< Return to Video

Series resistors | Circuit analysis | Electrical engineering | Khan Academy

  • 0:01 - 0:02
    Burada,müxtəlif komponentlərdən-
    batareyalardan,
  • 0:02 - 0:05
    rezistorlardan ibarət kolleksiyamız var.
  • 0:05 - 0:08
    Onları müxtəlif dövrələrdə
    qurmağa başlaya bilərik.
  • 0:08 - 0:10
    Elektrik dövrəsi burada göstərilib.
  • 0:10 - 0:13
    Batareya və üç rezistordan ibarətdir.
  • 0:13 - 0:14
    və bu konfiqurasiya
  • 0:14 - 0:17
    rezistorların ardıcıl birləşməsi adlanır.
  • 0:17 - 0:20
    Ardıcıl birləşmə
  • 0:20 - 0:22
    daha geniş yayılmış sxemdir,
  • 0:22 - 0:25
    burada bir rezistorun sonu
    digərinin başlanğıcına birləşdirilir.
  • 0:25 - 0:28
    Bu üç rezistor ardıcıl birləşdirilib.
  • 0:28 - 0:31
    Çünki qovşaqlar
  • 0:31 - 0:34
    bir-birinin ardınca bağlıdırlar.
  • 0:34 - 0:37
    Beləcə nümunə göstərir ki,
  • 0:37 - 0:42
    bu rezistorların ardıcıl birləşməsidir.
  • 0:42 - 0:44
    Rezistorlarımızı
    burada adlandıracağıq.
  • 0:44 - 0:49
    Onları R1, R2, R3 olaraq adlandıraq.
  • 0:50 - 0:52
    Buna isə U deyək.
  • 0:52 - 0:56
    Burada məlum olmayan şey,
  • 0:56 - 0:59
    axan cərəyanın nə olduğudur.
  • 0:59 - 1:01
    U-nu bilirik, İ-ni isə bilmək istəyirik.
  • 1:01 - 1:03
    İ haqqında bilirik ki,
  • 1:03 - 1:07
    İ R1 rezistoruna axır və
  • 1:07 - 1:10
    R1 rezistorunun digər ucundan çıxır,
  • 1:10 - 1:13
    Çünki İ , yalnız
    rezistorun içərisində toplana bilməz.
  • 1:13 - 1:16
    Hamısı bura daxil olur
  • 1:16 - 1:18
    və hamısı R3-dən çıxır.
  • 1:18 - 1:23
    Mən isə onun gəldiyi yerə,
  • 1:24 - 1:25
    yəni batareyaya qayıdıram.
  • 1:25 - 1:29
    Beləliklə, bu, ardıcıl birləşmənin
    xarakteristikasıdır.
  • 1:29 - 1:34
    Yəni, birinin sonu digərinin başlanğıcına
    birləşir
  • 1:41 - 1:44
    və bütün komponentlərin, rezistorların
  • 1:44 - 1:49
    eyni cərəyan şiddətini
    paylaşması deməkdir.
  • 1:51 - 1:56
    Cərəyan şiddəti.
  • 1:56 - 1:57
    Bu vacib məqamdır.
  • 1:57 - 1:58
    Digər tərəfdən,
  • 1:58 - 2:01
    rezistorlar arasında fərqli olan
  • 2:01 - 2:06
    buradakı və buradakı gərginliyidə
    bilmirik.
  • 2:06 - 2:11
    Bunları U1, U2 adlandıraq, müsbət, mənfi,
  • 2:13 - 2:18
    bu isə U3, müsbət,mənfi.
  • 2:19 - 2:22
    Ümumiyyətlə, rezistorların dəyərləri
    müxtəlifdirsə,
  • 2:22 - 2:24
    çünki onlardan eyni cərəyan şiddəti
    keçir,
  • 2:24 - 2:28
    Om qanunu bizə bu gərginliklərin hamısının
    fərqli olacağını deyir.
  • 2:28 - 2:31
    Belə bir sual vermək istəyirəm.
  • 2:31 - 2:34
    Bunların hamısını eyni qədər cərəyan axan
  • 2:34 - 2:39
    tək rezistorla əvəz edə bilərəm?
  • 2:39 - 2:41
    Gəlin bu suala cavab tapmağa çalışaq.
  • 2:41 - 2:43
    Bəzi müşahidələr aparırıq ki,
  • 2:43 - 2:48
    Om Qanunumuz var, dostumuz Om qanunu.
  • 2:50 - 2:55
    Bilirik ki, istənilən rezistor üçün U
  • 2:55 - 2:57
    İ vur R-ə bərabərdir.
  • 2:57 - 3:01
    Bu gərginliyin cərəyana nisbətini
    təyin edir.
  • 3:01 - 3:03
    Həmçinin bilirik ki,
  • 3:03 - 3:08
    U3 üstəgəl U2 üstəgəl U1,
  • 3:09 - 3:12
    bunlar hər bir rezistor boyunca
    olan gərginliklərdir,
  • 3:12 - 3:15
    və bu gərginliyə
  • 3:15 - 3:18
    naqillərin birləşmə növündən asılı olaraq
    əlavə edilməlidir.
  • 3:18 - 3:21
    Beləliklə, batareyadakı əsas gərginlik,
  • 3:21 - 3:26
    U1 üstəgəl U2 üstəgəl U3-ə bərabərdir.
  • 3:31 - 3:32
    Bunun dəqiq olduğunu bilirik
    və indi
  • 3:32 - 3:34
    bu rezistorların hər biri üçün
  • 3:34 - 3:38
    Om qanununu yazacağıq.
  • 3:38 - 3:43
    U1 bərabərdir İ vur R1.
  • 3:44 - 3:47
    bilirik ki, İ ardıcıl dövrə boyunca
    dəyişmir.
  • 3:47 - 3:52
    U2 bərabərdir İ vur R2.
  • 3:54 - 3:59
    U3 isə İ vur R3-ə bərabərdir.
  • 4:01 - 4:04
    İndi görə bilərsiz ki,dörd, beş
    və ya altı rezistorum olsaydı,
  • 4:04 - 4:07
    ardıcıl olan hər bir rezistor üçün bu kimi
  • 4:07 - 4:11
    dörd, beş və ya altı ifadəm olardı.
  • 4:11 - 4:14
    İndi edəcəyim bu gərginlikləri burada
  • 4:14 - 4:17
    əvəz etməkdir və sonra
    müşahidə aparacağıq.
  • 4:17 - 4:20
    Gəlin, bu əvəzetməni edək.
  • 4:20 - 4:25
    U bərabərdir İ vur R1
  • 4:27 - 4:32
    üstəgəl İ vur R2, üstəgəl İ vur R3
    deyə bilərəm.
  • 4:36 - 4:39
    Hər rezistorda İ eyni olduğu üçün İ-ni
  • 4:39 - 4:44
    ortaq vuruq kimi çıxara bilərəm.
  • 4:45 - 4:50
    İ vurulsun R1 üstəgəl R2 üstəgəl R3.
  • 4:53 - 4:55
    İndi etmək istədiyim bir az vaxt ayırıb
  • 4:55 - 5:00
    bu ifadəni buradakı orijinal Om qanunu ilə
  • 5:00 - 5:03
    müqayisə etməkdir.
  • 5:03 - 5:05
    Om qanunu buradadır.
  • 5:05 - 5:09
    Beləliklə, U bərabərdir cərəyan şiddəti
  • 5:09 - 5:12
    vurulsun müqavimət.
  • 5:12 - 5:15
    Eyni Om qanununu verəcək
  • 5:15 - 5:20
    tək bir rezistorun qiymətini tapa bilərəm.
  • 5:20 - 5:25
    Gəlin, burda çəkək.
  • 5:27 - 5:31
    Bu bizim batareyamızdır.
  • 5:31 - 5:36
    Burada çəkə biləcəyim bir rezistor var,
    R ardıcıl
  • 5:38 - 5:43
    buradakı üç rezistora ekvivalentdir.
  • 5:44 - 5:48
    O mənada ekvivalentdir ki, bu burada
  • 5:48 - 5:52
    İ cərəyan axınını yaradır,
    ekvivalent dedikdə bunu nəzərdə tuturuq.
  • 5:52 - 5:57
    Beləliklə, eyni cərəyanın axması üçün
  • 5:57 - 6:02
    deyərdim ki, U bərabərdir
    İ dəfə R ardıcıl,
  • 6:04 - 6:08
    bu halda, əvvəl etdiyim kimi,
  • 6:08 - 6:11
    R ardıcıl R1, R2 və R3-ün
  • 6:11 - 6:16
    cəminə bərabərdir.
  • 6:22 - 6:24
    Bu, Ardıcıl rezistorların necə
    birləşəcəyini göstərir.
  • 6:24 - 6:27
    Rezistorları yuxarıya əlavə etsək,
  • 6:27 - 6:30
    ardıcıl rezistorların hamısını
    ona bərabər olan
  • 6:30 - 6:34
    tək rezistorla əvəz edə bilərik.
  • 6:34 - 6:37
    Bunun necə olduğunu görmək üçün
    bir nümunəyə baxaq.
  • 6:37 - 6:42
    Bu ekranı keçirəm.
  • 6:43 - 6:46
    3 rezistorlu nümunə budur.
  • 6:46 - 6:50
    Onlara 100, 50 və150 Om
    qiymətlərini verdim.
  • 6:50 - 6:52
    Bilmək istədiyim isə buradakı cərəyandır.
  • 6:52 - 6:53
    Və bir gərginlik qoyacağıq,
  • 6:53 - 6:57
    deyək ki, bu, 1,5 volt,
  • 6:57 - 6:59
    kiçik bir batareya.
  • 6:59 - 7:04
    Burada ekvivalent müqavimət nə qədərdir?
  • 7:04 - 7:06
    Bunu anlamağın və dövrəni sadələşdirməyin
  • 7:06 - 7:10
    bir yolu isə həmin rezistorların
    hər üçünü Ra ilə,
  • 7:10 - 7:14
    ardıcıl rezistorla əvəz etməkdir
  • 7:14 - 7:16
    və burada dediyimiz kimi üçünün cəmidir,
  • 7:16 - 7:21
    ona görə də 100, üstəgəl 50, üstəgəl 150-dir.
  • 7:27 - 7:32
    Və bu, 300 Om-a bərabər olur.
  • 7:33 - 7:35
    Beləliklə, ekvivalent olan ardıcıl
  • 7:35 - 7:36
    rezistorun qiyməti budur.
  • 7:36 - 7:41
    Əgər cərəyan şiddətini İ-ni
    hesablamaq istəsəm,
  • 7:44 - 7:49
    İ bərabərdir U bölünsün R
    və bu halda bu, R ardıcıldır
  • 7:51 - 7:56
    nəticədə , 1,5 bölünsün 300 olacaq.
  • 8:00 - 8:03
    Hesablamalarımı düzgün aparsam,
  • 8:03 - 8:08
    bu, 0,005 amperə bərabər olacaq.
  • 8:11 - 8:16
    Qısa olaraq beş milliamper.
  • 8:20 - 8:23
    Belə,bu qədər.
  • 8:23 - 8:28
    İ-ni bildiyimə görə, davam edə bilərəm
  • 8:29 - 8:33
    və hər bir rezistorun hər nöqtəsində
    gərginliyi hesablaya bilirəm,
  • 8:33 - 8:35
    çünki İ-ni və R-i bilirəm,
  • 8:35 - 8:37
    beləcə U-nu hesablaya bilərəm.
  • 8:37 - 8:42
    U1, yəni bu rezistordakı gərginlik,
  • 8:44 - 8:49
    əvvəl dediyimiz kimi, o, İ vur
    R1-ə bərabərdir.
  • 8:52 - 8:57
    Beş milliamper vur 100 Om 0,5 voltdur.
  • 9:04 - 9:09
    Gəlin bunu digəri üçün də edək,
  • 9:12 - 9:17
    Bu dəfə U2 bərabərdir İ vur R2,
  • 9:18 - 9:23
    beş milliamper vur 50 Om
  • 9:24 - 9:29
    və bu 0,25 volta bərabərdir.
  • 9:31 - 9:36
    Nəhayət, U3-ü hesablayırıq.
  • 9:38 - 9:43
    Bu müsbət,mənfi U3-dür.
  • 9:43 - 9:48
    Bu, həmin cərəyan şiddəti vur 150 Om-dur,
  • 9:54 - 9:59
    0,75 volta bərabərdir.
  • 10:01 - 10:04
    Beləliklə, hər bir rezistorda
    gərginliyi və cərəyan şiddətini tapdıq,
  • 10:04 - 10:07
    ona görə də bu dövrə tamamilə həll olundu.
  • 10:07 - 10:08
    Gəlin, son yoxlama aparaq.
  • 10:08 - 10:12
    Bunu əlavə edək.
  • 10:12 - 10:16
    Beş ,beş sıfırdır.
  • 10:16 - 10:20
    Bayaqkı bir, altı, yeddi səkkiz
  • 10:20 - 10:25
    15, yəni 1.5 volt, bu, çox əlverişlidir,
  • 10:27 - 10:29
    çünki o biri ilə eynidir.
  • 10:29 - 10:33
    Beləliklə, rezistorlardakı gərginliklər
  • 10:33 - 10:37
    batareyaya əlavə edildi.
  • 10:37 - 10:39
    Qeyd etmək istədiyim bir məsələ var.
  • 10:39 - 10:44
    Ardıcıl rezistorlara bir nümunədir.
  • 10:46 - 10:48
    Və bu tanış nümunədir.
  • 10:48 - 10:50
    Deyəcəksiniz: “Aa, bunlar ardıcıl rezistorlardır."
  • 10:50 - 10:54
    İndi diqqətli olun, çünki naqil çıxırsa
  • 10:54 - 10:57
    və ya burada bu nöqtə ilə əlaqəli
  • 10:57 - 10:59
    bir naqil varsa,
  • 10:59 - 11:00
    bu ardıcıl kimi görünür,
  • 11:00 - 11:03
    lakin buradakı qollarda
  • 11:03 - 11:05
    axan cərəyan ola bilər.
  • 11:05 - 11:07
    Ardıcıl qol boyunca
  • 11:07 - 11:09
    hər hansı bir yerdə axan cərəyan varsa,
  • 11:09 - 11:12
    ardıcıl birləşməyə oxşayır,
  • 11:12 - 11:17
    bu İ, bu İ ilə eyni ola bilər
  • 11:18 - 11:21
    və ya olmaya da bilər.
  • 11:21 - 11:22
    Odur ki, diqqətli olmalısınız.
  • 11:22 - 11:25
    Qolların ardıcıl rezistorlarınızdan
    ayrıldığını görürsünüzsə,
  • 11:25 - 11:30
    cərəyan olmasa ardıcıl deyillər.
  • 11:32 - 11:35
    Əgər bu, 0 cərəyandırsa və
    bu da, 0 cərəyandırsa,
  • 11:35 - 11:38
    bunları ardıcıl hesab edə bilərsiniz.
  • 11:38 - 11:40
    Belə ki, bir dövrəyə baxarkən
  • 11:40 - 11:42
    diqqətli olmalısınız
  • 11:42 - 11:45
    çünki ardıcıl olaraq görürsünüz,
  • 11:45 - 11:47
    lakin onların kiçik qolları var.
  • 11:47 - 11:50
    Kiçik bir xəbərdarlıq edək.
  • 11:50 - 11:52
    Bunlar bizim ardıcıl rezistorlarımızdır.
  • 11:52 - 11:53
    Rezistorlarınız və ardıcıl birləşməniz varsa,
  • 11:53 - 11:57
    onları ekvivalent müqavimət
    əldə etmək üçün birləşdirin.
Title:
Series resistors | Circuit analysis | Electrical engineering | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
11:57

Azerbaijani subtitles

Revisions Compare revisions