< Return to Video

Volume of a rectangular prism: fractional dimensions | Geometry | 6th grade | Khan Academy

  • 0:01 - 0:03
    Gəlin bu videoda
    verilmiş
  • 0:03 - 0:06
    düzbucaqlı prizmanın
    həcmini hesablayaq.
  • 0:06 - 0:08
    Bu, bir kərpic və ya
  • 0:08 - 0:10
    çən formasındadır.
  • 0:10 - 0:13
    Eyni zamanda burada
    həmin prizmanın ölçüləri
  • 0:13 - 0:16
    adi kəsrlə verilmişdir.
    Bu tərəfə
  • 0:16 - 0:17
    onun eni deyək.
  • 0:17 - 0:20
    Prizmanın eni 3/5 vahiddir.
  • 0:20 - 0:23
    Uzunluğu isə 1 tam 1/6 vahiddir.
  • 0:23 - 0:26
    Hündürlüyü də
    3/7 vahidə bərabərdir.
  • 0:26 - 0:28
    Elə isə videonu dayandırıb
  • 0:28 - 0:31
    bunu özünüz tapmağa
  • 0:31 - 0:34
    çalışın.
  • 0:34 - 0:36
    Bunu həll etməyin bir neçə
    yolu var.
  • 0:36 - 0:39
    Belə ki, gəlin təsəvvür edək ki,
  • 0:39 - 0:42
    biz bu prizmaya vahid
    kublar yerləşdirsək,
  • 0:42 - 0:45
    bizə neçə ədəd belə kub
    lazım olacaq?
  • 0:45 - 0:50
    Bunun üçün gəlin bu
    oturacağın
  • 0:50 - 0:52
    sahəsi barədə düşünək.
  • 0:52 - 0:53
    Belə ki, bəzən həcmin
  • 0:53 - 0:59
    bu oturacağın sahəsi
    vur hündürlük olduğunu görəcəksiniz.
  • 0:59 - 1:02
    Bu, prizmanın hündürlüyüdür.
  • 1:02 - 1:03
    Gəlin bunu aydın yazım.
  • 1:03 - 1:05
    Deməli, bu oturacağın sahəsidir.
  • 1:05 - 1:08
    Oturacağın sahəsi vur
    hündürlük.
  • 1:08 - 1:10
    Yaxşı, oturacağın sahəsi
    neçədir?
  • 1:10 - 1:12
    Belə ki, oturacağın sahəsi
    bərabərdir
  • 1:12 - 1:15
    uzunluq vur en. Siz
  • 1:15 - 1:16
    belə bir yazılış görə bilərsiniz.
  • 1:16 - 1:19
    Deməli, oturacağın sahəsi
  • 1:19 - 1:24
    bərabərdir uzunluq vur en.
  • 1:29 - 1:34
    Uzunluq vur en oturacağın
    sahəsini verir.
  • 1:34 - 1:36
    Deməli, bu oturacağın sahəsidir.
  • 1:36 - 1:39
    Sonra da bunu hündürlüyə
    vurmalıyıq.
  • 1:39 - 1:40
    Bunu belə də düşünə bilərik:
  • 1:40 - 1:42
    biz, uzunluğu vururuq
  • 1:42 - 1:44
    enə onu da vururuq hündürlüyə.
  • 1:44 - 1:47
    Deməli, bu prizmanın üç
    ölçüsünün hasilini tapmaqla
  • 1:47 - 1:49
    onun həcmini, yəni buna neçə
    ədəd vahid kubun
  • 1:49 - 1:52
    yerləşdiyini tapmış oluruq.
  • 1:52 - 1:53
    Elə isə gəlin hesablayaq.
  • 1:53 - 1:57
    Buradakı həcm bərabərdir--
    uzunluq neçədir?
  • 1:57 - 2:00
    Uzunluq 1 tam 1/6 vahiddir.
  • 2:00 - 2:03
    Mən hasili taparkən
  • 2:03 - 2:05
    qarışıq ədəd yazmağı xoşlamıram.
  • 2:05 - 2:08
    Ona görə də bunu
    düzgün olmayan kəsr kimi yazacağam.
  • 2:08 - 2:12
    Elə isə gəlin 1 tam 1/6-i
    düzgün olmayan kəsrə çevirək.
  • 2:12 - 2:14
    Deməli, 1, 6/6 deməkdir.
  • 2:14 - 2:16
    Üstəgəl 1, 7/6 edir.
  • 2:16 - 2:19
    Deməli, bu bərabərdir
    7/6--
  • 2:19 - 2:27
    bu uzunluqdur-- vur
    3/5--bu endir--
  • 2:27 - 2:29
    vur hündürlük, hansı ki,
    3/7-dür.
  • 2:35 - 2:37
    Biz bilirik ki,
    adi kəsrlərin hasilini taparkən
  • 2:37 - 2:42
    surətləri vura bilərik,
    elə isə bu bərabərdir 7 vur
  • 2:42 - 2:47
    3 vur 3.
  • 2:47 - 2:50
    Eynilə, məxrəcləri də
    vura bilərik.
  • 2:50 - 2:57
    Onda bu bərabərdir
    6 vur 5 vur 7.
  • 3:00 - 3:01
    Biz burada hasili tapa bilərik,
  • 3:01 - 3:07
    ancaq gəlin mümkün qədər
  • 3:07 - 3:09
    sadələşdirmə edək,
    belə ki,
  • 3:09 - 3:12
    surət və məxrəcdə 7 var,
  • 3:12 - 3:15
    elə isə gəlin surət və məxrəci
    7-yə bölək.
  • 3:19 - 3:24
    Bu 1-ə bərabər olur və
    bu da 1 edir.
  • 3:24 - 3:27
    Həmçinin surət və məxrəcdə
    3-ə bölünən ədəd var.
  • 3:27 - 3:29
    Gəlin hər ikisini 3-ə bölək.
  • 3:29 - 3:30
    Burada 3 var və
  • 3:30 - 3:31
    burada da 6 var.
  • 3:31 - 3:32
    Gəlin surət və məxrəci
  • 3:32 - 3:35
    3-ə bölək.
  • 3:35 - 3:36
    Deməli, biz surəti
  • 3:36 - 3:38
    və məxrəci 3-ə bölürük.
  • 3:38 - 3:40
    3 böl 3, 1 edir.
  • 3:40 - 3:45
    6 böl 3, 2 edir.
  • 3:45 - 3:48
    Deməli, surətdə nə qaldı?
  • 3:48 - 3:50
    Belə ki, surətdə təkcə
  • 3:50 - 3:52
    bu yaşıl 3 qaldı.
  • 3:52 - 3:57
    Elə isə bu bərabərdir
    3 böl 2 vur 5,
  • 3:57 - 4:00
    2 vur 5, 10 edir.
  • 4:00 - 4:01
    Deməli, məxrəcdə 2 vur 5 var.
  • 4:01 - 4:06
    Beləliklə, bu fiqurun həcmi
    3/10 kub vahidə bərabərdir və ya
  • 4:06 - 4:10
    biz bu kərpic və ya
    çən formalı fiqura
  • 4:10 - 4:15
    kub vahidin 3/10-ünü yerləşdirə bilərik.
Title:
Volume of a rectangular prism: fractional dimensions | Geometry | 6th grade | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
04:14

Azerbaijani subtitles

Revisions Compare revisions