0:00:03.700,0:00:05.600 Proqramlaşdırmağı öyrənəndə 8-ci sinifdə idim. 0:00:05.700,0:00:07.000 İlk öyrəndiyim ekrana 0:00:07.000,0:00:10.500 yaşıl dairə və qırmızı düzbucaqlı çıxartmaq olub. 0:00:10.700,0:00:13.400 Sadəcə bu dərsləri öyrənirsiniz, elə çox da deyillər, 0:00:13.400,0:00:16.400 və nəticədə gəlib elə bir nöqtəyə çata bilərsiniz ki, demək olar istədiyiniz hər şeyi edə bilərsiniz. 0:00:17.700,0:00:22.330 İnformatika sadəcə kompüterin necə işləməyini və necə düşünməyini öyrənməkdir, 0:00:22.330,0:00:24.700 belə ki, ona yeni işlər görməyi öyrədə biləsiniz. 0:00:24.800,0:00:28.100 Bu günlərdə informatika sahəsində edə biləcəkləriniz olduqca heyrətamizdir. 0:00:28.200,0:00:31.200 Məncə, bu, əlimizdə olanlardan super gücə ən yaxın olanıdır. 0:00:31.300,0:00:34.200 (Tanya: informatika tələbəsi) Növbəti bir saat ərzində elə bir oyun oynayacağıq ki, 0:00:34.200,0:00:36.000 sizə proqramlaşdırmanın əsas anlayışlarını öyrədəcək. 0:00:36.000,0:00:39.500 Adətən proqramlaşdırma mətn şəklində olur, lakin biz "Blockly"dən istifadə edəcəyik. 0:00:39.600,0:00:43.200 O, proqramları yazmaq üçün sürüklənib buraxılan vizual bloklardan istifadə edir. 0:00:43.200,0:00:46.000 Səhnə arxasında siz hələ də kod yazırsınız. 0:00:46.000,0:00:49.400 Başlanğıc üçün elə bir proqram üçün kod yazacağıq ki, 0:00:49.400,0:00:54.000 bu qəzəbli quşa labirintdən keçərək onun yumurtalarını oğurlamış ziyankar donuza çatmaqda kömək etsin. 0:00:54.000,0:00:56.600 "Blockly" üç əsas hissəyə bölünüb. 0:00:56.600,0:01:00.000 Sol tərəfdə proqramınızın icra olunacağı quş labirinti yerləşir. 0:01:00.000,0:01:04.000 Hər səviyyə üçün təlimatlar labirintin aşağısında yazılıb. 0:01:04.000,0:01:06.000 Bu orta sahə alətlər qutusudur 0:01:06.000,0:01:10.200 və bu bloklardan hər biri quşun başa düşə bildiyi bir əmrdir. 0:01:10.200,0:01:13.000 Sağdakı ağ sahə iş sahəsi adlanır 0:01:13.000,0:01:15.100 və biz proqramımızı orada quracağıq. 0:01:15.100,0:01:21.000 Mən "get" blokunu iş sahəmizə sürükləyib "icra et"i basanda nə olur? 0:01:21.000,0:01:23.500 Quş labirint şəbəkəsində bir xana irəli gedir. 0:01:23.500,0:01:28.000 Bəs bir xana irəli hərəkət etdikdən sonra quşun nə isə etməyini istəyirəmsə necə? 0:01:28.000,0:01:30.300 Mən proqramımıza başqa bir blok əlavə edə bilərəm. 0:01:30.300,0:01:33.900 Mən "sağa dön" blokunu seçəsiyəm və onu "get" blokunun altına 0:01:33.900,0:01:37.000 sarı ox görünənə qədər sürükləyəcəyəm, 0:01:37.000,0:01:41.000 sonra isə onu buraxacağam və iki blok bir-birinə yapışacaq. 0:01:41.000,0:01:45.000 Mən yenə "icra et" düyməsini basanda quş iş sahəmizdə 0:01:45.000,0:01:47.000 yuxarıdan aşağıya düzülmüş əmrləri yerinə yetirəcək. 0:01:47.000,0:01:49.000 Nə vaxtsa bir bloku silmək istəsəniz, 0:01:49.000,0:01:52.000 onu sadəcə siyahıdan çıxardıb zibil yeşiyinə sürükləyin. 0:01:52.000,0:01:57.800 "İcra et"i kliklədikdək sonra hər zaman quşu başlanğıca qaytarmaq üçün "yenidən başla" düyməsini basa bilərsiniz. 0:01:57.800,0:01:59.500 İndi isə, haydı, gedək, o donuzların dərsini verək!