Alisa Miller xəbərlər haqqında xəbərləri paylaşır
-
0:00 - 0:04Xəbərlər dünyaya baxışımızı necə formalaşdırır?
-
0:04 - 0:10Bu dünyanın torpaq həcminə əsaslanan görünüşüdür.
-
0:10 - 0:16Bu isə Ameriklalıların xəbərlərdən gördüyü dünyadır.
-
0:17 - 0:31Bu xəritə -- (Alqışlar) -- Amerika xəbər agentliklərinin
-
0:31 - 0:36yayımladığı xəbərlərin ölkələr üzrə bölgüsüdür,
-
0:36 - 0:412007-ci ilin Fevralı- bir il əvvələ aiddir.
-
0:41 - 0:47Həmin vaxt Şimali Koreya öz nüvə avadanlıqlarını leğv etməyə razılaşdı,
-
0:47 - 0:51İndoneziyada güclü sel oldu.
-
0:51 - 0:59Parisdə, IPCC( İqlim Dəyişikliyi Hökumətlərarası birliyi) insanın qlobal istiləşməyə təsirini təsdiqləyən elmi tədqiqatı açıqladı.
-
0:59 - 1:04Xəbərlərin 79 faizi isə Birləşmiş Ştatlar haqda idi.
-
1:04 - 1:09Və biz Amerikanı çıxıb qalan 21 faizə baxsaq
-
1:09 - 1:16digər xırda xəbərlərlə yanaşı, böyük İraq görünür--yaşıl rənglidir xəritədə.
-
1:16 - 1:24Rusiya, Çin və Hindistanla bağlı xəbərlər ancaq bir faiz təşkil edirdi.
-
1:24 - 1:30Bütün xəbərləri incələdik və yalnız bir xəbəri çıxardıqda
-
1:30 - 1:32dünya bu cür görünürdü.
-
1:32 - 1:38Bu hansı xəbər idi? Anna Nicole Smithin ölümü.
-
1:39 - 1:42Bu xəbər Iraqdan başqa bütün ölkələri üstələdi.
-
1:42 - 1:47və IPCC tədqiqatından 10 dəfə çox işıqlandırıldı.
-
1:48 - 1:50Ölkələrə davam edirəm;
-
1:50 - 1:53bildiyimiz kimi Britney axır vaxtlar çox görünür.
-
1:53 - 1:56Niyə dünya haqqında daha çox eşitmirik?
-
1:56 - 2:02Birincisi xəbər agentlikləri regional bürolarının sayını yarıya endiriblər.
-
2:02 - 2:11ABCnin Nairobi, New Delhi və Mumbaidəki bir nəfərlik bürolarından başqa
-
2:11 - 2:19Afrikada, Hindistanda ve Cənubi Amerikada xəbər büroları yoxdur
-
2:19 - 2:24--2 milyarddan çox insanın yaşadığı ərazidir həmin ərazilər.
-
2:25 - 2:30Əslində Britney haqda xəbər hazırlamaq daha ucuzdur.
-
2:30 - 2:33Xəbər başlıqlarında global mövzuların yer almaması
-
2:33 - 2:35bütün insanlığa zərər vura bilər.
-
2:36 - 2:40Televiziya xəbərlərinin çoxu yerli xarakter daışıyır,
-
2:40 - 2:44yalnız 12%-i dünyadan olur.
-
2:45 - 2:47Bəs internet?
-
2:47 - 2:51Ən məhşur xəbər saytları da təxminən eynidir.
-
2:51 - 2:56Keçən il Pew and the Kolumbiya J-School Google News əsas səhifəsindəki
-
2:56 - 2:591400 yazını analiz etmişdi.
-
2:59 - 3:03Hamısı 24 news-dakı xəbərlərlə eyni idi.
-
3:03 - 3:08E-contentin araşdırmalarına görə də ABŞ-dakı global xəbərlər
-
3:08 - 3:12AP və Reuters xəbər agentliklərindən götürülür,
-
3:12 - 3:16sadəcə anlaşılmasın deyə məzmunu dəyişdirilir.
-
3:16 - 3:21Bunların hamısına nəzər salsaq indiki universitet məzunu və ya daha
-
3:21 - 3:23savadsız amerikalıların dünya haqda 20 il
-
3:23 - 3:26əvvəlkinə nisbətən daha az bilməsinin səbəbini aydın görə bilərik.
-
3:26 - 3:32Və əgər düşünürsünüz ki, biz maraqlanmırıq
-
3:32 - 3:34səhv edirsiniz.
-
3:34 - 3:41Son illərdə beynəlxalq xəbərləri yaxından izlədiyini söyləyən Amerikalılar
-
3:41 - 3:4350 faizi aşıb.
-
3:43 - 3:51Əsl sual: bu forması dəyişmiş dünya baxışı bizim Amerikalılar üçün istədiyimizdir?
-
3:51 - 3:54xüsusilə də qarşılıqlı əlaqədə olan dünyamızda?
-
3:54 - 3:57Mən bilirəm ki, biz daha yaxşısını bacararıq
-
3:57 - 4:00Niyə də yox axı?. Təşəkkürlər.
- Title:
- Alisa Miller xəbərlər haqqında xəbərləri paylaşır
- Speaker:
- Alisa Miller
- Description:
-
Public Radio İnternational-ın başçısı Alisa Millernə dünya haqqında xəbərlərlə daha çox maraqlansa da ABŞ medyasında daha az işıqlandırılmasından danışır. Göz açan statistika və göstəricilər.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 04:06
![]() |
Retired user added a translation |