Return to Video

Waves and Technology | Information Technology | High School Physics | Khan Academy

  • 0:00 - 0:02
    Dalğalar barədə artıq
    bir xeyli danışmışıq.
  • 0:02 - 0:05
    Və indi onları bir az texnologiya
    ilə əlaqələndirəcəyik.
  • 0:05 - 0:07
    Xüsusilə də əksəriyyətimizin
  • 0:07 - 0:10
    tez-tez istifadə etdiyi mobil telefon ilə.
  • 0:10 - 0:13
    Elə isə videonu dayandırın və
    mobil telefonunuzun
  • 0:13 - 0:15
    istifadə etdiyi, işlədiyi və ya
    yaratdığı
  • 0:15 - 0:19
    bütün dalğaları sadalamağa
    çalışın.
  • 0:22 - 0:25
    Bəzilərinizin ağlına gələ
    biləcək ilk şey
  • 0:25 - 0:28
    mobil telefonunuzun səs dalğaları
  • 0:28 - 0:31
    ilə olan əlaqəsidir.
  • 0:31 - 0:34
    Səs hava boyunca irəliləyir.
  • 0:34 - 0:38
    Telefonunuz həmin səsi aşkarlamalıdır.
  • 0:38 - 0:41
    Və bir çox hallarda o, həmin səsi
    rəqəmsallaşdırmalıdır.
  • 0:41 - 0:44
    Biz? səs dalğalarından nümunə
    götürüb onların
  • 0:44 - 0:46
    rəqəmsal data şəklində saxlanması
    prosesindən bəhs
  • 0:46 - 0:48
    etdiyimiz başqa videolar hazırlamışıq.
  • 0:48 - 0:50
    Və baş verəndən asılı olaraq,
  • 0:50 - 0:52
    aşkarlama prosesi mikrofon ilə
    həyata keçirilir.
  • 0:52 - 0:54
    Əgər nəyinsə səsini yazırsınızsa,
  • 0:54 - 0:57
    məsəl üçün, video çəkir
    və ya audio fayl qeyd edirsinizsə,
  • 0:57 - 1:00
    səs saxlanmamışdan əvvəl
    rəqəmsallaşdırılır.
  • 1:00 - 1:02
    Və onu yenidən dinləmək istəsəniz,
  • 1:02 - 1:05
    səs dalğasına geri çevirməli olacaqsınız,
  • 1:05 - 1:08
    hansı ki, mikrofonunuz tərəfindən
    yayılacaq.
  • 1:08 - 1:10
    Bu həmçinin videozəng və
  • 1:10 - 1:13
    mobil telefonların əsas məqsədi olan
    səsli zənglər
  • 1:13 - 1:16
    əsnasında da baş verir.
  • 1:16 - 1:18
    Və ardından rəqəmsallaşdırılmış məlumat
  • 1:18 - 1:23
    şəbəkə qülləsi vasitəsilə onlarla mil
  • 1:23 - 1:26
    uzağa ötürülür.
  • 1:26 - 1:28
    Bunu möhtəşəm hesab edirəm,
    çünki mobil
  • 1:28 - 1:31
    telefonlar həqiqətən bir istiqamətdə yox,
  • 1:31 - 1:34
    hər istiqamətdə dalğa yayır.
  • 1:34 - 1:37
    Onda belə çıxır ki, cihaz kifayət qədər
    güclü olmalıdır ki,
  • 1:37 - 1:40
    5-10 mil uzaqdakı şəbəkə qülləsinə
    çatsın.
  • 1:40 - 1:43
    Daha sonra əlbəttə ki, söhbət əsnasında
  • 1:43 - 1:46
    şəbəkə qülləsi də bir neçə müxtəlif
    istiqamətlərdə
  • 1:46 - 1:47
    elektromaqnit dalğaları buraxır.
  • 1:47 - 1:49
    Mobil telefon üçün bu bir növ
  • 1:49 - 1:51
    "hey, bu mənim üçün siqnaldır" mesajı verir.
  • 1:51 - 1:53
    Yəni beləcə rəqəmsal məlumatı
    qəbul edir.
  • 1:53 - 1:57
    Beləcə müxtəlif dalğa nümunələri
    yaradıla bilər,
  • 1:57 - 1:59
    hansı ki, yenə mikrofon tərəfindən
    yayılır
  • 1:59 - 2:00
    və sonradan eşidilir.
  • 2:00 - 2:04
    Səs dalğaları yalnız mobil telefonların
    yox,
  • 2:04 - 2:07
    texnologiyanın böyük bir hissəsini
    təşkil edir,
  • 2:07 - 2:09
    Əgər stereo bir sisteminiz varsa, məsələn,
  • 2:09 - 2:12
    televizor, onda səs dalğaları çox istifadə
    olunur.
  • 2:12 - 2:14
    Və ya ən azından hansısa
    rolu olur.
  • 2:14 - 2:16
    Bəs başqa hansı növ dalğalar var?
  • 2:16 - 2:18
    İşıq dalğalarını nümunə gətirə bilərsiniz,
  • 2:18 - 2:20
    amma mən
  • 2:20 - 2:22
    bunu bir az daha ümumiləşdirəcəyəm.
  • 2:22 - 2:26
    İşıq dalğaları elektromaqnit
  • 2:26 - 2:29
    dalğalarının bir növüdür.
  • 2:29 - 2:31
    İşıq dalğaları necə istifadə edilir?
  • 2:31 - 2:35
    Müasir ağıllı smartfon və ya mobil
    telefonların güclü kamerası var.
  • 2:35 - 2:40
    Onun işıq dalğalarını aşkarlamaq
    üçün bir üsula ehtiyacı olur.
  • 2:40 - 2:43
    Yəni yenə detektə edildikdən sonra
    koldaşdırılacaq,
  • 2:43 - 2:46
    saxlanılacaq, və daha sonra da, əlbəttə,
  • 2:46 - 2:48
    böyük ekranı sayəsində
  • 2:48 - 2:50
    rəqəmsallaşmış informasiyanı işıq
    dalğalarına
  • 2:50 - 2:53
    çevirmək ehtiyacı olacaq.
  • 2:53 - 2:56
    Ekrandakı hər bir piksel müxtəlif
    tezliklərdə işıq dalğaları
  • 2:56 - 2:59
    yarada bilir, ya da ən azından,
    müxtəlif tezlikli
  • 2:59 - 3:02
    dalğalar yaymaqla bütöv görüntü
    ərsəyə gətirə bilir.
  • 3:02 - 3:04
    Əslində, işıq dalğaları elektromaqnit
  • 3:04 - 3:06
    dalğalarının tək növü deyil.
  • 3:06 - 3:09
    Bayaq şəbəkə qülləsi vasitəsilə
    5, 10, 15 mil uzaq məsafə
  • 3:09 - 3:13
    ilə qurula bilən bağlantıdan danışdıq.
  • 3:13 - 3:15
    Şəbəkə qülləsi ilə əlaqənin qurulmasında
  • 3:15 - 3:19
    istifadə olunan dalğalar radio
    dalğalardır,
  • 3:19 - 3:22
    hansı ki, elektromaqnit dalğalarının
    bir digər növüdür.
  • 3:22 - 3:24
    Bağlantı növü bununla da bitmir.
  • 3:24 - 3:26
    Mobil telefonun üst hissəsinə
  • 3:26 - 3:28
    fikir versəz,
  • 3:28 - 3:30
    gördüyünüz bu işarə cihazın
  • 3:30 - 3:33
    şəbəkə qülləsindən nə qədər güclü
  • 3:33 - 3:35
    siqnal aldığını göstərir.
  • 3:35 - 3:38
    Amma sizin burada Wi-Fi simgəniz də var.
  • 3:38 - 3:42
    Wi-Fi isə olduğunuz yerin lokal şəbəkəsi
  • 3:42 - 3:46
    ilə əlaqə qurmaq üçün fərqli tezliklər
    istifadə edir.
  • 3:46 - 3:49
    Amma bir daha deyim ki, bu da radio
    dalğası hesab edilir.
  • 3:49 - 3:50
    Bu qədər.
  • 3:50 - 3:53
    Hansısa mövzuda nəsə oxuyarkən
  • 3:53 - 3:54
    ətrafınıza baxıb
  • 3:54 - 3:57
    məktəbdə, və ya fizika dərslərində
    öyrəndiklərinizi
  • 3:57 - 4:00
    həyatınızın hər anı ilə əlaqələndirməyə
  • 4:00 - 4:03
    çalışın.
Title:
Waves and Technology | Information Technology | High School Physics | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
04:03

Azerbaijani subtitles

Revisions Compare revisions