< Return to Video

Turş mühitdə oksidləşmə-reduksiya reaksiyalarının əmsallaşdırılması | Oksidləşmə-reduksiya reaksiyaları və elektrokimya | Kimya | Khan Academy

  • 0:02 - 0:05
    Məqsədimiz turş mühitdə oksidləşmə-reduksiya reaksiyasını əmsallaşdımaqdır.
  • 0:05 - 0:07
    Və addımlara keçməzdən əvvəl,
  • 0:07 - 0:09
    bunun oksidləşmə-reduksiya reaksiya olduğu haqqında oksidləşmə
  • 0:09 - 0:12
    dərəcələrini təyin edərək danışaq.
  • 0:12 - 0:14
    Və deməli, burda dixromat anionuyla başlayırıq.
  • 0:14 - 0:19
    Və bilirik ki, oksigenin oksidləşmə dərəcəsi mənfi 2-dir.
  • 0:19 - 0:20
    Yeddi oksigen var.
  • 0:20 - 0:25
    Deməli, mənfi 2 vurulsun 7 burda cəmi mənfi 14 verir.
  • 0:25 - 0:27
    Bilirik ki, bütün anion üçün cəm mənfi 2-yə
  • 0:27 - 0:29
    bərabərdir, bu, dixromat
  • 0:29 - 0:32
    anionunun üstündəki yükdür.
  • 0:32 - 0:35
    Buna görə də burdakı bütün xromlara görə müsbət 12 var.
  • 0:35 - 0:38
    Deməli, müsbət 12 və çıxılsın 14 mənfi 2 verir.
  • 0:38 - 0:41
    İki xrom olduğuna görə hərəsi müsbət 6 olmalıdır.
  • 0:41 - 0:44
    Və beləliklə, bu, burdakı xromun oksidləşmə dərəcəsidir.
  • 0:44 - 0:47
    Burdakı xlorid anionuna gedək.
  • 0:47 - 0:49
    Deməli, yük mənfi 1-dir, yəni, oksidləşmə dərəcəsi
  • 0:49 - 0:51
    mənfi 1-dir.
  • 0:51 - 0:53
    Burdakı xrom ionu.
  • 0:53 - 0:55
    Deməli, müsbət 3.
  • 0:55 - 1:00
    Və sonra, nəhayət, burdakı xlor, deməli, oksidləşmə dərəcəsi 0-dır.
  • 1:00 - 1:02
    Deməli, əgər xlora baxsaq, xlor
  • 1:02 - 1:05
    mənfi 1 oksidləşmə dərəcəsindən oksidləşmə
  • 1:05 - 1:07
    dərəcəsi 0-a gəldi.
  • 1:07 - 1:09
    Bu, oksidləşmə dərəcəsinin artmasıdır.
  • 1:09 - 1:12
    Buna görə də xlor burda oksidləşib.
  • 1:12 - 1:13
    Xroma baxın.
  • 1:13 - 1:16
    Xrom müsbət 6-dan müsbət 3-ə gəlib.
  • 1:16 - 1:18
    Oksidləşmə dərəcəsi azalıb,
  • 1:18 - 1:21
    və ya oksidləşmə dərəcəsi azalıb.
  • 1:21 - 1:23
    Buna görə də xrom reduksiya olunub.
  • 1:23 - 1:26
    Və deməli, bu, oksidləşmə-reduksiya reaksiyasıdır, çünki, nəsə oksidləşib
  • 1:26 - 1:28
    və nəsə reduksiya olunub.
  • 1:28 - 1:30
    Bunu əmsallaşdırmaq üçün, ilk addım olaraq
  • 1:30 - 1:32
    fərqli tənlikləri yazmaq lazımdır.
  • 1:32 - 1:34
    Və deməli, bunların yarısı oksidləşmə reaksiyası və digər
  • 1:34 - 1:36
    yarısı reduksiya reaksiyası olaraq bölünəcək.
  • 1:36 - 1:39
    Deməli, davam edək və aşağıda biraz yer açaq.
  • 1:39 - 1:42
    Və davam edək və reaksiya tənliklərini yazaq.
  • 1:42 - 1:49
    Və deməli, xlorid anionu bu şəkildə xlora gedir.
  • 1:49 - 1:51
    Və dedik ki, bu oksidləşmə tənliyidir, deməli,
  • 1:51 - 1:53
    bu şəkildə sağa bura qoyuruq.
  • 1:53 - 1:54
    Deməli, bu, oksidləşmədir.
  • 1:54 - 1:57
    Reduksiya tənliyinə xrom daxildir.
  • 1:57 - 2:03
    Deməli, burda xromat anionu var, yəni, Cr2O7 2 mənfi,
  • 2:03 - 2:08
    bu şəkildə xrom 3 müsbətə gedir.
  • 2:08 - 2:10
    Deməli, bu, reduksiya tənliyidir.
  • 2:10 - 2:11
    Deməli, bu, birinci addımdır.
  • 2:11 - 2:13
    Fərqli yarım tənlikləri yazın.
  • 2:13 - 2:14
    İkinci addım.
  • 2:14 - 2:18
    Oksigen və hidrogendən başqa atomları balanslaşdırın.
  • 2:18 - 2:22
    Və deməli, əgər birinci tənliyə baxsanız,
  • 2:22 - 2:25
    solda bir xlor və sağda iki xlor var.
  • 2:25 - 2:28
    Deməli, solda bura bu şəkildə 2 qoyaraq
  • 2:28 - 2:29
    bunu balanslaşdırmalıyıq.
  • 2:29 - 2:32
    Aşağı reduksiya tənliyinə gedək,
  • 2:32 - 2:35
    və solda iki xrom var və ancaq bir dənə sağda var.
  • 2:35 - 2:38
    Və deməli, bunu balanslaşdırmaq üçün sağda bura 2 qoymalıyıq.
  • 2:38 - 2:40
    Deməli, ikinci addım tamamlandı.
  • 2:40 - 2:41
    Üçüncü addım.
  • 2:41 - 2:45
    Su əlavə edərək oksigenləri balanslaşdırın.
  • 2:45 - 2:47
    Deməli, əgər oksidləşmə tənliyimə baxsam,
  • 2:47 - 2:49
    oksigen yoxdur, yəni, bu saniyə bu
  • 2:49 - 2:52
    tənliyə nəsə eləmək üçün narahat olmalı
  • 2:52 - 2:53
    deyiləm.
  • 2:53 - 2:55
    Reduksiya tənliyinə aşağı düşürəm
  • 2:55 - 2:58
    və oksigenlərimi balanslaşdırmalıyam.
  • 2:58 - 2:59
    Deməli, əgər bura getsəm və görürəm ki,
  • 2:59 - 3:02
    sol tərəfdə yeddi oksigen var
  • 3:02 - 3:04
    və sağ tərəfdə yoxdur.
  • 3:04 - 3:07
    Və deməli, bunun üçün su əlavə etməliyəm.
  • 3:07 - 3:09
    Və solda yeddi oksigen olduğuna görə,
  • 3:09 - 3:11
    sağda da yeddi oksigen olmalıdır.
  • 3:11 - 3:14
    Deməli, davam edirəm və yeddi su molekulu əlavə edirəm.
  • 3:14 - 3:17
    Və indi tənliyimin sağında da
  • 3:17 - 3:19
    yeddi oksigen olur.
  • 3:19 - 3:21
    Deməli, bu, bu addım idi, üçüncü addım, burdakı.
  • 3:21 - 3:22
    Dördüncü addım.
  • 3:22 - 3:25
    Proton əlavə edərək hidrogenləri balanslaşdırın.
  • 3:25 - 3:27
    Deməli, davam edim və bunun üçün qırmızı işlədəcəm.
  • 3:27 - 3:29
    Deməli, dördüncü addım.
  • 3:29 - 3:31
    Burda proton əlavə edərək hidrogenləri balanslaşdırın.
  • 3:31 - 3:33
    Bir daha, oksidləşmə tənliyi,
  • 3:33 - 3:35
    nəsə eləməli deyilik, çünki, burda
  • 3:35 - 3:37
    oksigen və ya hidrogeni balanslaşdırmalı deyilik.
  • 3:37 - 3:40
    Amma, bir daha, aşağı reduksiya tənliyinə gedirik
  • 3:40 - 3:43
    və su əlavə edərək oksigenləri balanslaşdırmışıq,
  • 3:43 - 3:46
    amma su əlavə edərək, indi sağ tərəfdə
  • 3:46 - 3:47
    bəzi hidrogenlər var.
  • 3:47 - 3:51
    Deməli, sağda cəmi 14 hidrogen var.
  • 3:51 - 3:52
    Deməli, 7 vurulsun 2.
  • 3:52 - 3:55
    Və deməli, indi bunu proton əlavə edərək balanslaşdıracayıq.
  • 3:55 - 3:58
    Və deməli, tənliyimizin sol tərəfinə proton əlavə
  • 3:58 - 3:58
    etməliyik.
  • 3:58 - 4:00
    Deməli, 14 dənə əlavə etməliyik.
  • 4:00 - 4:02
    Yəni, 7 vurulsun 2 14-dür.
  • 4:02 - 4:06
    Deməli, davam edək və tənliyimiz sol tərəfinə 14 H müsbət əlavə
  • 4:06 - 4:07
    edirik.
  • 4:07 - 4:10
    Deməli, dördüncü addım tamamlandı.
  • 4:10 - 4:11
    Beşinci addım.
  • 4:11 - 4:14
    Elektron əlavə edərək yükləri balanslaşdırın.
  • 4:14 - 4:17
    Deməli, burda biraz yer açaq, ilk növbədə.
  • 4:17 - 4:17
    OK.
  • 4:17 - 4:21
    Deməli, yükləri elektron əlavə edərək balanslaşdıracayıq.
  • 4:21 - 4:22
    Deməli, birinci burda hansı növ
  • 4:22 - 4:24
    yüklər olduğuna baxaq.
  • 4:24 - 4:27
    Deməli, yuxarıdakı oksidləşmə tənliyi ilə başlayacayıq.
  • 4:27 - 4:32
    Deməli, xlorid anionu var, mənfi 1 yükü var.
  • 4:32 - 4:34
    Və onlardan iki dənə var.
  • 4:34 - 4:39
    Deməli, iki mənfi yük var.
  • 4:39 - 4:40
    Fikir verin, bunlar oksidləşmə dərəcəsi deyil.
  • 4:40 - 4:42
    Bu, bəzən insanları çaşdırır.
  • 4:42 - 4:44
    Bunlar yükdür.
  • 4:44 - 4:47
    Burda sağda, yük yoxdur.
  • 4:47 - 4:50
    Deməli, burdakı bu, neytral xlor molekuludur.
  • 4:50 - 4:53
    Deməli, solda iki mənfi yük var
  • 4:53 - 4:56
    və sağda yük olaraq 0 var.
  • 4:56 - 4:59
    Deməli, elektron əlvə edərək bu yükləri necə balanslaşdıracağımızı
  • 4:59 - 5:02
    fikirləşməliyik və burdakı sağ tərəfə iki elektron
  • 5:02 - 5:05
    əlavə etməli olduğumuz məntiqlidir,
  • 5:05 - 5:09
    çünki, indi bu, sağda cəmi mənfi 2
  • 5:09 - 5:10
    yük verir.
  • 5:10 - 5:11
    Deməli, bu, bunun haqqında düşünməyin bir yoludur--sadəcə
  • 5:11 - 5:13
    burda bərabər rəqəmlər almaqdır.
  • 5:13 - 5:16
    Burdakı bu mənfi 2 və bu mənfi 2.
  • 5:16 - 5:17
    Bunu etməyin başqa yolu, əlbəttə ki,
  • 5:17 - 5:20
    bilirisiniz ki, elektronlar sağ tərəfdə olmalıdır,
  • 5:20 - 5:23
    çünki, bu, oksidləşmə tənliyidir.
  • 5:23 - 5:26
    Və bunu yadda saxlamağın yollarından biri--LEO (şir).
  • 5:26 - 5:29
    Elektron itirilməsi (Loss of Electrons) oksidləşmədir.
  • 5:29 - 5:31
    Və deməli, əgər elektron itirirsinizsə,
  • 5:31 - 5:34
    onlar tənliyin məhsul tərəfinə getməlidir.
  • 5:34 - 5:37
    Və deməli, yuxarıdakı tənlik, oksidləşmə tənliyi
  • 5:37 - 5:38
    indi balanslaşdırılıb.
  • 5:38 - 5:40
    Aşağı reduksiya reaksiyasına gedək.
  • 5:40 - 5:43
    Deməli, LEO şir GER gedir.
  • 5:43 - 5:46
    Yəni, elektron artması (Gain of Electrons) Reduksiyadır.
  • 5:46 - 5:49
    Deməli, artıq bilirik ki, elektronları bu tənliyin
  • 5:49 - 5:52
    məhsul tərəfinə əlavə etməliyik.
  • 5:52 - 5:55
    Nə qədər elektron işlətməli olacağımıı
  • 5:55 - 5:56
    tapmağa çalışaq.
  • 5:56 - 6:00
    Deməli, protonlardan 14 müsbət yük var.
  • 6:00 - 6:03
    Və sonra burdakı dixromat anionundan
  • 6:03 - 6:05
    iki mənfi yük var.
  • 6:05 - 6:08
    Deməli, 14 müsbət yük və iki mənfi yük var,
  • 6:08 - 6:11
    cəmi sol tərəfdə 12 müsbət yük
  • 6:11 - 6:12
    verir.
  • 6:12 - 6:16
    Sağ tərəfdə, xrom ionu var.
  • 6:16 - 6:20
    Deməli, bunun 3 müsbət yükü var və bundan iki dənə var.
  • 6:20 - 6:23
    Deməli, 2 vurulsun müsbət 3 müsbət 6 verir.
  • 6:23 - 6:26
    Deməli, tənliyimin sağ tərəfində müsbət 6 var.
  • 6:26 - 6:30
    Deməli, sol tərəfdə müsbət 12 var və sağda müsbət 6 var.
  • 6:30 - 6:33
    Bu yükü balanslaşdırmaq üçün elektron əlavə etməliyəm.
  • 6:33 - 6:36
    Artıq bilirəm ki, reaksiyaya daxil olan tərəfə əlavə edəcəm.
  • 6:36 - 6:38
    Bilirəm ki, LEO şir GER edir.
  • 6:38 - 6:40
    Və ya sadəcə fikirləşə bilərəm ki,
  • 6:40 - 6:41
    12 müsbət yük varsa,
  • 6:41 - 6:45
    altı mənfi yük əlavə etməliyəm ki, cəmi
  • 6:45 - 6:46
    müsbət 6 yük alım.
  • 6:46 - 6:50
    Deməli, burda sol tərəfə altı elektron əlavə etməliyəm.
  • 6:50 - 6:54
    Deməli, bu şəkildə üstə gəl altı elektron.
  • 6:54 - 6:57
    Və indi, yükləri balanslaşdırdıq.
  • 6:57 - 6:58
    Bu addım tamamlandı.
  • 6:58 - 7:00
    Yəni, beşinci addım tamamlandı.
  • 7:00 - 7:02
    Altıncı addıma keçirik.
  • 7:02 - 7:05
    Deməli, elektronların sayını bərabərləşdirin.
  • 7:05 - 7:07
    Bu nə deməkdir?
  • 7:07 - 7:09
    Deməli, burda tənliklərimizə əlavə etdiyimiz
  • 7:09 - 7:12
    elektronlara baxaq.
  • 7:12 - 7:15
    Deməli, əgər yuxarı getsəm, oksidləşmə tənliyinə iki
  • 7:15 - 7:18
    elektron əlavə etdik və reduksiya reaksiyasına
  • 7:18 - 7:20
    6-nı əlavə etdik.
  • 7:20 - 7:24
    Amma bilirik ki, bu ədəd eyni ədəd olmalıdır,
  • 7:24 - 7:28
    çünki, oksidləşmə tənliyində itirilən elektronlar
  • 7:28 - 7:31
    reduksiya tənliyində qəbul edilmiş
  • 7:31 - 7:33
    həmin eyni elektronlardırlar.
  • 7:33 - 7:37
    Deməli, buna görə də bu elektronların miqdarı
  • 7:37 - 7:38
    eyni olmalıdır.
  • 7:38 - 7:41
    Və deməli, bunu etmək üçün, əlbəttə ki,
  • 7:41 - 7:45
    birinci tənliyi 3-ə vururuq.
  • 7:45 - 7:48
    Çünki, əgər birinci tənliyi 3-ə vursaq,
  • 7:48 - 7:50
    cəmi altı elektron olacaq, bu da
  • 7:50 - 7:53
    istədiyimiz ədəddir, elektronların sayını
  • 7:53 - 7:54
    bərabərləşdirməliyik.
  • 7:54 - 7:56
    Deməli, davam edək və bunu edək.
  • 7:56 - 7:59
    Birinci tənliyi yenidən yazacam.
  • 7:59 - 8:01
    Tənlikdəki hər şeyi 3-ə vuracam,
  • 8:01 - 8:04
    mötərizədəki hər şeyi.
  • 8:04 - 8:07
    Deməli, əgər 3-ü götürsəm və bunu 2 xlorid anionuna vursa,
  • 8:07 - 8:09
    əlbəttə ki, 6 alacam.
  • 8:09 - 8:12
    Deməli, bu şəkildə altı xlorid anionu var.
  • 8:12 - 8:15
    Və sonra xlorun qabağına üç əlavə edirik.
  • 8:15 - 8:21
    Deməli, 3Cl2 var və sonra 3 vurulsun iki elektron
  • 8:21 - 8:24
    bu şəkildə altı elektron verir.
  • 8:24 - 8:25
    OK.
  • 8:25 - 8:29
    Davam edək və reduksiya tənliyini yenidən yazaq,
  • 8:29 - 8:31
    çünki, burda çox şey var.
  • 8:31 - 8:33
    Bəzilərini elə olduğu kimi yazacam.
  • 8:33 - 8:43
    Altı elektron üstə gəl 14 proton üstə gəl dixromat anionu
  • 8:43 - 8:45
    bu şəkildə.
  • 8:45 - 8:51
    Və sonra iki xrom ionu və yeddi su var.
  • 8:51 - 8:51
    OK.
  • 8:51 - 8:54
    Deməli, indi iki tənliyim var.
  • 8:54 - 8:57
    Elektronların sayını bərabərləşdirdim.
  • 8:57 - 8:58
    Və sonuncu addım üçün hazırıq.
  • 8:58 - 9:00
    Sadəcə iki tənliyimizi götürürük
  • 9:00 - 9:02
    və onları birlikdə toplayacayıq,
  • 9:02 - 9:05
    və bu, bu bizə tam oksidləşmə-reduksiya reaksiyasını
  • 9:05 - 9:06
    verəcək.
  • 9:06 - 9:09
    Deməli, davam edək, bunu edək.
  • 9:09 - 9:11
    Və davam edək və burda biraz yer açaq ki,
  • 9:11 - 9:14
    bu tənlikləri toplaya bilək.
  • 9:14 - 9:16
    Deməli, edəcəyim şey sadəcə reaksiyaya daxil olan
  • 9:16 - 9:23
    tərəfdəki hər şeyi götürmək və birlikdə toplamaqdır.
  • 9:23 - 9:25
    Deməli, davam edək və sadəcə reaksiyaya daxil
  • 9:25 - 9:26
    olanlar tərəfdəki hər şeyi yenidən yazaq.
  • 9:26 - 9:34
    Deməli, 6Cl mənfi və altı elektron, 14 proton var.
  • 9:34 - 9:37
    Burda dixromat anionu var.
  • 9:37 - 9:41
    Və sonra məhsullar tərəfdəki hər şeyi götürəcəm.
  • 9:41 - 9:44
    Deməli, burdakı bütün bunları götürəcəm
  • 9:44 - 9:47
    və məhsullar tərəfə qoyacam.
  • 9:47 - 9:56
    Deməli, 3Cl2 üstə gəl altı elektron üstə gəl 2 xrom ionu
  • 9:56 - 10:00
    üstə gəl 7 su molekulu bu şəkildə var.
  • 10:00 - 10:02
    Və deməli, indi biraz daha asandır, düşünürəm,
  • 10:02 - 10:06
    görmək ki, bu elektronlar bir-birini ixtisar edir,
  • 10:06 - 10:07
    düzdür?
  • 10:07 - 10:09
    Reaksiyaya daxil olan tərəfdə bu altı elektron var.
  • 10:09 - 10:11
    Məhsul tərəfdə bu altı elektron var.
  • 10:11 - 10:13
    Deməli, davam edirik və bunları çıxardırıq.
  • 10:13 - 10:16
    Və son cavabımız bu olur.
  • 10:16 - 10:17
    Deməli, davam edə bilərsiniz və bunu yenidən yaza bilərsiniz
  • 10:17 - 10:19
    əgər daha yaxşı görünməsini istəyirsinizsə.
  • 10:19 - 10:26
    6Cl mənfi üstə gəl 14 H müsbət üstə gəl Cr2O7 2 mənfi
  • 10:26 - 10:35
    3Cl2 üstə gəl 2 Cr 3 müsbət üstə gəl 7 H2O verir.
  • 10:35 - 10:37
    Və bu, son cavabımız olmalıdır.
  • 10:37 - 10:41
    Deməli, mən həmişə son cavabımı qutuya almağı sevirəm,
  • 10:41 - 10:45
    bu, sadəcə müəllimizin qiymətləndirməsini asanlaşdırır.
  • 10:45 - 10:47
    Və oksidləşmə-reduksiya reaksiyaları ilə əlaqəli yaxşı şey
  • 10:47 - 10:49
    budur ki, tamamlayanda həmişə özünüzü yoxlaya bilərsiniz.
  • 10:49 - 10:52
    Çünki, bilirsiniz ki, həm atomları, həm də yükləri
  • 10:52 - 10:55
    balanslaşdırmalısınız.
  • 10:55 - 10:57
    Davam edək və bunu çox tez yoxlayaq.
  • 10:57 - 10:59
    Birinci xlorla başlayaq.
  • 10:59 - 11:01
    Deməli, solda altı xlor var,
  • 11:01 - 11:04
    sonra burda sağda 3 vurulsun 2 var, bu da 6-dır.
  • 11:04 - 11:05
    Deməli, xlor balanslaşdırılıb.
  • 11:05 - 11:06
    Hidrogen.
  • 11:06 - 11:09
    Solda 14 dənə var və sonra sağda 7 vurulsun 2
  • 11:09 - 11:11
    14 verir.
  • 11:11 - 11:11
    Xrom.
  • 11:11 - 11:13
    Solda iki dənə var və sonra burda sağda
  • 11:13 - 11:14
    iki var.
  • 11:14 - 11:15
    Oksigen.
  • 11:15 - 11:18
    Solda yeddi oksigen var və sonra burda yeddi oksigen
  • 11:18 - 11:19
    bura da tətbiq olunur.
  • 11:19 - 11:22
    Və deməli, atomlar düzgün balanslaşdırılıb.
  • 11:22 - 11:24
    Növbəti yükü yoxlayaq çünki,
  • 11:24 - 11:27
    düzgün yük olmalıdır.
  • 11:27 - 11:31
    Baxaq, 6 mənfi yük var.
  • 11:31 - 11:32
    Burda sadəcə mənfi 6 qoyacam.
  • 11:32 - 11:34
    Və sonra 14 müsbət.
  • 11:37 - 11:40
    Və sonra burda mənfi 2 var.
  • 11:40 - 11:44
    Deməli, bunların hamısını toplayanda, sol tərəfdə cəmi
  • 11:44 - 11:45
    müsbət 6 alıram.
  • 11:45 - 11:48
    Deməli, 14 çıxılsın 8.
  • 11:48 - 11:50
    Burda sağ tərəfdə, tək yük
  • 11:50 - 11:51
    bu xrom ionudur.
  • 11:51 - 11:53
    Bu, 3 müsbətdir və iki dənə var.
  • 11:53 - 11:55
    Deməli, 2 vurulsun 3 müsbət 6 verir.
  • 11:55 - 11:57
    Və deməli, yük də balanslaşdırılıb.
  • 11:57 - 11:59
    Və deməli, bu, düzgün cavabdır.
  • 11:59 - 12:03
    Burda həm atomlar, həm də yük balanslaşdırılıb.
Title:
Turş mühitdə oksidləşmə-reduksiya reaksiyalarının əmsallaşdırılması | Oksidləşmə-reduksiya reaksiyaları və elektrokimya | Kimya | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
12:04

Azerbaijani subtitles

Revisions Compare revisions