Xəbərlər dünyaya baxışımızı necə formalaşdırır? Bu dünyanın torpaq həcminə əsaslanan görünüşüdür. Bu isə Ameriklalıların xəbərlərdən gördüyü dünyadır. Bu xəritə -- (Alqışlar) -- Amerika xəbər agentliklərinin yayımladığı xəbərlərin ölkələr üzrə bölgüsüdür, 2007-ci ilin Fevralı- bir il əvvələ aiddir. Həmin vaxt Şimali Koreya öz nüvə avadanlıqlarını leğv etməyə razılaşdı, İndoneziyada güclü sel oldu. Parisdə, IPCC( İqlim Dəyişikliyi Hökumətlərarası birliyi) insanın qlobal istiləşməyə təsirini təsdiqləyən elmi tədqiqatı açıqladı. Xəbərlərin 79 faizi isə Birləşmiş Ştatlar haqda idi. Və biz Amerikanı çıxıb qalan 21 faizə baxsaq digər xırda xəbərlərlə yanaşı, böyük İraq görünür--yaşıl rənglidir xəritədə. Rusiya, Çin və Hindistanla bağlı xəbərlər ancaq bir faiz təşkil edirdi. Bütün xəbərləri incələdik və yalnız bir xəbəri çıxardıqda dünya bu cür görünürdü. Bu hansı xəbər idi? Anna Nicole Smithin ölümü. Bu xəbər Iraqdan başqa bütün ölkələri üstələdi. və IPCC tədqiqatından 10 dəfə çox işıqlandırıldı. Ölkələrə davam edirəm; bildiyimiz kimi Britney axır vaxtlar çox görünür. Niyə dünya haqqında daha çox eşitmirik? Birincisi xəbər agentlikləri regional bürolarının sayını yarıya endiriblər. ABCnin Nairobi, New Delhi və Mumbaidəki bir nəfərlik bürolarından başqa Afrikada, Hindistanda ve Cənubi Amerikada xəbər büroları yoxdur --2 milyarddan çox insanın yaşadığı ərazidir həmin ərazilər. Əslində Britney haqda xəbər hazırlamaq daha ucuzdur. Xəbər başlıqlarında global mövzuların yer almaması bütün insanlığa zərər vura bilər. Televiziya xəbərlərinin çoxu yerli xarakter daışıyır, yalnız 12%-i dünyadan olur. Bəs internet? Ən məhşur xəbər saytları da təxminən eynidir. Keçən il Pew and the Kolumbiya J-School Google News əsas səhifəsindəki 1400 yazını analiz etmişdi. Hamısı 24 news-dakı xəbərlərlə eyni idi. E-contentin araşdırmalarına görə də ABŞ-dakı global xəbərlər AP və Reuters xəbər agentliklərindən götürülür, sadəcə anlaşılmasın deyə məzmunu dəyişdirilir. Bunların hamısına nəzər salsaq indiki universitet məzunu və ya daha savadsız amerikalıların dünya haqda 20 il əvvəlkinə nisbətən daha az bilməsinin səbəbini aydın görə bilərik. Və əgər düşünürsünüz ki, biz maraqlanmırıq səhv edirsiniz. Son illərdə beynəlxalq xəbərləri yaxından izlədiyini söyləyən Amerikalılar 50 faizi aşıb. Əsl sual: bu forması dəyişmiş dünya baxışı bizim Amerikalılar üçün istədiyimizdir? xüsusilə də qarşılıqlı əlaqədə olan dünyamızda? Mən bilirəm ki, biz daha yaxşısını bacararıq Niyə də yox axı?. Təşəkkürlər.