-
Proqramlaşdırmağı öyrənəndə 8-ci sinifdə idim.
-
İlk öyrəndiyim ekrana
-
yaşıl dairə və qırmızı düzbucaqlı çıxartmaq olub.
-
Sadəcə bu dərsləri öyrənirsiniz, elə çox da deyillər,
-
və nəticədə gəlib elə bir nöqtəyə çata bilərsiniz ki, demək olar istədiyiniz hər şeyi edə bilərsiniz.
-
İnformatika sadəcə kompüterin necə işləməyini və necə düşünməyini öyrənməkdir,
-
belə ki, ona yeni işlər görməyi öyrədə biləsiniz.
-
Bu günlərdə informatika sahəsində edə biləcəkləriniz olduqca heyrətamizdir.
-
Məncə, bu, əlimizdə olanlardan super gücə ən yaxın olanıdır.
-
(Tanya: informatika tələbəsi) Növbəti bir saat ərzində elə bir oyun oynayacağıq ki,
-
sizə proqramlaşdırmanın əsas anlayışlarını öyrədəcək.
-
Adətən proqramlaşdırma mətn şəklində olur, lakin biz "Blockly"dən istifadə edəcəyik.
-
O, proqramları yazmaq üçün sürüklənib buraxılan vizual bloklardan istifadə edir.
-
Səhnə arxasında siz hələ də kod yazırsınız.
-
Başlanğıc üçün elə bir proqram üçün kod yazacağıq ki,
-
bu qəzəbli quşa labirintdən keçərək onun yumurtalarını oğurlamış ziyankar donuza çatmaqda kömək etsin.
-
"Blockly" üç əsas hissəyə bölünüb.
-
Sol tərəfdə proqramınızın icra olunacağı quş labirinti yerləşir.
-
Hər səviyyə üçün təlimatlar labirintin aşağısında yazılıb.
-
Bu orta sahə alətlər qutusudur
-
və bu bloklardan hər biri quşun başa düşə bildiyi bir əmrdir.
-
Sağdakı ağ sahə iş sahəsi adlanır
-
və biz proqramımızı orada quracağıq.
-
Mən "get" blokunu iş sahəmizə sürükləyib "icra et"i basanda nə olur?
-
Quş labirint şəbəkəsində bir xana irəli gedir.
-
Bəs bir xana irəli hərəkət etdikdən sonra quşun nə isə etməyini istəyirəmsə necə?
-
Mən proqramımıza başqa bir blok əlavə edə bilərəm.
-
Mən "sağa dön" blokunu seçəsiyəm və onu "get" blokunun altına
-
sarı ox görünənə qədər sürükləyəcəyəm,
-
sonra isə onu buraxacağam və iki blok bir-birinə yapışacaq.
-
Mən yenə "icra et" düyməsini basanda quş iş sahəmizdə
-
yuxarıdan aşağıya düzülmüş əmrləri yerinə yetirəcək.
-
Nə vaxtsa bir bloku silmək istəsəniz,
-
onu sadəcə siyahıdan çıxardıb zibil yeşiyinə sürükləyin.
-
"İcra et"i kliklədikdək sonra hər zaman quşu başlanğıca qaytarmaq üçün "yenidən başla" düyməsini basa bilərsiniz.
-
İndi isə, haydı, gedək, o donuzların dərsini verək!