İfadəni doğru etmək üçün yüzlüklər mərtəbəsində sual işarəsinin əvəzinə hansı rəqəm yazılmalıdır? 4 min, ? yüzlü 29 ən yaxın minliyə yuvarlaqlaşdırdıqda 5000 alınır. Ən yaxın minliyi 5000-ə bərabər olan ədədi tapmalıyıq. O, digər minliklərə nəzərən 5000-ə daha yaxındır. Ədədimizin 4000-lə başladığını bilirik, yüzlüklər mərtəbəsini təyin edib, sonda 29 yazırıq. 0-dan 9-a qədər rəqəmlərdən hansını buraya yazdıqda, alınan ədədə ən yaxın minlik 5000-ə bərabər olar? Bu ədədin minliklər mərtəbəsinə 4000 yazırıq, çünki burada 4000 var. Bu ədədlər 4000 və 5000 arasındadır. Gəlin burada bir ədəd oxu çəkək. 4000-dən 5000-ə qədər ədədləri ədəd oxunda göstərək, burada yüzlükləri qeyd edə bilərik. 4100, 4200, 4300, 4400, 4900-ə qədər yüzlükləri yazaq. Burada 5000-i qeyd edərik. Buradakı rəqəmi tapmaq üçün onu ədəd oxu üzərində qeyd edək və onun hansı ədədə yaxın olduğunu müəyyənləşdirək. Onlar 5000-ə, yoxsa 4000-ə daha yaxındır? Məsələn, burada bir ədəd qeyd edək. Bu nöqtənin göstərdiyi ədəd hansı minliyə daha yaxındır? Bu, 5000-ə daha yaxındır. Onu ən yaxın minliklərə yuvarlaqlaşdırdıqda 5000 alınır. Məsələn, burada yerləşən ədəd 4000-ə daha yaxındır. Bunu yuvarlaqlaşdırdıqda 4000 alınar, çünki bu, 5000-ə nəzərən 4000-ə daha yaxındır. Verilən ədədə nəzər salaq. Buradakı rəqəmi tapıb, ədədi ədəd oxunda göstərməyə çalışaq. Burada yaza biləcəyimiz ilk rəqəmi, yəni 0 yazaq. Burada 4 min, 0 yüzlük, 29 alınır. Bu ədəd 4000 və 4100 arasındadır. O, 4000-dən böyük, lakin 4100-dən kiçikdir. Həmin qiyməti burada göstərə bilərik. Bu ədəd 4100-ə nəzərən 4000-ə daha yaxındır. Gördüyünüz kimi bu ədəd 4000-ə daha yaxındır. Onu yuvarlaqlaşdırdıqda 4000 alınır. Bu ədəd 5000-dən çox uzaqdır. Odur ki, cavab 0 deyil. Buradan 0-ı silək. Burada bütün rəqəmləri bir-bir yoxlamaq bir qədər vaxt apara bilər. Odur ki, qrafikə baxaq və onun 5000-ə yaxın hansı hissədə olduğunu təyin edək. Cavab ortada olmalıdır. Məsələn 4500 və ya ondan böyük bir ədədi yuvarlaqlaşdırdıqda 5000 alınır. Ortadan sağda yerləşən ədədləri yuvarlaqlaşdırdıqda 5000 alınır. Bildiyiniz kimi bu nöqtə 4500-dür. 4500-dən böyük ədəd almaq üçün buraya hansı rəqəmi yaza bilərik? Bundan kiçik ədədləri yuvarlaqlaşdırdıqda 4000 alınır. Gəlin 5-i yoxlayaq. 4529 4520-dən sonra gəlir, o, təxmini burada olacaq. Bu, 5000-ə daha yaxındır. 5 doğru cavabdır. Buraya 5 yaza bilərik. 4-ü yoxlayaq, 4400 ədədi 4500-dən solda yerləşir, bu 4400, bu isə 4500-dür. Bu ədədi yuvarlaqlaşdırdıqda 4000 alınır. Bu ədəd 4000-ə daha yaxındır, ona ən yaxın minlik 4000-dir. Odur ki, 4 doğru cavab deyil. Məncə ədəd oxundan istifadə etmədən həlli tapa bilərik. 4400 çox kiçikdir, deməli, 4300, 4200 və 4100 də kiçik olacaq. 0 rəqəmini yoxlamışdıq. Həmin ədəd də çox kiçikdir. 4529 ədədinin doğru cavab olduğunu bilirik. Bu ədəd kifayət qədər böyükdür, 5000-ə yaxındır. Yüzlüklər mərtəbəsinə 5-dən böyük rəqəmləri yazdıqda, doğru cavab alınır, 5 və 5-dən böyük rəqəmləri yazdıqda, alınan ədəd 5000-ə yaxın olur. Odur ki, buraya yaza biləcəyimiz rəqəmlər 5, 6, 7, 8 və 9-dur. Bu rəqəmlərdən hər hansı birini sual işarəsinin yerinə yazıb, alınan ədədi yuvarlaqlaşdırdıqda 5000 alınar. Cavab 5, 6, 7, 8 və 9-dur.