< Return to Video

Everything We Think We Know About Addiction Is Wrong

  • 0:01 - 0:03
    Məsələn, heroindən asılılığı nə yarada bilər?
  • 0:04 - 0:06
    Bu, həqiqətən, də axmaq bir sualdır, deyilmi?
  • 0:06 - 0:07
    Bu hamıya məlumdur;
  • 0:07 - 0:10
    heroin asılılığının səbəbi heroindir.
  • 0:10 - 0:11
    Burada onun necə işlədiyini görmək olar:
  • 0:11 - 0:15
    Əgər heroini 20 gün qəbul etsəniz, 21-ci gündən
  • 0:15 - 0:18
    bədəniniz dəhşətli dərəcədə narkotik dozanı almaq istəyəcək,
  • 0:18 - 0:20
    çünki narkotikin tərkibində müxtəlif kimyəvi hissəciklər mövcuddur.
  • 0:20 - 0:22
    Məhz bu hala narkomaniya deyilir.
  • 0:22 - 0:24
    Lakin bir əngəl var.
  • 0:25 - 0:28
    Narkomaniya haqqında bildiyimizi düşündüyümüz, demək olar ki, hər şey səhvdir.
  • 0:35 - 0:39
    Əgər siz, məsələn, ombanızı əzdinizsə, Sizi dərhal xəstəxanaya çatdıracaqlar
  • 0:39 - 0:42
    və Sizə bir neçə həftə və ya hətta bir neçə ay ərzində diamorfin dozaları vurulacaq.
  • 0:42 - 0:44
    Diamorfin heroindir.
  • 0:45 - 0:48
    Əslində, bu heroin küçədə alına biləcək hər hansısa bir digər heroin növündən qat-qat güclüdür
  • 0:48 - 0:52
    çünki, bu narkotiklərdə dillerlər tərəfindən heç bir ucuz əlavələr və qatqılar edilmir.
  • 0:53 - 0:54
    Ətrafınızda elə insanlar var ki,
  • 0:54 - 0:57
    xəstəxanalarda indi iri dozalarla heroin qəbul edirlər.
  • 0:58 - 1:00
    İndi belə çıxır ki, onlardan ən azı bəziləri narkoman olmalıdır?
  • 1:00 - 1:03
    Amma belə hallar çox araşdırılıb; bu baş verməyəcək.
  • 1:04 - 1:07
    Sizin nənəniz çanaq-bud oynağının əvəzetməsindən sonra narkomanlar siyahısına daxil edilməmişdir.
  • 1:08 - 1:09
    Niyə belə olur?
  • 1:09 - 1:13
    Narkomaniya haqqında olan müasir nəzəriyyəmiz
  • 1:13 - 1:15
    daha öncə 20-ci əsrdə keçirilmiş sinaq və aparılmış təcrübələr əsasında qurulub.
  • 1:16 - 1:17
    Çox sadə eksperimentidr:
  • 1:17 - 1:20
    Siz siçovulu götürürsünüz və onu iki ədəd su butulkası olan qəfəsə qoyursunuz
  • 1:21 - 1:25
    Birində sadəcə su, digərində isə heroin və ya kokainlə qatışdırılmış su.
  • 1:25 - 1:27
    Demək olar ki,hər dəfə bu sinağı keçirdiyiniz zaman
  • 1:27 - 1:30
    siçovul narkotikli suya tutulmuş olacaq və daha çox bu suya qayıdıb içəcək,
  • 1:30 - 1:33
    ta ki, həmin özünü öldürməyənə qədər.
  • 1:34 - 1:38
    Amma 1970-ci illərdə illər, Bryus Aleksandr,psixologiya emləri üzrə professor,
  • 1:38 - 1:40
    bu sınaqda bir qəribəliyə fikir verdi:
  • 1:40 - 1:42
    sıçovul qəfəsə tək yerləşdirilir.
  • 1:43 - 1:45
    bu halın narkotik qəbul etməklə heç bir əlaqəsi yoxdur.
  • 1:46 - 1:48
    "Bu sınağı bir qədər fərqli keçirtməyə çalışsaq nə olardi?"- deyə O düşündü.
  • 1:49 - 1:53
    Belə ki, O siçovullar üçün sanki bir cənnət parkı tikdi;
  • 1:53 - 1:57
    siçovulların oynamaq üçün rəngli topları, qaçmaq üçün tunelləri olan bir yumşaq qəfəs,
  • 1:57 - 2:00
    oynamaq üçün çoxlu dost, eşq oyunları üçün əks cinsləri -
  • 2:00 - 2:02
    bir sözlə, bir sıçovulun arzu edə biləcəyi hər bir şey.
  • 2:03 - 2:06
    Və onlara həm adi su həm narkotiklə qatışdırılmış su veriləcək.
  • 2:06 - 2:08
    Amma burda maraqlı bir hal müşahidə edirik:
  • 2:08 - 2:12
    Siçovullar parkında sıçovullar demək olar ki, narkotikli sudan heç istifadə etmirdilər;
  • 2:12 - 2:16
    onlardan heç biri heç vaxt narkotikdən aşırı dərəcədə istifadə etmirdi; heç vaxt həddən artıq böyük dozaya məruz qalmırdı.
  • 2:17 - 2:19
    Amma, bu sıçovulların xüsusiyyəti ola bilər, deyilmi?
  • 2:19 - 2:23
    Oxşar sxem üzrə insanlar üzərində də sınaqlar keçirilirdi:
  • 2:23 - 2:24
    Vyetnam müharibəsi zamanı.
  • 2:24 - 2:28
    Vyetnamda Amerika qoşunlarının 20 %-i heroindən çox istifadə edirdi.
  • 2:28 - 2:30
    Evə qayıdaraq insanlar
  • 2:30 - 2:33
    müharibə bitdikdən sonra ABŞ-ın küçələrində yüz minlərlə narkomanların olacağını düşünərək
  • 2:33 - 2:35
    həqiqətən də təlaşa düşürdülər.
  • 2:36 - 2:39
    Amma əsgərlərin davranışını araşdıran tədqiqatçılar valehedici bir şeyi aşkar etdilər:
  • 2:39 - 2:43
    heç kəsin normal həyata dönmək üçün xüsusi bərpaya ehtiyacı olmadı;
  • 2:43 - 2:46
    onların 95%-i evə qayıtdıqdan sonra narkotik qəbul etməyi dayandırdılar.
  • 2:46 - 2:50
    Əgər Siz köhnə asılılıq nəzəriyyələrinə inanırsınızsa, onda bu heç bir məna daşımır.
  • 2:50 - 2:53
    Amma əgər Siz professor Aleksandrın nəzəriyyəsinə inanırsınızsa, onda bu bir məna daşıyır,

  • 2:53 - 2:56
    çünki, əgər Sizi olmaq istəmədiyiniz yad ölkənin dəhşətli cəngəlliklər göndəriblərsə,
  • 2:56 - 3:00
    və orada hər an öldürməyə və ölməyə məcbur olmusunuzsa,
  • 3:00 - 3:03
    onda heroin orada vaxtınızı keçirtmək üçün əla bir üsuldur;
  • 3:03 - 3:06
    Lakin əgər Siz gözəl evinizə, dostlarınız və ailənizin yanına qayıdırsızsa,
  • 3:06 - 3:09
    onda bu, insanın birinci qəfəsdən götürülüb,
  • 3:09 - 3:11
    daha öncə barəsində danışdığımız Sıçovullar parkına salınmağına barəbərdi
  • 3:12 - 3:14
    bu kimyavi maddə deyil, bu Sizin qəfəsinizdir.
  • 3:15 - 3:17
    Biz asılılıq barədə fərqli düşünməliyik.
  • 3:17 - 3:20
    İnsanlarin təbii bağılıqalara və əlaqələrə ehtiyacı var.
  • 3:20 - 3:24
    Sağlam və xoşbəxt olduğumuz anlarda ətrafımızda olan insanlara bağlanırıq.
  • 3:24 - 3:25
    Amma zədələndiyimiz, təcrid edilmiş,
  • 3:25 - 3:28
    və ya həyatımızda uçurumun kənarında dayandığımız vaxtlarda,
  • 3:28 - 3:32
    biz ağrılarımızı yüngülləşdirəcək nələrəsə bağlanırıq.
  • 3:32 - 3:34
    Bu smartfonlarımızı sonsuza qədər yoxlamaq da ola bilər;
  • 3:34 - 3:40
    bu pornoqrafiya, video oyunlar, qumar və ya kokain ola bilər.
  • 3:40 - 3:44
    Amma biz nəyəsə bağlanmalıyıq, çünki bu insanın təbiətidi.
  • 3:44 - 3:48
    Zərərli asılılıqdan sağlam asılılığa keçməyin yolu
  • 3:48 - 3:51
    ətrafınızda istədiyiniz insanların olmasıdır.
  • 3:51 - 3:54
    Narkomaniya sadəcə ətrafda olanlardan
  • 3:54 - 3:56
    təcrid olunmağın yollarından və simptomlarından biridir.
  • 3:56 - 3:57
    Biz hamımımz bunu hiss edirik.
  • 3:57 - 4:01
    1950-ci illərdən başlayaraq hər orta statistik amerikalının yaxın dostlarının sayı
  • 4:01 - 4:03
    daimi olaraq azalır.
  • 4:03 - 4:06
    Eyni zamanda, evlərində yaşayış üçün sahələri
  • 4:06 - 4:07
    davamlı olaraq artır.
  • 4:08 - 4:12
    Dostların əvəzinə yaşayış sahəsini, əlaqələrin əvəzinə kimyəvi maddələri seçirlər.
  • 4:13 - 4:15
    Artıq bir əsrə yaxın bir zamandır ki, narkotiklərlə mübarizə aparırıq
  • 4:15 - 4:17
    amma vəziyyət daha da pisləşir.
  • 4:17 - 4:20
    İnsanlara sağalmağa və hamıyla birgə normal yaşamağa kömək etmək əvəzinə,
  • 4:20 - 4:23
    biz onları cəmiyyətdən kənar tuturuq,
  • 4:23 - 4:26
    onlara iş tapmaqda və həyatlarını stabil yaşamaqda çətinliklər yaradırıq,
  • 4:26 - 4:29
    onlarda narkotik tapanda, özümüzü daha üstün tutmağa başlayırıq,
  • 4:29 - 4:33
    dərhal həbsxanalara, sözün əsl mənasında qəfəslərə atırıq,
  • 4:33 - 4:35
    biz özlərini yaxşı hiss etməyən insanları
  • 4:35 - 4:39
    elə bir vəziyyətə salırıq ki, halları daha da pisləşir və heç biri normal həyatını bərpa etmək istəmir.
  • 4:39 - 4:43
    Çox uzun bir zaman biz narkomanların yalnız fərdi qaydada olan bərpasından danışdıq.
  • 4:44 - 4:46
    Amma indi daha çox sosial bərpa haqqında danışmağa məcburuq.
  • 4:46 - 4:49
    Çünki bizim qrupda nələrsə yolunda getməməyə başladı.
  • 4:49 - 4:53
    Biz daha çox Sıçovullar Parkına bənzər bir ictimayyət qurmalıyıq
  • 4:53 - 4:55
    və təcrid edilmiş qəfəslərın sayını azaltmalıyıq.
  • 4:56 - 4:59
    Biz yaşadığımız qeyri-səmimi həyatımızı dəyişib,
  • 4:59 - 5:01
    bir-birimizi yenidən kəşf etməliyik.
  • 5:01 - 5:07
    Ayıq olmaq narkotik asılılığına zidd deyil; əksinə, narkotik asılılığına zidd olan əlaqələrin qurulmasıdır.
  • 5:11 - 5:13
    Bu video Cohan Hari, "Fəryadın dalıyca: Narkotiklərlə müharibənin ilk və son günü"
  • 5:13 - 5:14
    kitabının müəllifi
  • 5:14 - 5:18
    ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir.
  • 5:18 - 5:22
    O, sözünü yaymaqda ona kömək edən, bu videonun üzərində bizimlə birgə işləməyə çox şad idi.
  • 5:22 - 5:24
    Biz Sizə kitabı oxumağı tövsiyyə edirik.
  • 5:25 - 5:28
    Bizim videolarımız Sizin Patreon.com-da olan dəstəyinizi sayəsində düzəldilmişdir.
  • 5:28 - 5:32
    Əgər bundan daha da çox kömək etmək istəsəniz, Sizin dəstəyinizi çox qiymətləndirəcəyik.
  • 5:33 - 5:36
    Bu videonun interaktiv versiyasını dostlarla birliktə etdik.
  • 5:37 - 5:38
    İstinada təsvirdə baxın.
Title:
Everything We Think We Know About Addiction Is Wrong
Description:

more » « less
Video Language:
English
Duration:
05:42

Azerbaijani subtitles

Revisions