< Return to Video

Birincili və ikincili vərəm | Yoluxucu xəstəliklər | Khan Academy

  • 0:06 - 0:07
    Bunlar ağciyərlərdir.
  • 0:07 - 0:08
    Bu sağ,
  • 0:08 - 0:10
    bu isə sol ağciyərdir.
  • 0:10 - 0:11
    Bunlar yuxarı,
  • 0:11 - 0:13
    bunlar aşağı,
  • 0:13 - 0:16
    bu isə orta paydır.
  • 0:16 - 0:18
    Siz öz işinizlə məşğul olarkən, birdən
  • 0:18 - 0:20
    kimsə öskürür və ağciyərləriniz
  • 0:20 - 0:22
    vərəm mikobakteriyaları ilə yoluxur.
  • 0:22 - 0:23
    Mikobakteriyalar nəfəsalma
  • 0:23 - 0:24
    zamanı udulur.
  • 0:24 - 0:27
    Maraqlısı odur ki,
  • 0:27 - 0:29
    vərəm mikobakteriyaları çox
  • 0:29 - 0:31
    hallarda burada çəkdiyim yarıqlar
  • 0:31 - 0:33
    boyunca yayılırlar.
  • 0:33 - 0:34
    Bu yarıqlar
  • 0:34 - 0:36
    ağciyər paylarını bir-birindən ayırır.
  • 0:36 - 0:38
    Onlar bir növ sərhəd rolunu oynayır.
  • 0:38 - 0:42
    Vərəm mikobakteriyaları bu yarıqlara
  • 0:42 - 0:44
    yaxın və plevra altında yerləşir.
  • 0:44 - 0:51
    Plevra ağciyərləri xaricdən
    örtən qişadır.
  • 0:51 - 0:53
    Vərəm mikobakteriyaları bu
  • 0:53 - 0:54
    qişanın altında yerləşir.
  • 0:54 - 0:56
    Bakteriyalar yarıqlar
    boyunca və
  • 0:56 - 0:58
    plevraaltı sahəyə, yəni
  • 0:58 - 1:00
    kənar yerlərə yayılır.
  • 1:00 - 1:02
    Daha sonra onlar alveollara daxil olurlar.
  • 1:02 - 1:04
    Bunu sizin üçün təsvir edirəm.
  • 1:04 - 1:07
    Bildiyiniz kimi, milyonlarla alveol var.
  • 1:07 - 1:08
    Alveolların çoxsaylı
  • 1:08 - 1:10
    olduğunu aydın göstərmək üçün
  • 1:10 - 1:12
    bir neçəsini də çəkəcəyəm.
  • 1:12 - 1:14
    Bu zaman alveollara
  • 1:14 - 1:16
    daxil olan mikobakteriyalara
  • 1:16 - 1:19
    qarşı immun cavab
  • 1:19 - 1:20
    formalaşacaq.
  • 1:20 - 1:22
    Beləliklə, makrofaqlar
  • 1:22 - 1:24
    burada toplaşacaq.
  • 1:24 - 1:26
    Həmin makrofaqlar hava kisəciklərinə daxil
  • 1:26 - 1:28
    olmuş vərəm
    mikobakteriyalarını
  • 1:28 - 1:29
    tutacaq və
  • 1:29 - 1:31
    ağciyər toxuması
  • 1:31 - 1:33
    boyunca hərəkət edəcək.
  • 1:33 - 1:35
    Daha sonra mikobakteriyalar
  • 1:35 - 1:38
    yerli limfa düyünlərinə
    keçəcək.
  • 1:38 - 1:39
    Bu, yerli
  • 1:39 - 1:41
    limfa düyünüdür.
  • 1:41 - 1:44
    Gəlin, buraya limfa düyünü yazaq.
  • 1:44 - 1:46
    Makrofaqların ağciyər toxuması boyunca
  • 1:46 - 1:47
    hərəkəti belə baş verir.
  • 1:47 - 1:49
    Onların bir qismi
  • 1:49 - 1:51
    limfa düyünlərinə doğru irəliləyir.
  • 1:51 - 1:52
    Makrofaqlar bu zaman
  • 1:52 - 1:54
    mikrobakteriyaları özləri ilə
  • 1:54 - 1:55
    birgə daşıyırlar.
  • 1:55 - 1:56
    Bu isə o deməkdir ki,
  • 1:56 - 1:58
    həmin kiçik mikrobakteriya
  • 1:58 - 2:00
    artıq 2 yerdə mövcud olur.
  • 2:00 - 2:01
    Yəni həm ilk dəfə ağciyəri
  • 2:01 - 2:02
    yoluxdurduğu
    nöqtədə,
  • 2:02 - 2:03
    həm də
  • 2:03 - 2:05
    limfa
  • 2:05 - 2:06
    düyünündə.
  • 2:06 - 2:07
    Fərz edək ki,
  • 2:07 - 2:09
    bu, birincili
  • 2:09 - 2:10
    infeksiyadır.
  • 2:10 - 2:12
    Başqa sözlə, ilk dəfədir ki,
  • 2:12 - 2:15
    vərəm bakteriyaları
  • 2:15 - 2:16
    ağciyərlərə
  • 2:16 - 2:18
    nəfəsalma ilə daxil olub.
  • 2:18 - 2:19
    Bu halda nə baş verəcək?
  • 2:19 - 2:21
    Reaksiya yaranacaq.
  • 2:21 - 2:25
    Mikrobakteriya və makrofaqlar
    arasında bir növ
  • 2:25 - 2:26
    "müharibə" başlayacaq.
  • 2:26 - 2:27
    Onların
  • 2:27 - 2:30
    yerləşdikləri sahə
  • 2:30 - 2:33
    ölü mikrobakteriyalar və
  • 2:33 - 2:37
    ölü makrofaqlarla birlikdə
  • 2:37 - 2:39
    tam bir döyüş meydanına çevriləcək.
  • 2:39 - 2:40
    Hüceyrələrdən bəziləri
  • 2:40 - 2:42
    ölsə də,
  • 2:42 - 2:43
    ölənlərin əksəriyyəti məhz
  • 2:43 - 2:45
    bakteriyalar olacaq.
  • 2:45 - 2:47
    Bu proseslər
  • 2:47 - 2:49
    limfa düyününə də
  • 2:49 - 2:51
    təsir edəcək.
  • 2:51 - 2:53
    Mikroskop altında
  • 2:53 - 2:55
    yaranan mənzərəyə
  • 2:55 - 2:56
    baxdıqda
  • 2:56 - 2:58
    qranuloma
  • 2:58 - 3:00
    görünür.
  • 3:00 - 3:01
    Qranuloma patoloqların bizim
  • 3:01 - 3:03
    burada təsvir etdiyimiz görüntü
    üçün
  • 3:03 - 3:05
    istifadə etdikləri termindir.
  • 3:05 - 3:06
    Eynisi limfa düyünü üçün keçərlidir.
  • 3:06 - 3:09
    Orada da kiçik bir qranuloma var.
  • 3:09 - 3:10
    Gəlin, bunun
  • 3:10 - 3:12
    orta hissəsini
  • 3:12 - 3:13
    silək.
  • 3:13 - 3:15
    Fərz edək ki, qranulomanı
  • 3:15 - 3:16
    kəsib daxilinə baxırıq.
  • 3:16 - 3:18
    Bu zaman görürük ki,
  • 3:18 - 3:20
    onun daxili dağınıq və
  • 3:20 - 3:21
    yapışqan bir maddədən
  • 3:21 - 3:24
    ibarətdir.
  • 3:24 - 3:25
    Bu nəticəyə necə
  • 3:25 - 3:26
    gəlindiyini bilməsəm də,
  • 3:26 - 3:28
    vaxtilə həmin maddəni
  • 3:28 - 3:30
    pendirə bənzədənlər olub və
  • 3:30 - 3:31
    bu səbəbdən
  • 3:31 - 3:35
    ona kazeoz nekroz adı verilib.
  • 3:35 - 3:40
    Buradakı "kazeoz" pendirə işarə edir.
  • 3:40 - 3:43
    Bəli, qida olaraq istifadə etdiyimiz
  • 3:43 - 3:44
    pendirdən söhbət gedir.
  • 3:44 - 3:46
    Bunu
  • 3:46 - 3:47
    "pendirvari ölüm"
  • 3:47 - 3:50
    kimi
  • 3:50 - 3:52
    adlandırırlar.
  • 3:52 - 3:54
    Terminlərdən
  • 3:54 - 3:56
    söz
  • 3:56 - 3:57
    düşmüşkən,
  • 3:57 - 3:59
    gəlin, bir neçəsinə də
  • 3:59 - 4:00
    baxaq.
  • 4:00 - 4:02
    Qon ocağı. Bu termin
  • 4:02 - 4:05
    həkim Qonun soyadından
    götürülüb.
  • 4:05 - 4:08
    Bu, Qon ocağıdır.
  • 4:08 - 4:10
    Qon ocağı dedikdə,
  • 4:10 - 4:13
    vərəm nəticəsində
  • 4:13 - 4:15
    əmələ gəldiyi düşünülən,
  • 4:15 - 4:17
    plevraaltı sahədə və
  • 4:17 - 4:19
    yarıqlara yaxın yerləşən qranuloma
  • 4:19 - 4:20
    nəzərdə tutulur.
  • 4:20 - 4:22
    Bu qranulomanı başqa cür
  • 4:22 - 4:24
    Qon ocağı adlandırmaq olar.
  • 4:24 - 4:25
    Bu ikisi, yəni
  • 4:25 - 4:27
    qranulomanın
  • 4:27 - 4:28
    əmələ gəldiyi
  • 4:28 - 4:31
    limfa düyünü və
  • 4:31 - 4:33
    Qon ocağı
  • 4:33 - 4:35
    birlikdə Qon kompleksi və ya
  • 4:35 - 4:38
    ilkin vərəm kompleksini
    əmələ gətirir.
  • 4:38 - 4:40
    Qon kompleksi vərəmin mövcud
  • 4:40 - 4:42
    olduğu nahiyələri bildirir.
  • 4:42 - 4:44
    Xəstəlik bu cür başlayır, bəs
  • 4:44 - 4:46
    daha sonra nə baş verir?
  • 4:46 - 4:47
    Ekranı bir qədər sürüşdürək.
  • 4:47 - 4:50
    Deyək ki, aradan
  • 4:50 - 4:51
    bir az zaman keçdi.
  • 4:51 - 4:53
    Fərz edək ki, bu zaman
  • 4:53 - 4:55
    bizim 3 alternativimiz var.
  • 4:55 - 4:58
    Bunlar nələrdir?
  • 4:58 - 5:00
    Gəlin, indi
  • 5:00 - 5:01
    hansı proseslərin
  • 5:01 - 5:04
    baş verdiyini
  • 5:04 - 5:07
    anlamaq
  • 5:07 - 5:08
    üçün
  • 5:08 - 5:11
    vərəm
  • 5:11 - 5:13
    mikrobakteriyalarından
  • 5:13 - 5:14
    danışaq.
  • 5:14 - 5:17
    Burada üç
  • 5:17 - 5:19
    alternativdən birincisi odur ki,
  • 5:19 - 5:21
    bakteriyalar ölü ola bilər.
  • 5:21 - 5:23
    Yəni makrofaqlar onları
  • 5:23 - 5:25
    tamamilə məhv etmiş ola bilər.
  • 5:25 - 5:27
    Digər bir alternativə görə,
  • 5:27 - 5:28
    bakteriyalar «yatmış»dır.
  • 5:28 - 5:31
    3-cü alternativə görə isə
  • 5:31 - 5:33
    bakteriyalar bölünür,
  • 5:33 - 5:34
    və sürətlə
  • 5:34 - 5:36
    çoxalırlar.
  • 5:36 - 5:38
    Əgər, 3-cü hal
  • 5:38 - 5:39
    baş verərsə, döş
  • 5:39 - 5:41
    qəfəsinin
    rentgenoqrafiyasında
  • 5:41 - 5:43
    normal toxumadan
    fərqli görüntü alınacaq.
  • 5:43 - 5:46
    Burada xəstəliyin yayıldığı nahiyələri
  • 5:46 - 5:48
    qırmızı rəngdə göstərdim.
  • 5:48 - 5:49
    Hətta burada yoluxmuş limfa
  • 5:49 - 5:51
    düyünlərini də görə bilərsiniz.
  • 5:51 - 5:54
    Bakteriyalar çoxaldıqda, ağciyərlər
    rentgendə bu cür
  • 5:54 - 5:56
    görünür, digər 2 halda isə,
  • 5:56 - 5:57
    adətən, normal görünəcək.
  • 5:57 - 5:59
    Yəni döş qəfəsinin rentgen şəklinə
  • 5:59 - 6:01
    baxılarsa, 3 alternativdən ilk
  • 6:01 - 6:02
    ikisində normal
  • 6:02 - 6:03
    görünəcək,
  • 6:03 - 6:05
    sonuncuda isə
  • 6:05 - 6:06
    normaldan fərqlənəcək.
  • 6:06 - 6:08
    Bu, olduqca vacibdir,
  • 6:08 - 6:09
    çünki
  • 6:09 - 6:10
    bu iki
  • 6:11 - 6:13
    situasiyanı gizli
  • 6:13 - 6:15
    vərəm infeksiyası adlandırırıq.
  • 6:15 - 6:17
    Onları bir-birindən
  • 6:17 - 6:19
    asanlıqla ayırd etmək olmur,
  • 6:19 - 6:21
    çünki, hər iki halda xəstə
  • 6:21 - 6:23
    əvvəllər vərəmə məruz qalmış olur və
  • 6:23 - 6:24
    rentgenoqrafiyanın nəticələri
  • 6:24 - 6:26
    normal görünür.
  • 6:26 - 6:28
    Əgər böyüdərək çox yaxından
  • 6:28 - 6:30
    baxa bilsə idiniz,
  • 6:30 - 6:31
    yaxud da, mikroskopla baxsa idiniz,
  • 6:31 - 6:33
    ikisi arasındakı
    vacib bir
  • 6:33 - 6:34
    fərqi görərdiniz.
  • 6:34 - 6:35
    Bu, rentgendə
  • 6:35 - 6:37
    görünmür.
  • 6:37 - 6:40
    Yalnız ağciyərlərə mikroskopik səviyyədə
  • 6:40 - 6:41
    baxmaq mümkün olsa idi,
  • 6:41 - 6:44
    həmin fərqi görə bilərdiniz.
  • 6:44 - 6:45
    Məsələn, görərdiniz ki,
  • 6:45 - 6:47
    1-ci alternativdə, yəni bakteriyaların
  • 6:47 - 6:49
    ölü olduğu situasiyada makrofaqlar
  • 6:49 - 6:51
    sağlamdırlar.
  • 6:51 - 6:53
    Bakteriyaların "yatmış" olduğu situasiyada
    isə,
  • 6:53 - 6:57
    orada qırmızı rəngdə, canlı
  • 6:57 - 7:00
    bakteriyalar da görünəcəkdi.
  • 7:00 - 7:02
    Bu, iki situasiya arasındakı
  • 7:02 - 7:03
    həmin mühüm fərqdir.
  • 7:03 - 7:04
    İkisinə də
  • 7:04 - 7:06
    gizli vərəm infeksiyası
    deyilir.
  • 7:06 - 7:07
    Lakin, bakteriyaların
  • 7:08 - 7:11
    "yatmış" vəziyyətdə olduğu hal
  • 7:11 - 7:13
    proqressiv adlandırılır, çünki,
  • 7:13 - 7:15
    xəstəlik yavaş-yavaş inkişaf edir.
  • 7:15 - 7:18
    Buna, birinci dərəcəli
  • 7:18 - 7:21
    infeksiya, proqressiv
  • 7:21 - 7:23
    birincili vərəm infeksiyası deyilir.
  • 7:23 - 7:26
    Bu xəstəliyə birincili
  • 7:26 - 7:28
    birincili vərəm infeksiyası deyilsə də,
  • 7:28 - 7:30
    proqressiv sözü, əslində,
  • 7:30 - 7:32
    xəstəliyin getdikcə ağırlaşdığından və
  • 7:32 - 7:34
    təhlükəli vəziyyət aldığından xəbər verir.
  • 7:34 - 7:36
    İndi isə gəlin,
  • 7:36 - 7:38
    "yatmış" bakteriyaların olduğu situasiyada
  • 7:38 - 7:40
    nə baş verdiyinə nəzər salaq.
  • 7:40 - 7:42
    Bunu daha əvvəl yazmışdım.
  • 7:42 - 7:45
    Deyək ki, aradan daha çox zaman keçir.
  • 7:45 - 7:47
    Hətta, deyək ki, illər ötüb keçib.
  • 7:47 - 7:50
    Bu insanın ağciyərlərində, illərdir ki,
  • 7:50 - 7:52
    canlı bakteriyalar var, amma
  • 7:52 - 7:53
    hələ heç nə baş verməyib.
  • 7:53 - 7:56
    Sonradan həmin insanın immun sistemi
  • 7:56 - 7:58
    zəiflədiyi üçün və ya başqa bir
  • 7:58 - 8:01
    xəstəlik səbəbindən
    "yatmış" bakteriyaların
  • 8:01 - 8:03
    təkrar aktivləşməsi baş verir.
  • 8:03 - 8:04
    Necə baş verdiyi tam məlum
  • 8:04 - 8:07
    olmasa da, burada vərəm
  • 8:07 - 8:10
    mikobakteriyaları qəfildən,
    təkrar ortaya çıxır.
  • 8:10 - 8:12
    Bu zaman, adətən, ağciyərlərin
  • 8:12 - 8:14
    yuxarı paylarında
  • 8:14 - 8:17
    boşluq formalaşır.
  • 8:17 - 8:20
    Bu boşluq vərəm mikobakteriyaları
  • 8:20 - 8:21
    ilə dolu olur.
  • 8:21 - 8:23
    Beləliklə,
  • 8:23 - 8:25
    xəstə öskürərkən,
  • 8:25 - 8:27
    ətrafa çoxlu miqdarda
  • 8:27 - 8:29
    bu çəkdiyim kiçik bakteriyalardan
    yayır.
  • 8:29 - 8:31
    Aydındır ki, bakteriyalarla dolu
  • 8:31 - 8:34
    bu boşluğun ətrafında
  • 8:34 - 8:35
    xəstəlik baş vermişdir.
  • 8:35 - 8:37
    Əgər bir insanın ağciyərlərində
  • 8:37 - 8:39
    belə boşluqlar varsa və
  • 8:39 - 8:41
    bu boşluqların ətrafındakı toxuma da
  • 8:41 - 8:48
    yoluxubsa, buna proqressivləşən
    ikinci dərəcəli infeksiya deyilir.
  • 8:48 - 8:50
    Bu infeksiya
  • 8:50 - 8:52
    birincili infeksiyadan ayrı,
  • 8:52 - 8:55
    bəzən hətta illər sonra
  • 8:55 - 8:57
    baş verir.
  • 8:57 - 9:00
    Proqressiv ikinci dərəcəli
    infeksiyanın digər
  • 9:00 - 9:02
    yaranma səbəbi isə ikincili infeksiya
    ola bilər.
  • 9:02 - 9:04
    Yəni, tutaq ki, avtobusda və ya
    gəmidəsiniz.
  • 9:04 - 9:07
    Bu vaxt vərəmə yoluxmuş sərnişinlərdən
    biri öskürür,
  • 9:07 - 9:09
    beləcə, nəfəs aldığınız zaman yenidən,
    yəni artıq
  • 9:09 - 9:11
    ikinci dəfə ağciyərlərinizə
  • 9:11 - 9:13
    vərəm mikobakteriyaları daxil olur.
  • 9:13 - 9:15
    Bu isə proqressiv
  • 9:15 - 9:17
    ikincili vərəm infeksiyasına səbəb olur.
  • 9:17 - 9:19
    Bunu həmçinin təkrar yoluxma
  • 9:19 - 9:22
    kimi də düşünə bilərsiniz, çünki burada
  • 9:22 - 9:24
    2-ci dəfə yoluxma baş verir.
  • 9:24 - 9:28
    Təkrar aktivləşmə ilə təkrar yoluxma
    arasındakı əlaqə odur ki,
  • 9:28 - 9:30
    hər iki halda da insanın
  • 9:30 - 9:33
    immun sistemi əvvəllər vərəmə
  • 9:33 - 9:35
    məruz qalmış olur.
  • 9:35 - 9:38
    Ağciyərdə boşluqların formalaşmasının və
  • 9:38 - 9:40
    ətrafındakı sahələrin yoluxmuş
  • 9:40 - 9:42
    olmasının əsas səbəbinin məhz
  • 9:42 - 9:44
    bu olduğu düşünülür.
  • 9:44 - 9:47
    Gəlin, bu infeksiyalar barədə bir az
  • 9:47 - 9:49
    ətraflı düşünək.
  • 9:49 - 9:52
    Sizcə, həm proqressiv birincili infeksiya,
  • 9:52 - 9:54
    həm də proqressiv ikincili infeksiyaya
  • 9:54 - 9:57
    yoluxma ehtimalı
  • 9:57 - 9:58
    kimlərdə daha çoxdur?
  • 9:58 - 10:01
    Mən hər zaman daha çox QİÇS
    xəstələrini düşünürəm,
  • 10:01 - 10:04
    çünki, bildiyimiz kimi QİÇS və vərəm
  • 10:04 - 10:06
    birgə olduqda təhlükəli bir
    birləşmə yaradır.
  • 10:06 - 10:09
    QİÇS zamanı həm vərəm mikobakteriyaları
  • 10:09 - 10:12
    ilk dəfə orqanizmə daxil
    olduqda
  • 10:12 - 10:14
    yaranan birincili vərəmin, həm də
    illər sonra
  • 10:14 - 10:16
    ortaya çıxa biləcək ikincili vərəmin
  • 10:16 - 10:18
    inkişafı riski çox yüksək olur.
Title:
Birincili və ikincili vərəm | Yoluxucu xəstəliklər | Khan Academy
Description:

Birincili vərəmin əsas xüsusiyyətləri və ikincili vərəmdən necə fərqləndiyi barədə öyrənin.
Rişi uşaqlarda yoluxucu xəstəliklər üzrə həkim-terapevtdir. O, eyni zamanda Khan Academy-də işləyir.
Bu videolar tibbi məsləhət xarakteri daşımır və yalnız informasiya xarakterlidir. Videolar professional tibbi konsultasiya, diaqnoz və ya müalicəni əvəzləmək üçün nəzərdə tutulmayıb. Sağlamlıq vəziyyətinizlə bağlı istənilən sualın cavablandırılması üçün hər zaman ixtisaslaşmış həkimlərin köməyindən istifadə edin. Qətiyyən Khan Academy videolarında gördükləriniz və ya eşitdikləriniz səbəbilə professional tibbi konsultasiya almağı gecikdirməyin və ya etinasızlıqla yanaşmayın. Video Stanford Tibb Məktəbi tərəfindən hazırlanmışdır.

Növbəti dərsi izləyin: https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-infectious-diseases/tuberculosis-rn/v/pulmonary-tb?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn

Əvvəlki dərsi qaçırmısınız? https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-infectious-diseases/tuberculosis-rn/v/tb-pathogenesis?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn

Khan Academy haqqında: Khan Academy hər kəsə sinif otağında və sinif otağından kənarda öz sürəti ilə öyrənmək imkanı verən praktiki çalışmalar, maarifləndirici videolar və şəxsiləşdirilmiş öyrənmə təcrübəsi təklif edir. Bİz riyaziyyat, elm, kompüter proqramlaşdırma, tarix, incəsənət tarixi, iqtisadiyyat və daha çoxunu öyrədirik. Riyaziyyat dərslərimizdə güclü tərəfləri və öyrənmə boşluqlarını müəyyənləşdirən ən müasir adaptiv texnologiyadan istifadə edərək öyrənənlərə baxça riyaziyyatından ali riyaziyyata qədər rəhbərlik edirik. Həmçinin ixtisaslaşdırılmış kontent hazırlamaq üçün NASA, Nyu-York Müasir İncəsənət Muzeyi , Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da partnyorluq etmişik.

Pulsuz. Hər kəs üçün. Hər zaman. #SənHərŞeyiÖyrənəBilərsən

Khan Academy kanalına abunə ol: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
10:19

Azerbaijani subtitles

Revisions Compare revisions