-
İfadəni doğru etmək üçün yüzlüklər mərtəbəsində
-
sual işarəsinin əvəzinə hansı rəqəm yazılmalıdır?
-
4 min, ? yüzlü 29 ən yaxın minliyə
-
yuvarlaqlaşdırdıqda 5000 alınır.
-
Ən yaxın minliyi 5000-ə bərabər olan
ədədi tapmalıyıq.
-
O, digər minliklərə nəzərən
5000-ə daha yaxındır.
-
Ədədimizin 4000-lə
-
başladığını bilirik, yüzlüklər mərtəbəsini təyin edib,
-
sonda 29 yazırıq.
-
0-dan 9-a qədər rəqəmlərdən hansını
buraya yazdıqda,
-
alınan ədədə ən yaxın minlik
-
5000-ə bərabər olar?
-
Bu ədədin minliklər mərtəbəsinə
-
4000 yazırıq, çünki burada 4000 var.
-
Bu ədədlər 4000 və 5000 arasındadır.
-
Gəlin burada bir ədəd oxu çəkək.
-
4000-dən 5000-ə qədər ədədləri
ədəd oxunda göstərək,
-
burada yüzlükləri qeyd edə bilərik.
-
4100, 4200, 4300,
-
4400, 4900-ə qədər yüzlükləri yazaq.
-
Burada 5000-i qeyd edərik.
-
Buradakı rəqəmi tapmaq üçün
-
onu ədəd oxu üzərində qeyd edək və onun
hansı ədədə yaxın olduğunu
-
müəyyənləşdirək.
-
Onlar 5000-ə, yoxsa 4000-ə daha yaxındır?
-
Məsələn, burada bir ədəd qeyd edək.
-
Bu nöqtənin göstərdiyi ədəd
-
hansı minliyə daha yaxındır?
-
Bu, 5000-ə daha yaxındır. Onu ən yaxın
-
minliklərə yuvarlaqlaşdırdıqda 5000 alınır.
-
Məsələn, burada yerləşən ədəd
-
4000-ə daha yaxındır.
-
Bunu yuvarlaqlaşdırdıqda 4000 alınar,
-
çünki bu, 5000-ə nəzərən 4000-ə
-
daha yaxındır.
-
Verilən ədədə nəzər salaq.
-
Buradakı rəqəmi tapıb, ədədi ədəd oxunda
-
göstərməyə çalışaq.
-
Burada yaza biləcəyimiz ilk rəqəmi,
-
yəni 0 yazaq.
-
Burada 4 min, 0 yüzlük, 29 alınır.
-
Bu ədəd 4000 və 4100 arasındadır.
O, 4000-dən böyük,
-
lakin 4100-dən kiçikdir.
-
Həmin qiyməti burada göstərə bilərik.
-
Bu ədəd 4100-ə nəzərən 4000-ə daha yaxındır.
-
Gördüyünüz kimi bu ədəd 4000-ə daha yaxındır.
-
Onu yuvarlaqlaşdırdıqda 4000 alınır.
-
Bu ədəd 5000-dən çox uzaqdır.
-
Odur ki, cavab 0 deyil.
-
Buradan 0-ı silək.
-
Burada bütün rəqəmləri bir-bir yoxlamaq
-
bir qədər vaxt apara bilər. Odur ki,
-
qrafikə baxaq və onun 5000-ə yaxın hansı
-
hissədə olduğunu təyin edək.
-
Cavab ortada olmalıdır.
-
Məsələn 4500 və ya ondan böyük bir ədədi
-
yuvarlaqlaşdırdıqda 5000 alınır.
-
Ortadan sağda yerləşən ədədləri yuvarlaqlaşdırdıqda
5000 alınır.
-
Bildiyiniz kimi bu nöqtə
-
4500-dür.
-
4500-dən böyük ədəd almaq üçün
-
buraya hansı rəqəmi yaza bilərik?
-
Bundan kiçik ədədləri yuvarlaqlaşdırdıqda
-
4000 alınır.
-
Gəlin 5-i yoxlayaq.
-
4529 4520-dən sonra gəlir,
-
o, təxmini burada olacaq.
-
Bu, 5000-ə daha yaxındır.
5 doğru cavabdır.
-
Buraya 5 yaza bilərik.
-
4-ü yoxlayaq,
-
4400 ədədi 4500-dən solda yerləşir,
-
bu 4400, bu isə
-
4500-dür. Bu ədədi
-
yuvarlaqlaşdırdıqda
-
4000 alınır.
-
Bu ədəd 4000-ə daha yaxındır,
-
ona ən yaxın minlik 4000-dir.
-
Odur ki, 4 doğru cavab deyil.
-
Məncə ədəd oxundan istifadə etmədən
-
həlli tapa bilərik.
-
4400 çox kiçikdir,
-
deməli, 4300,
4200 və 4100 də kiçik olacaq.
-
0 rəqəmini yoxlamışdıq.
-
Həmin ədəd də çox kiçikdir.
-
4529 ədədinin doğru cavab olduğunu bilirik.
-
Bu ədəd kifayət qədər böyükdür,
-
5000-ə yaxındır.
-
Yüzlüklər mərtəbəsinə 5-dən böyük rəqəmləri
-
yazdıqda, doğru cavab alınır,
-
5 və 5-dən böyük rəqəmləri yazdıqda,
-
alınan ədəd 5000-ə yaxın olur.
-
Odur ki, buraya yaza biləcəyimiz
rəqəmlər 5,
-
6, 7, 8 və 9-dur.
-
Bu rəqəmlərdən hər hansı birini
sual işarəsinin yerinə yazıb,
-
alınan ədədi yuvarlaqlaşdırdıqda
-
5000 alınar.
-
Cavab 5, 6, 7, 8 və 9-dur.