WEBVTT 00:00:00.201 --> 00:00:01.893 Bu gün sizə "Elə indi bu dəqiqə 00:00:01.893 --> 00:00:05.101 incəsənətlə məşğul olaq!" çağırışı haqda danışacam. 00:00:05.101 --> 00:00:08.158 Adətən bu mövzuda danışmağa başlayanda insanlar 00:00:08.158 --> 00:00:10.784 təşvişə düşür, bu ideyaya qarşı çıxırlar. 00:00:10.784 --> 00:00:13.778 "İncəsənətlə qarın doymur, işimin bu qədər çox vaxtında nə incəsənət? 00:00:13.778 --> 00:00:16.154 Məktəbə də gedirəm axı, hələ iş də tapmalıyam. 00:00:16.154 --> 00:00:18.441 İşim çoxdur, axı uşaqları kursa da yazdırmaq lazımdı. 00:00:18.441 --> 00:00:23.976 Görüləsi bu qədər işin arasında elə bir incəsənətlə məşğul olmağım çatışmır." deyə fikirləşirlər. 00:00:23.976 --> 00:00:27.437 İncəsənətlə məşğul olamamaq üçün o dəqiqə yüzlərlə bəhanə uydururuq. 00:00:27.437 --> 00:00:28.992 Sizə də elə gəlmir? NOTE Paragraph 00:00:28.992 --> 00:00:30.815 İncəsənətlə məşğul olmamaq üçün çoxlu səbəblər tapırıq, 00:00:30.815 --> 00:00:33.375 niyə məşğul olmalı olduğumuzdan isə əmin deyilik. 00:00:33.375 --> 00:00:35.068 İncəsənətlə məşğul olmamaq üçün bəhanələrimiz 00:00:35.068 --> 00:00:38.971 həddindən artıq çox, olmaq səbəbimiz isə yoxdur. 00:00:38.971 --> 00:00:43.346 Görəsən nəyə görə heç kəs artist olmaq haqda danışmaq istəmir? 00:00:43.346 --> 00:00:47.214 Bəlkə də bu insanların çoxu artist olmaq üçün xüsusi istedada 00:00:47.214 --> 00:00:52.266 malik olmağın, yaxud xüsusi təhsilin lazım olduğunu düşündüyünə görədir. 00:00:52.266 --> 00:00:56.609 Burada əyləşən insanların çoxu da, artist olmaq üçün yaşlarının keçdiyini düşünə bilərlər. 00:00:56.609 --> 00:01:01.227 Çox adam bu cür düşünsə də, mən bu fikirlərlərlə razılaşmıram. 00:01:01.227 --> 00:01:03.696 Və niyə razılaşmadığım haqda danışmaq istəyirəm. 00:01:03.696 --> 00:01:05.498 Birincisi, biz hamımız sənətçi olaraq dünyaya gəlirik. NOTE Paragraph 00:01:05.498 --> 00:01:08.542 Yəqin ki evdə uşağı olanlar bilər. 00:01:08.542 --> 00:01:13.427 Uşaqların bütün hərəkətləri incəsənətdir. 00:01:13.427 --> 00:01:16.005 Divara rəngli karandaşla şəkil çəkmək, 00:01:16.005 --> 00:01:19.157 televizorda musiqi səslənən kimi özlərinin kəşf etdiyi 00:01:19.157 --> 00:01:23.015 rəqsləri ifa etmək kimi hərəkətlərin hamısı. 00:01:23.015 --> 00:01:28.301 Qəribə rəqs və mahnıları ilə hamını bezdirirlər. 00:01:28.301 --> 00:01:32.275 Ancaq öz uşağı olduğuna görə "artistliklərinə" dözən 00:01:32.275 --> 00:01:37.472 ev sakinləri də tez-tez uşaqların yorucu olduğundan 00:01:37.472 --> 00:01:40.751 şikayətlənirlər. NOTE Paragraph 00:01:40.751 --> 00:01:43.906 Evin içində öz-özlərinə oynamaqlarını da 00:01:43.906 --> 00:01:47.452 incəsənət sahəsi - mono-tamaşa adlandırmaq olar. 00:01:47.452 --> 00:01:50.131 Bəzi uşaqlar da azca böyüyən kimi 00:01:50.131 --> 00:01:52.151 yalan danışmağa başlayırlar. 00:01:52.151 --> 00:01:57.242 Analar xüsusilə uşaqlarının ilk yalan danışdığı anı yaxşı xatırlayır, elə də 00:01:57.242 --> 00:01:58.587 xoş qarşılamırlar. 00:01:58.587 --> 00:02:02.155 "Axır ki uşağın əsl üzünü gördük, hə!" "Atan kimi yalan 00:02:02.155 --> 00:02:05.361 danışa-danışa axırın necə olacaq?" Deyinərək, uşaqları tənbeh edirlər. NOTE Paragraph 00:02:05.361 --> 00:02:06.932 Əslində isə uşaqların 00:02:06.932 --> 00:02:13.152 yalan danışmağa başlaması bədii ədəbiyyata başlaması deməkdir. (Gülüş) 00:02:13.152 --> 00:02:15.340 Bu, gözlə görə bilmədikləri şeylər haqda danışmaqlarıdır. 00:02:15.340 --> 00:02:17.131 Qeyri-adi, bir o qədər də sevindirici haldır. 00:02:17.131 --> 00:02:19.198 Valideyinlər həmin anı bayram etməlidirlər. (Gülüş) (Alqış) 00:02:19.198 --> 00:02:23.355 "Bizim uşaq da axır ki yalan danışmağa başladı!" 00:02:23.355 --> 00:02:25.584 - deyib bayram etməlidirlər. 00:02:25.584 --> 00:02:28.973 Misal üçün uşaqları "Ana, bugün bağçadan evə gələndə yadplanetli gördüm!" 00:02:28.973 --> 00:02:33.424 deyəndə analar, "Boş-boş danışma." deyib tənbeh edirlər. 00:02:33.424 --> 00:02:37.040 Ancaq ideal valideyn belə cavab verməlidir: 00:02:37.040 --> 00:02:40.112 "Hə? Yadplanetli? Nəyə oxşuyurdu? Sənə nəsə dedi? 00:02:40.112 --> 00:02:41.816 Harda gördün?" "Mağazanın qabağında?" NOTE Paragraph 00:02:41.816 --> 00:02:44.138 Uşaqlarla belə söhbət etməyə davam edəndə uşaqlar əvvəl 00:02:44.138 --> 00:02:50.513 elə-belə dedikləri yalanın davamını gətirməyə məcbur olurlar. 00:02:50.513 --> 00:02:52.677 Beləcə söhbət uzanıb hekayəyə çevrilir. 00:02:52.677 --> 00:02:57.154 Bir az primitiv hekayə olsa da, 00:02:57.154 --> 00:03:00.970 bir cümləni əsas götürüb başqa cümlə yaratmaq, 00:03:00.970 --> 00:03:05.038 bütün əsl yazıçıların da yazı üsuludur. 00:03:05.038 --> 00:03:07.417 Mahiyyətcə hər ikisi eyni işdir. 00:03:07.417 --> 00:03:10.103 Rolan Bart bir dəfə Floberin romanı haqda belə bir fikir bildirib: 00:03:10.103 --> 00:03:12.709 "Flober əsər yazmayıb, sadəcə bir cümləni 00:03:12.709 --> 00:03:15.714 digərinin ardına düzüb. 00:03:15.714 --> 00:03:20.441 Floberin əsərinin məğzi isə həmin cümlələr arasındakı Erosdur." 00:03:20.441 --> 00:03:23.224 Və düz də deyib. Ədəbi əsər - birinci cümləni yazıb, 00:03:23.224 --> 00:03:26.683 o cümləyə zidd olmayan digər cümlələri 00:03:26.683 --> 00:03:28.388 yazmaqdır. 00:03:28.388 --> 00:03:29.897 Bu üsulla davam edərək bədii əsər yaranır. NOTE Paragraph 00:03:29.897 --> 00:03:31.963 Bu cümləyə baxaq. (Cümlə): "Bir gün 00:03:31.963 --> 00:03:34.430 iztirablı yuxudan oyanan Qreqor Samsa, uzandığı yataqda çirkin iri böcəyə döndüyünü dərk edir." 00:03:34.430 --> 00:03:36.876 Bəli, Kafkanın "Metamorfoz" əsərinin ilk cümləsidir. 00:03:36.876 --> 00:03:40.044 Yola verməyin çətin olduğu belə bir cümlənin davamını (Gülüş) 00:03:40.044 --> 00:03:42.492 gətirə bilmək üçün də bütün bir kitab yazıb. 00:03:42.492 --> 00:03:46.921 Beləliklə müasir ədəbiyyatın şah əsəri sayılan "Metamorfoz" yaranıb. 00:03:46.921 --> 00:03:49.670 Bu cümləni yazıb, atasına göstərmiyib. 00:03:49.670 --> 00:03:51.994 Atası ilə arası elə də yaxşı deyilmiş. 00:03:51.994 --> 00:03:55.790 Özü cümlənin davamını gətirməyə çalışıb. Atasına göstərsəydi, 00:03:55.790 --> 00:03:59.053 atası yəqin, "Oğlum axır ki başını itirdi." deyərdi. NOTE Paragraph 00:03:59.053 --> 00:04:00.965 Əslində incəsənət bir qədər də dəli olmağı tələb edir. 00:04:00.965 --> 00:04:03.212 İkinci addım cümlələrin davamını gətirməkdir ki, 00:04:03.212 --> 00:04:06.473 bu da uşaqların yalan danışmağından çox da 00:04:06.473 --> 00:04:08.004 fərqlənmir. 00:04:08.004 --> 00:04:11.130 Yalan danışmaq - uşaqların yaradıcılığa doğru ilk addımlarıdır. 00:04:11.130 --> 00:04:13.691 Uşaqlar bu yolla incəsənətlə məşğul olurlar. 00:04:13.691 --> 00:04:15.116 Yorulmaq bilmədən etdiklərindən də zövq alırlar. 00:04:15.116 --> 00:04:16.877 Bir neçə gün əvvəl Cecu adasında idim, 00:04:16.877 --> 00:04:21.989 Uşaqlar boş buraxılan kimi su ilə oynayırdılar, uşaqların çoxu suyu xoşlayır. 00:04:21.989 --> 00:04:24.896 Ancaq bəziləri sahildə oynayır, qumdan qala düzəldirdilər. 00:04:24.896 --> 00:04:27.140 Gah dağ, gah dəniz, dəniz yox təbii... 00:04:27.140 --> 00:04:31.087 gah adam, gah da it heykəli düzəldirdilər. 00:04:31.087 --> 00:04:32.500 Valideyinlər də hey 00:04:32.500 --> 00:04:34.263 "Dalğa gəlib hamısını yuyub aparacaq." 00:04:34.263 --> 00:04:36.085 deyib uşaqları yayındırmağa çalışırdılar. 00:04:36.085 --> 00:04:37.229 Boşuna vaxt itirmək olsa da 00:04:37.229 --> 00:04:39.095 uşaqlar buna fikir vermirdilər. 00:04:39.095 --> 00:04:40.266 Etdiklərindən zövq alırdılar. 00:04:40.266 --> 00:04:42.432 Bütün vaxtı qumun içində idilər. 00:04:42.432 --> 00:04:44.698 Belə oyunları da kimsə dediyinə görə etmirlər. 00:04:44.698 --> 00:04:46.294 İş yerində müdirin əmri də deyil, 00:04:46.294 --> 00:04:49.219 ancaq özləri üçün edirlər. NOTE Paragraph 00:04:49.219 --> 00:04:54.615 Yəqin ki, hamımızın uşaqlıqda belə primitiv incəsənətdən 00:04:54.615 --> 00:04:58.977 zövq aldığımız olub. Bəzən tələbələrimə ən xoşbəxt uşaqlıq xatirəniz haqda yazın - deyirəm. 00:04:58.977 --> 00:05:04.901 Uşaqların çoxu bu primitiv sənət əsərləri haqda danışmağı sevirlər. 00:05:04.901 --> 00:05:07.656 Piano çalmağı öyrənib etdikləri ilk ifaları, məsələn. 00:05:07.656 --> 00:05:12.672 Dostu ilə birlikdə oynadığı ilk qısa səhnəcik, necə utanmaqları... 00:05:12.672 --> 00:05:16.023 Yaxud analoq kamera ilə çəkib çap etdiyi ilk şəkil... 00:05:16.023 --> 00:05:18.346 Belə yaradıcılıqlarından danışmağı sevirlər. 00:05:18.346 --> 00:05:20.611 Hamının belə anları olduğuna inanıram. 00:05:20.611 --> 00:05:22.544 Bu mərhələyə qədər incəsənət xoşbəxtlik gətirir. 00:05:22.544 --> 00:05:24.221 Bu, kiminsə əmr etdiyi iş olmadığına görədir. 00:05:24.221 --> 00:05:26.754 İş isə elə də sevinc gətirən bir peşə deyil. NOTE Paragraph 00:05:26.754 --> 00:05:29.855 Fransız yazıçı Mişel Turnenin bir məhşur ifadəsi var. 00:05:29.855 --> 00:05:31.545 Bir az mübahisəli ifadə olsa da: 00:05:31.545 --> 00:05:36.517 "İş insanın təbiətinə ziddir. İş görərkən yorulmağımız da bunun sübutudur." Düz demiyib sizcə? (Gülüş) 00:05:36.517 --> 00:05:38.002 Təbiidirsə, axı insan niyə yorulur? 00:05:38.002 --> 00:05:39.663 Nə qədər gəzib kef etsək də yorulmuruq. 00:05:39.663 --> 00:05:41.098 Bütün günü olsa belə. 00:05:41.098 --> 00:05:43.531 Bircə gecə davamlı işlədikdə isə əlavə pul alırıq. 00:05:43.531 --> 00:05:46.815 Niyə? Təbii ki, çətin olduğuna görə. 00:05:46.815 --> 00:05:51.497 Uşaqlar isə zövq almaq və əylənmək üçün incəsənətlə məşğul olurlar. 00:05:51.497 --> 00:05:54.231 Şəkilləri satmaq üçün çəkmir, ailələrini dolandırmaq 00:05:54.231 --> 00:05:57.256 üçün pianino çalmırlar. 00:05:57.256 --> 00:06:00.032 Bütün uşaqlar bunu pulsuz edir - demək də düz olmaz. 00:06:00.032 --> 00:06:01.334 Bu şəxsi tanıdınız, hə? 00:06:01.334 --> 00:06:05.420 Bu, ailəsini dolandıra bilmək üçün Avropanı gəzib 00:06:05.420 --> 00:06:07.310 konsertlər vermiş Volfqanq Amadey Motsartdır. 00:06:07.310 --> 00:06:10.273 Bu uşaq isə bir neçə əsr əvvəl yaşadığından, əsas fikrimə istinad olaraq qəbul edək. 00:06:10.273 --> 00:06:14.138 Hansısa bir yaşdan sonra isə sevimli oyunumuz olan incəsənət sona çatır. 00:06:14.138 --> 00:06:17.528 Uşaqlar kursa, dərsə getməli olur, ev tapşırığı etməli, 00:06:17.528 --> 00:06:21.046 pianino, balet kimi dərslərə də getməli olurlar. 00:06:21.046 --> 00:06:22.815 Ancaq hamısı maraqsız olur. 00:06:22.815 --> 00:06:26.147 Etməli olduqları və başqaları ilə rəqabət aparmalı olduqlarına görədir. 00:06:26.147 --> 00:06:31.739 İbtidai sinifdə oxuya-oxuya evdə divarları yazsa, 00:06:31.739 --> 00:06:35.654 uşaq anası tərəfindən yaxşıca məzəmmət olunar. 00:06:35.654 --> 00:06:39.521 Ancaq bu tərəf də deyil. 00:06:39.521 --> 00:06:42.101 Yaş artıb incəsənətlə məşğul olduqda özümüz də 00:06:42.101 --> 00:06:45.769 bizi kiminsə yoxladığı hissinə qapılırıq. 00:06:45.769 --> 00:06:51.824 Yaradıcılığımız məhdudlanır, daimi hərəkətlərimizə nəzarət etməli oluruq. NOTE Paragraph 00:06:51.824 --> 00:06:58.011 Bu da mənim hekayəm: 8-ci sinifdə oxuyurdum. Kyonqbuk sarayında rəsm yarışına getmişdik. 00:06:58.011 --> 00:07:00.918 Ürəkdən rəsim çəkirdim. 00:07:00.918 --> 00:07:04.506 Bu zaman müəllimim yaxınlaşıb, "Neyniyirsən sən?" soruşdu. 00:07:04.506 --> 00:07:06.320 "Ürəyimdən keçəni çəkirəm." 00:07:06.320 --> 00:07:08.223 "Bəs niyə tünd rənglər işlədirsən?" 00:07:08.223 --> 00:07:10.603 Rəsmimi ancaq tünd rənglə boyayırdım. 00:07:10.603 --> 00:07:13.672 Mən də cavab verdim, 00:07:13.672 --> 00:07:16.919 "Qaranlıq gecədə ağaca qonan qarğa çəkirəm." 00:07:16.919 --> 00:07:17.917 Müəllimim də, 00:07:17.917 --> 00:07:23.239 "Hə düz deyirsən, şəkil çəkmək bacarığın olmasa da 00:07:23.239 --> 00:07:25.974 hekayə danışmaqda yaxşısan." desəydi nə vardı ki. 00:07:25.974 --> 00:07:28.742 "Bir bura gəl." deyib (Gülüş) 00:07:28.742 --> 00:07:30.346 "Tez çıx bura!" qışqırıb 00:07:30.346 --> 00:07:33.028 "Burda sarayı, sarayın bağçasını çəkmək 00:07:33.028 --> 00:07:35.463 əvəzinə təkcə qara quş çəkirsən?" deyə-deyə 00:07:35.463 --> 00:07:37.147 mənimlə birlikdə bayıra çıxdı. 00:07:37.147 --> 00:07:39.167 Şagirdlərin içində qızlar da çox idi, 00:07:39.167 --> 00:07:40.718 bir sözlə, biabır olmuşdum. NOTE Paragraph 00:07:40.718 --> 00:07:45.170 Uşaq vaxtı belə tənbeh, nəsihətlərin heç birindən nəticə çıxarmadığıma görə 00:07:45.170 --> 00:07:48.383 tez-tez danlanırdım. 00:07:48.383 --> 00:07:52.901 İdeal müəllim olsaydı, indicə dediyim kimi, 00:07:52.901 --> 00:07:55.214 "Şəkil çəkmək bacarığın olmasa da, 00:07:55.214 --> 00:07:58.589 yaxşı hekayə yaratmaq bacarığın var" deyib məni ruhlandırardı. 00:07:58.589 --> 00:08:02.041 Ancaq belə müəllimlər çox az tapılır. 00:08:02.041 --> 00:08:05.004 Sonralar universitetə başlayıb müasir Avropa muzeylərinə 00:08:05.004 --> 00:08:06.905 gedəndə, o hadisəni ədalətsizlik olaraq qəbul etdim. 00:08:06.905 --> 00:08:12.303 Orda belə şəkillər də var idi. (Gülüş) (Alqış) NOTE Paragraph 00:08:12.303 --> 00:08:16.628 Mən cəza olaraq şəklim ağzımda sarayın önündə durarkən, 00:08:16.628 --> 00:08:22.021 belə şəkillər Basel kimi muzeylərdə asılır. 00:08:22.021 --> 00:08:25.027 Bax, bu adicə divar kağızına oxşayır. 00:08:25.027 --> 00:08:26.943 Sonralar öyrənirəm ki, müasir incəsənətçilər 00:08:26.943 --> 00:08:30.888 bu kimi əsərlərini mənim kimi təsvir də etmirlər. 00:08:30.888 --> 00:08:34.221 Çoxu da "adsız"dırlar (untitled). 00:08:34.221 --> 00:08:37.322 Qısası 20-ci əsr müasir incəsənət deyilən şey, 00:08:37.322 --> 00:08:42.691 qəribə bir şey düzəldib, boşluğu izah etmək və mülahizələrlə 00:08:42.691 --> 00:08:44.170 doldurmaqdan ibarətdir. 00:08:44.170 --> 00:08:46.918 Mənim səviyyəm çox aşağı da olsa, 00:08:46.918 --> 00:08:50.207 bir az daha tanınmış nümunələrə baxaq; NOTE Paragraph 00:08:50.207 --> 00:08:52.808 Bu əsər Pablo Pikassonundur, 00:08:52.808 --> 00:08:58.609 velosipedin oturacağı ilə rolunu birləşdirib, "öküz başı" adlandırıb. 00:08:58.609 --> 00:09:03.253 Başqa bir nümunə; Düşan, çanağı 00:09:03.253 --> 00:09:04.847 belə yerləşdirib, "Fəvvarə" adlandırıb. 00:09:04.847 --> 00:09:09.297 Bu misallarda olduğu kimi, müasir incəsənət qəribə 00:09:09.297 --> 00:09:13.424 nə isə yaradıb, ona hekayə ilə həyat qazandırmaqdan ibarətdir. 00:09:13.424 --> 00:09:14.812 Pikasso belə deyib: 00:09:14.812 --> 00:09:18.989 "Mən gördüyümü deyil, düşündüyümü çəkirəm." 00:09:18.989 --> 00:09:21.506 Bunu o vaxt bilsəydim, bağçanı çəkməyimin 00:09:21.506 --> 00:09:25.577 şərt olmadığını müəllimə deyərdim. 00:09:25.577 --> 00:09:29.379 Bədbəxtlikdən, incəsənətin qoruyucularına qarşı qoyub, 00:09:29.379 --> 00:09:34.866 savaşmağa başlamazdan əvvəl içimizdəki yaradıcı uşaq ölür. 00:09:34.866 --> 00:09:36.471 Bu uşaq özünə qapanır, 00:09:36.471 --> 00:09:37.554 bu da bizim faciəmizdir. NOTE Paragraph 00:09:37.554 --> 00:09:42.814 Bu içimizdəki yaradıcı uşaq yox olanda necə olur? 00:09:42.814 --> 00:09:44.197 Arzularımız tam da yox olmur. 00:09:44.197 --> 00:09:47.294 Özümüzü ifadə etmək, göstərmək istəyirik, 00:09:47.294 --> 00:09:52.532 ancaq içimizdəki ölü sənətkar özünü ancaq qaranlıqda göstərir. 00:09:52.532 --> 00:09:55.499 Belələri karaokedə "She is Gone", 00:09:55.499 --> 00:09:58.041 "Hotel California" oxuyur, 00:09:58.041 --> 00:10:00.361 xəlayı gitarlarını çalırlar. 00:10:00.361 --> 00:10:02.603 Çox pis oxuyurlar, həqiqətən. 00:10:02.603 --> 00:10:05.082 Bir gecəlik roker olurlar. 00:10:05.082 --> 00:10:07.155 Ya da klublarda rəqs edir, 00:10:07.155 --> 00:10:10.557 hekayə yazacaq insanların gecə 00:10:10.557 --> 00:10:13.567 səhərə qədər internetdə 00:10:13.567 --> 00:10:16.962 qaranlıq yerlərdə yazıları çıxır. NOTE Paragraph 00:10:16.962 --> 00:10:20.915 Ya da uşaqlarıyla oynayarkən özü oyuna qapılan atalar var. 00:10:20.915 --> 00:10:23.900 Uşaqları ilə Leqo bloku, robot modeli düzəldirlər. (Gülüş) 00:10:23.900 --> 00:10:25.633 "Sakit otur, mən düzəldərəm."deyirlər, 00:10:25.633 --> 00:10:27.268 uşaqlar həvəsdən düşüb başqa oyuna başlasalar da, 00:10:27.268 --> 00:10:31.277 ataları təkcə qala tikir. 00:10:31.277 --> 00:10:35.755 İçimizdəki yaratmaq hissi məhdudlanır, amma yox olmur. 00:10:35.755 --> 00:10:39.547 Çox vaxt bu hiss neqativ formada, qibtə halında üzə çıxır. 00:10:39.547 --> 00:10:44.841 Bilirsiniz də, "Məni televizorda göstərsəydilər gözəl olardı." kimi mahnı var. 00:10:44.841 --> 00:10:48.669 Niyə gözəl olardı? Çünki televizorda bizim etmək, 00:10:48.669 --> 00:10:50.609 olmaq istədiyimiz, ancaq ola bilmədiyimiz adamlar çox olur. 00:10:50.609 --> 00:10:56.738 Mahnı oxuyur, rəqs edir, rollar ifa edir və buna görə alqışlanırlar da. 00:10:56.738 --> 00:10:59.888 Buna görə də, onlara qibtə edirik. 00:10:59.888 --> 00:11:03.982 Pultu götürüb, deyinməyə başlayırıq. 00:11:03.982 --> 00:11:09.835 "Buna aktyorluq deyirsən? Belə oxumaq olar? Səsi yoxdu bunun." 00:11:09.835 --> 00:11:12.125 Belə ifadələr işlədirik. 00:11:12.125 --> 00:11:15.068 İçimizdəki qısqanclıq bəd əməlimiz deyil, 00:11:15.068 --> 00:11:19.605 mənim fikrimcə, içimizdə qapalı qalmış 00:11:19.605 --> 00:11:23.191 yaradıcı uşağın varlığındandır. NOTE Paragraph 00:11:23.191 --> 00:11:25.029 Bəs nə etməli? 00:11:25.029 --> 00:11:25.806 İndi deyim: 00:11:25.806 --> 00:11:29.000 Bu dəqiqə öz yaradıcılığımızı işə salmalıyıq. 00:11:29.000 --> 00:11:30.009 Televizoru söndürüb, 00:11:30.009 --> 00:11:32.458 internetdən çıxıb, 00:11:32.458 --> 00:11:35.158 nəyəsə başlamaq lazımdır. 00:11:35.158 --> 00:11:36.893 Teatr məktəbində dərs deyərkən 00:11:36.893 --> 00:11:39.627 mən keçməsəm də teatr elmi adlı bir dərs var idi. 00:11:39.627 --> 00:11:43.817 Bu dərsi götürən hər tələbə bir pyes hazırlamalı idi. 00:11:43.817 --> 00:11:47.929 Ancaq yaxşı rol ifa etmək bacarığı olana rol verilmirdi. 00:11:47.929 --> 00:11:49.949 O, misal üçün, dramaturq olurdu. Dramaturq olaraq 00:11:49.949 --> 00:11:52.673 məktəbə başlayana isə səhnə dekorasiyası tapşırılır, 00:11:52.673 --> 00:11:54.969 birlikdə tamaşa ərsəyə gəlirdi. 00:11:54.984 --> 00:11:58.732 Əvvəl tələbələr edə biləcəklərindən əmin olmasalar da, 00:11:58.732 --> 00:12:03.295 vaxt keçdikcə bu işi sevirdilər. Tamaşa tapşırığını sevməyən adam demək olar görməmişəm. 00:12:03.295 --> 00:12:07.457 Məktəb, ordu, hətta dispanserlərdə də bu tapşırıq sevinclə qarşılanır. 00:12:07.457 --> 00:12:12.353 Əsgərlikdə olarkən, ondan sonra da bir neçə yerdə buna şahid olmuşam. NOTE Paragraph 00:12:12.353 --> 00:12:15.285 Mənim başıma da belə bir iş gəlib: 00:12:15.285 --> 00:12:18.919 Yazıçılıq dərsində tələbələrə bir tapşırıq vermişdim. 00:12:18.919 --> 00:12:24.819 Tələbələrin çoxunun ixtisası yazıçılıq deyildi. 00:12:24.819 --> 00:12:29.396 Ən çox rəssam ya da musiqi ixtisaslı tələbələr var idi. Yazıçılıqda özlərinə inamları isə yox idi. 00:12:29.396 --> 00:12:33.123 Buna görə, ağ kağızı paylayıb belə tapşırıq verdim: 00:12:33.123 --> 00:12:34.737 Asan bir mövzuda, məsələn, uşaqlıqda 00:12:34.737 --> 00:12:37.251 ən pis xatirəniz haqda yazın - deyirdim. 00:12:37.251 --> 00:12:41.164 Ancaq dəli kimi yazın deyirdim, ağlınıza gələni. 00:12:41.164 --> 00:12:43.897 Partaların arası ilə gəzir, 00:12:43.897 --> 00:12:47.641 onları ruhlandırırdım, "Tez olun, yazın." Bir-iki saat beləcə yazırdılar. 00:12:47.641 --> 00:12:50.849 Əvvəl 5 dəqiqə fikirləşib sonra hey yazırdılar. NOTE Paragraph 00:12:50.849 --> 00:12:54.071 Belə dəli kimi yazmalarını istəməkdə səbəbim, 00:12:54.071 --> 00:12:56.829 yavaş-yavaş yazanda çox fikirləşmələridir, 00:12:56.829 --> 00:12:59.276 artistin şeytan üzü ortaya çıxır. 00:12:59.276 --> 00:13:03.308 Bu şeytan yazmamağımız üçün 00:13:03.308 --> 00:13:06.238 yüzlərlə səbəb ortaya atır, bizə 00:13:06.238 --> 00:13:09.073 "Başqalarınə gülüş yeri olacaqsan. Bu yazdığın yazı deyil. 00:13:09.073 --> 00:13:10.623 Cümlədi bu? Xəttinə bax!" 00:13:10.623 --> 00:13:12.200 kimi şeylər deyir. 00:13:12.200 --> 00:13:14.704 Bu şeytan bizə çatmamış tez-tez yazmalıyıq. 00:13:14.704 --> 00:13:18.776 Gördüyüm ən yaxşı yazılar, vaxt azadlığı verdiyim 00:13:18.776 --> 00:13:21.449 tapşırıqların içindən deyil, 40 dəqiqə ya bir saat içində 00:13:21.449 --> 00:13:24.933 qarşımda əyləşib qələmlə yazılmış 00:13:24.933 --> 00:13:28.335 yazıların içindən çıxırdı. 00:13:28.335 --> 00:13:30.174 Uşaqlar trans halında olurlar. 00:13:30.174 --> 00:13:34.636 30-40 dəqiqədən sonra nə yazdıqlarını bilmirlər. 00:13:34.636 --> 00:13:37.601 Bu anlarda arxalarınca düşən şeytan onlardan əl çəkir. NOTE Paragraph 00:13:37.601 --> 00:13:39.310 Belə nəticəyə gəlirəm: 00:13:39.310 --> 00:13:43.325 Sənətkar olmamağımız üçün yüzlərlə səbəb deyil, 00:13:43.325 --> 00:13:47.575 bircə özümüzün olmalı olduğumuz səbəbi bizi sənətkar edir. 00:13:47.575 --> 00:13:49.284 Ola bilməmək səbəblərimiz önəmli deyil. 00:13:49.284 --> 00:13:52.434 Sənətkarların çoxu ancaq bu bircə səbəbdən sənətkar olublar. 00:13:52.434 --> 00:13:56.104 İndicə içimizdəki şeytana qarşı çıxıb sənətimizə başlamağın vaxtıdır. 00:13:56.104 --> 00:13:58.438 Düşmənlərimiz də bu anda ortaya çıxır. 00:13:58.438 --> 00:14:01.294 Çoxu valideynlərimiz cildinə girirlər. (Gülüş) 00:14:01.294 --> 00:14:04.395 Ya da həyat yoldaşımızın cildinə. 00:14:04.395 --> 00:14:06.163 Onlar sizin ailəniz, həyat yoldaşınız deyil. 00:14:06.163 --> 00:14:09.057 Onlar şeytanlardır. (Gülüş) 00:14:09.057 --> 00:14:11.001 Qısa müddətlik göydən yerə eniblər ki, 00:14:11.001 --> 00:14:14.947 bizi incəsənətlə məşğul olmaqdan yayındırsınlar. 00:14:14.947 --> 00:14:16.869 Onların sehrli sualları var. 00:14:16.869 --> 00:14:23.027 Biz "Aktyorluğu öyrənmək istəyirəm, teatr məktəbinə yazılmaq istəyirəm," yaxud 00:14:23.027 --> 00:14:27.504 "İtalyan mahnıları öyrənmək istəyirəm."deyəndə "Hə, teatr? Onunla neyləyəcəksən ki?" 00:14:27.504 --> 00:14:31.166 sualını verirlər. Bu "Onunla neyləyəcəksən ki?" sehrli sualıdır. 00:14:31.166 --> 00:14:34.878 Ancaq incəsənət nəsə etmək üçün edilən bir şey deyil. 00:14:34.878 --> 00:14:37.132 İncəsənət maraqdan yaranır. 00:14:37.132 --> 00:14:41.272 O bizim ruhumuzu azad edib, xoşbəxt yaşamağımıza gətirib çıxarır. 00:14:41.272 --> 00:14:46.778 İçki və narkotik maddəsiz xoşbəxt olub, özümüzü ifadə etməyimizə kömək edir. 00:14:46.778 --> 00:14:51.103 Buna görə də, praqmatik insanların bu sualına 00:14:51.118 --> 00:14:53.537 aydın cavab vermək lazımdır. 00:14:53.537 --> 00:14:57.981 "Xoşuma gəldiyi, maraqlı olduğuna görə edirəm. Bağışla ki, maraqlanıram." 00:14:57.981 --> 00:15:02.006 "Mən birinci başlayacam." deməyi bacaran insan olmaq lazımdır. 00:15:02.006 --> 00:15:07.106 Mənim arzuladığım gələcək, hamının ən azından 00:15:07.106 --> 00:15:10.887 bircə sahədə yaradıcı olacağı bir gələcəkdir. NOTE Paragraph 00:15:10.887 --> 00:15:14.056 Nyu Yorkda taksiyə minmişdim. Arxa oturacaqda oturmuşdum. 00:15:14.056 --> 00:15:18.213 Taksinin ön oturacağında teatrla bağlı nə isə yazı asılmışdı. 00:15:18.213 --> 00:15:19.350 Nə olduğunu soruşdum. 00:15:19.350 --> 00:15:23.395 Sürücü, öz profilimdir - dedi. "Sən nəçisən ki?" sualıma, aktyoram - deyə cavab verdi. 00:15:23.395 --> 00:15:26.818 Sürücü olsa da teatrda aktyorluq edirdi. "Hansı rolu oynayırsan?" 00:15:26.818 --> 00:15:28.844 soruşanda fəxrlə "Kral Lir." deyə cavab verdi. 00:15:28.844 --> 00:15:30.289 "Kral Lir" 00:15:30.289 --> 00:15:31.915 "Kim deyə bilər ki, mən kiməm?" Kral Lir pyesindən məşhur cümlədir. 00:15:31.915 --> 00:15:35.306 Mən də belə dünya arzulayıram. 00:15:35.306 --> 00:15:39.241 Kimsə günorta qolfla məşğuldur, gecələrisə yazıçıdır. 00:15:39.241 --> 00:15:41.760 Yaxud həm taksiçi, həm aktyordur, həm bank işçisi, həm rəssamdır. 00:15:41.760 --> 00:15:47.336 Gizli ya açıq-aşkar, öz sənətləri ilə məşğuldurlar. NOTE Paragraph 00:15:47.336 --> 00:15:52.207 1990-ci ildə modern rəqs əfsanəsi Marta Qraham Koreyaya gəldi. 00:15:52.207 --> 00:15:57.963 90 yaşlarındakı böyük sənətkar Kimpo Hava limanına çatanda, 00:15:57.979 --> 00:16:01.044 bir jurnalist ona tipik bir sual verdi: 00:16:01.044 --> 00:16:03.651 "Böyük rəqqas olmaq üçün nə etmək lazımdır? 00:16:03.651 --> 00:16:06.231 Koreyalı rəqqaslara məsləhətiniz nədir?" 00:16:06.231 --> 00:16:11.226 Şəklin çəkildiyi 48-ci ildə artıq dahi sənətkar sayılan şəxsə 00:16:11.226 --> 00:16:13.417 90-ci ildə belə bir sual verdi. 00:16:13.417 --> 00:16:16.101 O da belə cavab verdi: 00:16:16.101 --> 00:16:20.018 "Just do it."[Sadəcə et.](Gülüş) 00:16:20.018 --> 00:16:21.536 Təsirli cavab idi. 00:16:21.536 --> 00:16:25.628 Bu üç sözü deyib, gəliş zalını tərk etdi. 00:16:25.628 --> 00:16:28.859 İndi bizə lazım olan nədir? 00:16:28.859 --> 00:16:32.585 Elə bu dəqiqə incəsənətlə məşğul olmaq. Necə? 00:16:32.585 --> 00:16:33.577 Just do it. NOTE Paragraph 00:16:33.577 --> 00:16:35.191 Çox sağ olun. NOTE Paragraph 00:16:35.191 --> 00:16:36.995 (Alqış)