-
İnsanlar hər gün qərarlar verir.
-
Məsələn, bayıra çıxmazdən əvvəl
-
elə bil, belə bir ƏGƏR ifadəniz olur ki, sizə deyit
-
ƏGƏR yağış yağırsa, ONDA gödəkçəmi geyinmək lazımdır.
-
Bu cür ifadələr əsasında qərar verərkən kompüterlər heyrətamizdir,
-
bunları etibarlı şəkildə və inanılmaz sürətlə icra edə bilirlər.
-
Belə ki, bir kompüter proqramı əslində
-
bir az riyaziyyat və
-
qərarların verildiyi ƏGƏR ifadələrindən ibarətdir.
-
Beləliklə, bu tapmacada
-
ƏGƏR bloku zombiyə qərar verməkdə kömək edir
-
o, nəyi isə yoxlayır.
-
Məsələn, gəlin üzərində "əgər sola yol varsa" yazılmış blokdan istifadə edək
-
və onun içinə "sola dön" əmrini yerləşdirək.
-
Beləliklə, biz zombiyə söyləyirik ki, ətrafını yoxlasın
-
və görsün ki, sola yol varmı...
-
və əgər varsa, orada dönsün.
-
Sonra isə biz bu "təkrar" blokunun daxilində "irəli get"i istifadə edirik ki,
-
o, düz gedə bildiyi müddətdə
-
irəli getməyə davam etsin.
-
Bununla da döngə olduğu zaman ƏGƏR bloku ona sola dönməyini söyləyəcək.
-
Bunu özünüz görə bilərsiniz, belə etsək,
-
yəni əgər sola döngə olanda dönsək və əks halda irəli getsək, məqsədimizə nail olacağıq.
-
Beləliklə, bu, kompüter proqramlaşdırmasında doğrudan da
-
bir əsas anlayış olan ƏGƏR ifadəsinin istifadə olunmasına bir misaldır.
-
Öyrəndim ilk şeylərdən biri "tik-tak-to" oynamaq üçün bir proqram yazmaq olub.
-
Buna görə bir ƏGƏR ifadəm var idi ki, söyləyirdi
-
yaxşı, ƏGƏR rəqib oyunu udmağa yaxındrısa, gedib ona bu imkanı verən xananı bağla.
-
Beləliklə, ƏGƏR ifadəsindən istifadə etməyi öyrənərək əylənin. Bu, mühüm bir anlayışdır.