Vergilər və mükəmməl qeyri-elastik tələb
-
0:00 - 0:03Fərqli vəziyyətlərdə vergi yükünü
-
0:03 - 0:05kimin daşıyacağı barədə düşünək.
-
0:05 - 0:07Bu videoda insulinə diqqət edəcəyik.
-
0:07 - 0:08İnsulin maraqlıdır.
-
0:08 - 0:11Bu diabet olan insanlarda qan şəkəri miqdarını
-
0:11 - 0:12tənzimləmək üçündür, beləliklə, siz təsəvvür
-
0:12 - 0:14edə bilərsiniz ki, insanların yaşamaq
-
0:14 - 0:16üçün ona ehtiyacı var.
-
0:16 - 0:19Demək olar ki,
onlar üçün sonsuz marjinal dəyəri var. -
0:19 - 0:21Buna görə onlar qiymətinin nə qədər
-
0:21 - 0:23olmasından asılı olmayaraq,
-
0:23 - 0:24daima insulin almağa hazırdırlar.
-
0:24 - 0:27Məsələn, insulinin qiyməti bir dollar olsa belə,
-
0:27 - 0:30bu şəhərdəki həkimlər kollektiv olaraq bütün diabet
-
0:30 - 0:32xəstələrinin ildə 3000 flakona ehtiyac duyduqlarını desələr,
-
0:32 - 0:34onlar ildə 3000 flakon alacaqlar.
-
0:34 - 0:36Bir flakonun qiyməti 80 dollar olarsa,
-
0:36 - 0:37yenə də ildə 3000 şüşə alacaqlar.
-
0:37 - 0:39Bu səbəbdən məqbul bir qiymət aralığında
-
0:39 - 0:41tələb olunan miqdarda
-
0:41 - 0:43bir dəyişiklik yoxdur.
-
0:43 - 0:44Beləliklə, bu vəziyyətdə ən azı
-
0:44 - 0:46məqbul bir qiymət aralığında
-
0:46 - 0:51insulinin tələb əyrisi şaquli olur.
-
0:51 - 0:53Aydındır ki, bir flakon üçün 9 milyon dollar
-
0:53 - 0:56kimi qiymətlərə qalxsaydıq, birdən-birə
-
0:56 - 0:59diabet xəstələrinin bəziləri
-
0:59 - 1:00onu əldə edə bilməyəcəkdilər və qəflətən
-
1:00 - 1:02əyri artıq şaquli ola bilməyəcəkdi.
-
1:02 - 1:03Lakin ən azından məqbul bir qiymət
-
1:03 - 1:05aralığında şaquli bir əyrimiz var.
-
1:05 - 1:08Beləliklə, buradakı bizim tələb əyrimizdir.
-
1:08 - 1:10Bizim tələb əyrimiz budur.
-
1:10 - 1:11Elastiklikdən bəhs etdiyimizi
-
1:11 - 1:12xatırlayarsınız, bu tamamilə elastik olmayan
-
1:12 - 1:15bir tələbdir.
-
1:15 - 1:20Qeyri-elastik elastik olan bir tələb.
-
1:21 - 1:22Bunu tamamilə elastik olmayan
-
1:22 - 1:23bir kərpic
-
1:23 - 1:24düşünə bilərik.
-
1:24 - 1:26Kərpici nə qədər itələsəniz
və ya çəksəniz də, -
1:26 - 1:29ən azından mənim güc səviyyəmlə,
-
1:29 - 1:32kərpici deformasiya edə bilməyəcəksiniz.
-
1:32 - 1:33Bu, çox elastik olan bir rezin bantın əksidir
-
1:33 - 1:35və ya istifadə etdiyimiz elastiklik tərifi
-
1:35 - 1:37barədə düşünə bilərsiniz,
-
1:37 - 1:38elastiklik faizə bərabərdir,
-
1:38 - 1:42kəmiyyətdəki faiz dəyişikliyi,
-
1:42 - 1:48qiymət dəyişikliyi.
-
1:48 - 1:49Burada qiyməti səbəblərdən asılı olaraq
-
1:49 - 1:51nə qədər dəyişsək də, heç olmasa
-
1:51 - 1:53bu qiymət aralığındakı bu əyri boyunca
-
1:53 - 1:55insanlar yenə də ildə
-
1:55 - 2:003000 flakon tələb edəcəklər.
-
2:00 - 2:04Gəlin burada bir təklif əyrisi çəkək,
-
2:04 - 2:06buna bənzər bir
-
2:06 - 2:08təklif əyrisi alınacaq,
-
2:08 - 2:12Bu təklifdir,
-
2:12 - 2:14əgər vergiləriniz yoxdursa,
-
2:14 - 2:16bazarda tənzimləmə yoxdursa,
-
2:16 - 2:18burada çəkdiklərimə əsaslanaraq
-
2:18 - 2:20tarazlıq qiyməti təxminən
-
2:20 - 2:2275 dollar məbləğində olur.
-
2:22 - 2:23Bu videodan əvvəl bir az araşdırma apardım,
-
2:23 - 2:24həqiqətən, bir flakon insulinin bazar
-
2:24 - 2:27qiyməti ilə əlaqəli olduğu ortaya çıxdı.
-
2:27 - 2:29Tarazlılıq miqdarı, çünki insanların
-
2:29 - 2:31ehtiyac duyduğu dəqiq miqdar
-
2:31 - 2:323000 flakondur.
-
2:32 - 2:34Tamamilə qeyri-elastik tələbə sahib
-
2:34 - 2:36olduğunuz bu vəziyyətdə düşünmək üçün
-
2:36 - 2:40bir maraqlı bir fakt var,
-
2:40 - 2:42istehsalçı və istehlakçı artıqlığı nədir?
-
2:42 - 2:45İstehsalçı artığı onların özləri üçün
-
2:45 - 2:46nə qədər çox pul qazandıqlarıdır,
-
2:46 - 2:49bunları fürsət dəyəri və ya
-
2:49 - 2:51artan marjinal dəyər kimi
-
2:51 - 2:52görə bilərsiniz və burada
-
2:52 - 2:53dəfələrlə anlaşılmazlıq olacaq,
-
2:53 - 2:54bu burada istehsalçı artıqlığıdır.
-
2:54 - 2:56Bu mübadilə qiyməti ilə təklif əyrimizə bərabər
-
2:56 - 2:58olan qiymətlər arasındakı sahədir.
-
2:58 - 3:01Beləliklə, istehsalçı artığı budur.
-
3:01 - 3:04İstehsalçı artıqlığı.
-
3:04 - 3:06İstehlakçı artıqlığımız işlərin
-
3:06 - 3:07bir az maraqlı olduğu yerdir.
-
3:07 - 3:09İstehlakçı artıqlığı,
-
3:09 - 3:10insanların ödədiklərindən daha çox
-
3:10 - 3:12marjinal dəyər əldə etmələridir.
-
3:12 - 3:15Ənənəvi olaraq bunun tələb əyrisi ilə qiymət
-
3:15 - 3:18arasındakı sahə olduğunu söylədik.
-
3:18 - 3:21Ancaq indi birdən-birə bu sahə sonsuzdur.
-
3:21 - 3:23Bu sahə sonsuzdur.
-
3:23 - 3:24Bu barədə düşünməyin
-
3:24 - 3:26bir yolu da odur ki,
-
3:26 - 3:28diabet xəstələri insulindən
-
3:28 - 3:28sonsuz marjinal fayda əldə edirlər.
-
3:28 - 3:30Bu onlara sağlam bir həyat yaşamalarına şərait yaradır.
-
3:30 - 3:33Bu onlara sağ qalmağa şərait yaradır.
-
3:33 - 3:35Onlar üçün əslində insulin əvəzsizdir.
-
3:35 - 3:38Sonsuz istehlakçı artıqlığına sahib olmaq
-
3:38 - 3:40maraqlı bir ideyadır.
-
3:40 - 3:41Bunun diabet xəstələri üçün çox böyük
-
3:41 - 3:43bir şey olduğunu söyləmək mütləq deyil,
-
3:43 - 3:44bu həqiqətən onların yaşamağı üçün
-
3:44 - 3:46lazım olan bir vasitədir.
-
3:46 - 3:48Əgər bu biraz daha elastik olsaydı
-
3:48 - 3:49nə baş verərdi?
-
3:49 - 3:51Real dünyaya qayıdaq.
-
3:51 - 3:52Real dünyada bunlar
-
3:52 - 3:53bir az daha bahalaşarsa,
-
3:53 - 3:54bəzi diabet xəstələri
-
3:54 - 3:55dozaları aşağı salmağa
-
3:55 - 3:57və ya buna bənzər şeylər etməyə çalışacaq.
-
3:57 - 4:00Gerçək bir dünyada, əyri əslində
-
4:00 - 4:02çox cüzi bir elastikliyə sahib ola bilər.
-
4:02 - 4:03O hələ də çox dik bir buzaq əmsalına sahib olacaq,
-
4:03 - 4:06ancaq əslində bir qədər elastikliyə sahib olacaqdır.
-
4:06 - 4:07Təsəvvür edə bilərsiniz ki,
-
4:07 - 4:10bunu elə yuxarı qaldırmağa davam etsəm,
-
4:10 - 4:12və bu bir nöqtədə ərazini məhdudlaşdıracaq,
-
4:12 - 4:13amma bəlkədə, buraya qədər qalxacaq.
-
4:13 - 4:16Bəlkə, burada o 2 milyon dollar kimi
-
4:16 - 4:18bir şey olsaydı, tələb kəskin şəkildə azalacaqdı,
-
4:18 - 4:20amma məhdudlaşacaqdı.
-
4:20 - 4:23Ancaq bu, çox, çox, çox böyük bir istehlakçı artıqlığıdır.
-
4:23 - 4:24İndi bundan əlavə olaraq,
-
4:24 - 4:25düzgün yönləndirilməmiş bir siyasətçi
-
4:25 - 4:27insulindən vergi almaq qərarına gəlsə
-
4:27 - 4:28nə baş verəcəyini düşünək.
-
4:28 - 4:30Tamamilə pis və dəstəkləməyəcəyim
-
4:30 - 4:31bir ideyadır, amma gəlin
-
4:31 - 4:33yükü kimin üstələnəcəyi barədə düşünək.
-
4:33 - 4:34Güman edirəm ki, vergi qoymaq məcburiyyətində
-
4:34 - 4:36olsaydınız, bu yükü kimin üstələnəcəyini təsəvvür
-
4:36 - 4:37edə bilərdiniz, əslində bunu görəcəyik.
-
4:37 - 4:39Bunu təklifimiz və tamamilə qeyri-elastik olan
-
4:39 - 4:42tələb əyrimiz vasitəsi ilə düşünəcəyik.
-
4:42 - 4:46Ən sonda qəbul edilən bir flakon üçün
-
4:46 - 4:4810 dollar vergidir.
-
4:48 - 4:50Sadəcə bunu faiz əvəzinə sabit bir məbləğ
-
4:50 - 4:52kimi edirəm, beləliklə, qəbul olunan
-
4:52 - 4:53təklif qiyməti baxımından
-
4:53 - 4:57sabit bir dəyişiklik əldə edirik.
-
4:57 - 4:59İstehsalçılara görə əldə etməli olduqları budur.
-
4:59 - 5:013000 flakon istehsal etmələrini istəyirsinizsə,
-
5:01 - 5:03onlar 75 dollar almalıdırlar.
-
5:03 - 5:06Əgər birinci flakon aydın deyilsə,
-
5:06 - 5:07onlar 60 dollar əldə etməlidirlər.
-
5:07 - 5:11İstehsalçıların əldə etməsi lazım olan şey vergi əlavə etməkdir,
-
5:11 - 5:12yeni bir əyri çəkə bilərik.
-
5:12 - 5:13Bunu dəfələrlə etdik.
-
5:13 - 5:15İlk flakon üçün istehsalçının 60 dollara ehtiyacı var,
-
5:15 - 5:18ancaq vergini də əlavə etdikdə 70 dollar olacaq.
-
5:18 - 5:2070 dollar olacaq.
-
5:20 - 5:221000 flakon, görünür ki, belə olacaq, dəqiq bilmirəm,
-
5:22 - 5:2360 və ya başqa miqdarın üzərinə vergini
-
5:23 - 5:26əlavə edirsiniz, buraya qədər qalxırsınız.
-
5:26 - 5:283000 flakon üçün, istehsalçıya təqribi 75, 76 dollar
-
5:28 - 5:31lazımdır, üzərinə 10 dollar əlavə edirsiniz,
-
5:31 - 5:34nəticədə 85, 86 dollar edəcək.
-
5:34 - 5:36Yeni bir əyri əldə etdik,
-
5:36 - 5:39qiyməti istehlakçı baxımından
-
5:39 - 5:41istifadə edə bilər və ya
-
5:41 - 5:43təklif üstəgəl vergi əyrisi kimi
-
5:43 - 5:47görə bilərsiniz.
-
5:47 - 5:54Mən bunu təklif üstəgəl vergi əyrisi
-
5:54 - 5:55kimi adlandıracağam, bunu oxumaq çətindir,
-
5:55 - 5:56amma bildirir ki, vergi buradadır.
-
5:56 - 5:58Bu, təklif üstəgəl vergi əyrisidir.
-
5:58 - 6:01Bu tamamilə qeyri-elastik
-
6:01 - 6:03tələb əyrimizi harada kəsir?
-
6:03 - 6:04Təsəvvür edə bilərsiniz, qiymətlər daha yüksək
-
6:04 - 6:06olsa da, insanlar hələ ildə təxminən
-
6:06 - 6:103000 flakon almalıdırlar.
-
6:10 - 6:12Bu miqdarda kəsişirlər,
-
6:12 - 6:14amma indi yeni bir tarazlıq qiyməti var.
-
6:14 - 6:18Bizim yeni tarazlıq qiymətimiz 10 dollar yüksəkdir.
-
6:18 - 6:24Əgər öncəki 75, 76 dollar idisə, indiki 85, 86 dollardır.
-
6:24 - 6:29Buradakı fərq 10 dollardır.
-
6:29 - 6:30Gəlin bir neçə şeyi nəzərdən keçirək.
-
6:30 - 6:31Bu vəziyyətdə hökumətin əldə edəcəyi
-
6:31 - 6:35ümumi gəliri nəzərdən keçirək.
-
6:35 - 6:37Ümumi gəlir 10 dollar vurulsun ildə
-
6:37 - 6:403.000 flakon... yəni vurulsun
-
6:40 - 6:423.000 olacaqdır.
-
6:42 - 6:48Beləliklə, onlar ildə 30.000 dollar qazanacaqlar.
-
6:48 - 6:52Gəlin kimdə daha çox artıqlıq yarandığını düşünək.
-
6:52 - 6:54Vergi gəliri,
-
6:54 - 6:55buradakı vergi gəliridir.
-
6:55 - 6:57Oradakı vergi gəliridir.
-
6:57 - 6:59İstehsalçılar hələ də tam olaraq
-
6:59 - 7:01eyni istehsalçı artıqlığına sahib olacaqlar,
-
7:01 - 7:04buna görə də bütün vergi gəlirləri
-
7:04 - 7:07birbaşa istehlakçı artıqlığından çıxdı.
-
7:07 - 7:10Burada diqqəti çəkən bir başqa maraqlı şey də odur ki,
-
7:10 - 7:12tamamilə qeyri-elastik tələbimiz olduğu üçün,
-
7:12 - 7:13hətta siz qiyməti artırsanız belə,
-
7:13 - 7:16o tələb olunan miqdarı dəyişməyəcək,
-
7:16 - 7:18hansı ki bizdə itki olmayacq,
-
7:18 - 7:19çünki bu tamamilə qeyri-elastik idi.
-
7:19 - 7:21Əslində eyni miqdarda istehsal edirik,
-
7:21 - 7:26beləliklə, bu vəziyyətdə artıqlığı diabet xəstələrindən
-
7:26 - 7:29hökumətə köçürməyiniz lazımdır,
-
7:29 - 7:31lakin sizin itirilmiş bir artığınız yoxdur,
-
7:31 - 7:36çünki itirilmiş bir sahə yoxdur,
-
7:36 - 7:39güman edirəm, bunu təklif əyrisi ilə tələb əyrilərinin
-
7:39 - 7:44kəsişdiyi yer arasında deyə bilərsiniz.
-
7:44 - 7:45Bunu düşünməyin bir başqa yolu da
-
7:45 - 7:48qiymət artdıqca kəmiyyət tələbinin azalmamasıdır.
-
7:48 - 7:51tələbinin azalmamasıdır.
- Title:
- Vergilər və mükəmməl qeyri-elastik tələb
- Description:
-
Tələb elastik olduqda vergilərin yükünü kim daşıyır
Növbəti dərsi izlə: https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/consumer-producer-surplus/deadweight-loss-tutorial/v/taxes-and-perfectly-elastic-demand?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics
Əvvəlki dərsi izləyə bilmədin? https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/consumer-producer-surplus/deadweight-loss-tutorial/v/percentage-tax-on-hamburgers?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics
Khan Academy'də Mikroiqtisadiyyat: Ənənəvi kollec səviyyəsində giriş mikroiqtisadi kursunda əhatə olunan mövzular
Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və s. İlə mübarizə aparırıq. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.
Pulsuz. Hamı üçün. Əbədi. #HərşeyÖyrənəBilərsən
Khan Academy'nin Mikroiqtisadiyyat kanalına abunə olun:
https://www.youtube.com/channel/UC_6zQ54DjQJdLodwsxAsdZg
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 07:51
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
Retired user edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
narmhly edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
narmhly edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
narmhly edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy | |
![]() |
narmhly edited Azerbaijani subtitles for Taxes and perfectly inelastic demand | Microeconomics | Khan Academy |