DNT və xromatinin tənzimlənməsi | Biomolekullar | MCAT | Khan Academy
-
0:02 - 0:04Gen ekspressiyasının tənzimlənməsi
transkripsiyanın -
0:04 - 0:07başlanğıcından zülalın transkripsiyadan
sonrakı modifikasiyası -
0:07 - 0:10arasındakı müddətin hər anında
və prosesin -
0:10 - 0:13hər addımında dəyişdirilə
-
0:13 - 0:16bilər.
-
0:16 - 0:19Hüceyrənin çox məqsədli olmasına və
adaptasiya bacarığına sahib olmasına -
0:19 - 0:22kömək edən şey bu fərqli mərhələləri
-
0:22 - 0:25tənzimləyə bilmək qabiliyyətidir,
-
0:25 - 0:28buna görə hüceyrə enerjisini
yalnız ehtiyac olduğu zaman -
0:28 - 0:32uyğun zülalları ekspressiya etmək
üçün istifadə edir. -
0:32 - 0:34Və ya hüceyrəni mümkün qədər
az enerji sərf -
0:34 - 0:35etmək istəyən tənbəl bir insan
-
0:35 - 0:38olaraq da düşünə bilərsiniz.
-
0:38 - 0:40Beləliklə, genin ekspressiyasının
başlanğıcından başlayaraq, -
0:40 - 0:43DNT və xromatin tənzimlənməsi ilə əlaqədar
-
0:43 - 0:47gen tənzimləməsindən danışaq.
-
0:48 - 0:50Gəlin, DNT-nin quruluşundan danışaq.
-
0:50 - 0:53DNT xromosomların içində xromatin
şəklində paketlənir, -
0:53 - 0:58bu, super spirallaşmış DNT olaraq da bilinir.
-
0:58 - 1:00Xromatin DNT, histon zülallar və
-
1:00 - 1:04histon olmayan zülallardan təşkil olunub.
-
1:04 - 1:07Xromatində nukleosom adlanan
təkrarlanan -
1:07 - 1:10vahidlər var, bu ikiqat zəncirin
-
1:10 - 1:15146 əsas cütündən təşkil olunub,
8 histondan ibarət özəyin -
1:15 - 1:19ətrafına sarılır.
-
1:19 - 1:22Səkkiz histon quruluşunda
bilməli olduğunuz -
1:22 - 1:25dörd müxtəlif histon növü var.
-
1:25 - 1:32Onlar H2A, H2B, H3 və H4 adlandırılır,
-
1:32 - 1:34bu, sadəcə onlara verilmiş
nomenklaturadır. -
1:34 - 1:38İndi, asetilləşmə bu histon zülallarının
amin terminalında histon asetiltransferaza -
1:38 - 1:41adlandırılan enzim vasitəsilə
-
1:41 - 1:43baş verir,
-
1:43 - 1:46bu enzimi HAT olaraq qısaldacam.
-
1:46 - 1:50Bu geri dönəbilən modifikasiyadır,
-
1:50 - 1:53histonların asetilləşməsi başqa bir enzim
tərəfindən tənzimlənir, -
1:53 - 1:56bu enzim asetil qruplarını
kənarlaşdırır və -
1:56 - 2:02histon deasetilaza və ya HDAS
adlandırılır. -
2:02 - 2:05Histonların asetilləşməsi xromatin
strukturundakı -
2:05 - 2:08qıvrımların açılmasına səbəb olur və
-
2:08 - 2:11bu transkripsiya mexanizmlərinin
genin ekspressiyası üçün -
2:11 - 2:13xromatinə girişini təmin edir.
-
2:13 - 2:17Bunun əks tərəfində isə
histon deasetilləşməsi -
2:17 - 2:21xromatinin sıx və ya qapalı bir
quruluşa sahib olmasını təmin edir -
2:21 - 2:23və bu genlərin daha az transkripsiya olunması
deməkdir. -
2:23 - 2:25Gen ekspressiyasını tənzimləyən
bu modifikasiyalar -
2:25 - 2:27irsi olduqda,
-
2:27 - 2:31onlara epigenetik tənzimləmə deyilir.
-
2:31 - 2:34Gen ekspressiyası və DNT-yə gəldikdə,
-
2:34 - 2:35siz təməl olaraq DNT-ni
-
2:35 - 2:38iki kateqoriyaya ayıra bilərsiniz,
-
2:38 - 2:42sıx yığılmış və transkripsiya cəhətdən
qeyri-aktiv olan DNT -
2:42 - 2:45heteroxromatin və daha az sıx olan,
transkripsiya cəhətdən aktiv DNT -
2:45 - 2:50isə euxromatin adlandırılır.
-
2:50 - 2:52Mən heteroxromatini sıx bir şəkildə
yığılmış və qış yuxusuna hazır heyvan -
2:52 - 2:56kimi düşünməyi sevirəm, heteroxromatin
və heyvan ikisi də -
2:56 - 2:59H ilə başlayır, qış üçün
-
2:59 - 3:01mağaralarına sığınmış bir dəstə
-
3:01 - 3:03ayı kimi,
-
3:03 - 3:05euxromatin isə qollarını açaraq
transkripsiya -
3:05 - 3:06mexanizminin transkripsiya
-
3:06 - 3:09olunması üçün gözləyirlər.
-
3:09 - 3:13Histon deasetilləşməsini DNT
tənzimlənmə mexanizminin başqa növü olan -
3:13 - 3:16DNT metilləşməsi ilə birləşdirildiyini
-
3:16 - 3:18tez-tez görürsünüz
-
3:18 - 3:21Bu, genin susdurulması adlanan
-
3:21 - 3:25bir prosesdə baş verir.
-
3:25 - 3:27Bu genlərin transkripsiyasının
-
3:27 - 3:31qarşısını almağın daimi yoludur.
-
3:31 - 3:33DNT-nin metilləşməsində
DNT-nin sitozin -
3:33 - 3:37nukleotidlərinə metil
transferaza adlandırılan -
3:37 - 3:40enzim tərəfindən üç hidrogenli karbon
-
3:40 - 3:45olan bir metil qrupu əlavə edilir.
-
3:45 - 3:46Və bu tipik olaraq SpQ adacıqları
-
3:46 - 3:50adlandırılan sitozinlə zəngin
ardıcıllıqlarda baş verir. -
3:50 - 3:53p hərfi sitozin və
-
3:53 - 3:57quaninin birləşdiyini göstərir.
-
3:57 - 3:59DNT metilləşməsi genin ekspressiyasını
-
3:59 - 4:00davamlı şəkildə dəyişdirir və
-
4:00 - 4:03bu, hüceyrələrin bölünüb, embrional
kök hüceyrələrindən -
4:03 - 4:08spesifik toxumalara differensasiya
etdikdə meydana gəlir. -
4:08 - 4:11Və bu, normal inkişaf üçün
zəruridir -
4:11 - 4:14və genomik imprintinq və x-xromosom
inaktivasiyası ilə əlaqəlidir, -
4:14 - 4:17amma bu başqa müzakirənin
-
4:17 - 4:19mövzusudur.
-
4:19 - 4:22Qeyri-normal DNT metilləşməsi
-
4:22 - 4:25kanserogenezdə və ya şişin
-
4:25 - 4:28inkişafında rol oynayır,
beləcə, siz DNT metilləşməsinin -
4:28 - 4:31normal fəaliyyətinin hüceyrələrimiz
üçün necə kritik tənzimlənmə mexanizmi -
4:31 - 4:36olduğunu görə bilərsiniz.
-
4:36 - 4:38İndi DNT metilləşməsi genlərin
transkripsiyasına -
4:38 - 4:40iki yolla təsir edə bilər.
-
4:40 - 4:43Birincisi, DNT metilləşməsi özü
genə transkripsiya -
4:43 - 4:45zülallarının birləşməsinə fiziki
-
4:45 - 4:48olaraq mane ola bilir.
-
4:48 - 4:51İkinci və nisbətən daha önəmlisi,
-
4:51 - 4:54metilləşmiş DNT, metil spq
bağlayan domen zülalları olaraq -
4:54 - 4:57bilinən, qısaca MBD adlanan zülalları bağlaya
-
4:57 - 4:59bilir.
-
4:59 - 5:02MBD zülalları daha sonra lokusda
və ya xromosomdakı -
5:02 - 5:06müəyyən bir yerdə histon deasetilaza
və başqa xromatini -
5:06 - 5:09yenidən quran zülalları işə salır
-
5:09 - 5:11və bu, histonları dəyişdirərək,
əsasən -
5:11 - 5:14transkripsiyada səssiz olan,
-
5:14 - 5:17sıxlaşdırılmış və qeyri-aktiv
-
5:17 - 5:20heteroxromatin əmələ gətirir.
- Title:
- DNT və xromatinin tənzimlənməsi | Biomolekullar | MCAT | Khan Academy
- Description:
-
Tracy Kim Kovach tərəfindən hazırlanmışdır.
Növbəti dərsi izləyin: https://www.khanacademy.org/test-prep/mcat/biomolecules/gene-control/v/regulation-of-transcription?utm_source=YT&utm_medium=Desc&utm_campaign=mcat
Əvvəlki dərsi qaçırtdınız? https://www.khanacademy.org/test-prep/mcat/biomolecules/gene-control/v/jacob-monod-the-lac-operon?utm_source=YT&utm_medium=Desc&utm_campaign=mcat
Khan Academy-də MCAT: Davam edin və keçid əsaslı bəzi suallar tətbiq edin!
Khan Academy haqqında: Khan Academy, şagirdlərə sinif daxilində və xaricində öz sürətləri ilə təhsil almalarını təmin edən praktiki məşğələlər, təlimat videoları və fərdi öyrənmə cədvəli təqdim edir. Riyaziyyat, elm, kompüter proqramlaşdırma, tarix, sənət tarixi, iqtisadiyyat və daha çox şeylə məşğul oluruq. Riyazi məqsədlərimiz, güclü və öyrənmə boşluqlarını təyin edən ən müasir, uyğunlaşan texnologiyadan istifadə edərək uşaq bağçasından şagirdləri hesablamalara yönəldir. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MTI kimi qurumlarla da əməkdaşlıq etdik.
Pulsuz. Hamı üçün. Həmişə. #HərŞeyiÖyrənəBilərsiniz
Khan Academy-nin MCAT kanalına abonə olun: https://www.youtube.com/channel/UCDkK5wqSuwDlJ3_nl3rgdiQ?sub_confirmation=1
Khan Academy-yə abonə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 05:21
![]() |
jam.isa edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
jam.isa edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
jam.isa edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
nargiz_bakhshiyeva edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
nargiz_bakhshiyeva edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
nargiz_bakhshiyeva edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
nargiz_bakhshiyeva edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy | |
![]() |
nargiz_bakhshiyeva edited Azerbaijani subtitles for DNA and chromatin regulation | Biomolecules | MCAT | Khan Academy |