-
Gəlin baxaq hedc fondunun strukturunu,
-
həmçinin idarəetmə və icraetmə
haqlarının
-
necə işlədiyini anlaya bilirikmi.
-
Belə ki, bir çox hedc fondları
-
məhdud partnyorluq şəklində qurulur.
-
Beləliklə, bu, Pərvinin yaratdığı
hedc fondudur.
-
Onu Pərvin kapital fondu 1 anlandıracağıq.
-
Bəlkə də, gələcəkdə Fond 2, Fond 3
-
və digərləri də fəaliyyətə başlayacaq.
-
100 milyona qədər
yüksəltmək iqtidarındadır.
-
100 milyonun 10%-i, yəni 10 milyonu
-
buradan gəlir.
-
Daha dəqiq desək,
-
bu fondun əsas partnyoru
-
əsasını qoyduğu məhdud
məsuliyyətli cəmiyyət olan
-
Pərvin Kapital İdarəçiliyindən gəlir.
-
Biraz çaşdırıcı ola bilər,
-
amma bu bir şirkətdir.
-
Burada iki şirkətdən söhbət gedir.
-
Biri digərinin aktivlərini idarə edəcək
-
və bunun qarşılığında idarəetmə və
-
icraetmə haqqları ala biləcək.
-
Birazdan bu barədə danışacağıq.
-
Yəqin ki, Pərvin bütün şirkətin sahibidir.
-
Amma onun bir neçə işçisi var, dörd
-
və ya beş.
-
İndi, onun məhdud partnyorluqla
fəaliyyət üsuluna nəzər yetirək.
-
Onlar bunu mütləq səhmlər adlandırmırlar.
-
Amma mahiyyətcə eyni şeydir.
-
Bu 100 milyon dollardan
-
30 milyon dollar məbləğində yatırım edən
-
ortaq paydan 30% pay alacaq.
-
10% yatırım edən isə ortaq paydan
-
10 milyon dollar alacaq.
-
Fərz edək ki, növbəti il
yaxşı fəaliyyət göstərmişik.
-
Biz onun idarəetmə haqqını və ya
-
başqa bir şeyi götürməzdən əvvəl
-
ümumi əsasda fondu 20 milyon
dollar artıra bilər.
-
Yəni ümumi əsasda təxminən 20%-dir.
-
Ancaq bu, ticarət haqlarından və
ödənilməsi lazım olan
-
digər hər şeydən, komisyonçulardan və bütün bu tip şeylərdən götürülən xalis gəlirdir.
-
Pərvinin özünə və
bir neçə işçisinə ödəniş etmək üçün
-
Pərvin kapital fonduna nəyin
-
daxil olduğunu müəyyən etməliyik.
-
İdarəetmə haqqı ortalama
xalis aktiv dəyərinə görə olacaq.
-
Bunu burada səthi şəkildə
-
izah edəcəm.
-
Adətən, aylıq aparılır.
-
Amma bütün mühasibatlığa açıqlıq gətirək.
-
Ancaq o, bunu kifayət qədər xətti şəkildə
-
və ya ardıcıl etsə idi,
-
il ərzində orta xalis aktiv dəyəri
-
təxminən 110 milyon dollar olardı.
-
Orta hesabla 110 milyon
dollar. Beləliklə, o,
-
təxminən 2% alacaq.
-
Biz onun 2% idarəetmə və 20%
performans haqqı
-
və ya 20% daşınmış faiz aldığını
fərz edirik.
-
Beləliklə, orta xalis aktivin dəyəri
110 milyon dollardırsa,
-
onu 2% artırarsınız.
-
Bu o deməkdir ki, o, idarəetmə haqqı olaraq
-
2,2 milyon dollar alacaq.
-
Əldə olunan gəlir, icarə haqqı,
-
əmək haqqının ödənməsi və
qiymət baxımından yüksək
-
olan əşyaların alınması
üçün istifadə olunur.
-
Bu, sadəcə fondu idarə etməyin
maliyyəti kimi qiymətləndirilir.
-
Buna bir növ xərc kimi baxılır.
-
Çünki bu, idarəetmə şirkətinə gedib çatır.
-
Yəni buradakı 120 milyon dollar əvəzinə,
-
əlimizdə nə qədər məbləğ var?
-
117,8 milyon dollar yazacağıq.
-
Sonra nə qədər icra haqqı alacağını
-
hesablamaq lazımdır.
-
Beləliklə, idarəetmə haqqı çıxılmaqla
-
17,8 milyon dollar qazanc əldə etmişik.
-
Gəlin burada qeyd edək.
-
17,8 milyon dollar mənfəətimiz var.
-
İcraetmə və ya komissiya haqqının müəyyənləşdirilməsi
-
Pərvinin 20% qazanc almasıdır.
-
Daha dəqiq desək, bu fonda rəhbərlik edən
-
Pərvin Kapital MMC idarəçiliyinin
-
baş partnyoru
-
20% mənfəət qazanacaq.
-
Belə ki, bunu 20% artırın.
-
Bu, bizə
nə qazandırır?
-
Bu bizə 3,56 milyon dollar gəlir gətirir.
-
Yəni 3,56 milyon dollar da
Pərvin Kapital İdarəçiliyinə gedəcək.
-
Elə də pis deyil.
-
Bu il, təxminən 6 milyon dollar qazandı.
-
Bu, çox güman ki, özü və
-
4-5 işçisinə gedəcək.
-
Yəni kimsə yaxşı fəaliyyət göstərərsə,
-
bu, gəlir gətirən bir biznes ola bilər.
-
Burada, mexanizmin necə fəaliyyət
göstərdiyini müəyyən etmək üçün
-
bu fondlar açıq qarşılıqlı
investisiya fondları ilə
-
oxşarlıq təşkil etməyə başlayır.
-
Onlara bənzər deyil, fərdi olmalıdırlar.
-
Sadəcə akkreditə olunmuş investorlardan pul ala bilirdilər.
-
Öz məhsullarını bazara çıxara bilmirlər.
-
Birja və Qiymətli Kağızlar üzrə Komissiyaya qeydiyyatdan keçmək məcburiyyətində deyillər.
-
Ancaq açıq investisiya fondu
ola biləcəyini söylədikdə,
-
hər hansı bir nöqtədə
-
demək olar ki, bu, məhdudlaşdırılır.
-
Müəyyən vaxtlarda investorların
-
bir növ investisiya etməsinə, yaxud qoyduğu kapitalı geri almağına
-
şərait yaradılır.
-
Yəni ilin sonunda Pərvin Kapital İdarəçiliyi üçün
-
deyək ki, 117,8 milyon dollar əvəzinə
-
3,56 milyon çıxarmalıyıq.
-
Beləliklə, yenidən investisiya etmək üçün
-
onu orada saxlaya bilər.
-
Ancaq bu, sadəcə payını artıracaqdır.
-
Deyək ki, Pərvin Kapital İdarəçiliyi bu pulu çəkir.
-
Belə ki, biz də əksildəcəyik --gəlin görək
-
117,8 əksiltsək, bu, bizə 114,24 verəcək.
-
Yəni burada fonddan
geri qalan 114,24 milyondur.
-
Deyək ki, bu mərhələdə sərmayədarlara
-
faizlərini geri almağa icazə verilir.
-
Buradakı
-
30% paya sahib olan bu adam, nə deyir bilirsinizmi?
-
Olduqca yaxşı bir il idi.
-
Payımın 10%-ni çəkmək istəyirəm.
-
Buna görə də, 30% əvəzinə
-
10% mənfəət əldə etmək istəyir.
-
Yəni məsələ budur ki, hal-hazırda 30% əvəzinə
-
20% paya sahibdir.
-
Payının 10%-ni götürəcək.
-
Yəni 114,24 milyonun 10%-ni götürəcəkdir.
-
Beləliklə, mahiyyət etibarilə belə
-
olacaq -- yalnız onluq
mərtəbələri bir üst səviyyəyə
-
yüksəltməliyik.
-
11,424 milyon götürəcək.
-
Baxın buradakı adam
-
1,424 milyon dollar məbləğ çıxaracaq.
-
Sonra bu məbləğ fonddan azalacaq.
-
Beləliklə, o xüsusi dövrlərdə insanlar
pullarını geri ala bilərlər.
-
Adətən, ayın,
-
rübün yaxud ilin sonunda olur.
-
Beləliklə, fond 114 milyon pay götürəcək --
-
gəlin yenidən hesablayaq.
-
İndi fondda 114,24 çıx 11,424,
-
yəni 102,816 dollar olacaq.
-
Eyni zamanda, digər insanlar da
-
bunun olduqca yaxşı geri ödəmə
olduğunu deyə bilərlər.
-
İndi isə fonda dəstək verəcəyəm.
-
Belə ki, hər iki halda,
-
əvvəlcə insanların kapitallarını
həvalə edə bildikləri,
-
sona qədər götürə bilmədikləri,
-
yaxud daha çox artıra bilmədikləri
qapalı fonddan fərqlənir.
-
Əksər hedc fondları
fəaliyyət müddəti boyu müəyyən dövrlərdə
-
insanlara öz vəsaitlərini geri almağa şərait yaradır.
-
Yaxud daha çox vəsait
əlavə etməyə imkan verilir.