Elə indi bu dəqiqə incəsənətlə məşğul olaq!
-
0:00 - 0:02Bu gün sizə "Elə indi bu dəqiqə
-
0:02 - 0:05incəsənətlə məşğul olaq!" çağırışı
haqda danışacam. -
0:05 - 0:08Adətən bu mövzuda danışmağa başlayanda
insanlar -
0:08 - 0:11təşvişə düşür, bu ideyaya qarşı çıxırlar.
-
0:11 - 0:14"İncəsənətlə qarın doymur, işimin bu
qədər çox vaxtında nə incəsənət? -
0:14 - 0:16Məktəbə də gedirəm axı, hələ iş də tapmalıyam.
-
0:16 - 0:18İşim çoxdur, axı uşaqları kursa da yazdırmaq
lazımdı. -
0:18 - 0:24Görüləsi bu qədər işin arasında elə bir incəsənətlə
məşğul olmağım çatışmır." deyə fikirləşirlər. -
0:24 - 0:27İncəsənətlə məşğul olamamaq üçün
o dəqiqə yüzlərlə bəhanə uydururuq. -
0:27 - 0:29Sizə də elə gəlmir?
-
0:29 - 0:31İncəsənətlə məşğul olmamaq üçün
çoxlu səbəblər tapırıq, -
0:31 - 0:33niyə məşğul olmalı olduğumuzdan isə
əmin deyilik. -
0:33 - 0:35İncəsənətlə məşğul olmamaq üçün bəhanələrimiz
-
0:35 - 0:39həddindən artıq çox, olmaq səbəbimiz isə yoxdur.
-
0:39 - 0:43Görəsən nəyə görə heç kəs artist olmaq
haqda danışmaq istəmir? -
0:43 - 0:47Bəlkə də bu insanların çoxu artist
olmaq üçün xüsusi istedada -
0:47 - 0:52malik olmağın, yaxud xüsusi təhsilin
lazım olduğunu düşündüyünə görədir. -
0:52 - 0:57Burada əyləşən insanların çoxu da, artist olmaq üçün
yaşlarının keçdiyini düşünə bilərlər. -
0:57 - 1:01Çox adam bu cür düşünsə də, mən
bu fikirlərlərlə razılaşmıram. -
1:01 - 1:04Və niyə razılaşmadığım haqda danışmaq istəyirəm.
-
1:04 - 1:05Birincisi, biz hamımız sənətçi olaraq
dünyaya gəlirik. -
1:05 - 1:09Yəqin ki evdə uşağı olanlar bilər.
-
1:09 - 1:13Uşaqların bütün hərəkətləri incəsənətdir.
-
1:13 - 1:16Divara rəngli karandaşla şəkil çəkmək,
-
1:16 - 1:19televizorda musiqi səslənən kimi
özlərinin kəşf etdiyi -
1:19 - 1:23rəqsləri ifa etmək kimi hərəkətlərin hamısı.
-
1:23 - 1:28Qəribə rəqs və mahnıları ilə hamını bezdirirlər.
-
1:28 - 1:32Ancaq öz uşağı olduğuna görə
"artistliklərinə" dözən -
1:32 - 1:37ev sakinləri də tez-tez uşaqların
yorucu olduğundan -
1:37 - 1:41şikayətlənirlər.
-
1:41 - 1:44Evin içində öz-özlərinə oynamaqlarını da
-
1:44 - 1:47incəsənət sahəsi - mono-tamaşa
adlandırmaq olar. -
1:47 - 1:50Bəzi uşaqlar da azca böyüyən kimi
-
1:50 - 1:52yalan danışmağa başlayırlar.
-
1:52 - 1:57Analar xüsusilə uşaqlarının ilk yalan danışdığı anı
yaxşı xatırlayır, elə də -
1:57 - 1:59xoş qarşılamırlar.
-
1:59 - 2:02"Axır ki uşağın əsl üzünü gördük, hə!"
"Atan kimi yalan -
2:02 - 2:05danışa-danışa axırın necə olacaq?" Deyinərək,
uşaqları tənbeh edirlər. -
2:05 - 2:07Əslində isə uşaqların
-
2:07 - 2:13yalan danışmağa başlaması bədii ədəbiyyata
başlaması deməkdir. (Gülüş) -
2:13 - 2:15Bu, gözlə görə bilmədikləri şeylər
haqda danışmaqlarıdır. -
2:15 - 2:17Qeyri-adi, bir o qədər də sevindirici haldır.
-
2:17 - 2:19Valideyinlər həmin anı bayram etməlidirlər.
(Gülüş) (Alqış) -
2:19 - 2:23"Bizim uşaq da axır ki yalan danışmağa başladı!"
-
2:23 - 2:26- deyib bayram etməlidirlər.
-
2:26 - 2:29Misal üçün uşaqları "Ana, bugün bağçadan evə gələndə
yadplanetli gördüm!" -
2:29 - 2:33deyəndə analar, "Boş-boş danışma." deyib
tənbeh edirlər. -
2:33 - 2:37Ancaq ideal valideyn belə cavab verməlidir:
-
2:37 - 2:40"Hə? Yadplanetli? Nəyə oxşuyurdu?
Sənə nəsə dedi? -
2:40 - 2:42Harda gördün?" "Mağazanın qabağında?"
-
2:42 - 2:44Uşaqlarla belə söhbət etməyə davam edəndə
uşaqlar əvvəl -
2:44 - 2:51elə-belə dedikləri yalanın davamını gətirməyə
məcbur olurlar. -
2:51 - 2:53Beləcə söhbət uzanıb hekayəyə çevrilir.
-
2:53 - 2:57Bir az primitiv hekayə olsa da,
-
2:57 - 3:01bir cümləni əsas götürüb başqa cümlə yaratmaq,
-
3:01 - 3:05bütün əsl yazıçıların da yazı üsuludur.
-
3:05 - 3:07Mahiyyətcə hər ikisi eyni işdir.
-
3:07 - 3:10Rolan Bart bir dəfə Floberin romanı haqda
belə bir fikir bildirib: -
3:10 - 3:13"Flober əsər yazmayıb, sadəcə bir cümləni
-
3:13 - 3:16digərinin ardına düzüb.
-
3:16 - 3:20Floberin əsərinin məğzi isə həmin cümlələr
arasındakı Erosdur." -
3:20 - 3:23Və düz də deyib. Ədəbi əsər - birinci cümləni
yazıb, -
3:23 - 3:27o cümləyə zidd olmayan digər cümlələri
-
3:27 - 3:28yazmaqdır.
-
3:28 - 3:30Bu üsulla davam edərək bədii əsər yaranır.
-
3:30 - 3:32Bu cümləyə baxaq. (Cümlə): "Bir gün
-
3:32 - 3:34iztirablı yuxudan oyanan Qreqor Samsa, uzandığı yataqda
çirkin iri böcəyə döndüyünü dərk edir." -
3:34 - 3:37Bəli, Kafkanın "Metamorfoz" əsərinin ilk cümləsidir.
-
3:37 - 3:40Yola verməyin çətin olduğu belə bir cümlənin
davamını (Gülüş) -
3:40 - 3:42gətirə bilmək üçün də bütün bir kitab yazıb.
-
3:42 - 3:47Beləliklə müasir ədəbiyyatın şah əsəri sayılan
"Metamorfoz" yaranıb. -
3:47 - 3:50Bu cümləni yazıb, atasına göstərmiyib.
-
3:50 - 3:52Atası ilə arası elə də yaxşı deyilmiş.
-
3:52 - 3:56Özü cümlənin davamını gətirməyə çalışıb.
Atasına göstərsəydi, -
3:56 - 3:59atası yəqin, "Oğlum axır ki başını itirdi."
deyərdi. -
3:59 - 4:01Əslində incəsənət bir qədər də
dəli olmağı tələb edir. -
4:01 - 4:03İkinci addım cümlələrin davamını gətirməkdir ki,
-
4:03 - 4:06bu da uşaqların yalan danışmağından çox da
-
4:06 - 4:08fərqlənmir.
-
4:08 - 4:11Yalan danışmaq - uşaqların yaradıcılığa
doğru ilk addımlarıdır. -
4:11 - 4:14Uşaqlar bu yolla incəsənətlə məşğul olurlar.
-
4:14 - 4:15Yorulmaq bilmədən etdiklərindən də
zövq alırlar. -
4:15 - 4:17Bir neçə gün əvvəl Cecu adasında idim,
-
4:17 - 4:22Uşaqlar boş buraxılan kimi su ilə oynayırdılar,
uşaqların çoxu suyu xoşlayır. -
4:22 - 4:25Ancaq bəziləri sahildə oynayır, qumdan qala düzəldirdilər.
-
4:25 - 4:27Gah dağ, gah dəniz, dəniz yox təbii...
-
4:27 - 4:31gah adam, gah da it heykəli düzəldirdilər.
-
4:31 - 4:32Valideyinlər də hey
-
4:32 - 4:34"Dalğa gəlib hamısını yuyub aparacaq."
-
4:34 - 4:36deyib uşaqları yayındırmağa çalışırdılar.
-
4:36 - 4:37Boşuna vaxt itirmək olsa da
-
4:37 - 4:39uşaqlar buna fikir vermirdilər.
-
4:39 - 4:40Etdiklərindən zövq alırdılar.
-
4:40 - 4:42Bütün vaxtı qumun içində idilər.
-
4:42 - 4:45Belə oyunları da kimsə dediyinə görə etmirlər.
-
4:45 - 4:46İş yerində müdirin əmri də deyil,
-
4:46 - 4:49ancaq özləri üçün edirlər.
-
4:49 - 4:55Yəqin ki, hamımızın uşaqlıqda belə primitiv
incəsənətdən -
4:55 - 4:59zövq aldığımız olub. Bəzən tələbələrimə ən xoşbəxt uşaqlıq xatirəniz haqda yazın - deyirəm.
-
4:59 - 5:05Uşaqların çoxu bu primitiv sənət əsərləri haqda
danışmağı sevirlər. -
5:05 - 5:08Piano çalmağı öyrənib etdikləri ilk ifaları, məsələn.
-
5:08 - 5:13Dostu ilə birlikdə oynadığı ilk qısa səhnəcik,
necə utanmaqları... -
5:13 - 5:16Yaxud analoq kamera ilə çəkib
çap etdiyi ilk şəkil... -
5:16 - 5:18Belə yaradıcılıqlarından danışmağı sevirlər.
-
5:18 - 5:21Hamının belə anları olduğuna inanıram.
-
5:21 - 5:23Bu mərhələyə qədər incəsənət xoşbəxtlik gətirir.
-
5:23 - 5:24Bu, kiminsə əmr etdiyi iş olmadığına görədir.
-
5:24 - 5:27İş isə elə də sevinc gətirən bir peşə deyil.
-
5:27 - 5:30Fransız yazıçı Mişel Turnenin bir məhşur
ifadəsi var. -
5:30 - 5:32Bir az mübahisəli ifadə olsa da:
-
5:32 - 5:37"İş insanın təbiətinə ziddir. İş görərkən yorulmağımız da
bunun sübutudur." Düz demiyib sizcə? (Gülüş) -
5:37 - 5:38Təbiidirsə, axı insan niyə yorulur?
-
5:38 - 5:40Nə qədər gəzib kef etsək də yorulmuruq.
-
5:40 - 5:41Bütün günü olsa belə.
-
5:41 - 5:44Bircə gecə davamlı işlədikdə isə əlavə pul alırıq.
-
5:44 - 5:47Niyə? Təbii ki, çətin olduğuna görə.
-
5:47 - 5:51Uşaqlar isə zövq almaq və əylənmək üçün
incəsənətlə məşğul olurlar. -
5:51 - 5:54Şəkilləri satmaq üçün çəkmir, ailələrini
dolandırmaq -
5:54 - 5:57üçün pianino çalmırlar.
-
5:57 - 6:00Bütün uşaqlar bunu pulsuz edir - demək də düz olmaz.
-
6:00 - 6:01Bu şəxsi tanıdınız, hə?
-
6:01 - 6:05Bu, ailəsini dolandıra bilmək üçün
Avropanı gəzib -
6:05 - 6:07konsertlər vermiş Volfqanq Amadey Motsartdır.
-
6:07 - 6:10Bu uşaq isə bir neçə əsr əvvəl yaşadığından, əsas fikrimə
istinad olaraq qəbul edək. -
6:10 - 6:14Hansısa bir yaşdan sonra isə sevimli
oyunumuz olan incəsənət sona çatır. -
6:14 - 6:18Uşaqlar kursa, dərsə getməli olur, ev tapşırığı etməli,
-
6:18 - 6:21pianino, balet kimi dərslərə də
getməli olurlar. -
6:21 - 6:23Ancaq hamısı maraqsız olur.
-
6:23 - 6:26Etməli olduqları və başqaları ilə rəqabət aparmalı
olduqlarına görədir. -
6:26 - 6:32İbtidai sinifdə oxuya-oxuya evdə divarları yazsa,
-
6:32 - 6:36uşaq anası tərəfindən yaxşıca məzəmmət olunar.
-
6:36 - 6:40Ancaq bu tərəf də deyil.
-
6:40 - 6:42Yaş artıb incəsənətlə məşğul olduqda özümüz də
-
6:42 - 6:46bizi kiminsə yoxladığı hissinə qapılırıq.
-
6:46 - 6:52Yaradıcılığımız məhdudlanır, daimi
hərəkətlərimizə nəzarət etməli oluruq. -
6:52 - 6:58Bu da mənim hekayəm: 8-ci sinifdə oxuyurdum. Kyonqbuk sarayında rəsm yarışına getmişdik.
-
6:58 - 7:01Ürəkdən rəsim çəkirdim.
-
7:01 - 7:05Bu zaman müəllimim yaxınlaşıb,
"Neyniyirsən sən?" soruşdu. -
7:05 - 7:06"Ürəyimdən keçəni çəkirəm."
-
7:06 - 7:08"Bəs niyə tünd rənglər işlədirsən?"
-
7:08 - 7:11Rəsmimi ancaq tünd rənglə boyayırdım.
-
7:11 - 7:14Mən də cavab verdim,
-
7:14 - 7:17"Qaranlıq gecədə ağaca qonan qarğa çəkirəm."
-
7:17 - 7:18Müəllimim də,
-
7:18 - 7:23"Hə düz deyirsən, şəkil çəkmək bacarığın
olmasa da -
7:23 - 7:26hekayə danışmaqda yaxşısan." desəydi nə vardı ki.
-
7:26 - 7:29"Bir bura gəl." deyib (Gülüş)
-
7:29 - 7:30"Tez çıx bura!" qışqırıb
-
7:30 - 7:33"Burda sarayı, sarayın bağçasını çəkmək
-
7:33 - 7:35əvəzinə təkcə qara quş çəkirsən?" deyə-deyə
-
7:35 - 7:37mənimlə birlikdə bayıra çıxdı.
-
7:37 - 7:39Şagirdlərin içində qızlar da çox idi,
-
7:39 - 7:41bir sözlə, biabır olmuşdum.
-
7:41 - 7:45Uşaq vaxtı belə tənbeh, nəsihətlərin heç birindən
nəticə çıxarmadığıma görə -
7:45 - 7:48tez-tez danlanırdım.
-
7:48 - 7:53İdeal müəllim olsaydı, indicə dediyim kimi,
-
7:53 - 7:55"Şəkil çəkmək bacarığın olmasa da,
-
7:55 - 7:59yaxşı hekayə yaratmaq bacarığın var"
deyib məni ruhlandırardı. -
7:59 - 8:02Ancaq belə müəllimlər çox az tapılır.
-
8:02 - 8:05Sonralar universitetə başlayıb müasir
Avropa muzeylərinə -
8:05 - 8:07gedəndə, o hadisəni ədalətsizlik
olaraq qəbul etdim. -
8:07 - 8:12Orda belə şəkillər də var idi. (Gülüş) (Alqış)
-
8:12 - 8:17Mən cəza olaraq şəklim ağzımda sarayın
önündə durarkən, -
8:17 - 8:22belə şəkillər Basel kimi muzeylərdə asılır.
-
8:22 - 8:25Bax, bu adicə divar kağızına oxşayır.
-
8:25 - 8:27Sonralar öyrənirəm ki, müasir incəsənətçilər
-
8:27 - 8:31bu kimi əsərlərini mənim kimi təsvir də etmirlər.
-
8:31 - 8:34Çoxu da "adsız"dırlar (untitled).
-
8:34 - 8:37Qısası 20-ci əsr müasir incəsənət deyilən şey,
-
8:37 - 8:43qəribə bir şey düzəldib, boşluğu izah
etmək və mülahizələrlə -
8:43 - 8:44doldurmaqdan ibarətdir.
-
8:44 - 8:47Mənim səviyyəm çox aşağı da olsa,
-
8:47 - 8:50bir az daha tanınmış nümunələrə baxaq;
-
8:50 - 8:53Bu əsər Pablo Pikassonundur,
-
8:53 - 8:59velosipedin oturacağı ilə rolunu birləşdirib,
"öküz başı" adlandırıb. -
8:59 - 9:03Başqa bir nümunə; Düşan, çanağı
-
9:03 - 9:05belə yerləşdirib, "Fəvvarə" adlandırıb.
-
9:05 - 9:09Bu misallarda olduğu kimi, müasir incəsənət qəribə
-
9:09 - 9:13nə isə yaradıb, ona hekayə ilə həyat
qazandırmaqdan ibarətdir. -
9:13 - 9:15Pikasso belə deyib:
-
9:15 - 9:19"Mən gördüyümü deyil, düşündüyümü
çəkirəm." -
9:19 - 9:22Bunu o vaxt bilsəydim, bağçanı çəkməyimin
-
9:22 - 9:26şərt olmadığını müəllimə deyərdim.
-
9:26 - 9:29Bədbəxtlikdən, incəsənətin qoruyucularına
qarşı qoyub, -
9:29 - 9:35savaşmağa başlamazdan əvvəl içimizdəki
yaradıcı uşaq ölür. -
9:35 - 9:36Bu uşaq özünə qapanır,
-
9:36 - 9:38bu da bizim faciəmizdir.
-
9:38 - 9:43Bu içimizdəki yaradıcı uşaq yox olanda
necə olur? -
9:43 - 9:44Arzularımız tam da yox olmur.
-
9:44 - 9:47Özümüzü ifadə etmək, göstərmək istəyirik,
-
9:47 - 9:53ancaq içimizdəki ölü sənətkar özünü ancaq
qaranlıqda göstərir. -
9:53 - 9:55Belələri karaokedə "She is Gone",
-
9:55 - 9:58"Hotel California" oxuyur,
-
9:58 - 10:00xəlayı gitarlarını çalırlar.
-
10:00 - 10:03Çox pis oxuyurlar, həqiqətən.
-
10:03 - 10:05Bir gecəlik roker olurlar.
-
10:05 - 10:07Ya da klublarda rəqs edir,
-
10:07 - 10:11hekayə yazacaq insanların gecə
-
10:11 - 10:14səhərə qədər internetdə
-
10:14 - 10:17qaranlıq yerlərdə yazıları çıxır.
-
10:17 - 10:21Ya da uşaqlarıyla oynayarkən özü oyuna qapılan
atalar var. -
10:21 - 10:24Uşaqları ilə Leqo bloku, robot modeli düzəldirlər. (Gülüş)
-
10:24 - 10:26"Sakit otur, mən düzəldərəm."deyirlər,
-
10:26 - 10:27uşaqlar həvəsdən düşüb başqa oyuna
başlasalar da, -
10:27 - 10:31ataları təkcə qala tikir.
-
10:31 - 10:36İçimizdəki yaratmaq hissi məhdudlanır,
amma yox olmur. -
10:36 - 10:40Çox vaxt bu hiss neqativ formada, qibtə halında üzə çıxır.
-
10:40 - 10:45Bilirsiniz də, "Məni televizorda göstərsəydilər gözəl olardı."
kimi mahnı var. -
10:45 - 10:49Niyə gözəl olardı? Çünki televizorda bizim etmək,
-
10:49 - 10:51olmaq istədiyimiz, ancaq ola bilmədiyimiz
adamlar çox olur. -
10:51 - 10:57Mahnı oxuyur, rəqs edir, rollar ifa edir
və buna görə alqışlanırlar da. -
10:57 - 11:00Buna görə də, onlara qibtə edirik.
-
11:00 - 11:04Pultu götürüb, deyinməyə başlayırıq.
-
11:04 - 11:10"Buna aktyorluq deyirsən? Belə oxumaq olar? Səsi yoxdu bunun."
-
11:10 - 11:12Belə ifadələr işlədirik.
-
11:12 - 11:15İçimizdəki qısqanclıq bəd əməlimiz deyil,
-
11:15 - 11:20mənim fikrimcə, içimizdə qapalı qalmış
-
11:20 - 11:23yaradıcı uşağın varlığındandır.
-
11:23 - 11:25Bəs nə etməli?
-
11:25 - 11:26İndi deyim:
-
11:26 - 11:29Bu dəqiqə öz yaradıcılığımızı işə salmalıyıq.
-
11:29 - 11:30Televizoru söndürüb,
-
11:30 - 11:32internetdən çıxıb,
-
11:32 - 11:35nəyəsə başlamaq lazımdır.
-
11:35 - 11:37Teatr məktəbində dərs deyərkən
-
11:37 - 11:40mən keçməsəm də teatr elmi adlı
bir dərs var idi. -
11:40 - 11:44Bu dərsi götürən hər tələbə bir pyes hazırlamalı idi.
-
11:44 - 11:48Ancaq yaxşı rol ifa etmək bacarığı olana rol verilmirdi.
-
11:48 - 11:50O, misal üçün, dramaturq olurdu. Dramaturq olaraq
-
11:50 - 11:53məktəbə başlayana isə səhnə dekorasiyası tapşırılır,
-
11:53 - 11:55birlikdə tamaşa ərsəyə gəlirdi.
-
11:55 - 11:59Əvvəl tələbələr edə biləcəklərindən əmin olmasalar da,
-
11:59 - 12:03vaxt keçdikcə bu işi sevirdilər. Tamaşa tapşırığını sevməyən adam demək olar görməmişəm.
-
12:03 - 12:07Məktəb, ordu, hətta dispanserlərdə də bu tapşırıq
sevinclə qarşılanır. -
12:07 - 12:12Əsgərlikdə olarkən, ondan sonra da bir neçə yerdə
buna şahid olmuşam. -
12:12 - 12:15Mənim başıma da belə bir iş gəlib:
-
12:15 - 12:19Yazıçılıq dərsində tələbələrə bir tapşırıq vermişdim.
-
12:19 - 12:25Tələbələrin çoxunun ixtisası yazıçılıq deyildi.
-
12:25 - 12:29Ən çox rəssam ya da musiqi ixtisaslı tələbələr var idi.
Yazıçılıqda özlərinə inamları isə yox idi. -
12:29 - 12:33Buna görə, ağ kağızı paylayıb belə tapşırıq verdim:
-
12:33 - 12:35Asan bir mövzuda, məsələn, uşaqlıqda
-
12:35 - 12:37ən pis xatirəniz haqda yazın - deyirdim.
-
12:37 - 12:41Ancaq dəli kimi yazın deyirdim, ağlınıza gələni.
-
12:41 - 12:44Partaların arası ilə gəzir,
-
12:44 - 12:48onları ruhlandırırdım, "Tez olun, yazın." Bir-iki saat
beləcə yazırdılar. -
12:48 - 12:51Əvvəl 5 dəqiqə fikirləşib sonra hey yazırdılar.
-
12:51 - 12:54Belə dəli kimi yazmalarını istəməkdə səbəbim,
-
12:54 - 12:57yavaş-yavaş yazanda çox fikirləşmələridir,
-
12:57 - 12:59artistin şeytan üzü ortaya çıxır.
-
12:59 - 13:03Bu şeytan yazmamağımız üçün
-
13:03 - 13:06yüzlərlə səbəb ortaya atır, bizə
-
13:06 - 13:09"Başqalarınə gülüş yeri olacaqsan.
Bu yazdığın yazı deyil. -
13:09 - 13:11Cümlədi bu? Xəttinə bax!"
-
13:11 - 13:12kimi şeylər deyir.
-
13:12 - 13:15Bu şeytan bizə çatmamış tez-tez yazmalıyıq.
-
13:15 - 13:19Gördüyüm ən yaxşı yazılar, vaxt azadlığı verdiyim
-
13:19 - 13:21tapşırıqların içindən deyil, 40 dəqiqə ya bir saat içində
-
13:21 - 13:25qarşımda əyləşib qələmlə yazılmış
-
13:25 - 13:28yazıların içindən çıxırdı.
-
13:28 - 13:30Uşaqlar trans halında olurlar.
-
13:30 - 13:3530-40 dəqiqədən sonra nə yazdıqlarını bilmirlər.
-
13:35 - 13:38Bu anlarda arxalarınca düşən şeytan
onlardan əl çəkir. -
13:38 - 13:39Belə nəticəyə gəlirəm:
-
13:39 - 13:43Sənətkar olmamağımız üçün yüzlərlə səbəb deyil,
-
13:43 - 13:48bircə özümüzün olmalı olduğumuz səbəbi bizi sənətkar edir.
-
13:48 - 13:49Ola bilməmək səbəblərimiz önəmli deyil.
-
13:49 - 13:52Sənətkarların çoxu ancaq bu bircə səbəbdən
sənətkar olublar. -
13:52 - 13:56İndicə içimizdəki şeytana qarşı çıxıb sənətimizə
başlamağın vaxtıdır. -
13:56 - 13:58Düşmənlərimiz də bu anda ortaya çıxır.
-
13:58 - 14:01Çoxu valideynlərimiz cildinə girirlər. (Gülüş)
-
14:01 - 14:04Ya da həyat yoldaşımızın cildinə.
-
14:04 - 14:06Onlar sizin ailəniz, həyat yoldaşınız deyil.
-
14:06 - 14:09Onlar şeytanlardır. (Gülüş)
-
14:09 - 14:11Qısa müddətlik göydən yerə eniblər ki,
-
14:11 - 14:15bizi incəsənətlə məşğul olmaqdan yayındırsınlar.
-
14:15 - 14:17Onların sehrli sualları var.
-
14:17 - 14:23Biz "Aktyorluğu öyrənmək istəyirəm, teatr
məktəbinə yazılmaq istəyirəm," yaxud -
14:23 - 14:28"İtalyan mahnıları öyrənmək istəyirəm."deyəndə
"Hə, teatr? Onunla neyləyəcəksən ki?" -
14:28 - 14:31sualını verirlər. Bu "Onunla neyləyəcəksən ki?"
sehrli sualıdır. -
14:31 - 14:35Ancaq incəsənət nəsə etmək üçün
edilən bir şey deyil. -
14:35 - 14:37İncəsənət maraqdan yaranır.
-
14:37 - 14:41O bizim ruhumuzu azad edib, xoşbəxt
yaşamağımıza gətirib çıxarır. -
14:41 - 14:47İçki və narkotik maddəsiz xoşbəxt olub,
özümüzü ifadə etməyimizə kömək edir. -
14:47 - 14:51Buna görə də, praqmatik insanların bu sualına
-
14:51 - 14:54aydın cavab vermək lazımdır.
-
14:54 - 14:58"Xoşuma gəldiyi, maraqlı olduğuna görə edirəm. Bağışla ki,
maraqlanıram." -
14:58 - 15:02"Mən birinci başlayacam." deməyi bacaran
insan olmaq lazımdır. -
15:02 - 15:07Mənim arzuladığım gələcək, hamının ən azından
-
15:07 - 15:11bircə sahədə yaradıcı olacağı bir gələcəkdir.
-
15:11 - 15:14Nyu Yorkda taksiyə minmişdim. Arxa oturacaqda
oturmuşdum. -
15:14 - 15:18Taksinin ön oturacağında teatrla bağlı
nə isə yazı asılmışdı. -
15:18 - 15:19Nə olduğunu soruşdum.
-
15:19 - 15:23Sürücü, öz profilimdir - dedi. "Sən nəçisən ki?" sualıma,
aktyoram - deyə cavab verdi. -
15:23 - 15:27Sürücü olsa da teatrda aktyorluq edirdi. "Hansı rolu oynayırsan?"
-
15:27 - 15:29soruşanda fəxrlə "Kral Lir." deyə cavab verdi.
-
15:29 - 15:30"Kral Lir"
-
15:30 - 15:32"Kim deyə bilər ki, mən kiməm?" Kral Lir pyesindən məşhur cümlədir.
-
15:32 - 15:35Mən də belə dünya arzulayıram.
-
15:35 - 15:39Kimsə günorta qolfla məşğuldur, gecələrisə yazıçıdır.
-
15:39 - 15:42Yaxud həm taksiçi, həm aktyordur,
həm bank işçisi, həm rəssamdır. -
15:42 - 15:47Gizli ya açıq-aşkar, öz sənətləri ilə məşğuldurlar.
-
15:47 - 15:521990-ci ildə modern rəqs əfsanəsi Marta Qraham
Koreyaya gəldi. -
15:52 - 15:5890 yaşlarındakı böyük sənətkar Kimpo Hava
limanına çatanda, -
15:58 - 16:01bir jurnalist ona tipik bir sual verdi:
-
16:01 - 16:04"Böyük rəqqas olmaq üçün nə etmək lazımdır?
-
16:04 - 16:06Koreyalı rəqqaslara məsləhətiniz nədir?"
-
16:06 - 16:11Şəklin çəkildiyi 48-ci ildə artıq dahi sənətkar sayılan şəxsə
-
16:11 - 16:1390-ci ildə belə bir sual verdi.
-
16:13 - 16:16O da belə cavab verdi:
-
16:16 - 16:20"Just do it."[Sadəcə et.](Gülüş)
-
16:20 - 16:22Təsirli cavab idi.
-
16:22 - 16:26Bu üç sözü deyib, gəliş zalını tərk etdi.
-
16:26 - 16:29İndi bizə lazım olan nədir?
-
16:29 - 16:33Elə bu dəqiqə incəsənətlə məşğul olmaq. Necə?
-
16:33 - 16:34Just do it.
-
16:34 - 16:35Çox sağ olun.
-
16:35 - 16:37(Alqış)
- Title:
- Elə indi bu dəqiqə incəsənətlə məşğul olaq!
- Speaker:
- Young-ha Kim
- Description:
-
Niyə daha əylənə bilmir, yaradıcı ola bilmirik? Yaradıcı və valehedici nitqi ilə məşhur Koreyalı yazıçı Young-ha Kim məşhur sənətkarların həyatından nümunələr gətirməklə içimizdəki daimi əylənməyi sevən yaradıcı uşağı oyatmağa çalışır. (TEDxSeoul-da qeydə alınmışdır.)
- Video Language:
- Korean
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 16:57
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Musa Afandiyev edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Musa Afandiyev edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Musa Afandiyev edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Musa Afandiyev edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! | ||
Musa Afandiyev edited Azerbaijani subtitles for 김영하: 예술가가 되자, 지금 당장! |