< Return to Video

Gordon Brown: Qlobal bir fayda üçün şəbəkə qurmaq

  • 0:01 - 0:05
    Westminister və Whitehallun sakitliyindən uzaqlaşdığım üçün
  • 0:05 - 0:08
    nə qədər sevindiyimi deyə bilərəmmi?
  • 0:10 - 0:14
    Bu, Kim adlı 9 yaşlı Vyetnamlı qızdır,
  • 0:14 - 0:19
    onun beli napalmla məhv olmuşdur,
  • 0:19 - 0:23
    və o, Amerika xalqının vicadanını və ruhunu oyadaraq
  • 0:23 - 0:26
    Vyetnam müharibəsinin son qoymaq üçün ilk addım oldu.
  • 0:26 - 0:31
    Bu isə Efiopiyalı qız Birhandır,
  • 0:31 - 0:35
    1980 ci illərdə o Live Aid-in əsasını qoymuşdur,
  • 0:35 - 0:38
    xilas edildikdə onu ölümündən sadəcə olaraq 15 dəqiqə vaxt ayırırdı,
  • 0:38 - 0:42
    və xilas edildikdən sonra bu şəkil bütün dünyanı gəzdi.
  • 0:43 - 0:46
    Bura Tiananmen Meydanıdır.
  • 0:46 - 0:50
    Tankın qarşısında dayanmış bu insan,
  • 0:50 - 0:54
    bütün dünyada müqavimətin bir simvolu oldu.
  • 0:54 - 0:58
    Bu isə Sudandan olan qızdır,
  • 0:58 - 1:01
    ölümündən bir neçə dəqiqə öncə
  • 1:01 - 1:04
    arxasında dolanan quzğun,
  • 1:04 - 1:07
    Bu şəkil bütün dünyanı gəzib
  • 1:07 - 1:10
    və insanları yoxsulluğa qarşı mübarizə üçün nəsə etməyə sövq etdi.
  • 1:11 - 1:14
    Bu isə Nedadır, İranlı qız
  • 1:14 - 1:18
    atası ilə birgə mitinqdə vurularaq bir neçə həftə öncə öldürülüb,
  • 1:18 - 1:23
    və indi o təbii olaraq
  • 1:23 - 1:26
    Youtube nəslinin diqqət mərkəzinə çevrilib.
  • 1:26 - 1:31
    Yaxşı, bütün bu şəkil və hadisələrin ortaq hansı xüsussiyyətləri var?
  • 1:31 - 1:34
    Hamısının ortaq xüsusiyyəti, gördüklərimizin əvvəllər görə bilmədiyimiz
  • 1:34 - 1:37
    məqamları aşkara çıxarmasıdır.
  • 1:37 - 1:42
    Aşkara çıxan isə: Bizləri bəşəri cəmiyyət
  • 1:42 - 1:45
    halına gətirən görünməz cəhətlər
  • 1:45 - 1:49
    və rəğbət/simpatiya bağlarıdır.
  • 1:50 - 1:53
    Bu şəkillər bizlərin
  • 1:53 - 1:55
    başqalarının yaşadığı ağrı acıları, uzaqdan olsa belə
  • 1:55 - 1:57
    hiss edə biləcəyimizi göstərir.
  • 1:57 - 2:00
    Mənim fikrimcə isə, bütün bu şəkillər
  • 2:00 - 2:04
    bizim özümüzdən daha böyük bir nəyəsə inandığımızı göstərir.
  • 2:04 - 2:07
    Bu şəkillər,
  • 2:07 - 2:12
    bütün dinlərdə, bütün inanclarda, bütün qitələrdə
  • 2:12 - 2:16
    sadəcə başqalarının ağrı acısını bölüşməkdən,
  • 2:16 - 2:18
    və özümüzdən daha böyük nələrəsə inanmaqdan əlavə,
  • 2:18 - 2:20
    bizlərə, nələrinsə səhv olduğunu gördükdə
  • 2:20 - 2:22
    bu səhvləri düzəltmək,çatışmazlıqları aradan qaldırmaq,
  • 2:22 - 2:24
    və problemləri ləğv etmək adına
  • 2:24 - 2:26
    bir əxlaqi məsuliyyət daşımaq hissini aşılayır
  • 2:26 - 2:29
    və bu dəyərin mövcud olduğunu göstərir.
  • 2:30 - 2:34
    İsveç baş naziri Olof Palmenin ABŞ prezidenti Ronal Reagan ilə
  • 2:34 - 2:37
    1980 ci illərdəki görüşü barəsində belə bir hekayə var.
  • 2:37 - 2:39
    Palme ABŞ a gəlməmişdən öncə Ronald Reagan
  • 2:39 - 2:41
    İsveç Sosial Demokrat nazir haqqında soruşmuş:
  • 2:41 - 2:43
    "Bu adam kommunistmidir? "
  • 2:44 - 2:48
    Cavab belə olur, "Xeyr, Cənab Prezident, O anti-kommunistdir"
  • 2:48 - 2:51
    və Ronald Reagan demiş, "Mənim onun hansıcür kommunist olmağı maraqlandırmır"
  • 2:51 - 2:53
    (Gülüş)
  • 2:53 - 2:56
    Və Ronald Reagan İsveçli qonağı
  • 2:56 - 2:59
    Olof Palmedən soruşur,
  • 2:59 - 3:03
    "Yaxşı, siz nəyə inanırsınız? Varlılar təbəqəsini ləğv etməkmi istəyirsiniz?"
  • 3:03 - 3:06
    Cavab, "Xeyr, Mən kasıblar təbəqəsini aradan qaldırmaq istəyirəm"
  • 3:06 - 3:09
    Bizim məsuliyyətimiz, hər bir şəxsə öz potensialını
  • 3:09 - 3:12
    reallaşdıra bilməsi üçün imkan yaratmaqdır.
  • 3:13 - 3:17
    Məncə, hansı dinə nənsub olursa olsun,
  • 3:17 - 3:20
    inanclı və inancsız olmasından asılı olmayaraq,
  • 3:20 - 3:23
    bütün insanların paylaşdığı ortaq bir əxlaqi anlayış və dəyər mövcuddur.
  • 3:24 - 3:28
    Amma məncə yeni olan odur ki, bügün biz, bütün dünya ilə
  • 3:28 - 3:30
    limitsiz və davamlı əlaqə qura bilirik,
  • 3:30 - 3:33
    dünyanın istənilən nöqtəsi ilə bü əlaqəni qurmaq imkanına sahibik.
  • 3:33 - 3:35
    Bügün bizlər, üz üzə heçvaxt görüşmədiyimiz
  • 3:35 - 3:37
    ancaq internet vasitəsiylə
  • 3:37 - 3:42
    görüşə biləcəyimiz insanlarla ortaq bir yer taparaq,
  • 3:42 - 3:44
    bütün müasir əlaqə imkanlarından istifadə edərək,
  • 3:44 - 3:46
    təşkilatlanaraq,
  • 3:46 - 3:49
    bizi narahat edən ədalətsizlik və problemlər haqqında
  • 3:49 - 3:52
    birgə bir hərəkat yaratmaq
  • 3:52 - 3:54
    imkanına sahibik.
  • 3:54 - 3:57
    Mən inanıram ki, bu dövr bəşəriyyət tarixində bənzəri olmayan bir
  • 3:57 - 4:00
    dövr olabilər, və mən bunu qlobal cəmiyyətin
  • 4:00 - 4:04
    yaradılması olaraq görürəm.
  • 4:04 - 4:07
    200 il bundan qabaq qul ticarətinin, William Wilberforce və
  • 4:07 - 4:11
    qul ticarətinə etiraz edən və qarşı çıxan digər şəxlərin dövrünə qayıdaq.
  • 4:12 - 4:14
    Onlar bütün Britaniyada etiraz təşkil etdilər.
  • 4:14 - 4:17
    Onlar ictimai fikri çox vaxt keçsə belə istiqamətləndirməyi bacardılar.
  • 4:17 - 4:21
    Amma bu kampaniyanın uğurlu olması üçün 24 il lazım oldu.
  • 4:21 - 4:24
    Əgər insanların qəlbini və dəstəyini qazanmaq üçün
  • 4:24 - 4:28
    müasir əlaqə alətlərini istifadə edə bilsəydilər
  • 4:28 - 4:30
    əllərindəki şəkillərlə nə edə bilərdilər?
  • 4:30 - 4:32
    Və yaxud Eglantine Jebbi,
  • 4:32 - 4:35
    90 il öncə Save The Children i yaradan qadın.
  • 4:35 - 4:39
    O Avstriyada Birinci Dünya müharibəsinə görə baş verənlərə
  • 4:39 - 4:43
    və müharibədə məğlub ailələrin uşaqların halına o qədər acımışdı
  • 4:43 - 4:47
    və təsirlənmişdi ki ,özü Britaniyada
  • 4:47 - 4:49
    onlar üçün nəsə etmək istədi,
  • 4:49 - 4:51
    Və bügünkü Save The Children'i
  • 4:51 - 4:54
    yaradacaq Royal Albertdəki nümayişdə iştirak edənləri
  • 4:54 - 4:57
    yığmaq üçün ev-ev gəzib
  • 4:57 - 5:00
    broşüra paylamalı oldu.
  • 5:00 - 5:03
    Nəticədə dünyada ən böyük təşkilatlardan biri
  • 5:03 - 5:07
    hesab edilən təşkilatı yaratdı.
  • 5:07 - 5:09
    Amma onun əlində günümüzün
  • 5:09 - 5:12
    müasir kommunikasiya alətləri olsaydı,
  • 5:12 - 5:15
    təcili olaraq ədalətsizliyə qarşı çıxmaq üçün və
  • 5:15 - 5:17
    belə bir anlayış yaratmaq üçün nələr edə bilərdi?
  • 5:17 - 5:20
    İndi son 10 ildə baş verənlərə baxaq:
  • 5:20 - 5:23
    Filippin 2001 ci il, Prezident Estrada rejimi,
  • 5:23 - 5:28
    1 milyon insan rejimin korrupsiyası barəsində bir birilərinə qısa mesaj göndərdi,
  • 5:28 - 5:33
    və nəticədə rejim dağıldı, buna da "coup de text" ( Qısa Mesaj Zərbəsi), deyildi.
  • 5:34 - 5:39
    Keçən il Robert Mugabe hakimiyyətində olan Zimbabvenin ilk seçkiləri idi....
  • 5:39 - 5:42
    İnsanlar mobil telefonlarının kameralarını istifadə edərək,
  • 5:42 - 5:45
    seçki mərkəzlərində olanları çəkdiklərinə görə,
  • 5:45 - 5:49
    Baş Nazirin seçkini istədiyi kimi nəticələndirmək imkanı olmadı.
  • 5:49 - 5:53
    Və ya blogçu Burma rahiblərini yada salaq
  • 5:53 - 5:57
    bu bloglar əgər ölkədə baş verən təzyiqlər barəsində məlumat verməsəydilər
  • 5:57 - 5:59
    dünyanın orada baş verənlərdən xəbəri olmayacaqdı.
  • 5:59 - 6:01
    və insanların həyatı itiriləcəkdi
  • 6:01 - 6:04
    və insanlar təqib ediləcəklərdi, Aung San Suu Kyinin
  • 6:04 - 6:08
    başına gələnlər
  • 6:08 - 6:10
    eşidilməyəkdi.
  • 6:10 - 6:14
    Ya da İrana baxaq, Nedanın başına gələnlərdən sonra
  • 6:14 - 6:17
    insanların münasibətinə baxaq.
  • 6:17 - 6:23
    Bəziləri, İran haqqında blog yazanların hökümətin təhlükəsizlik qüvvələri tərəfindən
  • 6:23 - 6:26
    tapılmasının qarşısını almaq,
  • 6:26 - 6:29
    axtarışı çətinləşdirmək üçün öz ünvanlarını
  • 6:29 - 6:31
    Tehran, İran olaraq dəyişdirirlər.
  • 6:31 - 6:35
    Buna görə də, müasir texnologiyanın edəbiləcəklərinə nəzər salaq:
  • 6:35 - 6:42
    əxlaqi anlayışımızın gücü ilə birlikdə müasir kommunikasiyanın gücü
  • 6:42 - 6:45
    və beynəlxalq təşkilatlanma bacarığı.
  • 6:45 - 6:49
    Bu, məncə, bizlərə bir cəmiyyət olaraq
  • 6:49 - 6:53
    bütün dünyanın fundamental dəyişdirmək imkanı yaradır.
  • 6:53 - 6:56
    Xarici siyasət daha həmişəki kimi ola bilməz. Yalnız elitlər tərəfindən idarə edilə bilməz.
  • 6:56 - 7:01
    Xarici siyasəti idarə etmək indi dünya səviyyəsində bir biri ilə əlaqə quran blogçular vasitəsiylə
  • 7:01 - 7:04
    ictimai fikri dinləyərək mümkündür.
  • 7:04 - 7:07
    200 il bundan öncə bizim problemimiz köləlik idi.
  • 7:08 - 7:12
    150 il bundan qabaq bizim kimi ölkədə əsas problem
  • 7:12 - 7:15
    gənclərin və uşaqların təhsil hüququ idi.
  • 7:15 - 7:20
    100 il öncə Avropadakı ölkələrin problemi seçmək və seçilmək hüququ idi.
  • 7:20 - 7:25
    50 il öncə sosial təhlükəsizlik və rifah əldə etmək hərbir şəxsin tələbiydi.
  • 7:25 - 7:31
    Son 50-60 ildə faşizm, antisemitizm, irqçilik. apartayd
  • 7:31 - 7:36
    cinsiyyət, gender və cinsəl seçimlər kimi ayrı seçkilik gördük.
  • 7:36 - 7:38
    lakin bunların hamısı insanların təşkil etdiyi
  • 7:38 - 7:42
    kampaniyaların köməyi ilə diqqət mərkəzinə çevrilib.
  • 7:42 - 7:46
    Keçən il mən Londonda Nelson Mandela ( CAR lideri) ilə biryerdə idim.
  • 7:46 - 7:51
    Doğum günü və yaratdığı fon üçün yeni mənbələr yığmaq üçün
  • 7:51 - 7:56
    təşkil edilən bir konserdəydik.
  • 7:56 - 8:00
    Amy Winehouse ( Grammy mükafatlı qadın müğənni) səhnəyə çıxanda
  • 8:00 - 8:03
    mən çox böyük şərəflə qey edərdim ki, Nelson Mandelanın yanında oturmuşdum,
  • 8:03 - 8:07
    və müğəninin görünüşünə çox təəccüblənmiş Nelson Mandelaya
  • 8:07 - 8:11
    vəziyyəti izah etməyə çalışırdım.Həmin vaxt Amy Winehouse səhnədə deyir:
  • 8:12 - 8:18
    "Mənim və Nelson Mandelanın birçox ortaq cəhətlərimiz var" və əlavə edir.
  • 8:18 - 8:23
    "Mənim də ərim uzun müddət həbsdə olub"
  • 8:23 - 8:26
    (Gülüş)
  • 8:26 - 8:30
    Sonra Nelson Mandela səhnəyə çıxdı və
  • 8:30 - 8:33
    hamımıza mübarizənin nə olduğunu izah etdi.
  • 8:33 - 8:37
    Həyatında böyük bi dağa dırmaşdığını, və bu dağın irqçi təzyiqləri
  • 8:37 - 8:41
    və apartaydı rədd etmək və daha sonra məğlub etmək olduğunu söylədi.
  • 8:41 - 8:44
    O, qarşıda hələ daha böyük problemlərin, yoxsulluq
  • 8:44 - 8:48
    iqlim dəyişikliyi, qlobal əngəllər və həqiqətən qlobal bir cəmiyyətə ehtiyac duyan
  • 8:48 - 8:50
    bəşəri problemlərin
  • 8:50 - 8:54
    olduğunu dedi.
  • 8:54 - 8:58
    Biz bunu bacarabiləcək ilk nəsilik.
  • 8:58 - 9:01
    Qlobal bir əxlaq və
  • 9:01 - 9:06
    kommunikasiya qabiliyyətimizin güclərini birləşdirin,
  • 9:06 - 9:10
    və indi qarşımızda duran qlobal əhəmiyyətli
  • 9:10 - 9:13
    problemlərə qarşı təşkilatlanın.
  • 9:13 - 9:16
    İqlim dəyişikliyi tək bir ölkədə həll edilə bilməz
  • 9:16 - 9:19
    ancaq bütün dünya birlikdə hərəkət edərsə həll yolu tapıla bilər.
  • 9:19 - 9:21
    Yenicə üzləşdiyimiz Maliyyə Böhranı problemi yalnız ABŞ vəya Avropa
  • 9:21 - 9:23
    tərfindən həll oluna bilməz:
  • 9:23 - 9:25
    dünyanın birlikdə hərəkət etməsi lazımdır.
  • 9:25 - 9:28
    Terrorizm, Təhlükəzilik, insan haqqları və İnkişaf
  • 9:28 - 9:30
    problemlərinə baxaq
  • 9:30 - 9:32
    təkcə Afrika bunu həll edə bilməz
  • 9:32 - 9:36
    tək Avropa və ABŞ tərəfindən də həll yolu tapmaq mümkün deyil.
  • 9:36 - 9:39
    Və nəqədərki biz birgə fəaliyyət göstərmirik bu problemlər öz həllini tapmayacaq.
  • 9:39 - 9:42
    Mənim fikrimcə, bizim indiki nəsilin əsas layihəsi
  • 9:42 - 9:45
    ilk dəfə olaraq qlobal əxlaqın qurulmasıdır,
  • 9:45 - 9:47
    və qlobal çapda kommunikasiya qurmaq və təşkilatlanmaq bacarığımızdır.
  • 9:47 - 9:50
    Sözün əsl mənasında qlobal bir cəmiyyət,
  • 9:50 - 9:54
    bu dəyərlər üzərində qurulan və qlobal səviyyədə
  • 9:54 - 9:58
    xidmət təklif edəbiləcək institutlarla birlikdə yarana bilər.
  • 9:58 - 10:03
    Bunu bacarmaq imkanına malik ilk nəsil bizlərik.
  • 10:03 - 10:05
    İqlim dəyişikliyini götürək. İqlim dəyişikliyi adlanan bu problemlə
  • 10:05 - 10:07
    üz üzə olduğumuzu çox yaxşı bilirik, və eyni zamanda
  • 10:07 - 10:11
    qlobal bir karbon bazarı yaratdığımızda bu problemin öhdəsindən gəlmək üçün
  • 10:11 - 10:14
    kasıb ölkələrə daha çox resurs vermək lazım olduğunu da anlayırıq,
  • 10:14 - 10:16
    lakin insanların haqqında həmfikir ola biləcəyi
  • 10:16 - 10:19
    və bu problemi həll edə biləcək bir global təşkilatın
  • 10:19 - 10:21
    hələdə olmaması
  • 10:21 - 10:23
    xeyli
  • 10:23 - 10:25
    suallar yardır.
  • 10:25 - 10:28
    Bi neçə ay sonra Kopenhagen görüşündən
  • 10:28 - 10:30
    çıxmalı olan nəticələrdən biridə
  • 10:30 - 10:32
    bütün dünyanın iqlim dəyişikliyi
  • 10:32 - 10:34
    problemini həll edə biləcək
  • 10:34 - 10:37
    bir qlobal təşkilatın
  • 10:37 - 10:39
    qurulacağına aid bir razılaşmadır.
  • 10:40 - 10:45
    (Alqışlar)
  • 10:46 - 10:51
    Sadəcə olaraq təşkilatların yetərli olmayacağının səbəbi isə budur ki,
  • 10:51 - 10:53
    Biz bütün dünya insanlarının öz davranışlarını dəyişdirməli olduqlarına
  • 10:53 - 10:55
    onları inandırmalıyıq.
  • 10:55 - 10:58
    və buna görə məsuliyyət və düzgünlük təməlində qurulan
  • 10:58 - 11:00
    qlobal əxlaqlı nəsillərə ehtiyacımız var.
  • 11:00 - 11:02
    Maliyyə böhranına baxaq.
  • 11:02 - 11:08
    Əgər kasıb ölkələrdəki insanlar New Yorkda ya da Amerikadakı
  • 11:08 - 11:12
    ipoteka bazarında başlayan böhrandan təsirlənirlərsə,
  • 11:12 - 11:14
    əgər insanlar ipoteka bazarının məhsullarınn
  • 11:14 - 11:16
    bütün dünya boyunca dolaşıb
  • 11:16 - 11:18
    İslandiya banklarında
  • 11:18 - 11:20
    sonlandısa,
  • 11:20 - 11:23
    və bu insanların banklardakı ən sadə yığımlara təsir edirsə,
  • 11:23 - 11:26
    onda biz milli nəzarət sistemlərinə güvənə bilmərik.
  • 11:26 - 11:29
    Uzun müddətdə stabillik, iqtisadi artım
  • 11:29 - 11:32
    məşğulluq və maliyyə stabilliyi üçün,
  • 11:32 - 11:35
    iqtisadi artımı dəstəkləyəbiləcək və bu artımın
  • 11:35 - 11:37
    dünyanın rifahı üçün bölüşdürülməsi dəyərinə sahib
  • 11:37 - 11:39
    qlobal iqtisadi qurumlara
  • 11:39 - 11:42
    ehtiyac var.
  • 11:42 - 11:45
    Bu zaman bizim nəslimiz üçün əsas iş yaxın zamanlarda
  • 11:45 - 11:49
    doğruluq və məsuliyyət kimi fikirləri
  • 11:49 - 11:51
    əks etdirən qlobal təşkilatlar
  • 11:51 - 11:56
    yaratmaq olacaq.
  • 11:56 - 12:00
    Daha sonra, inkişaf barədə, ölkələrimiz və dünyanın kasıb hissəsi
  • 12:00 - 12:05
    arasında qurulacaq əməkdaşlığa baxaq.
  • 12:05 - 12:09
    Bu ideyaların reallaşması üçün lazım olan təməllər
  • 12:09 - 12:12
    hazır olmamasına baxmayaraq, gələcək illərdə
  • 12:12 - 12:15
    insanların qlobal bir əxlaq arzusu ilə qlobal bir cəmiyyət qurmaq mümkündür.
  • 12:15 - 12:18
    Sierr Lion Prezidenti ilə danışırdım.
  • 12:18 - 12:21
    Bu 6.5 milyonluq kiçik bir ölkədir.
  • 12:21 - 12:25
    Amma bu ölkədə sadəcə 80 həkim və 200 tibb bacısı var
  • 12:25 - 12:28
    və 120 doğum həkimi var.
  • 12:28 - 12:32
    Bu qədər limitli imkanlarla 6.5 milyonluq ölkə üçün
  • 12:32 - 12:35
    səhiyyə sistemi qura bilməzsiniz.
  • 12:35 - 12:37
    Və ya Tanzaniyada olduğum müddətdə tanış olduğum bir qız,
  • 12:37 - 12:39
    Miriam, 11 yaşı var idi
  • 12:39 - 12:43
    və onun hər iki valideyni QİÇS dən vəfat edtmişdi,
  • 12:43 - 12:45
    əvvəlcə anası sonra isə atası
  • 12:45 - 12:48
    Müxtəlif ailələr tərəfindən böyüdülməyə çalışan
  • 12:48 - 12:51
    bu qız bir QİÇS yetimi idi.
  • 12:51 - 12:53
    Qız həm HİV dən əziyyət çəkirdi
  • 12:53 - 12:55
    və həmdəki vərəm idi.
  • 12:55 - 12:59
    Onunla bir tarlada qarşılaşdıq, ayaqqabıları belə yox idi.
  • 12:59 - 13:02
    11 yaşında istənilən qızın gözlərinə baxdıqda
  • 13:02 - 13:05
    gözlərdə gələcəyə doğru bir baxış görə bilərsiniz,
  • 13:05 - 13:09
    amma o qızın gözündə əlçatmaz bir məyusluq və hüzün var idi,
  • 13:09 - 13:14
    bircə o anda onun gözlərindəki kədəri dünya ilə bölüşə bilsəydim,
  • 13:14 - 13:18
    inanıram ki bütün QİÇS/HİV fondları üçün
  • 13:18 - 13:21
    ianələr toplamaq üçün gərəkli olanı etmiş olardım
  • 13:21 - 13:25
    Ən varlı və ən kasıb ölkələr arasında, kasıb ölkələrin
  • 13:25 - 13:27
    özlərinə yetəcək səviyyədə və əkinçilik üçün gərəkli sərmayəni qoyaraq
  • 13:27 - 13:30
    bir körpü yaratmalıyıq.
  • 13:30 - 13:33
    Beləliklə Afrikanı qida idxalatçısından,
  • 13:33 - 13:37
    qida ixracatçısına çevirək.
  • 13:37 - 13:39
    Dünyanın bir çox yerində baş verən insan hüquqları və
  • 13:39 - 13:42
    təhlükəsizlik problemlərinə nəzər yetirək.
  • 13:42 - 13:47
    Burma elə bir zəncirlənmişdir, Zimbabve bir insanlıq faciəsidir,
  • 13:47 - 13:50
    Sudanda qarşısını alabiləcəyimiz müharibələrin hesabına
  • 13:50 - 13:53
    minlərlə günahsız insan səbəbsiz yerə məhv oldu.
  • 13:53 - 13:56
    Ruanda Uşaq Muzeyində
  • 13:56 - 14:00
    10 yaşında bir oğlanın şəkli var.
  • 14:00 - 14:06
    Muzey 1 milyon insanın öldüyü Ruanda soyqırımında
  • 14:06 - 14:10
    həyatını itirənlərin xatirəsini yad etmək məqsədiylə yaradılıb.
  • 14:10 - 14:13
    David adında olan bu oğlanın şəklinin yanında
  • 14:13 - 14:17
    onun həyatı barədə də məlumat var.
  • 14:17 - 14:20
    "David, 10 yaşında"
  • 14:20 - 14:23
    David: Arzusu həkim olmaq
  • 14:23 - 14:27
    Sevimli idman növü: futbol.
  • 14:27 - 14:30
    Ən çox nədən həzz alır?: İnsanları güldürməkdən
  • 14:30 - 14:33
    O necə ölüb?
  • 14:33 - 14:35
    İşgəncə verilərək.
  • 14:35 - 14:40
    Özü kimi işgəncə verilərək öldürülən anasına dediyi son sözlər:
  • 14:40 - 14:44
    "Narahat olma. Birləşmiş Millətlər Təşkilatı gəlir"
  • 14:44 - 14:47
    Və biz heçvaxt getmədik.
  • 14:47 - 14:49
    Bu gənc oğlan bizim Ruandadakı çətinlik içindəki insanlara
  • 14:49 - 14:52
    kömək edəcəyimizə dair verdiyimiz sözlərə inandı,
  • 14:52 - 14:54
    və biz isə heç vaxt kömək etmədik!
  • 14:54 - 14:56
    Bu dünyanın konflikt qaynayan məkanlarında
  • 14:56 - 14:58
    sülhü bərqərar etmək və humanitar yardım üçün,
  • 14:59 - 15:02
    və yenidənqurma, o cümllədən təhlükəsizlik üçün
  • 15:02 - 15:05
    təşkilatlar, qurumlar yaratmalıyıq.
  • 15:05 - 15:08
    Mənim bügünkü irəli sürdüyüm fikir əsasən bundan ibarətdir.
  • 15:08 - 15:11
    Həqiqətən qlobal bir cəmiyyət qurmaq üçün lazım olan bütün alətlətimiz var.
  • 15:11 - 15:17
    Bucür qlobal cəmiyyətin institutlarını/qurumlarını da öz cəhdlərimiz hesabına yarada bilərik.
  • 15:17 - 15:21
    Qlobal əxlaq bu qurumların fəaliyyəti üçün lazımi olan doğruluq və məsuliyyəti
  • 15:21 - 15:24
    onlara aşılaya bilər.
  • 15:24 - 15:27
    Amma bu nəslin və xüsusiylədə son 10 illiyin fürsətini,
  • 15:27 - 15:31
    qlobal mühit qurumları yaratmaq üçün,maliyyə üçün,
  • 15:31 - 15:34
    təhlükəsizlik və inkişaf üçün,digərlərinə qarşı olan
  • 15:34 - 15:36
    məsuliyyətimizi anlamaq üçün,dünyanı birləşdirmək arzumuz, və ümumi problemlərimizin həlli üçün,
  • 15:36 - 15:38
    ABŞ-da Prezident Obama,
  • 15:38 - 15:40
    dünyanın digər tərəflərində
  • 15:40 - 15:43
    fəaliyyət göstərən insanlar varkən,
  • 15:43 - 15:46
    bu fürsəti
  • 15:46 - 15:50
    qaçırmamalıyıq!
  • 15:50 - 15:55
    Deyirlər ki, Keçmiş Romada Cicero danışan zaman
  • 15:55 - 16:01
    dinləyicilər bir birilərinə dönərək, "'əla nitqdir", deyərlərmiş.
  • 16:01 - 16:03
    Lakin qədim Yunanıstanda
  • 16:03 - 16:06
    Demosthenes danışarkən,
  • 16:06 - 16:09
    dinləyicilər birbirilərinə dönüb, "Əla Nitqdir" demirdilər.
  • 16:09 - 16:11
    "Gəlin hərəkət edək" deyirdilər.
  • 16:11 - 16:14
    Qlobal bir Cəmiyyətə doğru hərəkət etməli, addımlamalıyıq.
  • 16:14 - 16:15
    Təşəkkür edirəm.
  • 16:15 - 16:21
    (Alqışlar)
Title:
Gordon Brown: Qlobal bir fayda üçün şəbəkə qurmaq
Speaker:
Gordon Brown
Description:

Böyük Britaniyanın baş naziri Gordon Brown, tarixin bənzərsiz bir anında yaşadığımızı deyir və əlavə edir: günümüzün bizə verdiyi texnoloji imkanlardan istifadə edərək kürəsəl bir əxlaq yarada və birliktə çalışmaqla yoxsulluq, təhlükəsizlik, iqlim dəyişikliyi və iqtisadiyyatın problemlərinin öhdəsindən gələ bilərik.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
16:21
Kanan Karimzada added a translation

Azerbaijani subtitles

Revisions