Dalğalar barədə artıq bir xeyli danışmışıq. Və indi onları bir az texnologiya ilə əlaqələndirəcəyik. Xüsusilə də əksəriyyətimizin tez-tez istifadə etdiyi mobil telefon ilə. Elə isə videonu dayandırın və mobil telefonunuzun istifadə etdiyi, işlədiyi və ya yaratdığı bütün dalğaları sadalamağa çalışın. Bəzilərinizin ağlına gələ biləcək ilk şey mobil telefonunuzun səs dalğaları ilə olan əlaqəsidir. Səs hava boyunca irəliləyir. Telefonunuz həmin səsi aşkarlamalıdır. Və bir çox hallarda o, həmin səsi rəqəmsallaşdırmalıdır. Biz? səs dalğalarından nümunə götürüb onların rəqəmsal data şəklində saxlanması prosesindən bəhs etdiyimiz başqa videolar hazırlamışıq. Və baş verəndən asılı olaraq, aşkarlama prosesi mikrofon ilə həyata keçirilir. Əgər nəyinsə səsini yazırsınızsa, məsəl üçün, video çəkir və ya audio fayl qeyd edirsinizsə, səs saxlanmamışdan əvvəl rəqəmsallaşdırılır. Və onu yenidən dinləmək istəsəniz, səs dalğasına geri çevirməli olacaqsınız, hansı ki, mikrofonunuz tərəfindən yayılacaq. Bu həmçinin videozəng və mobil telefonların əsas məqsədi olan səsli zənglər əsnasında da baş verir. Və ardından rəqəmsallaşdırılmış məlumat şəbəkə qülləsi vasitəsilə onlarla mil uzağa ötürülür. Bunu möhtəşəm hesab edirəm, çünki mobil telefonlar həqiqətən bir istiqamətdə yox, hər istiqamətdə dalğa yayır. Onda belə çıxır ki, cihaz kifayət qədər güclü olmalıdır ki, 5-10 mil uzaqdakı şəbəkə qülləsinə çatsın. Daha sonra əlbəttə ki, söhbət əsnasında şəbəkə qülləsi də bir neçə müxtəlif istiqamətlərdə elektromaqnit dalğaları buraxır. Mobil telefon üçün bu bir növ "hey, bu mənim üçün siqnaldır" mesajı verir. Yəni beləcə rəqəmsal məlumatı qəbul edir. Beləcə müxtəlif dalğa nümunələri yaradıla bilər, hansı ki, yenə mikrofon tərəfindən yayılır və sonradan eşidilir. Səs dalğaları yalnız mobil telefonların yox, texnologiyanın böyük bir hissəsini təşkil edir, Əgər stereo bir sisteminiz varsa, məsələn, televizor, onda səs dalğaları çox istifadə olunur. Və ya ən azından hansısa rolu olur. Bəs başqa hansı növ dalğalar var? İşıq dalğalarını nümunə gətirə bilərsiniz, amma mən bunu bir az daha ümumiləşdirəcəyəm. İşıq dalğaları elektromaqnit dalğalarının bir növüdür. İşıq dalğaları necə istifadə edilir? Müasir ağıllı smartfon və ya mobil telefonların güclü kamerası var. Onun işıq dalğalarını aşkarlamaq üçün bir üsula ehtiyacı olur. Yəni yenə detektə edildikdən sonra koldaşdırılacaq, saxlanılacaq, və daha sonra da, əlbəttə, böyük ekranı sayəsində rəqəmsallaşmış informasiyanı işıq dalğalarına çevirmək ehtiyacı olacaq. Ekrandakı hər bir piksel müxtəlif tezliklərdə işıq dalğaları yarada bilir, ya da ən azından, müxtəlif tezlikli dalğalar yaymaqla bütöv görüntü ərsəyə gətirə bilir. Əslində, işıq dalğaları elektromaqnit dalğalarının tək növü deyil. Bayaq şəbəkə qülləsi vasitəsilə 5, 10, 15 mil uzaq məsafə ilə qurula bilən bağlantıdan danışdıq. Şəbəkə qülləsi ilə əlaqənin qurulmasında istifadə olunan dalğalar radio dalğalardır, hansı ki, elektromaqnit dalğalarının bir digər növüdür. Bağlantı növü bununla da bitmir. Mobil telefonun üst hissəsinə fikir versəz, gördüyünüz bu işarə cihazın şəbəkə qülləsindən nə qədər güclü siqnal aldığını göstərir. Amma sizin burada Wi-Fi simgəniz də var. Wi-Fi isə olduğunuz yerin lokal şəbəkəsi ilə əlaqə qurmaq üçün fərqli tezliklər istifadə edir. Amma bir daha deyim ki, bu da radio dalğası hesab edilir. Bu qədər. Hansısa mövzuda nəsə oxuyarkən ətrafınıza baxıb məktəbdə, və ya fizika dərslərində öyrəndiklərinizi həyatınızın hər anı ilə əlaqələndirməyə çalışın.