-
Əşya platformadan atıldı.
-
Atıldıqdan x saniyə sonra
onun hündürlüyü (metrlə),
-
bu şəkildə təyin olunur:
h(x) bərabərdir, mənfi 5
-
vur x çıx 4-ün kvadratı üstəgəl 180.
-
Saniyə və ya zaman haqda danışanda
-
adətən, t dəyişəni işlənir,
-
amma onu x ilə əvəz edəcəyik.
-
Gəlin görək burada nə baş verir.
-
Bunu əyani şəkildə göstərək.
-
Hündürlüyümüz üçün h oxu çəkək.
-
Həmçinin x oxu çəkək.
-
x oxu.
-
Əşya platformanın üzərində olduqda
-
x 0-a bərabər olacaq,
-
lakin hündürlüyümüz yenə də mövcud olacaq.
-
Bu halda x bərabərdir sıfıra.
-
t bərabərdir sıfır deməyə öyrəşsək də
-
burada zaman x-dir və x bərabərdir sıfıra.
-
Hələ də platformanın üstündə
-
olduğumuz üçün müəyyən bir hündürlüyümüz
olacaq.
-
Əşyanı atırıq.
-
Belə ki, əşyanına atılması
-
aşağı istiqamətlənmiş parabola
ilə əks olunacaq.
-
Onun aşağı
-
istiqamətlənmiş olduğunu necə bildim?
-
Bu şəkildə olacaq.
-
Bacardığım qədər
-
səliqəli çəkməyə çalışdım.
-
Bunun bir parabola, xüsusən də
-
aşağı yönələn parabola
olduğunu bilməyimin
-
səbəbi bura baxanda bilinir.
-
Bu, parabolanın tənliyidir.
-
Burada x kvadratı olan ifadə
-
mənfi
-
5-ə vurulub.
-
Bu isə o deməkdir ki, parabolanın
qolları aşağı yönəlib.
-
Belə ki, bu
-
x çıx 4-ün kvadratını, yəni
-
x kvadratı çıx 8x üstəgəl 16-nı
-
mənfi
-
5-ə vururuq.
-
Bu halda ən yüksək dərəcəli hədd
mənfi 5 x kvadratı olur.
-
Deməli, bu, aşağı istiqamətlənmiş
-
paraboladır.
-
İndi isə bəzi suallara cavab
-
verməyə çalışaq.
-
İlk sual, platformanın
-
hündürlüyü nəyə bərabərdir?
-
Platformanın hündürlüyü nəyə bərabərdir?
-
Platformanın hündürlüyü nəyə bərabərdir?
-
Videonu dayandırıb bunu
-
düşünə bilərsiniz.
-
Buradakı qiymət nəyə bərabərdir?
-
Gördüyünüz kimi, zamanın, yəni x-in
-
sıfıra bərabər olduğu yerdəyik.
-
Platformanın hündürlüyünü tapmaq üçün
-
biz h(0)-ı tapmalıyıq.
-
Bu isə mənfi 5
-
vur mənfi 4 kvadratı üstəgəl
180 olacaq.
-
Sadəcə x-i sıfırla əvəz etdik.
-
Mənfi 4-ün kvadratı 16 edir.
-
Mənfi 5 vur 16
80-ə bərabərdir,
-
üstəgəl 180 isə
-
müsbət 100-ə bərabərdir.
-
Deməli, platformanın hündürlüyü
100 metrdir.
-
Hündürlük metrlə verilir.
-
Növbəti sual, atışdan nə qədər müddət
-
sonra maksimum
hündürlüyə çatırıq?
-
Aşağı istiqamətlənən parabola
-
haqda danışanda maksimum
hündürlüyümüz
-
təpə nöqtəsi olur.
-
Belə ki, x-in buradakı qiyməti
-
atışdan nə qədər müddət sonra
maksimum
-
hündürlüyə çatdığımızı deyir.
-
Yaşıl rənglə qeyd edək.
-
Burada x-in qiyməti nədir?
-
Videonu dayandırın və
-
özünüz tapmağa çalışın.
-
Atışdan nə qədər müddət sonra
maksimum
-
hündürlüyə
-
çatdığımızı
-
axtarırıq.
-
Bunun üçün təpə nöqtəsinin x
koordinatını tapmalıyıq.
-
Bəs bunu necə tapa bilərik?
-
Belə ki, parabolanın tənliyi
-
bu şəkildə verildikdə
-
onun təpə nöqtəsini tapmaq daha asandır.
-
Əvvəlcə gəlin bu tənliyə
-
nəzər salaq və tənliyi
-
anlamağa çalışaq.
-
Burada 180 var.
-
Burada isə digər həddimiz var.
-
İstənilən ədədin, ifadənin kvadratı
həmişə müsbətdir.
-
x çıx 4 həmişə müsbət və ya 0 olacaq.
-
Lakin sonra onu mənfi 5-ə
-
vururuq və bu halda o ya mənfi,
ya da 0 olacaq.
-
Ona görə də bunu heç vaxt 180
ilə toplamayacağıq.
-
Bu hədd sıfır olduqda
-
ifadənin maksimum qiymətini alırıq.
-
Bu hədd nə vaxt sıfır olur?
-
Bu həddin sıfıra bərabər olmağı üçün
-
x çıx 4 sıfıra bərabər olmalıdır.
-
x 4-ə bərabər olarsa,
-
x çıx 4
0-a bərabər olur.
-
Buna baxaraq düşünürük:
-
"Onu nə sıfır edir?"
-
4.
-
x 4-ə bərabər olanda bu, sıfır olur.
-
Burada qeyd edək.
-
Beləliklə, h(4) bərabərdir,
-
bu hədd 0 olacaq və
-
təkcə 180 qalır.
-
Deməli, bura
-
maksimum hündürlük, yəni 180-dir.
-
Atışdan 4 saniyə sonra 180 m-ə
çatırıq.
-
Son sual, atışdan nə qədər
-
müddət sonra hündürlük sıfır olur?
-
x-in hansı qiyməti hündürlüyü sıfır edir?
-
h(x) bərabərdir sıfırı həll etməliyik.
-
Yaxud, h(x)-i mənfi 5 vur
-
x çıx 4 kvadratı üstəgəl 180
bərabərdir sıfır kimi yaza bilərik.
-
Videonu bir daha dayandırın
-
və onu həll etməyə çalışın.
-
2 tərəfdən də 180 çıxaq.
-
Mənfi 5 vur x çıx 4 kvadratı
-
bərabərdir mənfi 180 alırıq.
-
2 tərəfi də mənfi 5-ə bölək.
-
x çıx 4 kvadratı bərabərdir 36-ya.
-
Biraz aşağı gedək.
-
Sonra
-
müsbət və mənfi kvadrat kökləri
-
götürə bilərik.
-
x çıx 4 bərabərdir müsbət 6-ya
-
yaxud
-
x çıx 4 bərabərdir mənfi 6-ya alırıq.
-
Bu halda, 2 tərəfə də 4 əlavə
-
edirik və x bərabərdir 10 alırıq.
-
Bu halda isə 2 tərəfə də 4 əlavə edib
-
x bərabərdir mənfi 2 alırıq.
-
Zaman haqda danışırıq,
-
mənfi 2 keçmişi göstərir,
-
platformada dayanmasaydı
-
və trayektoriyasını
davam etdirsəydi,
-
zamanla geriyə getdiyimiz
-
deyərdim. Amma bu, istədiyimiz x deyil.
-
Biz müsbət dəyər istəyirik, buradakını.
-
Burada isə x bərabərdir 10-a.
-
Atışdan 10 saniyə sonra
-
hündürlüyümüz sıfıra bərabər olur.
-
Beləliklə, tapdıq ki,
-
atışdan 10 saniyə sonra
-
əşya yenə düşür və hündürlük 0 olur.