Belə bir ümumi anlaşılmazlıq var ki, əgər kasıb uşaqların qayğısına qalsaq dünya əhalisinin sayı artacaq. Bu bir az məntiqli səslənə bilər, amma yanlış fikirdir. Bu demək olar ki, əksinədir! Əhali sayının artmasının qarşısını almaq üçün kasıb uşaqları qorumaq lazımdır. Bəli! BMT statistikasına nəzər salın. Kasıb valideynlərin artalama beş uşağı var və biri ölür. Baxın! Gələcək nəsil üçün iki valideyn sağ qalmış dörd uşaq ilə əvəz olundu. Bu o deməkdir ki, əhalinin kasıb təbəqəsinin sayı çox sürətlə artır. Bu ən pis vəziyyətdə olan Konqo və Əfqanıstan kimi yerlərdə ortalama ailədir. Bugün harada ki, uşaq ölümləri çoxdur, ora digər yerlərlə müqayisədə əhalinin daha sürətlə artdığı yerdir. Bu vəziyyətdə nə qədər əhali yaşayır? Dünyada yeddi milyard əhali yaşayır. Bir blok: bir milyard. Kasıb iki miylard əhali... ...onlar bu cür yaşayır. Digər beş milyard əhali... ...onların ortalama bu cür ailəsi var. İki valideynin iki uşağı var və uşaq ölümləri azdır. Bu dünya əhalisinin böyük hissəsidir, sadəcə Avropa və Amerikanın deyil. Çin, İran, Meksika, Afrikadakı böyük şəhərlərdən müxtəlif din və mədəniyyətlərdən olan əhalidir. Hal-hazırda əhalinin böyük hissəsində uşaqlar valideynləri əvəz edir. Beləliklə nəsillərin ölçüsü daha artmır. Bu isə o deməkdir ki, əhali sayının artması dayanacaq. 22 00:01:46,700 --> 00:01:51,500 Bəs kiçik ailəli bir çox insanlar necə yaşayır? Bəli, onların uşaqları artıq ölmür. Əgər onlar aclığı tərk ediblərsə və qızları təhsil alıbsa: valideynlərin uşaq ölümlərini kompensasiya etmək üçün çoxlu uşaqları olmalarına ehtiyac olmayacaq və böyük ailələr iqtisadi zərurət və sosial status simvolu olmağı dayandıracaq. Və müasir kontraseptivlər vasitəsilə dünyanın hər tərəfindən olan valideynlərin böyük əksəriyyəti kiçik ailələrinin olmasına qərar verirlər. Beləcə kasıb uşaqların qayğısına qalmaq və son iki milyard əhaliyə yoxsulluqdan çıxmaq üçün yardım etməklə: Bu valideynlər də daha az uşaqlarının olmasına qərar verəcək. Və daha az. Tədricən... ...iki uşaqlı ailəyə çatırlar. Bu, əsrin sonuna kimi BMT ailə ölçüsü praqnozlarını göstərir. Bundan sonra dünya əhalisinin artımının dayanması gözlənilir. Dayanmamışdan əvvəl: başqa dörd milyard əhali də dünya əhalisinə əlavə olunacaq. Əlavə dörd milyard. Bu çox insan deməkdir. Amma nə qədər ki kasıb uşaqlar ölməyə davam edir və bu dəyişiklik gecikdirilir daha çox milyardlar əlavə olunacaq. Beləliklə əhali sayının artmasının qarşısının alınması kasıb uşaqların qayğısına qalmaqla başlayır.