-
Digər videolarda qeyd etdiyim kimi,
-
Orta əsrlər dövrü Avropada 476-cı ildən
-
Qərbi Roma imperiyasının süqutuna və
-
İntibahın yaranması və Kəşfiyyat dövrünə qədərki
-
təxmini 1000 ili
-
əhatə edir.
-
Biz bunu parlaq zirehli cəngavərlər,
-
padşahlar və xəndəklərlə əhatələnmiş
-
qalalarla əlaqələndiririk.
-
Həmçinin bunu feodal sistemi ilə
-
əlaqələndiririk və Orta əsrlərdə
-
Avropanın böyük hissəsi bu cür idarə olunurdu.
-
Feodal sisteminin quruluşuna
-
nəzər salaq.
-
Ən yuxarıda kral yerləşir.
-
Kral səltənət üzərində hökmranlıq etməlidir.
-
Amma Orta əsrlər dövründə bunu etmək
-
o qədər də asan deyildi. Çünki kralın insanlara,
-
xüsusən də kralın hakimiyyətə gəlməsinə
-
kömək edən, əvvəlki kralı devirməkdə
-
kömək edən insanlara borclu ola bilərdi.
-
Bunun müqabilində və idarəetməyə
-
kömək üçün insanlara torpaq və ya mülk verə bilərdi.
-
Orta əsrlərdə feodal sistemində əsas
-
pul vahidi torpaq və ya sədaqət və xidmət
-
müqabilində verilən torpaq idi.
-
Beləliklə, bütün bunların hamısı krallıqdır.
-
Burada isə hersoqluq yerləşir və o,
-
bir hersoq tərəfindən idarə olunur.
-
. . .
-
. . .
-
Kral hersoqa hersoqluq verər və bunun
-
qarşılığında hersoq krala
-
öz sədaqətini
-
təmin edərdi.
-
Əgər krallıq üçün təhlükə yaranarsa, hersoq
-
kralın yanında döyüşür və öz qoşunlarını təmin edir.
-
Əgər kral yeni ərazilər işğal etmək istəsə, yenə
-
eyni hal baş verir. Həmçinin hersoq kralı
-
vergilərlə təmin edir. Bu, Orta əsrlərdə
-
hansı dövrdə və hansı bölgədə olduğundan
-
asılı olaraq, sikkə və ya hersoqluqdan gələn
-
kənd təsərrüfatı məhsullarının 1 faizi şəklində ola bilər.
-
Hersoq kralın vassallarından biri və ya
-
vassalı olur.
-
. . .
-
Hersoqluq kifayət qədər böyük ərazini əhatə edir.
-
Orta əsr İngiltərəsində hersoq
-
zadəganların ən yüksək titulu idi.
-
Hersoqla bağlı dəyişikliklər var idi.
-
İndi hersoqun öz malikanəsi və ya hətta üzərində
-
birbaşa idarə etdiyi bir neçə malikanəsi ola bilər.
-
Həmin malikanədə hersoqun azad kəndliləri
-
bu torpaqda işləyir, məhsul verir,
-
krala gedən vergi gəlirlərinin bir hissəsinə
-
kömək edir və ya hersoqun öz təsərrüfat
-
ehtiyaclarını təmin edirlər.
-
Hersoqluğun qalan hissəsi daha da bölünə
-
və öz vassallarının ağası ola bilərlər.
-
Tutaq ki, hersoq buradakı torpağı
-
kiməsə, məsələn qrafa verir,
-
bu zaman həmin torpaq
-
mahal adlanır.
-
Bu halda, qraf hersoqun vassalı,
-
hersoq isə qrafın ağası olur.
-
Sonra isə qraf öz vassalının
-
ağası olur.
-
Bu, bütün işi görən kəndlilərin pilləsinə
-
çatana kimi bu şəkildə
-
davam edir.
-
Buradakı əsas məna ondan ibarətdir ki,
-
torpaq müqabilində kral hersoqa hersoqluq verir
-
və ya kralın atası hersoqun atasına hersoqluq
-
verib. Bu torpaq sahəsi feodal sistemində
-
termin olaraq mülk adlanır.
-
. . .
-
Bunun müqabilində vassal öz ağasına
-
resurslar, vergilər və sədaqət verir.
-
Burada çəkdiyim şəkildə hər şey səliqəli görsənir,
-
amma real həyatda bu qədər asan deyil.
-
Bəzən krallığın bəzi hissələri hersoqluqlara,
-
bəziləri isə hər hansı bir knyazlıqdan
-
asılı olmayan mahallara
-
bölünə bilər.
-
Mahallara bölünməyən başqa bir
-
hersoqluq da ola bilər.
-
. . .
-
. . .
-
. . .
-
Beləliklə, bu, əslində çox qarışıq və
-
çətin ola bilər.
-
Vəzifələr bunlardan ibarət deyil.
-
Mən sadəcə hersoq və qraf kimi zadəganların bəzi
-
titullarını qeyd etmişəm.
-
Qrafdan sonra baron rütbəsi var.
-
İngiltərədə qraf qraflığa başçılıq edir və
-
onun arvadı
-
kontes adlanırdı.
-
Onlar demək olar ki, bütün sədrliyə
-
nəzarət edirdilər.
-
Onlar hətta öz mülkləri daxilində olan insanları
-
ədalətlə təmin edirdilər.
-
Videoya başladıqda at belində cəngavər şəkli
-
göstərmişdim. Əslində cəngavərlər
-
orta əsrlərdə ən güclü əlaqələrdən biri idilər.
-
Bəlkə də çoxunuz düşünür ki, cəngavərlər
-
bunun harasına uyğundur?
-
Hansı bölgədə olmağınızdan və ya Orta əsrlərdə
-
hansı dövrdə olduğunuzdan asılı olaraq,
-
cəngavər bir qədər fərqli mənalar kəsb edə bilər.
-
Amma ümumilikdə cəngavər dedikdə,
-
atlı əsgər, döyüşmək bacarığı olan,
-
cəngavər zirehinə sahib ola biləcək insan nəzərdə tutulur.
-
Zaman keçdikcə cəngavər monarx və ya
-
lord tərəfindən xidmət, çox vaxt hərbi xidmət
-
müqabilində verilən prestijli bir titul oldu.
-
Məsələn, buradakı qrafdan bir mülk verilmiş
-
bir cəngavər ola bilər və onlar da öz
-
malikanələrinin ağası ola bilərlər.
-
Onların tamamilə qul olmayan öz təhkimçiləri
-
ola bilər. Həmin insanlar çoxlu hüquqlara
-
malik deyildilər və həmişə tarlada işləyən asılı işçilər idilər.
-
Eyni zamanda cəngavər titulunu alıb, lakin
-
torpaqları əldə edə bilməyənlər də var idi.
-
İşləri çətinləşdirmək üçün onu da deyim ki,
-
bu xarakterlərin hər birinin bir neçə titulu ola bilər.
-
Məsələn, bu hersoq həm də cəngavər ola bilər.
-
Onu da qeyd edim ki, bu zadəgan, hersoq,
-
qraf, baron titulları irsi xarakter daşıyırdı.
-
Sonrakı nəsil öz ağalarına sədaqət əhd etdiyi müddətcə,
-
bu titullar bir nəsildən digərinə ötürülür.
-
Bunlarla yanaşı, cəngavər titulu xidmət qarşılığında
-
verildiyi üçün nəsildən-nəsilə
-
ötürülmürdü.
-
Hələ titulları yazıb tamamlamamışam.
-
Orta əsrlərdə çox güclü qurum olan
-
kilsə var idi.
-
Kilsənin yuxarı hissəsində Roma papası
-
kimi tanınan yepiskop və əhəmiyyətli
-
bölgələrdən olan yepiskoplar var idi.
-
Kilsədə monastır qaydaları var idi.
-
Monastrın başçısı baş rahib idi.
-
Dua edən keşişlər də
-
kilsənin bir hissəsi idi.
-
Onlar əkinçiliklə məşğul ola bilərdilər.
-
Bunlar arasında həmişə güc dinamikası var.
-
Həmçinin din xadimlərinə sadiqlik vəd edən
-
qeyri-din xadimləri də var idi.
-
. . .
-
Bu sadiqlik vədləri
-
onların vassal
-
olduğunu göstərirdi.
-
Ehtiram mərasimində
-
həmin insanlar
-
öz ağasının adamı
-
olmağa
-
söz verirlər.
-
. . .
-
Bu, 1110-cu ildə Fransada Karkasonlu
-
Vikont Bernard Atton tərəfindən verilmiş faktiki vəddir.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-