-
İşığın sürəti 3 vurulsun 10 üstü 8 metr böl
-
saniyədir.
-
Deyə bilərik ki, işıq çox sürətlidir,
-
3 vur 10 üstü səkkiz metr böl saniyə.
-
Əgər işığın günəşdən yerə
gəlib çatması
-
5 vur 10 üstü 2 saniyə çəkirsə--
-
Gəlin biraz bu haqda düşünək.
-
5 vur 10 üstü 2 saniyə,
bu, 500 saniyə deməkdir.
-
Bir dəqiqəmiz 60 saniyədir,
o zaman 8 dəqiqəmiz isə
-
480 saniyə olacaqdır.
-
500 saniyə təqribən 8 dəqiqə ,
20 saniyə edir.
-
İşığa 8 dəqiqə, 20 saniyə lazımdır ki,
-
günəşdən yerə çatsın.
-
Bəs Yerdən Günəşə qədər
məsafə nə qədərdir?
-
Bizə sürət veriblər.
-
Bəli sürət verilib.
-
Zaman verilib,
-
və bizdən məsafəni tapmağımız istənilir.
-
Standart məsafə
-
sürət vur zamana bərabərdir.
-
Sürət verilib.
-
Sürət 3 vur 10 üstü səkkiz
metr böl saniyədir.
-
Buradakı sürətdir.
-
Bizə zaman da verilib.
-
Zaman 5 vur 10 üstü 2 saniyəyə bərabərdir.
-
Vahidini san ilə işarə edəcəm.
-
Neçə metr?
-
Məsafə nə qədərdir?
-
Kommutativlik və assosiativlik xassələrindən
istifadə edərək
-
vurma əməliyatını yerinə yetirək.
-
Vahidləri də vura bilərsiz.
-
Bu ölçülü analiz adlanır.
-
Vahidləri bir birinə vurarkən onlara
-
dəyişən kimi baxılır.
-
Məsafə üçün dəqiq ölçü almalısız.
-
Gəlin rəqəmləri
yenidən qruplaşdıraq.
-
Bu 3 vur 5-ə bərabərdir.
-
Rəqəmləri və bu hasili
yenidən qruplaşdırıram
-
çünki hamısını vururuq .3 vur 5 vur
-
10 üstü səkkiz vur 10 üstü iki.
-
Metr böl saniyə vurulsun saniyə
-
alırıq.
-
Əgər siz bunlara
dəyişənlər kimi baxsaz,
-
bu saniyə buradakı
saniyə ilə islah olacaq.
-
Nəticədə metr qalacaq.
-
Bu əla oldu çünki,
məsafənin vahidi metrdir.
-
Bu necə sadələşdiriləcək?
-
Bu bizə 3 vur 5 bərabərdir 15 verir.
-
15 vur 10 üstü səkkiz vur 10-nun kvadratı.
-
Əsaslar eynidir.
-
Hasili tapmaq üçün
üstləri toplaya bilərik.
-
Bu bərabər olacaq 10 üstü 8 üstəgəl 2,
-
və ya 10 üstü 10.
-
Ola bilər deyəsiz ki,
hazırdır, cavabı tapdıq
-
və standart formadadır.
-
Lakin yadınıza salın, standart formada
-
bu qiymət 1-dən böyük və ya bərabər
-
və 10-dan kiçik olmalıdır.
-
Bu isə ümumiyətlə 10-dan kiçik deyil.
-
Bəs bunu başqa cür necə yazaq?
-
15-i 1.5 kimi yaza bilərik.
-
Belə artıq 1 dən böyük və 10 dan kiçikdir.
-
1.5 dən 15-ə keçmək üçün 10-a vurmalıyıq.
-
Bunu belə düşünə bilərik ki, 15
15.0 şəklindədir
-
və burada ondabirlik var.
-
Əgər biz bunu sola çəksək , 1.5 alarıq.
-
Bu, əslində 10-a bölmək deməkdir.
-
ondabir qədər sola sürüşmə
10-a bölmək deməkdir.
-
Qiymət dəyişməsin deyə
-
10-a vurub 10-a bölməliyik.
-
Beləliklə, bu və bu eyni ədəddir.
-
İndi 15 1.5 vur 10-a bərabərdir və
-
bu 10-u vurmalıyıq 10 üstü 10-a,
-
burada.
-
10 elə 10 üstü bir deməkdir.
-
Əsaslar eyni olduqda
-
üstləri toplamaqla hasili tapırıq.
-
Bu da bərabərdir 1.5 vur 10 üstü 1 üstəgəl 10
-
və yaxud 10 üstü 11-ə.
-
Budur, alındı.
-
Bu böyük məsafədir.
-
Təsəvvür edilməyəcək qədər.
-
Hər nə isə. Əsas odur , maraqlı oldu.