-
Digər videolarda da qeyd etdiyimiz kimi
-
bəşəriyyətin ən erkən sivilizasiyları
-
çay vadiləri ətrafında yaranmışdır.
-
Bu, təsadüf deyil.
-
Çünki kənd təsərrüfatı ilk olaraq
-
çay vadilərində formalaşmağa başlamışdır.
-
Kənd təsərrüfatının inkişafı əhalinin
-
oturaq həyata keçməyinə şərait yaratdı.
-
Nil çayı ətrafında məskunlaşan
-
qədim misirlilər, Dəclə və Fərat
çayları
-
ətrafında məskunlaşan
mesopotamiyalılar haqqında məlumat vermişik.
-
Bu videoda Hind çayı ətrafında formalaşan
qədim sivilizasiya haqqında
-
məlumat verəcəm.
-
Hind çayı müasir Pakistan ərazisindən axır.
-
Bu sivilizasiya Hind Vadisi Sivilizasiyası
-
adlandırılır.
-
Bu sivilizasiyalara aid ilk qalıqlar
-
Harappada tapıldığından
-
bunu bəzən Harappa sivilizasiyası ilə
-
əlaqələndirirlər.
-
Buradakı zaman cədvəli
-
arxeoloqların, tarixçilərin
-
Harappa sivilizasiyasının əsas hissəsi hesab etdikləri
dövrü göstərir.
-
Bəzi sübutlara əsasən deyə bilərik ki,
-
eradan əvvəl 7000-ci ildə burada kəndlər,
-
sivilizasiya, kənd təsərrüfatı qalıqları
mövcud olub,
-
bu gün əldə edilən sübutlara əsasən
deyə bilərik ki,
-
Hind Vadisi sivilizasiyası
-
təxminən eradan əvvəl 3300-cü ildə mövcud olub.
-
Həmin dövr narıncı rənglə göstərilmişdir.
-
Bu, Hind Vadisi sivilizasiyasının erkən dövrüdür.
-
Hind Vadisi sivilizasiyasında
-
bəzi böyük strukturlar və texnoloji yeniliklər
-
bu dövrdə tapılmışdır,
-
buna görə də bu dövr bəzən
Hind Vadisi sivilizasiyasının inkişaf dövrü adlanır,
-
daha sonra isə süqut etməyə başlayır.
-
Onun süqut etməyinin
-
dəqiq səbəbinin nə olduğu
-
məlum deyil.
-
Digər sivilizasiyaların həmin dövrdə
necə olduğunu yada salın.
-
Məsələn, həmin dövrdə
-
qədim Şumer sivilizasiyası formalaşmağa
-
başlayırdı.
-
Eradan əvvəl 3-cü minilliyin sonunda
-
Akkadlar və Şumerlər
-
qarışmağa başlayır.
-
Həmin dövrdə Akkad İmperiyası hesab edilən
-
Böyük Sarqon imperiyası mövcud idi.
-
Burada göstərilən
-
inkişaf dövrünün sonu
-
Babil hökmdarı Hammurapinin
dövrünə təsadüf edir.
-
Həmin dövrdə, daha dəqiq desək,
eradan əvvəl 2500-cü ildə
-
Misirdə piramidlar inşa edilmişdi.
-
Misirdə
-
bu dövrdə ölkəni həm də dini əhəmiyyət kəsb edən
-
krallar idarə edirdi.
-
Həmin dövrdə əhəmiyyətli sivilizasiyalar arasında
-
mədəniyyət mübadiləsi var idi.
-
Hind Vadisi sivilizasiyasının nə qədər
yayıldığını görmək üçün
-
buradakı xəritəyə nəzər salaq.
-
Bu, Hind Vadisi ətrafındakı ərazinin
-
böyüdülmüş xəritəsidir.
-
Burada müasir Pakistanın
çox hissəsini görə bilərik.
-
Qırmızı kvadratlarla işarələnmiş yerlərdə
sivilizasiyaya aid
-
qalıqlar tapılmışdır.
-
İlk olaraq Harappaya nəzər salaq.
-
Bu, müasir Pakistanın Pəncab əyalətidir.
-
Bu sivilizasiyanın bəzən Harappa
sivilizasiyası adlandırılmasının səbəbi də
-
həmin dövrə aid Harappada bir çox
qalıqların tapılmağıdır.
-
Qalıqların tapıldığı ən böyük ərazi
-
Pakistanın Sind əyalətində yerləşən
Mohenco-Darodur.
-
Mohenco-Daro adlandırılan ərazidə
-
təxmini 40000 insanın yaşadığı
-
hesab edilir.
-
Bu ərazidə tapıntıların aşkarlandığı
1000-dən çox sahə tapılmışdır,
-
5 milyon insanın bu sivilizasiyanın bir hissəsi
olduğu
-
güman edilir.
-
...
-
...
-
...
-
Qalıqların tapıldığı ərazinin
əsasən Pakistanda olduğunu görürük.
-
Müasir Hindistan ərazisində də qalıqlar
-
aşkarlanmışdır.
-
Geniş əraziyə yayılmış sahələrin
bir sivilizasiyaya aid olduğu
-
və ya onların bir-biri ilə əlaqəli
olduğunu düşünməyimizə səbəb
-
çoxlu normalaşdırma tapılmağıdır.
-
Ölçülərlə bağlı normalar mövcud idi.
-
Onların 1,6 millimetrə bərabər
-
ölçü vahidləri var idi.
Burada maraqlı cəhət ondan ibarətdir ki,
-
əgər sizdə ölçüsü 1,6 millimetr olan bir əşya yoxdursa,
-
onun ölçüsü haqqında məlumatınız yoxdursa,
-
ölçü vahidindən istifadə edə bilməzsiniz.
-
Həmçinin onların tikililərində də
-
dəqiqlik müşahidə edilirdi.
-
Onlar standart ölçülü kərpiclərdən
-
isitfadə edirdi, həmni dövrə aid qalıqların
əksəriyyəti
-
belə sahələrdən tapılmışdır.
-
Onların sadəcə bir hökmdar və ya bir imperator
-
tərəfindən idarə edilib-edilmədiyini bilmirik.
-
Lakin mədəniyyət mübadiləsinin olduğu
məlumdur.
-
Onlar eyni ölçülü kərpiclərdən,
-
eyni simvollardan,
-
eyni ölçü vahidlərindən istifadə edirdi.
-
Çox kiçik
-
ölçü vahidlərindən istifadə etməkləri
-
əslində onların tikinti sahəsində
-
nə qədər inkişaf etdiyini göstərir.
-
Bu şəkil Pakistanın Sind əyalətində yerləşən
-
Mohenco-Daraya aiddir.
-
bu kərpiclərin necə səliqəli yerləşdirildiyinə baxın,
-
burada hətta müasir standartlara uyğun bir iş var.
-
Həmin tikililərin təxminən
-
5000 ilə yaxındır mövcud olmağı onların
-
keyfiyyətindən xəbər verir.
-
Bunların ümumi vanna olduğu hesab edilir.
-
Arxada qala görürük.
-
Onların müdafiə strukturları
kəşf edilmişdir.
-
Ən maraqlı məqam isə odur ki,
-
onlarda kanalizasiya sistemləri var idi.
-
Evlərdə quyuların olduğu hesab edilir.
-
Bu, həmin dövrün şərtlərinə əsasən
texnoloji cəhətdən inkişaf etmiş
-
sivilizasiyadır.
-
Onlar digər sivilizasiyalarla müqayisədə
-
daha da inkişaf etmiş idi.
-
Burada onların heykəlləri və ya
incəsənətə aid nümunələr var.
-
Məsələn, bu şəklə nəzər salın.
-
Bu əsər "Rəqs edən qız" adlanır,
o, rəqs etmir,
-
onun peşəsinin rəqqaslıq olduğu hesab edilir.
-
Bütün bunlar arxeoloqların fərziyyələridir.
-
Digər bir fərziyyəyə əsasən bu,
-
Keşiş-Hökmdar adlanır.
-
Bu, onların hazırladığı möhürlərdən biridir.
-
Bu isə onların istifadə etdiyi
zərgərlik əşyalarındandır.
-
Bu, olduqca qmürəkkəb bir əşyadır.
-
Zərgərlik nümunələrinə sadəcə müxtəlif
-
sahələrdə aparılan qazıntılar zamanı
rast gəlinmir.
-
Zərgərlik əşyalarına həmçinin
-
Mesopotamiyadakı sahələrdə də rast gəlinir.
-
Bu da həmin dövrdə bu iki ərazi arasında
-
fəal dəniz ticarəti olduğunu
deməyə imkan verir.
-
Hind Vadisi sivilizasiyasında
-
Ərəbistan yarımadasından gətirilmiş daşlardan
-
zərgərlik əşyaları hazırlanmışdır.
-
Onlar həmçinin Çindən,
-
Hindistanın müxtəlif hissələrindən
gələn fərqli materiallardan
-
istifadə etmişlər, bu isə ticarətin inkişaf
etdiyini göstərir.
-
Burada yaşayan insanların həmin ərazilər
haqqında məlumatı var idi.
-
...
-
...
-
Onların yazılarını oxuya bilməsək də,
-
burada onların bəzi yazı nümunələri var.
-
Bunıar onların yazı növlərinə aid
-
nümunələrdir.
-
Bu simvola diqqətlə baxın,
bu simvol Nasistlər tərəfindən
-
istifadə edilən svastikadır.
-
Svastika simvolu
-
hinduizmdə istifadə edilən simvoldur,
-
uğur simvolu olduğu hesab edilir.
-
Bir çox insan Nasistlər istifadə etdiyi üçün
-
bu simvolun pis mənalı olduğunu düşünür.
-
Bunlar Hind Vadisi və ya Harappa
-
sivilizasiyaları ilə Hindistandakı
-
müasir mədəniyyətlər və Hindu dini
-
arasında əlaqə olduğunu göstərir.
-
Qeyd edim ki, onlaırn dini haqqında
-
çox məlumatımız yoxdur,
çünki istifadə etdikləri dili
-
bilmədiyimiz üçün onların yazılarını oxuya bilmirik.
-
Təxminən 4 və ya 5 min il əvvəl
-
mövcud olmuş bu cəmiyyətlərdə bir
-
vahidlik, geniş ərazilərdə
-
aşkar edilmiş müxtəlif sahələr
-
arasında bir əlaqənin olmağına əsasən
-
deyə bilərik ki,
-
çox güman ki,
-
orada ən azından şəhər-dövlət səviyyəsində
-
mərkəzləşdirilmiş hökumət var idi.
-
Onlarn vahid bir imperiya olduğu,
-
yoxsa bir-birlərinin simvollarından,
-
ölçü vahidlərindən, müxtəlif normalarından
istifadə edən
-
müxtəlif qruplar olduğu
məlum deyil.
-
Hind Vadisi sivilizasiyası haqqında qaranlıq qalan
bir məqam da var:
-
O, nə üçün süqut etdi?
-
Bunun bəlkə də inkişaf etmiş
-
ən geniş sivilizasiya olduğunu dedik.
-
Digər videolarda qeyd etmişdim ki,
-
ən qədim təkər Mesopotamiyada
tapılmışdır.
-
Lakin bəziləri təkər istifadəsinin
tarixinin daha əvvələ,
-
Hind Vadisi sivilizasiyasına aid olduğunu
hesab edir.
-
Haqqında danışdığımız dövr e.ə. 3300-cü ildir.
-
Lakin sivilizasiyanın həmni tarixdən əvvəl də
-
mövcud olduğuna aid sübutlar var.
-
Pakistanda yerləşən Mehrqarh ərazisində
-
tapılan sahələrdə
-
hətta e.ə. 7000-ci ildə kəndlərin
mövcud olduğu
-
və kənd təsərrüfatının formalaşdığına aid
-
sübutlar var.
-
Həmin arxeoloji ərazi 1974-cü ildə
kəşf edilib.
-
Daha da qədim tarixlərə aid
-
tapıntılar aşkar edə bilərik.
-
Təxminən eradan əvvəl 7000-ci ildə
-
insanların oturaq həyata keçdiyi,
-
min illər boyu mövcudluğunu qoruyan
sivilizasiya
-
qəfildən süqut etməyə başlayır.
-
Sübutlar onu göstərir ki,
ticarət get-gedə daha da azalır,
-
inkişaf dayanır və süqut edir.
-
Bunun səbəbi hələ də
-
müəmmalıdır.
-
Hind Vadisi sivilizasiyası niyə süqut etdi?
-
Bəzi qədim fərziyyələrə əsasən
-
bunun səbəbi xarici işğallardır.
-
Ola bilsin ki, müasir hindlilərin əcdadları
həmin ərazini işğal edib.
-
Dəqiq deyil.
-
Lakin müasir fərziyyələrə əsasən səbəb
işğallar deyil.
-
Bəziləri hesab edir ki, süqutun səbəbi
iqllim dəyişikliyidir,
-
ola bilsin ki, həmin ərazidə çaylar quruyub və
-
bu, kənd təsərrüfatına ağır zərbə vurub.
-
Bəziləri süqutun səbəbinin təbii fəlakətlər
-
olduğunu hesab edir.
-
Lakin bunlar dəqiq məlumat deyil.
-
Yaxud ola bilər ki, orada yaşayan insanlar
-
həmin əraziləri tərk edib,
başqa ərazilərə köç ediblər.
-
Tarixin ən əhəmiyyətli sivilizasiyalarından
-
biri haqqında
-
danışdıq.
-
Onların yazılarını
-
oxuya bilməsək də,
-
qədim Mesopotamiya və
-
qədim Misir haqqında bildiklərimiz
-
daha çox olsa da,
-
Hind Vadisi sivilizasiyanın tarixin
-
ən əhəmiyyətli, təsirli sivilizasiyalarından
olduğunu deyə bilərik.