Return to Video

Ürəyin təbəqələri | İnsan anatomiyası və fiziologiyası | Səhiyyə və Tibb |Khan Academy

  • 0:02 - 0:03
    Bu ürək diaqramını bəyənə
  • 0:03 - 0:05
    bilərsiniz, ancaq icazə verin,
  • 0:05 - 0:07
    eyni səhifədə olduğumuzdan əmin olmaq
  • 0:07 - 0:09
    üçün bir neçə şeyi qeyd edim.
  • 0:09 - 0:12
    Qan sağ qulaqcıqdan sağ mədəciyə axır
  • 0:12 - 0:15
    və ağciyərlərə, sonra isə sol qulaqcıqdan
  • 0:15 - 0:16
    sol mədəciyə keçir.
  • 0:16 - 0:19
    Yəni, ümumilikdə qan axını budur.
  • 0:19 - 0:21
    Qanın düzgün istiqamətdə axmasını təmin
  • 0:21 - 0:24
    edən şeylərdən biri də qapaqlardır.
  • 0:24 - 0:25
    Sizə yeni adlar verəcəyim
  • 0:25 - 0:28
    qapaqlardan ikisi istinad etdiyimizdən
  • 0:28 - 0:32
    biraz fərqli bir şeydir.
  • 0:32 - 0:34
    Bunlar üçtaylı qapaqlardır, hansına
  • 0:34 - 0:39
    istinad etdiyimi təxmin edə bilərsiniz.
  • 0:39 - 0:42
    Üçtaylı qapaqlar qulaqcıq
  • 0:42 - 0:44
    və mədəciklər arasındakı iki qapaqdır.
  • 0:44 - 0:47
    Yəni biri trikuspid qapaq,
  • 0:47 - 0:49
    digəri isə mitral qapaq olacaqdır.
  • 0:49 - 0:54
    Sadəcə bizi istiqamətləndirmək üçün bu
  • 0:54 - 0:57
    trikuspid, T və bu bizim mitral və ya M.
  • 0:57 - 0:59
    Üçtaylı qapaqlar, bu iki qapaq, onlara
  • 0:59 - 1:02
    baxsanız, ikisi də aşağıya doğru baxırlar.
  • 1:02 - 1:04
    Sizə maraqlı gələcək şeylərdən
  • 1:04 - 1:06
    biri də budur ki, yaxşı, onlar
  • 1:06 - 1:08
    necə irəli-geri sürüşmürlər?
  • 1:08 - 1:11
    Xüsusilə də bu qapaqların çox maraqlı
  • 1:11 - 1:12
    bir strategiyası, onların
  • 1:12 - 1:17
    divarlara bağlanmış olmasıdır.
  • 1:18 - 1:23
    Beləliklə, burada belə saxlanılırlar
  • 1:23 - 1:27
    və digər uclarında orada
  • 1:27 - 1:31
    kiçik bir əzələ var.
  • 1:31 - 1:34
    İndi düşünsəniz, bu, tamamilə məntiqlidir,
  • 1:34 - 1:37
    çünki mədəciklər çox güclüdür.
  • 1:37 - 1:40
    Mədəciklərin güclü olduğunu bilirik.
  • 1:40 - 1:43
    Beləliklə, mədəciklər sıxılırsa,
  • 1:43 - 1:45
    qanın gedə biləcəyi hər hansı bir
  • 1:45 - 1:48
    tərəfə atılma ehtimalı böyükdür.
  • 1:48 - 1:53
    Ora gələ bilərsə, mitral qapaqdan
  • 1:53 - 1:56
    geri dönəcək və ya oraya çata bilsə, o
  • 1:56 - 1:58
    trikuspid qapaqdan keçəcəkdir.
  • 1:58 - 2:02
    Ancaq bunun baş verməməsinin səbəbi, bu
  • 2:02 - 2:04
    məməyəbənzər əzələlər, qapaqcığın geriyə doğru
  • 2:04 - 2:07
    dönməməsi üçün əsasən
  • 2:07 - 2:11
    kiçik vətər telləri göndərir.
  • 2:11 - 2:15
    Yəni bu vətər telləri, bu bağlar
  • 2:15 - 2:17
    bu səbəbdən vacibdir.
  • 2:17 - 2:21
    Onlar qapağın geri sürüşməsinə əngəl olur.
  • 2:21 - 2:23
    Yəni bunların hamısı vətər
  • 2:23 - 2:27
    telləri və məməyəbənzər əzələlərdir.
  • 2:27 - 2:30
    Mədəciklərin klapanları sındırmadığına
  • 2:30 - 2:32
    əmin olmağa çalışdığınız zaman
  • 2:32 - 2:36
    bunlar xüsusi əhəmiyyət kəsb edəcəklər.
  • 2:36 - 2:39
    İndi isə deyək ki, təsadüfən mədəciyimiz
  • 2:39 - 2:41
    çox güclüdür, çox qüvvətlidir.
  • 2:41 - 2:44
    və bu tellərdən birini qırdı.
  • 2:44 - 2:46
    Elə burda qırdı.
  • 2:46 - 2:50
    Bunun səbəbi mədəciyimiz çox miqdarda qanı
  • 2:50 - 2:53
    geriyə zorlaması və kordonu qoparmasıdır.
  • 2:53 - 2:54
    Nə baş verərdi?
  • 2:54 - 2:57
    Deməli, bu əsasən irəli və geri
  • 2:57 - 2:58
    çevrilməyə başlayar.
  • 2:58 - 3:01
    Bu tərəfə və bu tərəfə çevrilər.
  • 3:01 - 3:04
    Sonra növbəti ürək döyüntüsündə qan səhv
  • 3:04 - 3:05
    istiqamətə getməyə başlayar, çünki
  • 3:05 - 3:10
    bu qapaq o möhkəm möhürü saxlaya bilmir.
  • 3:10 - 3:13
    Beləliklə, qan, ehtimal edilmədiyi kimi,
  • 3:13 - 3:15
    əsasən bu şəkildə gedərdi.
  • 3:15 - 3:17
    Birdən-birə qan axınımız artıq
  • 3:17 - 3:19
    səhv istiqamətdə gedir.
  • 3:19 - 3:21
    Vətər telləri və məməyəbənzər əzələlər
  • 3:21 - 3:23
    bunun baş verməsinin qarşısını almaq üçün
  • 3:23 - 3:26
    həqiqətən çox vacib bir iş görürlər.
  • 3:26 - 3:28
    Diqqətimizi başqa bir sahəyə yönəldək.
  • 3:28 - 3:30
    Mədəciklərarası septum olan
  • 3:30 - 3:38
    bu hissəyə diqqət yetirək.
  • 3:38 - 3:41
    Septumu əsasən divar, mədəciklərarası
  • 3:41 - 3:43
    arakəsmə kimi düşünə bilərsiniz.
  • 3:43 - 3:45
    Bu mədəciklərarası arakəsmədə qeyd etmək
  • 3:45 - 3:48
    istədiyim tək şey, bəlkə də baxanda
  • 3:48 - 3:49
    kifayət qədər açıqdır, düşünə bilərsiniz ki,
  • 3:49 - 3:51
    niyə bunu deyirəm?
  • 3:51 - 3:52
    Bu olduqca aydındır.
  • 3:52 - 3:55
    Bu sahə incədir, müqayisə
  • 3:55 - 3:57
    edildikdə isə bu sahə qalındır.
  • 3:57 - 4:00
    İki sahə ölçülərinə görə bərabər deyil.
  • 4:00 - 4:02
    Bu daha qalındır.
  • 4:02 - 4:04
    Bunu deməyimin səbəbi bu mavi rəngli
  • 4:04 - 4:06
    ilk sahənin membranlı hissə adlanmasıdır,
  • 4:06 - 4:11
    sözün əsl mənasında bir membran kimi.
  • 4:11 - 4:15
    Alt, qırmızı hissə əzələ hissəsidir.
  • 4:15 - 4:17
    Bu güclü əzələ hissəsidir.
  • 4:17 - 4:20
    Beləliklə, mədəciklərarası arakəsmədə iki
  • 4:20 - 4:22
    fərqli sahə var, mədəciklər arasındakı
  • 4:22 - 4:25
    divar və membranlı hissə ilə əlaqəli maraqlı
  • 4:25 - 4:27
    cəhətlərdən biri də, xüsusilə,
  • 4:27 - 4:31
    bir çox körpənin bu membran hissəsində
  • 4:31 - 4:33
    dəliklər ilə doğulmasıdır.
  • 4:33 - 4:35
    Çox dedikdə körpələrin əksəriyyətini
  • 4:35 - 4:37
    nəzərdə tutmuram.
  • 4:37 - 4:39
    Ancaq ən çox görülən qüsurlardan biri,
  • 4:39 - 4:40
    əgər bir qüsur olacaqsa,
  • 4:40 - 4:42
    bu ikisi arasında bir
  • 4:42 - 4:44
    bir əlaqə quracaqsınız ki, qan getməməsi
  • 4:44 - 4:47
    lazım olan bir yerdən, sol mədəcikdən,
  • 4:47 - 4:50
    getməməli olduğu bir yerə,
  • 4:50 - 4:52
    sağ mədəciyə axa bilər.
  • 4:52 - 4:55
    Yəni qan əslində dəliklərdən axa bilər
  • 4:55 - 4:56
    və bu bir problemdir.
  • 4:56 - 4:58
    Buna MAQ deyilir.
  • 4:58 - 5:01
    Bu termini bir yerdə eşidə bilərsiniz.
  • 5:01 - 5:03
    Bunun harada olduğunu göstərmək istədim.
  • 5:04 - 5:09
    MAQ yazarkən bunun nə demək olduğunu
  • 5:09 - 5:11
    təxmin etməyə çalışa bilərsiniz.
  • 5:11 - 5:16
    Mədəcik və A arakəsmədir.
  • 5:16 - 5:18
    Arakəsmə divar mənasındadır.
  • 5:18 - 5:19
    Və Q qüsurdur.
  • 5:19 - 5:25
    Beləliklə, MAQ bu əzələ hissəsindən daha
  • 5:25 - 5:28
    çox membran hissədə görülür.
  • 5:28 - 5:31
    İndi işarə etmək istədiyim son şeyə
  • 5:31 - 5:35
    qayıdaq, divarları böyütmək istəyirəm.
  • 5:35 - 5:38
    Burada boz bir qutuda bu divarda nələrin
  • 5:38 - 5:41
    baş verdiyini və bu divarda neçə təbəqə
  • 5:41 - 5:43
    olduğunu vurğulamaq istəyirəm.
  • 5:43 - 5:44
    İcazə verin ürəyin üzərinə
  • 5:44 - 5:46
    çəkdiyim o kiçik düzbucaqlıya uyğun
  • 5:46 - 5:49
    gələcək bir düzbucaqlı çəkim.
  • 5:49 - 5:54
    Beləliklə, ürək əzələsində üç qat var.
  • 5:54 - 5:58
    Hər üç təbəqədən danışacam.
  • 5:58 - 6:00
    İçəridən başlayıb çıxışa
    doğru davam edəcəyik.
  • 6:00 - 6:04
    Daxildə endokard adlanan şey var.
  • 6:04 - 6:07
    Mən əslində endokardı bütün yol boyunca
  • 6:07 - 6:08
    bura çəkəcəyəm.
  • 6:08 - 6:10
    O qapaqcıqların hamısını dolaşır,
  • 6:10 - 6:12
    yəni artıq klapanlarda endokardın
  • 6:12 - 6:14
    olduğunu öyrəndiniz.
  • 6:14 - 6:19
    Mədəciyin ətrafında, əvvəl də göstərdiyim
  • 6:19 - 6:21
    kimi, qulaqcıq ətrafında da dolaşır.
  • 6:21 - 6:25
    Tamamilə yuxarıya doğru gedir və həm sağ,
  • 6:25 - 6:27
    həm də sol tərəfi əhatə edir.
  • 6:27 - 6:31
    Endokard bir çox cəhətdən qan damarlarının
  • 6:31 - 6:35
    daxili qatına çox oxşardır.
  • 6:35 - 6:37
    Yəni incə bir təbəqədir.
  • 6:37 - 6:38
    Çox qalın bir təbəqə deyil.
  • 6:38 - 6:41
    O bütün qırmızı qan hüceyrələrinin
  • 6:41 - 6:42
    qarşı-qarşıya qaldığı təbəqədir.
  • 6:42 - 6:44
    Beləliklə, qırmızı qan hüceyrələri ürəyin
  • 6:44 - 6:48
    kameralarına daxil olanda görəcəkləri
  • 6:48 - 6:50
    hissə endokard olacaqdır.
  • 6:50 - 6:53
    Bu onun nəyə bənzədiyidir və indi
  • 6:53 - 6:55
    çəkdiyim ətrafdakı bütün bu yaşıl təbəqədir.
  • 6:55 - 6:59
    Yəni onu bir növ böyüdülmüş vəziyyətdə
  • 6:59 - 7:00
    çəksəm, belə görünə bilər.
  • 7:00 - 7:01
    Düzdür?
  • 7:01 - 7:03
    Bir neçə hüceyrə təbəqəsi qalındır.
  • 7:03 - 7:06
    Dediyim kimi, içəridə bir-birinə dəyən
  • 7:06 - 7:08
    qırmızı qan hüceyrələri var.
  • 7:08 - 7:10
    Bu qırmızı qan hüceyrəsidir və
  • 7:10 - 7:12
    bu bəlkə başqa bir hüceyrədir.
  • 7:12 - 7:16
    Onlar endokardla toqquşacaqlar.
  • 7:16 - 7:18
    Endokardın daha dərininə getsəniz, sonra
  • 7:18 - 7:19
    nə tapacaqsınız?
  • 7:19 - 7:22
    Bəli, miokarda çatırsınız.
  • 7:22 - 7:30
    Bu divarımızın ən böyük parçasıdır.
  • 7:30 - 7:33
    Buna bənzər bir şey görünür.
  • 7:33 - 7:37
    Miokardı mən göstərmədən öncə
  • 7:37 - 7:39
    belə qiymətləndirə bilərsiniz, çünki
  • 7:39 - 7:42
    bütün bunların ən ümumi hissəsidir.
  • 7:42 - 7:48
    Yəni bu bizim miokardımızdır, icazə verin
  • 7:48 - 7:51
    geri dönüm və endokardı da qeyd edim.
  • 7:54 - 7:59
    Digər tərəfdən, əslində sözlərin hamısının
  • 7:59 - 8:01
    bir-birinə bənzər olduğuna diqqət yetirin.
  • 8:01 - 8:03
    Mio əzələ deməkdir.
  • 8:03 - 8:04
    Miokarddan danışmışkən
  • 8:04 - 8:06
    bir şeyi də qeyd edim.
  • 8:06 - 8:10
    Miokard yığılan əzələlərin yerləşdiyi
  • 8:10 - 8:12
    yerdir, buna görə də işlərin çoxu burada
  • 8:12 - 8:14
    aparılır. Həm də enerjinin
  • 8:14 - 8:16
    böyük hissəsinin sərf olunduğu yerdir.
  • 8:16 - 8:19
    Ürəyin oksigenə ehtiyacı olduqda, adətən
  • 8:19 - 8:22
    miokard olur, bütün işləri edən odur.
  • 8:22 - 8:23
    Yaxşı.
  • 8:23 - 8:25
    İndi, miokardın digər tərəfində,
  • 8:25 - 8:27
    xaricində nə var?
  • 8:27 - 8:29
    Perikard deyilən bir təbəqəmiz var və
  • 8:29 - 8:31
    bunu sizin üçün çəkməyə çalışım.
  • 8:31 - 8:35
    Perikard buna bənzəyir, nazik təbəqədir.
  • 8:35 - 8:36
    Perikardın maraqlı tərəfi budur ki,
  • 8:36 - 8:39
    əslində iki qatı var.
  • 8:39 - 8:44
    Yəni iki qatın olduğu belə bir şey var,
  • 8:44 - 8:46
    daxili qat və xarici qat.
  • 8:46 - 8:50
    İki təbəqə arasında sanki bir boşluq var.
  • 8:50 - 8:52
    Orada bir boşluq var.
  • 8:52 - 8:56
    Və bu boşluqda bir az maye ola bilər.
  • 8:56 - 8:59
    Ancaq faktiki olaraq hüceyrələr yoxdur.
  • 8:59 - 9:00
    Məncə ən böyük məqam budur.
  • 9:00 - 9:01
    Bu hüceyrələr deyil.
  • 9:01 - 9:04
    Daha çox orada asılı qalan maye var.
  • 9:04 - 9:07
    Beləliklə, bütün bunlara perikard deyilir.
  • 9:10 - 9:13
    İndi dünyada içi boşluq olan bir təbəqəyə
  • 9:13 - 9:16
    necə sahib olduğunuzu düşünə bilərsiniz.
  • 9:16 - 9:20
    Döldə nə olduğunu göstərməyə çalışım.
  • 9:20 - 9:22
    Tutaq ki, balaca bir döl ürəyiniz var,
  • 9:22 - 9:24
    belə bir ürəyiniz var və
  • 9:24 - 9:27
    belə biraz daha böyüyür.
  • 9:27 - 9:29
    Nəhayət bir yetkin ürək olur,
  • 9:29 - 9:31
    buna bənzər bir şey.
  • 9:31 - 9:33
    Yəni bu, yetkin ürək olacaq, elədir?
  • 9:33 - 9:35
    Ürəyin böyüdüyü bir vaxtda, demək olar ki,
  • 9:35 - 9:40
    balaca bir şar kimi bir kisə də var.
  • 9:40 - 9:47
    Bu şar ürəyi bürüməyə başlayır, böyüyən
  • 9:47 - 9:50
    bu ürək birbaşa şarın içində böyüyür.
  • 9:50 - 9:52
    Şar ətrafına dolanmağa başlayır
  • 9:52 - 9:56
    və buna bənzər bir şey əldə edirsiniz.
  • 9:56 - 10:00
    Nəhayət, ürək böyüdükcə, buna
  • 10:00 - 10:01
    bənzər bir şey əldə edirsiniz.
  • 10:01 - 10:03
    Əsasən balonun içərisinə qoyulmuş
  • 10:03 - 10:05
    bu cür daxili təbəqəyə sahibsiniz ki,
  • 10:05 - 10:07
    artıq şar kimi görünmür.
  • 10:07 - 10:09
    Çox yastıdır və sonra bir növ bu şəkildə
  • 10:09 - 10:12
    öz-özünə qatlanır.
  • 10:12 - 10:14
    Hər tərəfdən gəlir.
  • 10:14 - 10:17
    İndi isə davamlı olmasına baxmayaraq niyə
  • 10:17 - 10:19
    qırılmadığını başa düşürsünüz.
  • 10:19 - 10:25
    Burada davamlıdır, bunun bir hissəsinə
  • 10:25 - 10:28
    baxsanız, burada baxdığımız kimi
  • 10:28 - 10:30
    necə bir pankekə bənzədiyini
  • 10:30 - 10:31
    görə bilərsiniz.
  • 10:31 - 10:34
    Ürəyimizdə, sözün əsl mənasında,
  • 10:34 - 10:38
    çox incə bir pankek kimi
  • 10:38 - 10:38
    bir şey olacaqdı.
  • 10:38 - 10:42
    İncə görünməsi üçün çox iş görmürəm,
  • 10:42 - 10:44
    ancaq böyüdərsəm necə olacağını
  • 10:44 - 10:46
    təsəvvür edə bilərsiniz.
  • 10:46 - 10:48
    Əsasən, buna bənzər bir şey,
  • 10:48 - 10:50
    burada əsasən özlərinə çevrilmiş
  • 10:50 - 10:54
    iki təbəqə var. Baş-başa dayanan hər iki
  • 10:54 - 10:56
    təbəqəyə sizin perikardınız deyilir.
  • 10:56 - 10:59
    Əslində iki qat üçün də ayrı adlar var.
  • 10:59 - 11:02
    Məsələn, ürəyə sarılan təbəqə,
  • 11:02 - 11:06
    hazırda çəkdiyim bu təbəqəyə,
  • 11:06 - 11:09
    visseral perikard deyilir.
  • 11:09 - 11:11
    Yəni buna visseral perikard deyirsiniz.
  • 11:11 - 11:17
    Visseral adı, tam buradakı,visseral olacaq
  • 11:17 - 11:18
    Visseral deyilməsinin səbəbi,
  • 11:18 - 11:21
    "viscera" orqanları ifadə edir,
  • 11:21 - 11:24
    buna görə də, visseral perikard deyilir.
  • 11:24 - 11:27
    Sonra indi çəkdiyim bu xarici təbəqəyə
  • 11:27 - 11:31
    parietal perikard deyilir.
  • 11:31 - 11:35
    Və əslində o xarici təbəqədir,
  • 11:35 - 11:37
    icazə verin bunu da qeyd edim.
  • 11:37 - 11:38
    Yəni bu şey odur.
  • 11:38 - 11:41
    Parietal perikard.
  • 11:41 - 11:44
    Beləliklə, indi ürəyin qatlarını-endokard,
  • 11:44 - 11:48
    miokard və perikardı görə bilərsiniz.
  • 11:48 - 11:51
    Əslində sizə əyri bir top atım, çünki
  • 11:51 - 11:55
    onun öhdəsindən gələ biləcəyinizə əminəm
  • 11:55 - 11:57
    bu visseral perikard bunun üçün başqa ad
  • 11:57 - 12:00
    epikarddı, çünki bəzən
    qarşınıza çıxa bilər.
  • 12:00 - 12:03
    Bəzən epikard adını da görə bilərsiniz.
  • 12:03 - 12:04
    Narahat olmayın.
  • 12:04 - 12:07
    Bu, sadəcə visseral perikarddır.
  • 12:07 - 12:11
    Parietal təbəqəyə çatmadan əvvəl
  • 12:11 - 12:14
    ürəyin ən kənar təbəqəsidir.
Title:
Ürəyin təbəqələri | İnsan anatomiyası və fiziologiyası | Səhiyyə və Tibb |Khan Academy
Description:

Ürəyə daha yaxından baxın, onun bəzi maraqlı xüsusiyyətlərini araşdırın və qəlbi təşkil edən üç təbəqəni tanıyın. Rishi uşaq yoluxucu xəstəliklər həkimidir və Khan Academy-də işləyir. Rishi Desai tərəfindən hazırlanmışdır.

Növbəti dərsi izləyin:
https://www.khanacademy.org/science/health-and-medicine/human-anatomy-and-physiology/heart-introduction/v/thermoregulation-in-the-circulatory-system?utm_source=YT&utm_medium=Desc&utm_campaign=healthandmedicine

Əvvəlki dərs qaçırdınız?
https://www.khanacademy.org/science/health-and-medicine/human-anatomy-and-physiology/heart-introduction/v/lub-dub?utm_source=YT&utm_medium=Desc&utm_campaign=healthandmedicine

Khan Academy-də Səhiyyə və Tibb: Heç bir orqan ürək kimi sevgini çox simvollaşdırmır. Bunun bir səbəbi, ürəyinizin hər dəqiqədə təxminən 100.000 kilometr (62.000 mil) qan damarları boyunca ~ 5 litr (1,3 galon) qan hərəkət edərək yaşamağınıza kömək etməsi ola bilər! Bunu bütün günü, hər gün, heç tətil etmədən etməlidir! İndi əsl sevgi. Ürəyin necə işlədiyini, qanın ürəyin içindən necə keçdiyini, qanın ürəyi tərk etdikdən sonra hara getdiyini və “Lub Dub” səsini çıxaranda ürəyinizin nə etdiyini öyrənin.

Khan Academy haqqında: Khan Academy hər kəs üçün hər yerdə, pulsuz, dünya səviyyəli bir təhsil vermək missiyası olan qeyri-kommersiya təşkilatıdır. İnanırıq ki, hər yaşdan olan tələbələr öz templəri ilə mənimsəyə biləcəkləri pulsuz təhsil məzmununa məhdudiyyətsiz giriş imkanı əldə etməlidirlər. Dünyadakı tələbə və müəllimlərə kömək etmək üçün ağıllı proqram, dərin məlumat analitikası və intuitiv istifadəçi interfeyslərindən istifadə edirik. Resurslarımız riyaziyyat, biologiya, kimya, fizika, iqtisadiyyat, maliyyə, tarix, qrammatika və daha çoxu daxil olmaqla erkən kollec təhsili ilə məktəbəqədər təhsil müəssisələrini əhatə edir. Test inkişaf etdirici olan College Board ilə ortaq şəkildə pulsuz fərdi SAT test hazırlığı təklif edirik. Khan Academy onlarla dilə tərcümə edilmişdir və dünyada hər il 100 milyon insan platformamızdan istifadə edir. Daha çox məlumat üçün www.khanacademy.org saytını ziyarət edin, Facebook-da bizə qoşulun və ya @khanacademy-də Twitter-də bizi izləyin. Və unutmayın, hər şey öyrənə bilərsiniz.

Pulsuz. Hər kəs üçün. Həmişə. #YouCanLearnAnything

Khan Academy Səhiyyə və Tibb kanalına abunə olun: https://www.youtube.com/channel/UC1RAowgA3q8Gl7exSWJuDEw?sub_confirmation=1
Khan Academy-yə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
12:13

Azerbaijani subtitles

Revisions Compare revisions