-
Büdcə məhdudiyyətlərində gördüklərimizi nəzərdən keçirək.
-
Deyək ki,ayda 20 dollar qazanıram.
-
Beləliklə,gəlirim ayda 20 dollardır.
-
Gəlin,hər ayda deyək.
-
Şokoladın vahidinin qiyməti 1 dollardır.
-
Və meyvənin qiyməti hər funt başına 2 dollardır.
-
Bunu əvvəl də etmişdik,amma büdcə
-
məhdudiyyətini yenidən çəkəcəyəm.
-
Deyək ki,bu ox şokoladın miqdarıdır.
-
Mən hər iki yolu da seçə bilərdim.
-
Və meyvənin miqdarı budur.
-
Bütün pulumu şokolada sərf etsəydim,
-
ayda 20 şokolad ala bilərdim.
-
Beləliklə,bu 20-dur.
-
Buradakı 10-dur.
-
Bu qiymətlərlə,bütün pulumu meyvəyə
-
sərf etsəydim,ayda 10 funt ala bilərdim.
-
Beləliklə,bu 10-dur.
-
Bu hər ay başına 10 funtdur.
-
Bu 20 olur.
-
Və belə bir büdcə məhdudiyyətim var.
-
Və büdcə məhdudiyyətinin tənliyi olacaq -
-
bunu belə yaza bilərəm.
-
Büdcəm,20,şokoladın qiymətinə bərabər olacaq,
-
yəni şokoladın miqdarının 1 qatına bərabərdir.
-
Yəni bu,şokoladın miqdarının 1 qatı,
-
üstəgəl meyvənin miqdarından 2 dəfə
-
çox olan meyvənin qiymətidir.
-
Bunu şokolad miqdarı baxımından
-
açıq şəkildə yazmaq istəsəm,bunu şaquli
-
oxuma qoyduğum və bunun daha
-
çox asılı ox olma meylinə sahib olduğu
-
üçün hər iki tərəfdən meyvənin miqdarının
-
2 qatını çıxara bilərəm.
-
Və mən onları çevirə bilərəm.
-
Şokoladımın miqdarı 20 çıxılsın
-
meyvəmin miqdarının 2 qatına bərabərdir.
-
Və bu büdcə məhdudiyyətini orada alıram.
-
Biz bitərəflilik əyrisi ideyasına da baxdıq.
-
Məsələn,deyək ki,büdcə
-
məhdudiyyətimdə bir yerdə otururam,
-
harada ki mən 18 şokolad və
-
1 funt meyvə istehlak edirəm.
-
18 və məntiqli olduğunu təsdiqləyə bilərsiniz,
-
18 dollar üstəgəl 2 dollar,yəni 20 dollar olacaq.
-
Büdcə məhdudiyyətimdə bu nöqtədə olduğumu deyək.
-
Hər ay başına 18 şokolad
-
və 1 funt meyvə var.
-
Beləliklə,bu 1-dir.
-
Və bu funtladır.
-
Və bu şokoladdır və buradakı meyvədir.
-
Bitərəflilik əyrisi ideyamızın olduğunu bilirik.
-
Şokolad və meyvənin bizə eyni ümumi faydanı
-
gətirə bilən müxtəlif kombinasiyaları var,
-
hansılar ki biz onlara bitərəf yanaşırıq.
-
Və bu nöqtələrin hamısını qura bilərik.
-
Bunu ağ rəngdə edəcəyəm.
-
Bunun kimi görünə bilər.
-
Bunu nöqtəli xətt kimi edəcəyəm,bu biraz daha asanlaşdırır.
-
İcazənizlə bunu belə çəkim.
-
Beləliklə,deyək ki,bu nöqtələrdən
-
hər hansı birinin arasında bitərəfəm.
-
İcazənizlə bunu daha yaxşı çəkim.
-
Bu nöqtələrdən hər hansı birinin arasında.
-
Məsələn,18 ədəd şokolad və 1 funt meyvə
-
ala bilərdim,yaxud - deyək ki,
-
bu 4 ədəd şokolad və
-
təxminən 8 funt meyvədir.
-
Mən bitərəfəm.
-
Mən eyni ümumi faydanı əldə edirəm.
-
İndi bu nöqtələrin hər hansı birində ümumi
-
faydamı maksimum dərəcədə artırıram?
-
Artıq gördük ki,bu bitərəflilik əyrimizin
-
sağ üstündəki,buradakı ağ
-
əyrinin - icazənizlə,bunu yazım.
-
Bu bizim bitərəflilik əyrimizdir.
-
Bitərəflilik əyrimizin sağ üstündəki
-
hər şeyə üstünlük verilir.
-
Biz daha çox ümumi fayda əldə edəcəyik.
-
İcazənizlə,bunu rəngləyim.
-
Deməli,bitərəflilik əyrimizin sağ üst
-
hissəsindəki hər şeyə üstünlük veriləcək.
-
Büdcə məhdudiyyətimizdəki bütün bu digər nöqtələr,
-
hətta bir neçə nöqtə aşağı yaxud pula qənaət
-
etdiyimiz büdcə məhdudiyyətinə üstünlük verilir.
-
Beləliklə,bu nöqtələrdən hər hansı biri
-
ümumi faydanı artırmayacaq.
-
Büdcə məhdudiyyətimiz boyunca aradakı bütün digər
-
nöqtələrdə ümumi faydanı artıra bilərik.
-
Deməli,ümumi faydamızı maksimum dərəcədə
-
artırmaq üçün etmək istədiyimiz şey büdcə
-
məhdudiyyətimizdə bitərəflilik əyrilərimizdən
-
birinə tam toxunan bir nöqtə tapmaqdır.
-
Sonsuz sayda bitərəflilik əyrilərinə sahib ola bilərik.
-
Buna bənzər başqa bir
-
bitərəflilik əyrisi ola bilər.
-
Buna bənzər başqa bir
-
bitərəflilik əyrisi ola bilər.
-
Bu o deməkdir ki,bu əyridəki hər hansı
-
nöqtələr arasında bitərəfik.
-
Tam bu büdcə məhdudiyyətinə toxunan yaxud
-
bir nöqtədə tam xəttə toxunan bitərəflilik əyrisi var.
-
Və buna bənzər bir
-
bitərəflilik əyrisinə sahib ola bilərəm.
-
Bunu canlı rəngdə,bənövşəyi rəngdə edim.
-
Buna bənzər bitərəflilik əyrisinə sahib ola bilərəm.
-
Və toxunan olduğuna görə tam bir nöqtəyə toxunur.
-
Və dəyişmənin marjinal dərəcəsi olduğunu
-
öyrəndiyimiz bitərəflilik əyrimin
-
meyli əvvəllər nisbi qiymət olduğunu
-
öyrəndiyimiz oradakı büdcə
-
məhdudiyyətimizin meyli ilə eynidir.
-
Bu sağdakı,büdcə məhdudiyyətimizdəki
-
optimal ayrılmadır.
-
Buradakı optimaldır.
-
Və bunun optimal olduğunu necə bilirik?
-
Yuxarı sağdakı büdcə məhdudiyyətində
-
başqa bir nöqtə yoxdur.
-
Əslində,büdcə məhdudiyyətimizdəki digər nöqtələr
-
bu bitərəflilik əyrisinin sol alt hissəsindədir.
-
Büdcə məhdudiyyətimizdəki digər nöqtələrə üstünlük verilmir.
-
Beləliklə,bir bitərəflilik əyrisinin
-
altındakı hər şey - bütün bu kölgəli hissə.
-
İcazənizlə bunu başqa bir rəngdə edim.
-
Çünki bitərəflilik əyrisində biz tərəfliyik.
-
Lakin bitərəflilik əyrisinin altındakı hər şeyə,yəni
-
yaşıl rəngdə olan bütün bu hissəyə üstünlük verilmir.
-
Və büdcə məhdudiyyətindəki hər bir digər
-
nöqtə buradakı nöqtədən üstün deyil.
-
Yeganə nöqtə budur - yaxud deyə bilərsiniz ki,büdcə
-
məhdudiyyətimizdəki hər bir digər nöqtə
-
bitərəflilik əyrisindəki nöqtələrdən üstün deyil.
-
Onlar buradakı nöqtədən də üstün deyil,
-
hansı ki əslində bitərəflilik əyrisi üzərindədir.
-
Gəlin,indi nə olacağı haqqında düşünək.
-
Gəlin,meyvənin qiyməti aşağı düşsə,
-
nə olacağını düşünək.
-
Meyvənin qiyməti hər funt üçün 2 dollardan 1 dollara düşməli idi.
-
Meyvələrin qiyməti 2 dollardan 1 dollara düşsə,
-
onda büdcə məhdudiyyətimiz fərqli görünəcək.
-
Bizim yeni büdcə məhdudiyyətimiz.
-
Bunu mavi rəngdə edəcəyəm,belə görünəcək.
-
Bütün pullarımızı şokolada xərcləsəydik,
-
20 ədəd ala bilərdik.
-
Bütün pulumuzu yeni qiymətdə meyvəyə
-
xərcləsəydik,20 funt meyvə ala bilərdik.
-
Yeni büdcə məhdudiyyətimiz buna bənzəyir.
-
Bu bizim yeni büdcə məhdudiyyətimizdir.
-
İndi dollarlarımızın optimal bölgüsü yaxud
-
ala biləcəyimiz ən yaxşı kombinasiya nə ola bilər?
-
Tam olaraq eyni şeyi edərdik.
-
Bu bitərəflilik əyrilərinin hamısına dair
-
məlumatımız olduğunu düşünsək,bizim yeni
-
büdcə məhdudiyyətimizə toxunan
-
bitərəflilik əyrisini tapardıq.
-
Deyək ki,buradakı nöqtə digər bir
-
bitərəflilik əyrisinə tam olaraq toxunur.
-
Yəni,bunun kimi.
-
Buna bənzəyən digər bir bitərəflilik əyrisi var.
-
İcazə verin,biraz səliqəli çəkim.
-
Buna bənzər bir şey kimi görünür.
-
Və qiymətin necə olduğuna əsasən - bu
-
çoxlu bitərəflilik əyrilərində olduğumuzu
-
düşünsək,meyvələrin qiymətindəki
-
dəyişikliyin meyvələrin tələb etdiyimiz
-
miqdarını necə dəyişdiyini görə bilərik.
-
Çünki indi optimal xərcimiz,təxminən
-
10 funt meyvə kimi görünən yeni
-
büdcə məhdudiyyətimizdəki bu nöqtədir.
-
Elə olduqda birdən-birə - gəlin,
-
sadəcə meyvələri düşünək.
-
Digər hər şey bərabərdir.
-
Beləliklə,sadəcə meyvələr,qiymət 2 dollar
-
olanda tələb olunan miqdar 8 funt idi.
-
İndi isə qiymət 1 dollar olduqda
-
tələb olunan miqdar 10 funtdur.
-
Və beləliklə,bizim etdiyimiz
-
şey bir daha eyni fikirlərə fərqli
-
istiqamətlərdən baxmaqdır.
-
Dollara düşən marjinal faydaya baxmazdan
-
əvvəl bunu necə artıracağınızı düşündük.
-
Və qiymətləri dəyişdirə bildik və sonra
-
həll etdik və bundan bir tələb əyrisi çıxardıq.
-
Burada yalnız biraz fərqli bir obyektivdən
-
baxırıq,amma onlar,həqiqətən,eyni fikirlərdir.
-
Lakin bir neçə bitərəflilik əyrisində olduğumuzu
-
düşünsək,qiymətdəki dəyişikliyin
-
büdcə məhdudiyyətimizi necə dəyişdirdiyini görə bilərik.
-
Və bu müəyyən bir məhsuldan istədiyimiz
-
optimal miqdarı necə dəyişdirə bilər.
-
Məsələn,bunu etməyə davam edə və
-
yeni tələb əyrimizi qura bilərik.
-
Meyvə üçün indi tələb əyrisi qura bilərəm.
-
Ən azı bu tələb əyrisində iki nöqtəm var.
-
Əgər bu meyvənin qiyməti və bu da meyvənin
-
tələb olunan miqdarıdırsa,qiymət 2 dollar
-
olduqda tələb olunan miqdar 8-dir.
-
Və qiymət - əslində,icazə
-
verin,bunu biraz fərqli edim.
-
Qiymət 2 dollar olduqda - bunlar miqyaslı
-
deyil - tələb olunan miqdar 8-dir.
-
Bunu etməyimə icazə verin - 8-dir.
-
Və bunlar miqyaslı deyil.
-
Qiymət 1 dollar olduqda tələb olunan miqdar 10-dur.
-
2 dollar,8,tələb olunan miqdar 10-dur.
-
Və bunlar tələb əyrimiz üzərindəki iki nöqtədir.
-
Lakin bir neçə bitərəflilik əyrisini
-
düşünərək onu dəyişdirməyə davam edə bilərik.
-
Dəyişdirməyə davam edə bilərik və nəticədə
-
buna bənzər tələb əyrimizi qura bilərik.