< Return to Video

Why all the letters in Algebra?

  • 0:00 - 0:04
    Bugün burada Khan Academy-də işləyən
  • 0:04 - 0:05
    bir müəllimlə birgəyəm və
  • 0:05 - 0:08
    onun bir sıra maraqlı sualları var.
  • 0:08 - 0:12
    Bəli, Cəbr dərslərinə başlayarkən tələbələr,
  • 0:12 - 0:16
    nə üçün hərflərdən istifadə etdiyimizi soruşurlar. Nəyə görə
    hər şey üçün ədədlərdən istifadə edə bilmirik?
  • 0:16 - 0:18
    Nə üçün hərflər? Deməli Cəbrlə məşğul olarkən
    nəyə görə
  • 0:18 - 0:22
    bütün bu X-lar, Y-lar və Z-lər və ABC-lərdən istifadə edirik?
  • 0:22 - 0:23
    Yaxşı sualdır.
  • 0:23 - 0:28
    Gəlin ilk olaraq videonu izləyənlərə bu barədə
    düşünmək üçün vaxt verək.
  • 0:28 - 0:30
    Siz bu suala necə cavab verərdiniz?
  • 0:30 - 0:32
    Nə üçün Cəbrdə hərflərdən istifadə olunur?
  • 0:32 - 0:36
    Bəli, bu barədə mən bir neçə fikri səsləndirə bilərəm.
  • 0:36 - 0:38
    Birincisi odur ki, bizdə məchul
    hədlər olur.
  • 0:38 - 0:44
    Məsələn, əgər yazsaq ki, x üstəgəl 3 bərabərdir 10-a,
  • 0:44 - 0:47
    burada x yazmağımın səbəbi odur ki, mən
    onun nə olduğunu bilmirəm.
  • 0:47 - 0:48
    O həqiqətən də məchul həddir.
  • 0:48 - 0:50
    Bu ifadədən biz o məhculu tapmalıyıq.
  • 0:50 - 0:52
    Əslində isə bu x olmaya da bilər.
  • 0:52 - 0:56
    Burada x-in əvəzinə boşluq üstəgəl 3 bərabərdir 10
  • 0:56 - 1:00
    və ya sual işarəsi üstəgəl 3 bərabərdir 10
    yaza bilərik.
  • 1:00 - 1:03
    Yəni mütləq hərf yazmağımıza ehtiyac yoxdur,
    ancaq burada bir simvol olmalıdır.
  • 1:03 - 1:07
    Buraya smaylik üstəgəl 3 bərabərdir 10
    da yaza bilərik.
  • 1:07 - 1:12
    Ancaq bu məchulu tapana kimi, biz onu hansısa
    bir simvolla işarə etməliyik.
  • 1:12 - 1:16
    Sonra isə bu ifadəni həll edərək həmin
    simvolun hansı ədəd olduğunu tapa bilərik.
  • 1:16 - 1:18
    Biz onu qabaqcadan bilmiş olsaq, o artıq
    məchul sayılmayacaq.
  • 1:18 - 1:20
    Çünki biz artıq onu bilirik.
  • 1:20 - 1:24
    Ona görə də biz Cəbrdə
  • 1:24 - 1:26
    hərflərdən istifadə edirik. Bu bir səbəbdir.
  • 1:26 - 1:29
    Digəri isə, ədədlər arasındakı əlaqəni
    göstərərkəndir.
  • 1:29 - 1:32
    Məsələn, gəlin belə düşünək,
  • 1:32 - 1:38
    əgər sən mənə 3 versən, mən sənə 4 verəcəyəm,
  • 1:38 - 1:44
    əgər sən mənə 5 versən, mən sənə 6 verəcəyəm,
  • 1:44 - 1:46
    və beləcə davam edə bilərik.
  • 1:46 - 1:52
    Əgər sən mənə 7,1 versən, mən sənə 8,1 verəcəyəm.
  • 1:52 - 1:54
    Bu siyahını sonsuza kimi yazmaq olar.
  • 1:54 - 1:57
    Yəni sən mənə istənilən bir ədədi verirsən və
    mən də sənə hansı ədədi verəcəyimi deyirəm.
  • 1:57 - 2:01
    Ancaq bu belə çox yer tutacaq və çox vaxt aparacaq.
  • 2:01 - 2:06
    Bu səbəbdən, aradakı əlaqəni göstərmək üçün
    hərdflərdən istifadə edə bilərik.
  • 2:06 - 2:11
    Sənin mənə verdiyini x-lə, mənim
    sənə verdiyimi y-lə işarə edək.
  • 2:11 - 2:15
    Mən deyirəm ki, sən mənə hansı ədədi versən,
    mən onun üzərinə bir gələcəyəm.
  • 2:15 - 2:17
    Sonra da onu sənə verəcəyəm.
  • 2:17 - 2:21
    Deməli buradakı bu sadə tənlik
  • 2:21 - 2:25
    x-la y arasındakı sonsuz sayda
  • 2:25 - 2:28
    əlaqəni göstərməyə imkan verəcək.
  • 2:28 - 2:31
    Əgər x-i bilsək, məsələn, x
  • 2:31 - 2:35
    3 olsa, mən üzərinə 1 gəlib sənə
    4 verəcəyəm.
  • 2:35 - 2:38
    Sən mənə 7,1 versən, üzərinə 1 gəlib sənə
    8,1 verəcəyəm.
  • 2:38 - 2:41
    Yəni simvolları istifadə etmədən bu əlaqəni
    daha səliqəli göstərə biləcək yol yoxdur.
  • 2:41 - 2:44
    Əslində burada x və ya y yazmaya da bilərdim,
  • 2:44 - 2:47
    sadəcə bu çox köhnə bir vərdişdir.
  • 2:47 - 2:50
    Məsələn, sənin mənə verdiyini Ulduzla və
  • 2:50 - 2:55
    mənim sənə verdimi Smayliklə göstərə bilərdim
  • 2:55 - 2:58
    və bu özü, həmin ifadəni göstərməyin doğru yoludur.
  • 2:58 - 3:02
    Beləliklə, hərflər sadəcə simvoldur. Başqa heç nə.
Title:
Why all the letters in Algebra?
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
03:04

Azerbaijani subtitles

Revisions Compare revisions