyəti əslində, Hüseyni və
onun ailəsini ortadan
-
çıxarmaq idi ki, xilafətin
başqa qanuni varisi qalmasın.
-
Çünki bildiyimiz kimi Hüseyn
-
Məhəmməd peyğəmbərin nəslindən idi.
-
Daha sonra Yəzidin qüvvələrinin
Kərbəlada Hüseynin karvanının
-
qarşısını kəsməsi hadisəsi baş verir.
-
Bu hadisə Şiə məzhəbində
-
Kərbəla faciəsi adlanır.
Çünki Kərbəlada Hüseynin
-
ailəsi qətlə yetirilir.
-
Bəzi mənbələrdə deyilir ki,
Hüseynin 6 aylıq oğlunun
-
onunla birlikdə başı kəsilir və öldürülür.
-
Beləliklə, bu hadisə, Kərbəla faciəsi Şiə
məzhəbində unudulmaz
-
bir yerə sahib olur. Əvvəldə də
öyrəndiyimiz kimi, onlar Əlinin
-
ən başından xəlifə olmalı olduğuna
inanırdı. Lakin indi
-
Yəzid xəlifədir.
-
Şiə məzhəbinə görə o,
Məhəmməd peyğəmbərin
-
ailəsinin görkəmli bir üzvünü
-
çox qanlı bir şəkildə öldürən,
-
vicdansız bir xəlifə kimi görülür.
-
Hətta müasir dövrdə belə
Şiə məzhəbinin böyük
-
bir hissəsi Kərbəlada baş verən
hadisələri xatırlayaraq
-
yas tutur. Lakin bu, Sünni
məzhəbinin bir
-
hissəsi deyil. Sünni məzhəbinə
görə də bu, faciəvi
-
və bədbəxt bir hadisədir.
-
Lakin onlar bunu öz inanclarının
-
əhəmiyyətli bir hissəsi kimi görmürlər.
Şiə məzhəbində
-
Kərbəla döyüşü onların
öz dini inanclarında yas
-
tutduqları, həlledici hadisədir.
Onlar həm də
-
inanırlar ki, xalqa
Məhəmməd peyğəmbərin
-
nəslindən olan imamlar
rəhbərlik etməlidir.
-
Lakin sünnilər belə düşünmür.