1 00:00:00,145 --> 00:00:03,553 Bugün burada Khan Academy-də işləyən 2 00:00:03,553 --> 00:00:05,160 bir müəllimlə birgəyəm və 3 00:00:05,160 --> 00:00:08,403 onun bir sıra maraqlı sualları var. 4 00:00:08,403 --> 00:00:11,599 Bəli, Cəbr dərslərinə başlayarkən tələbələr, 5 00:00:11,599 --> 00:00:16,106 nə üçün hərflərdən istifadə etdiyimizi soruşurlar. Nəyə görə hər şey üçün ədədlərdən istifadə edə bilmirik? 6 00:00:16,106 --> 00:00:18,076 Nə üçün hərflər? Deməli Cəbrlə məşğul olarkən nəyə görə 7 00:00:18,076 --> 00:00:21,811 bütün bu X-lar, Y-lar və Z-lər və ABC-lərdən istifadə edirik? 8 00:00:21,811 --> 00:00:22,680 Yaxşı sualdır. 9 00:00:22,680 --> 00:00:28,286 Gəlin ilk olaraq videonu izləyənlərə bu barədə düşünmək üçün vaxt verək. 10 00:00:28,286 --> 00:00:30,232 Siz bu suala necə cavab verərdiniz? 11 00:00:30,232 --> 00:00:32,193 Nə üçün Cəbrdə hərflərdən istifadə olunur? 12 00:00:32,193 --> 00:00:35,824 Bəli, bu barədə mən bir neçə fikri səsləndirə bilərəm. 13 00:00:35,824 --> 00:00:38,026 Birincisi odur ki, bizdə məchul hədlər olur. 14 00:00:38,026 --> 00:00:44,239 Məsələn, əgər yazsaq ki, x üstəgəl 3 bərabərdir 10-a, 15 00:00:44,239 --> 00:00:46,577 burada x yazmağımın səbəbi odur ki, mən onun nə olduğunu bilmirəm. 16 00:00:46,577 --> 00:00:48,298 O həqiqətən də məchul həddir. 17 00:00:48,298 --> 00:00:50,197 Bu ifadədən biz o məhculu tapmalıyıq. 18 00:00:50,197 --> 00:00:51,710 Əslində isə bu x olmaya da bilər. 19 00:00:51,710 --> 00:00:55,703 Burada x-in əvəzinə boşluq üstəgəl 3 bərabərdir 10 20 00:00:55,703 --> 00:00:59,725 və ya sual işarəsi üstəgəl 3 bərabərdir 10 yaza bilərik. 21 00:00:59,725 --> 00:01:03,147 Yəni mütləq hərf yazmağımıza ehtiyac yoxdur, ancaq burada bir simvol olmalıdır. 22 00:01:03,147 --> 00:01:07,434 Buraya smaylik üstəgəl 3 bərabərdir 10 da yaza bilərik. 23 00:01:07,434 --> 00:01:12,181 Ancaq bu məchulu tapana kimi, biz onu hansısa bir simvolla işarə etməliyik. 24 00:01:12,181 --> 00:01:15,700 Sonra isə bu ifadəni həll edərək həmin simvolun hansı ədəd olduğunu tapa bilərik. 25 00:01:15,700 --> 00:01:17,916 Biz onu qabaqcadan bilmiş olsaq, o artıq məchul sayılmayacaq. 26 00:01:17,916 --> 00:01:20,387 Çünki biz artıq onu bilirik. 27 00:01:20,387 --> 00:01:23,576 Ona görə də biz Cəbrdə 28 00:01:23,576 --> 00:01:26,489 hərflərdən istifadə edirik. Bu bir səbəbdir. 29 00:01:26,489 --> 00:01:28,942 Digəri isə, ədədlər arasındakı əlaqəni göstərərkəndir. 30 00:01:28,942 --> 00:01:32,286 Məsələn, gəlin belə düşünək, 31 00:01:32,286 --> 00:01:38,021 əgər sən mənə 3 versən, mən sənə 4 verəcəyəm, 32 00:01:38,021 --> 00:01:43,762 əgər sən mənə 5 versən, mən sənə 6 verəcəyəm, 33 00:01:43,762 --> 00:01:46,050 və beləcə davam edə bilərik. 34 00:01:46,050 --> 00:01:51,626 Əgər sən mənə 7,1 versən, mən sənə 8,1 verəcəyəm. 35 00:01:51,626 --> 00:01:54,431 Bu siyahını sonsuza kimi yazmaq olar. 36 00:01:54,431 --> 00:01:57,477 Yəni sən mənə istənilən bir ədədi verirsən və mən də sənə hansı ədədi verəcəyimi deyirəm. 37 00:01:57,477 --> 00:02:00,879 Ancaq bu belə çox yer tutacaq və çox vaxt aparacaq. 38 00:02:00,879 --> 00:02:06,259 Bu səbəbdən, aradakı əlaqəni göstərmək üçün hərdflərdən istifadə edə bilərik. 39 00:02:06,259 --> 00:02:11,296 Sənin mənə verdiyini x-lə, mənim sənə verdiyimi y-lə işarə edək. 40 00:02:11,296 --> 00:02:14,678 Mən deyirəm ki, sən mənə hansı ədədi versən, mən onun üzərinə bir gələcəyəm. 41 00:02:14,678 --> 00:02:16,867 Sonra da onu sənə verəcəyəm. 42 00:02:16,867 --> 00:02:20,670 Deməli buradakı bu sadə tənlik 43 00:02:20,670 --> 00:02:24,717 x-la y arasındakı sonsuz sayda 44 00:02:24,717 --> 00:02:28,219 əlaqəni göstərməyə imkan verəcək. 45 00:02:28,219 --> 00:02:31,497 Əgər x-i bilsək, məsələn, x 46 00:02:31,497 --> 00:02:34,612 3 olsa, mən üzərinə 1 gəlib sənə 4 verəcəyəm. 47 00:02:34,627 --> 00:02:38,200 Sən mənə 7,1 versən, üzərinə 1 gəlib sənə 8,1 verəcəyəm. 48 00:02:38,200 --> 00:02:41,166 Yəni simvolları istifadə etmədən bu əlaqəni daha səliqəli göstərə biləcək yol yoxdur. 49 00:02:41,166 --> 00:02:43,959 Əslində burada x və ya y yazmaya da bilərdim, 50 00:02:43,959 --> 00:02:46,648 sadəcə bu çox köhnə bir vərdişdir. 51 00:02:46,648 --> 00:02:49,725 Məsələn, sənin mənə verdiyini Ulduzla və 52 00:02:49,725 --> 00:02:54,827 mənim sənə verdimi Smayliklə göstərə bilərdim 53 00:02:54,827 --> 00:02:57,733 və bu özü, həmin ifadəni göstərməyin doğru yoludur. 54 00:02:57,733 --> 00:03:01,733 Beləliklə, hərflər sadəcə simvoldur. Başqa heç nə.