< Return to Video

Volume of a Sphere

  • 0:01 - 0:07
    Diametri 14 sm olan kürənin həcmini tapın.
  • 0:07 - 0:10
    Bu sadəcə bir çevrə deyil,
  • 0:10 - 0:10
    bu kürədir.
  • 0:10 - 0:12
    Buna bir növ qlobus kimi də baxa bilərsiniz.
  • 0:12 - 0:14
    Bunu bir qədər rəngləyək ki,
  • 0:14 - 0:16
    üç ölçülü fiqur olduğu anlaşılsın.
  • 0:16 - 0:17
    Diametrin ölçüsü məlumdur.
  • 0:17 - 0:19
    Mərkəzdən keçməklə, kürənin bir tərəfindən
  • 0:19 - 0:21
    digərinə getdiyimizi təsəvvür edin.
  • 0:21 - 0:23
    Fərz edin ki, kürənin içini görə bilirik.
  • 0:23 - 0:25
    Buradan birbaşa digər tərəfə gedirik.
  • 0:25 - 0:29
    Buradakı məsafə 14 sm-dir.
  • 0:29 - 0:33
    Kürənin həcmini tapmaq üçün...
  • 0:33 - 0:36
    Bunun isbatını növbəti videolarda öyrənəcəksiniz.
  • 0:36 - 0:38
    Kürənin həcm düsturu belədir:
  • 0:38 - 0:44
    Həcm = 4/3 pi r kubu.
  • 0:44 - 0:47
    Burada r, kürənin radiusudur.
  • 0:47 - 0:49
    Biz diametrin ölçüsünü bilirik.
  • 0:49 - 0:54
    Çevrədə olduğu kimi, kürədə də radius
  • 0:54 - 0:56
    diametrin yarısına bərabərdir.
  • 0:56 - 1:00
    Odur ki, bu məsələdə radius 7 santimetrdir.
  • 1:00 - 1:03
    Kürə, mərkəzdən radius məsafəsində
  • 1:03 - 1:06
    yerləşən nöqtələr çoxluğundan ibarət
  • 1:06 - 1:08
    üç ölçülü bir fiqurdur.
  • 1:08 - 1:09
    Buna əsaslanaraq, gəlin buradakı düsturda
  • 1:09 - 1:13
    radius əvəzinə 7 santimetr
  • 1:13 - 1:14
    yazaq.
  • 1:14 - 1:17
    Belə ki, həcm
  • 1:17 - 1:23
    4/3 pi vur 7 santimetr kuba bərabərdir.
  • 1:23 - 1:25
    Bunu çəhrayı rənglə yazacam.
  • 1:25 - 1:31
    Vur 7 santimetr kubu.
  • 1:31 - 1:33
    Pi ədədinin təxmini qiymətinin
  • 1:33 - 1:36
    3.14 olduğunu bilirik.
  • 1:36 - 1:39
    Bəzən bunu 22/7 kimi də yazırlar.
  • 1:39 - 1:41
    Həcmin tam qiymətini tapmaq üçün
  • 1:41 - 1:44
    kalkulyatordan istifadə edəcəyik.
  • 1:44 - 1:48
    Belə ki, həcmi hesablayaq.
  • 1:48 - 1:52
    4 böl 3.
  • 1:52 - 1:54
    Buraya pi ədədini yazmaq istəmirəm,
  • 1:54 - 1:57
    çünki bu, 4 böl 3 pi kimi başa düşülə bilər.
  • 1:57 - 2:07
    Deməli, 4 böl 3, vur pi, vur 7-nin kubu.
  • 2:07 - 2:09
    Əməllər sırasına əsasən ilk olaraq,
  • 2:09 - 2:11
    vurmadan əvvəl
  • 2:11 - 2:13
    qüvvəti hesablamalıyıq.
  • 2:13 - 2:16
    Burada vahid, santimetr kub və ya
  • 2:16 - 2:17
    kub santimetr olacaq.
  • 2:17 - 2:19
    Bu cavab alınır.
  • 2:19 - 2:21
    Məsələnin şərtində bu ədədi
    nəyə yuvarlaqlaşdırmalı olduğumuz deyilmir.
  • 2:21 - 2:26
    Odur ki, bunu ən yaxın ondabirlərə
    yuvarlaqlaşdıraq: 1436,8.
  • 2:26 - 2:33
    Belə ki, həcm 1436,8 santimetr kuba bərabərdir.
  • 2:33 - 2:35
    Vəssalam.
Title:
Volume of a Sphere
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
02:35

Azerbaijani subtitles

Revisions Compare revisions