Return to Video

Gyotaku: Qədim Yapon balıq basma (çap etmə) sənəti - K.Erica Dodge

  • 0:00 - 0:00
    Tutduğun balıq nə boyda idi?
  • 0:16 - 0:17
    Bu böyüklükdə?
  • 0:17 - 0:18
    Bu böyüklükdə?
  • 0:18 - 0:20
    Ya bu böyüklükdə?
  • 0:20 - 0:21
    Şəkil olmadan
  • 0:21 - 0:24
    böyük balıq tutduğunuzu heç nə ilə sübut edə bilməzsiniz.
  • 0:24 - 0:27
    Bu, balıqçılıq ilk yaranadan bəri belə olub.
  • 0:27 - 0:29
    Əslində isə, fotoşəkil vasitəsilə bir anı yaddaşa həkk etmək
  • 0:29 - 0:31
    mümkün olandan əsrlər əvvəl yapon balıqçıları
  • 0:31 - 0:33
    tutduqları balıqların hesabatını aparmaq üçün xüsusi bir
  • 0:33 - 0:35
    üsul icad etmişlər.
  • 0:35 - 0:38
    Bu üsul Gyotaku adlanır.
  • 0:38 - 0:41
    Gyotaku müasir kamera kəşf olunmamışdan əvvəl
  • 0:41 - 0:43
    Yaponiyada balıqçıların öz böyük ovlarını
  • 0:43 - 0:44
    yaddaşa həkk etmək üçün icad etdikləri
  • 0:44 - 0:47
    qədim balıq basmaq (çap etmək) sənətidir.
  • 0:48 - 0:50
    "Gyo" balıq,
  • 0:50 - 0:52
    "taku" isə təəssürat deməkdir.
  • 0:52 - 0:54
    Gyotakunun yaranması haqda müxtəlif
  • 0:54 - 0:56
    hekayələr mövcuddur, lakin mahiyyət etibarı ilə hər şey
  • 0:56 - 0:57
    əsrlər əvvəl balıqçıların tutduqları balıqların
  • 0:57 - 1:00
    növlərini və ölçülərini qeyd etmək
  • 1:00 - 1:03
    ehtiyacından yaranmışdır.
  • 1:03 - 1:06
    Balıqçılar dənizə çıxarkən özləri ilə
  • 1:06 - 1:07
    kağız, mürəkkəb və fırça götürürdülər.
  • 1:07 - 1:10
    Onlar dənizdəki macəraları haqda hekayələr danışırdılar.
  • 1:10 - 1:12
    Yaponlar bəzi balıqlara dərin hörmət bəslədiklərindən
  • 1:12 - 1:15
    balıqçılar onların izlərini kağıza qeyd edər, daha sonra balığı
  • 1:15 - 1:17
    suya buraxardılar.
  • 1:17 - 1:18
    Bu izi salmaq üçün
  • 1:18 - 1:21
    onlar balığı zəhərsiz sumi-e mürəkkəbi ilə boyayıb
  • 1:21 - 1:23
    düyü kağızına basardılar.
  • 1:23 - 1:25
    Bu yolla balığı suya buraxa,
  • 1:25 - 1:27
    yaxud yuyub bazarda sata bilərdilər.
  • 1:27 - 1:30
    İlk dövrlərdə bu çaplar sadəcə qeyd aparmaq məqsədilə aparılır
  • 1:30 - 1:31
    və detallı olmurdu.
  • 1:31 - 1:33
    Lakin 19-cu əsrin ortalarından başlayaraq
  • 1:33 - 1:35
    bu basmalara göz və digər detallar
  • 1:35 - 1:37
    əlavə edilməyə başlanır.
  • 1:37 - 1:41
    Balıqçılıq həvəskarı olan Lord Sakai adlı məşhur bir zadəgan
  • 1:41 - 1:42
    böyük, qırmızı bir çapaq balığı tutanda
  • 1:42 - 1:44
    həmin balıqdan yadigar nə isə
  • 1:44 - 1:46
    saxlamaq istəyir.
  • 1:46 - 1:50
    Bunun üçün də balıqçılardan birinə balığı çap etməyi əmr edir.
  • 1:50 - 1:52
    Bu hadisədən sonra çox sayda balıqçı
  • 1:52 - 1:55
    Gyotaku basmalarını Lord Sakaiyə təqdim edir,
  • 1:55 - 1:56
    o da bu rəsmləri bəyənərsə,
  • 1:56 - 1:58
    həmin balıqçıları işə götürərdi.
  • 1:58 - 2:01
    Edo dövründə sarayı çoxlu sayda balıq basmaları bəzəyirdi.
  • 2:01 - 2:04
    Bu dövr bitdikən sonra isə Gyotaku sənəti
  • 2:04 - 2:07
    unudulmağa başladı.
  • 2:07 - 2:09
    Hal-hazırda isə, Gyotaku çox adamın zövq aldığı məşhur
  • 2:09 - 2:10
    incəsənət növüdür.
  • 2:10 - 2:13
    Həm də deyilənə görə, bu çaplar balıqçılara da uğur gətirir.
  • 2:13 - 2:16
    Lakin bu, incəsənət kimi bir qədər fərqlidir.
  • 2:16 - 2:19
    Rəssamların çoxu bu sənəti təcrübə və səhvlərdən öyrənirlər.
  • 2:19 - 2:21
    Rəssam çapa başlamazdan əvvəl,
  • 2:21 - 2:24
    balıq çap üçün hazırlanır.
  • 2:24 - 2:26
    Ilk öncə balıq üzərində kiçik çuxurlar olan səth
  • 2:26 - 2:28
    üzərində yerləşdirilir.
  • 2:28 - 2:29
    Sonra rəssam üzgəcləri açıb
  • 2:29 - 2:31
    lövhə üzərinə bənd edərək qurumasını gözləyir.
  • 2:31 - 2:34
    Dah sonra isə balıq su ilə yuyulur.
  • 2:34 - 2:35
    Balığı basmaq üçün isə
  • 2:35 - 2:37
    iki üsuldan istifadə edilir.
  • 2:37 - 2:41
    Dolayı üsul istifadə edilərkən rəssam nəm parça, yaxud kağızı
  • 2:41 - 2:43
    düyü yapışqanla balığa yapışdırır.
  • 2:43 - 2:45
    Sonra isə tompo - ipəklə örtülü
  • 2:45 - 2:47
    pambıq topdan istifadə etməklə
  • 2:47 - 2:51
    parça, yaxud kağız üzərində balıq şəklini mürəkkəblə çap edir.
  • 2:51 - 2:52
    Kağızı balığın üzərindən götürərkən
  • 2:52 - 2:54
    kağızın cırılmaması
  • 2:54 - 2:56
    gərəkdiyindən bu üsul
  • 2:56 - 2:59
    daha çox diqqət və ustalıq tələb edir.
  • 2:59 - 3:00
    Birbaşa üsulda isə
  • 3:00 - 3:02
    rəssam balığın üstünü boyayıb
  • 3:02 - 3:06
    nəm kağız, yaxud parçanı balığn üstünə basdırır.
  • 3:06 - 3:07
    Hər iki üsulla basılmış heç bir iki şəkil
  • 3:07 - 3:09
    heç vaxt üst-üstə düşmür,
  • 3:09 - 3:12
    lakin hər iki halda balığın heyrətamiz təsvirini alınır.
  • 3:12 - 3:13
    Son olaraq
  • 3:13 - 3:15
    rəssam möhür və ya damğa ilə
  • 3:15 - 3:17
    öz əl işini imzalayır.
  • 3:17 - 3:18
    O, daha sonra bunu göstərərək qürurla deyə bilər:
  • 3:18 - 3:21
    "Balıq düz bu boyda idi!"
Title:
Gyotaku: Qədim Yapon balıq basma (çap etmə) sənəti - K.Erica Dodge
Speaker:
K. Erica Dodge
Description:

Tam dərsi burada izlə: http://ed.ted.com/lessons/gyotaku-the-ancient-japanese-art-of-printing-fish-k-erica-dodge

Fotoapparat icad olunmazdan əvvəl balıqçılar tutduqları böyük balıqları necə qeyd edirdilər? 19-cu əsrdə yapon balıqçılıq gəmiləri gyotaku - təzə tutulmuş balığın dəqiq şəklinin əks etdirildiyi basmalar hazırlamaq məqsədilə düyü kağızı, sumi-e mürəkkəbi və fırçalarla yüklənirdi. K. Erica Dodge bu qızğın rəqabət yaratmış balıqçılıq mədəniyyəti haqda danışır və üstəlik, belə şəkil yaratmağın yolunu da öyrədir.

Dərsi nəql etdi: K. Erica Dodge
Animasiyanı yaratdı: Franco Barroeta.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TED-Ed
Duration:
03:38

Azerbaijani subtitles

Revisions