-
Belə bir ümumi anlaşılmazlıq var ki, əgər kasıb uşaqların qayğısına qalsaq dünya əhalisinin sayı artacaq.
-
Bu bir az məntiqli səslənə bilər, amma yanlış fikirdir.
-
Bu demək olar ki, əksinədir!
-
Əhali sayının artmasının qarşısını almaq üçün kasıb uşaqları qorumaq lazımdır.
-
Bəli! BMT statistikasına nəzər salın.
-
Kasıb valideynlərin artalama beş uşağı var və biri ölür.
-
Baxın! Gələcək nəsil üçün iki valideyn sağ qalmış dörd uşaq ilə əvəz olundu.
-
Bu o deməkdir ki, əhalinin kasıb təbəqəsinin sayı çox sürətlə artır.
-
Bu ən pis vəziyyətdə olan Konqo və Əfqanıstan kimi yerlərdə ortalama ailədir.
-
Bugün harada ki, uşaq ölümləri çoxdur, ora digər yerlərlə müqayisədə əhalinin daha sürətlə artdığı yerdir.
-
Bu vəziyyətdə nə qədər əhali yaşayır?
-
Dünyada yeddi milyard əhali yaşayır. Bir blok: bir milyard.
-
Kasıb iki miylard əhali...
-
...onlar bu cür yaşayır.
-
Digər beş milyard əhali...
-
...onların ortalama bu cür ailəsi var. İki valideynin iki uşağı var və uşaq ölümləri azdır.
-
Bu dünya əhalisinin böyük hissəsidir, sadəcə Avropa və Amerikanın deyil.
-
Çin, İran, Meksika, Afrikadakı böyük şəhərlərdən müxtəlif din və mədəniyyətlərdən olan əhalidir.
-
Hal-hazırda əhalinin böyük hissəsində uşaqlar valideynləri əvəz edir.
-
Beləliklə nəsillərin ölçüsü daha artmır.
-
Bu isə o deməkdir ki, əhali sayının artması dayanacaq.
22
00:01:46,700 --> 00:01:51,500
Bəs kiçik ailəli bir çox insanlar necə yaşayır?
-
Bəli, onların uşaqları artıq ölmür.
-
Əgər onlar aclığı tərk ediblərsə və qızları təhsil alıbsa: valideynlərin uşaq ölümlərini
-
kompensasiya etmək üçün çoxlu uşaqları olmalarına ehtiyac olmayacaq və böyük ailələr
-
iqtisadi zərurət və sosial status simvolu olmağı dayandıracaq.
-
Və müasir kontraseptivlər vasitəsilə dünyanın hər tərəfindən olan valideynlərin böyük əksəriyyəti
-
kiçik ailələrinin olmasına qərar verirlər.
-
Beləcə kasıb uşaqların qayğısına qalmaq və son iki milyard əhaliyə yoxsulluqdan çıxmaq üçün yardım etməklə:
-
Bu valideynlər də daha az uşaqlarının olmasına qərar verəcək.
-
Və daha az.
-
Tədricən...
-
...iki uşaqlı ailəyə çatırlar.
-
Bu, əsrin sonuna kimi BMT ailə ölçüsü praqnozlarını göstərir.
-
Bundan sonra dünya əhalisinin artımının dayanması gözlənilir.
-
Dayanmamışdan əvvəl: başqa dörd milyard əhali də dünya əhalisinə əlavə olunacaq.
-
Əlavə dörd milyard. Bu çox insan deməkdir.
-
Amma nə qədər ki kasıb uşaqlar ölməyə davam edir və bu dəyişiklik gecikdirilir
-
daha çox milyardlar əlavə olunacaq.
-
Beləliklə əhali sayının artmasının qarşısının alınması kasıb uşaqların qayğısına qalmaqla başlayır.