< Return to Video

DNT replikasiyasında öndə gedən və gecikən zəncirlər |MCAT |Khan Academy

  • 0:01 - 0:03
    Gəlin DNT-nin özünü necə kopyaladığından
  • 0:03 - 0:06
    və ikiləşdiyindən daha ətraflı
  • 0:06 - 0:07
    bəhs edək.
  • 0:07 - 0:08
    Bu vidoeda prosesin
  • 0:08 - 0:11
    əsas aktyorları haqqında danışacağıq.
  • 0:11 - 0:13
    Video boyunca DNT molekulunun 3' və 5'
  • 0:13 - 0:18
    uclarından tez-tez bəhs edəcəyəm və əgər
  • 0:18 - 0:20
    bu mövzu sizə heç tanış deyilsə,
  • 0:20 - 0:22
    tövsiyə edirəm ki, DNT-nin antiparalel
  • 0:22 - 0:26
    quruluşu haqqındakı videoya baxasınız.
  • 0:26 - 0:28
    Yenə də uzun müddət əvvəl baxmış və artıq
  • 0:28 - 0:31
    unutmuş ola bilərsiniz deyə təkrarlayaq.
  • 0:31 - 0:33
    Bu DNT-nin böyüdülmüş formasıdır,
  • 0:33 - 0:35
    əslində elə bayaqkı videodan götürmüşəm.
  • 0:35 - 0:38
    5' və 3' uclar haqqında danışanda
  • 0:38 - 0:41
    ribozaları işarə edirik, hansı ki, bu
  • 0:41 - 0:45
    fosfat-şəkər onurğasını əmələ gətirirlər.
  • 0:45 - 0:47
    Məsələn, burada bir ribozamız var,
  • 0:47 - 0:49
    yəni beş karbonlu şəkər
  • 0:49 - 0:51
    və biz bu karbonları nömrələyə bilərik;
  • 0:51 - 0:55
    bu 1' karbon,
    bu 2' karbon,
  • 0:55 - 0:59
    bu 3' karbon,
    bu 4' karbon,
  • 0:59 - 1:01
    və bu da 5' karbon.
  • 1:01 - 1:03
    Beləliklə, buna nərdivanın bir tərəfi
  • 1:05 - 1:06
    deyə bilərik,
  • 1:06 - 1:08
    və bu
  • 1:08 - 1:11
    icazə verin, buraya kiçik bir xətt çəkim,
  • 1:11 - 1:14
    bu 3' dən 5' istiqamətinə gedir.
  • 1:15 - 1:19
    Bu 3' ucudur və bu uc isə 5'.
  • 1:19 - 1:21
    Bu 3'- 5' istiqamətindədir.
  • 1:21 - 1:24
    3 -ə diqqət edin, bu fosfat 3'-ə bağlanır,
  • 1:24 - 1:26
    sonra 5' fosfata bağlanır,
  • 1:26 - 1:27
    bu 3'- ə bağlanır,
  • 1:27 - 1:28
    sonra bu 5' də
  • 1:28 - 1:31
    başqa bir fosfata bağlanır.
  • 1:31 - 1:34
    Bu telin isə antiparalel olduğunu görürük.
  • 1:34 - 1:37
    Paraleldirlər, lakin fərqli istiqamətdə.
  • 1:37 - 1:40
    Beləliklə, bu 3' və bu 5',
  • 1:40 - 1:44
    bu 3', bu isə 5'-dir.
  • 1:44 - 1:45
    Antiparalel quruluş dedikdə
  • 1:45 - 1:48
    nəzərdə tutduğumuz şey elə budur.
  • 1:48 - 1:49
    Bu iki onurğa,
  • 1:49 - 1:51
    bu iki tel bir-birinə paraleldir,
  • 1:51 - 1:55
    lakin əks tərəflərə istiqamətləniblər.
  • 1:55 - 1:59
    Yəni, bu 3' ucudur, bu isə 5' ucu.
  • 1:59 - 2:00
    Bu bizim replikasiyanı
  • 2:00 - 2:02
    anlamağımızda vacib rol oynayır,
  • 2:02 - 2:04
    çünki yeni bir DNT teli yaratmaq üçün
  • 2:04 - 2:07
    dayanmadan nukleotidlər əlavə edən
  • 2:07 - 2:09
    DNT polimeraza yalnız 3' sonluğuna
  • 2:09 - 2:13
    nukleotidlər əlavə edə bilir.
  • 2:14 - 2:17
    Məsələn, burada
  • 2:17 - 2:18
    biz yalnız bu istiqamətdə
  • 2:18 - 2:22
    nukleotid əlavə edə bilərik.
  • 2:22 - 2:24
    Bu istiqamətdə nukleotid
  • 2:24 - 2:27
    əlavə edə bilmərik.
  • 2:27 - 2:29
    Başqa sözlə desək, yalnız 3' ucuna
  • 2:29 - 2:33
    nukleotid əlavə edilə bilər və DNT yalnız
  • 2:33 - 2:37
    5'-3' istiqamətində genişləndirilə bilər.
  • 2:39 - 2:41
    Yalnız 3'sonluğuna əlavə edə biləriksə,
  • 2:41 - 2:45
    demək, 5'-3' istiqamətində gedə bilərik.
  • 2:45 - 2:48
    3'-5' istiqamətində gedə bilmərik.
  • 2:48 - 2:52
    Polimeraza ilə 5' ucuna əlavə etmək olmur.
  • 2:52 - 2:55
    İndi polimerazanın nə olduğuna baxaq.
  • 2:55 - 2:57
    Buradakı sxemə baxacayıq, hansı ki,
  • 2:57 - 2:59
    bizə həqiqətən də bütün aktyorlar
  • 2:59 - 3:01
    haqqında ümumi məlumat verəcək.
  • 3:01 - 3:04
    Burda bizim DNT telimiz durur,
  • 3:04 - 3:07
    və gördüyünüz kimi o, öz təbii halındadır,
  • 3:07 - 3:10
    replikasiya olunmamış təbii formasında,
  • 3:10 - 3:14
    və burada 3' və 5' uclarını görə bilər və
  • 3:14 - 3:15
    onurğalardan birini izləyə bilərsiniz.
  • 3:15 - 3:19
    Bu 3' -dir və onu izləsəniz
  • 3:19 - 3:23
    görərsiniz ki, sonda 5' ucuna uyğun gəlir.
  • 3:23 - 3:27
    Beləliklə, bu və digəri eyni teldir,
  • 3:27 - 3:30
    və əgər bunu izləsəniz
  • 3:30 - 3:32
    bu da eyni teldir.
  • 3:32 - 3:34
    Bu telin 3' ucudur
  • 3:34 - 3:38
    və bu da telin 5' ucu.
  • 3:39 - 3:40
    İndi isə, xatırlayaq ki,
  • 3:40 - 3:42
    replikasiyaya ümumi baxdığımız
  • 3:42 - 3:44
    keçən videomuzda da danışdığımız kimi,
  • 3:44 - 3:48
    DNT-nin cüt zəncirli quruluşu
  • 3:50 - 3:54
    əvvəlcə ayrılmalıdır ki,
  • 3:54 - 3:56
    yeni birini qura bilək,
  • 3:56 - 3:59
    beləliklə, hər ayrılmış teldən yeni bir
  • 3:59 - 4:01
    tel yarada bilərik.
  • 4:01 - 4:04
    Bir zəncirbənd kimi, əvvəlcə açırsınız və
  • 4:04 - 4:08
    sonra hər tərəfə yenisini əlavə edirsiniz.
  • 4:08 - 4:10
    Təbii ki, əslində iş "Gəl zəncirbəndi açıb
  • 4:10 - 4:12
    ona yenisini əlavə edək." deməkdən
  • 4:12 - 4:15
    daha mürəkkəbdir.
  • 4:15 - 4:18
    Bu müddətdə bir çox ferment yer alır
  • 4:18 - 4:20
    və hətta bu sxemdə belə bütün aktyorlar
  • 4:20 - 4:22
    göstərilməyib, lakin ən önəmliləri
  • 4:22 - 4:24
    görə bilərsiniz, hansı ki ən azından DNT
  • 4:24 - 4:26
    replikasiyası haqqında danışılanda
  • 4:26 - 4:30
    adını eşidəcəksiniz.
  • 4:30 - 4:32
    Beləliklə, ilk əvvəl
  • 4:32 - 4:35
    buradakılar bir-birinə sıx dolanmalıdır.
  • 4:35 - 4:36
    İcazə verin, yazım
  • 4:36 - 4:39
    " sıx dolanmış".
  • 4:40 - 4:41
    Üstəlik, bu tərəfi nə
  • 4:41 - 4:44
    qədər açsaq,
  • 4:44 - 4:46
    bu biri tərəf daha sıx olur,
  • 4:46 - 4:49
    Beləliklə, zəncirbəndi açmaq üçün bizə
  • 4:49 - 4:51
    bir ferment lazımdır ki, bu sıx
  • 4:51 - 4:55
    dolanmış zənciri açsın.
  • 4:55 - 4:59
    Bu ferment topoisomerazadır.
  • 4:59 - 5:01
    O, bu onurğanı müvəqqəti olaraq hissələrə
  • 5:01 - 5:05
    ayırır ki, ayrılıb sonradan birləşsinlər,
  • 5:05 - 5:08
    daha dəqiq desək, ayrılsınlar və sonra
  • 5:08 - 5:11
    helikaza fermenti gəlir, hansı ki,
  • 5:11 - 5:13
    həqiqətdə belə kiçik bir üçbucağa
  • 5:13 - 5:14
    bənzəmir.
  • 5:14 - 5:16
    Əslində helikazanın
  • 5:16 - 5:18
    molekulyar quruluşuna
  • 5:18 - 5:19
    baxsanız onun
  • 5:19 - 5:22
    heyranedici quruluşunu görə bilərsiniz.
  • 5:22 - 5:23
    Helikazanın funksiyası isə
  • 5:23 - 5:27
    buradakı azot əsasları arasındakı
  • 5:27 - 5:29
    hidrogen rabitələri qırmaqdır,
  • 5:29 - 5:32
    Bu nümunədə, bu adenin, bu isə timindir və
  • 5:32 - 5:36
    helikaza aradakı bu rabitəni qırır.
  • 5:36 - 5:38
    Beləliklə, əvvəlcə onu açırsınız, sonra
  • 5:40 - 5:41
    helikaza, daha doğrusu
  • 5:41 - 5:43
    topoisomeraza onu açır və helikaza
  • 5:43 - 5:46
    onları parçalayır, və sonra biz hər iki
  • 5:46 - 5:48
    DNT teli haqqında
  • 5:48 - 5:50
    ayrılıqda düşünməyə başlayırıq,
  • 5:50 - 5:51
    çünki qeyd elədiyim kimi,
  • 5:51 - 5:54
    nukleotidləri ancaq 5' - 3' istiqamətində
  • 5:54 - 5:56
    əlavə edə bilərik.
  • 5:58 - 6:00
    Bu altdakı zəncirə "öndə gedən zəncir"
  • 6:00 - 6:02
    deyirik və bunun məntiqi
  • 6:02 - 6:04
    olduqca asandır,
  • 6:04 - 6:06
    yadımıza salaq ki, bura 5' ucudur
  • 6:06 - 6:08
    və buna görə də, yalnız
  • 6:08 - 6:10
    bu yöndə davam edə bilər,
  • 6:10 - 6:14
    bu yöndə əlavə edərək davam edə bilər.
  • 6:14 - 6:15
    5'- 3' istiqamətində.
  • 6:16 - 6:20
    İndi isə prosesin başlaması üçün
  • 6:20 - 6:22
    RNT praymerinə ehtiyac var
  • 6:23 - 6:26
    və RNT praymerini təmin edən dostumuz isə
  • 6:26 - 6:28
    DNT primazadır.
  • 6:28 - 6:30
    Gecikən zəncirdəki dostlarımızla
  • 6:30 - 6:32
    daha sonra tanış olacağıq,
  • 6:32 - 6:33
    görünən bir rəng olsun,
  • 6:33 - 6:36
    RNT praymeri buraya əlavə olunacaq,
  • 6:36 - 6:38
    və artıq bir praymerimiz olduğu üçün
  • 6:38 - 6:40
    DNT polimeraza artıq 3' istiqamətində
  • 6:40 - 6:44
    nukleotidləri əlavə etməyə
  • 6:44 - 6:47
    başlaya bilər.
  • 6:47 - 6:49
    Öndə gedən zəncirin belə asan olmağının
  • 6:49 - 6:53
    səbəbi DNT polimerazanın burda olmağıdır,
  • 6:54 - 6:56
    "polimeraza" və yenə də onlar belə
  • 6:56 - 6:59
    sxemdəki kimi düzbucaqlı formada deyillər.
  • 6:59 - 7:01
    Həqiqətdə çox daha heyranedicidirlər.
  • 7:01 - 7:03
    Burada bir polimeraza var
  • 7:03 - 7:07
    və biri də burada , "polimeraza"
  • 7:07 - 7:08
    Bu polimerazanı zəncirbəndin
  • 7:08 - 7:12
    qulpu kimi fikirləşə bilərsiniz,
  • 7:12 - 7:13
    və o 3' ucuna dayanmadan nukleotidlər
  • 7:13 - 7:17
    əlavə edir.
  • 7:17 - 7:21
    Bu da çox sadə bir proses kimi görünür.
  • 7:21 - 7:23
    İndi siz "nukleotidləri elə 5' ucundan
  • 7:23 - 7:27
    əlavə etsək daha asan olmazmı?" deyə sual
  • 7:27 - 7:28
    verə bilərsiniz, çünki bu
  • 7:28 - 7:31
    3'- 5' istiqamətində gedir,
  • 7:31 - 7:33
    bəli, ola bilər ki, bu polimeraza
  • 7:33 - 7:36
    və ya başqası elə buradan əlavə etməyə
  • 7:36 - 7:37
    davam edərdi və daha asan olardı.
  • 7:37 - 7:40
    Lakin gerçəkdə elə deyil.
  • 7:40 - 7:44
    5' ucuna nukleotid əlavə edə bilməzsiniz,
  • 7:44 - 7:47
    daha aydın izah etməyə çalışım, bu 3'-dir?
  • 7:47 - 7:48
    bu tel haqqında danışıram.
  • 7:48 - 7:50
    Buradakı tel,
  • 7:50 - 7:52
    bunu başqa rənglə edim
  • 7:52 - 7:55
    buradakı tel
  • 7:55 - 7:59
    bu 3' ucudur, bu isə 5' ucu,
  • 7:59 - 8:00
    və siz bu yöndə
  • 8:00 - 8:03
    nukleotidləri əlavə edə bilməzsiniz,
  • 8:03 - 8:06
    bəs biologiya bu problemi necə həll edir?
  • 8:07 - 8:11
    Bəli, bu hissələr parçalananda
  • 8:11 - 8:14
    buralara praymerlər əlavə olunur,
  • 8:14 - 8:17
    və bu sxemdə praymer yalnız bir ədəd
  • 8:17 - 8:20
    nukleotid kimi göstərilib, ancaq normalda
  • 8:20 - 8:21
    bir praymer təxminən 10 nukleotid olur.
  • 8:21 - 8:26
    Ona görə də DNT primaza təxminən 10 RNT
  • 8:27 - 8:29
    nukleotidini bura əlavə edəcək.
  • 8:29 - 8:32
    DNT polimeraza gecikən zəncir boyu
  • 8:32 - 8:37
    irəliləyir, buna üstdəki zəncir də
  • 8:37 - 8:38
    deyə bilərik, və əlavə edir,
  • 8:38 - 8:41
    RNT praymeri əlavə edir, hansı ki yalnız
  • 8:41 - 8:43
    bir nukleotid deyil, çox sayda
  • 8:43 - 8:45
    nukleotiddən əmələ gəlir,
  • 8:45 - 8:48
    və bu RNT praymerindən sonra, polimeraza
  • 8:48 - 8:52
    5'- 3' istiqamətində
  • 8:53 - 8:55
    3' sonluğuna əlavə edə bilir.
  • 8:56 - 8:59
    Beləliklə, o artıq DNT bu şəkildə
  • 8:59 - 9:01
    yaratmağa başlayır.
  • 9:01 - 9:02
    Prosesi belə təsəvvür edin:
  • 9:02 - 9:07
    primazanı əlavə edirsiniz, bura polimeraza
  • 9:07 - 9:11
    və 5'-dən 3'-ə qurmağa başlayırsınız.
  • 9:12 - 9:15
    Belə qurursunuz və sonra bir az ara
  • 9:15 - 9:17
    buraxıb eyni prosesi təkrarlayırsınız.
  • 9:17 - 9:21
    Nəticədə, bu DNT fraqmentləri əmələ gəlir
  • 9:21 - 9:24
    və Okazaki fraqmentləri adlanır.
  • 9:24 - 9:27
    "Okazaki parçaları", və bütün bunlar
  • 9:28 - 9:31
    gecikən zəncirdə baş verənlərdir,
  • 9:31 - 9:32
    bəs buna nəyə görə
  • 9:32 - 9:33
    gecikən zəncir deyirik?
  • 9:33 - 9:35
    Çünki burda göstərilən iş bir az
  • 9:35 - 9:37
    standartdan kənar bir metoddur,
  • 9:37 - 9:39
    bu açılışlar boyu Okazaki fraqmentləri
  • 9:39 - 9:41
    yaratmalısınız və buna görə də
  • 9:41 - 9:46
    proses daha yavaş gedir,
  • 9:46 - 9:49
    lakin daha sonra bütün bu parçalar
  • 9:49 - 9:51
    DNT liqaza ilə bir araya gələ bilər.
  • 9:52 - 9:56
    DNT liqaza yalnız zəncirləri bir araya
  • 9:56 - 9:59
    gətirmir, həmçinin RNT də DNT ilə əvəz
  • 9:59 - 10:02
    olunur və hər şey bitdikdən sonra isə
  • 10:02 - 10:06
    artıq burada replikasiya olunmuş
  • 10:06 - 10:08
    bir DNT əldə edirik.
  • 10:08 - 10:11
    Nəticədə, əlimizdə cüt zəncir olmuş olur,
  • 10:11 - 10:13
    hansı ki, birini gecikən, digərini isə
  • 10:13 - 10:16
    öndə gedən zəncirdən əldə etmişdik.
Title:
DNT replikasiyasında öndə gedən və gecikən zəncirlər |MCAT |Khan Academy
Description:

DNT replikasiyasında DNT polimeraza, primaza, liqaza, helikaza və topoisomerazanın rolu. Öndə gedən və gecikən zəncirlərin izahı.

Sonrakı videonu izləyin: https://www.khanacademy.org/test-prep/mcat/biomolecules/dna/v/transcription-and-mrna-processing?utm_source=YT&utm_medium=Desc&utm_campaign=mcat

Keçən dərsi izləməmisən? https://www.khanacademy.org/test-prep/mcat/biomolecules/dna/v/telomeres-and-single-copy-dna-vs-repetitive-dna?utm_source=YT&utm_medium=Desc&utm_campaign=mcat

Khan Academy-də MCAT: Davam edin və bəzi keçid əsaslı suallarla məşq edin!

Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və sinif xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə çalışmaları, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, təbiət elmləri, kompüter proqramlaşdırma, tarix, incəsənət tarixi, iqtisadiyyat və s. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, adaptiv texnologiyadan istifadə edərək uşaqları uşaq bağçasından başlayaraq hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təklif etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.

Ödənişsiz. Hamı üçün. Həmişə. #YouCanLearnAnything

Khan Academy-nin MCAT kanalına abunə olun: https://www.youtube.com/channel/UCDkK5wqSuwDlJ3_nl3rgdiQ?sub_confirmation=1
Khan Academy -yə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
10:19

Azerbaijani subtitles

Revisions Compare revisions