Ceyms Kameron: "Avatar"dan əvvəl...həvəsli uşaq
-
0:00 - 0:05Mən elmi-fantastika mühitində böyümüşəm.
-
0:05 - 0:08Məktəbə avtobusla gedirdim,
-
0:08 - 0:10bu hər gün 2 saat vaxtımı alırdı.
-
0:10 - 0:12Bu vaxt ərzində kitabların əsiri olurdum,
-
0:12 - 0:14elmi-fantastik əsərlər,
-
0:14 - 0:17hekayələr məni başqa aləmə aparırdı,
-
0:17 - 0:21kitablara olan sonsuz marağımı və
-
0:21 - 0:26doyulmaz aclıq hissimi yatırırdı.
-
0:26 - 0:29Bilirsinizmi bu maraq məndə özünü necə göstərirdi?
-
0:29 - 0:32Mən heç vaxt məktəbdə tapılmırdım,
-
0:32 - 0:34meşədə olurdum,
-
0:34 - 0:38axtarışda idim və “nümunə”lər toplayırdım:
-
0:38 - 0:40qurbağalar, ilanlar, həşəratlar və göldən su götürürdüm,
-
0:40 - 0:43onları evə gətirib, miksroskop altında baxırdım.
-
0:43 - 0:45Mən sanki, elmin əsiri olmuşdum.
-
0:45 - 0:48Amma etdiyim hər şey dünyanı öyrənmək,
-
0:48 - 0:52mümkünlüyün sərhədlərini tapmaq üçün idi..
-
0:52 - 0:56Və 60-cı illərin sonlarında baş verən hadisələrdən dolayı
-
0:56 - 0:59mənə elə gəlirdi ki,
-
0:59 - 1:01mənim elmi-fantastikaya olan marağım deyəsən ətrafımda da əksini tapıb:
-
1:01 - 1:04insanlar artıq Aya gedib-çıxmışdılar,
-
1:04 - 1:06okeanın dibində tədqiqat aparmağa hazırlaşırdılar.
-
1:06 - 1:09Jak-Iv Kusto öz televerilişlərində,
-
1:09 - 1:12təsəvvür edə bilməyəcəyimiz
-
1:12 - 1:14heyvanları, təbiəti
-
1:14 - 1:17və möhtəşəm yerləri göstərirdi.
-
1:17 - 1:19Belə görünürdü ki, bütün bu elmi-fantastika
-
1:19 - 1:22çox böyük səs-küy doğuracaq.
-
1:22 - 1:24Mən rəssam idim.
-
1:24 - 1:26Mən şəkil çəkə bilirdim. Hekayələr yazırdım.
-
1:26 - 1:29Həmin dövrdə indi olduğu qədər video oyunlar,
-
1:29 - 1:33kinoda xüsusi effektlər yox idi
-
1:33 - 1:36və mən anladım ki,
-
1:36 - 1:38bütün bu videoları özüm beynimdə yaratmalı olacam.
-
1:38 - 1:40Hər birimiz
-
1:40 - 1:43uşaqlıqda kitab oxuyarkən yazıçının nağıl etdiyi hekayəni
-
1:43 - 1:47beynimizdə canlandırmışıq.
-
1:47 - 1:50Mən isə bunların təsiri ilə şəkil çəkirdim, hekayələr yazırdım,
-
1:50 - 1:52yadplanetliləri, naməlum dünyaları, robotları, kosmik gəmiləri
-
1:52 - 1:54və buna bənzər bir çox şeyi təsvir edirdim.
-
1:54 - 1:57Cəbr dərsi zamanı kitabın altında gizli-gizli
-
1:57 - 2:00şəkil çəkdiyimə görə həmişə tənqid edilirdim.
-
2:00 - 2:03Məndə olan yaradıcılıq həvəsi əvvəl-axır
-
2:03 - 2:07hər hansı bir şəkildə özünü biruzə verməli idi.
-
2:07 - 2:10Və çox maraqlı hadisələr baş verdi,
-
2:10 - 2:13Kustonun verilişlərində gördüyüm naməlum dünyanın
-
2:13 - 2:15Yer kürəsində də mövcud olması faktı məni çox güclü bir həyəcan içinə saldı.
-
2:15 - 2:18Bəlkə də mən kosmik gəmi ilə
-
2:18 - 2:20ekzotik aləmə heç vaxt düşməyəcəm.
-
2:20 - 2:23Bu ehtimal çox azdır.
-
2:23 - 2:25Lakin yer üzündə
-
2:25 - 2:27bu kitabları oxuyan zaman təsəvvür etdiyim kimi
-
2:27 - 2:30çox canlı və ekzotik bir dünya vardı,
-
2:30 - 2:32mən ora düşə bilərdim.
-
2:32 - 2:34Beləliklə 15 yaşımda
-
2:34 - 2:36mən dalğıc olmağa qərar verdim.
-
2:36 - 2:38Bircə problem var idi:
-
2:38 - 2:40mən Kanadada kiçik bir kənddə yaşayırdım
-
2:40 - 2:43və evimiz ən yaxın okeandan 600 mil uzaq idi.
-
2:43 - 2:45Amma mən geri çəkilmədim.
-
2:45 - 2:48Mən atamı o qədər bezdirdim ki,
-
2:48 - 2:50o axırda sərhəddin o tərəfində, Nyu-York ştatının Bufalo şəhərində,
-
2:50 - 2:52dalğıc kursları tapdı.
-
2:52 - 2:55Və mən, Nyu-York ştatının Bufalo şəhərində, qışın şaxtasında,
-
2:55 - 2:57Gənc Xristianlar Assosiasiyasının (YMCA)
-
2:57 - 2:59üzgüçülük üzrə sertifikatını aldım.
-
2:59 - 3:02Beləliklə mən daha iki il
-
3:02 - 3:04"okeanı" görə bilmədim,
-
3:04 - 3:06biz Kaliforniyaya köçənə qədər.
-
3:06 - 3:09O vaxtdan qırx il keçib
-
3:09 - 3:11və mən həyatımın beş yüz saatını sualtıgəmidə olmaqla
-
3:11 - 3:15suyun altında
-
3:15 - 3:18ümumilikdə üç min saat keçirmişəm.
-
3:18 - 3:21Mən öyrəndim ki,
-
3:21 - 3:23dərin və hətta dayaz sualtı həyat
-
3:23 - 3:27o qədər zəngindir ki,
-
3:27 - 3:30bizim təsəvvür qabiliyyətimiz bunun yanında çox zəifdir.
-
3:30 - 3:34Təbiətin fantaziyası
-
3:34 - 3:36insanın məhdud təsəvvür qabiliyyəti ilə müqayisədə
-
3:36 - 3:38sərhədsizdir.
-
3:38 - 3:40Bugün hələ də suya dalanda
-
3:40 - 3:43gördüklərimdən məni əsmə tutur.
-
3:43 - 3:46Mənim okeana olan sevgim indi də davam edir,
-
3:46 - 3:48və hər zamankından daha güclüdür.
-
3:48 - 3:51Amma mən özümə karyera seçəndə
-
3:51 - 3:54yetkin bir insan kimi film sənayesini seçdim.
-
3:54 - 3:57Və bu mənim hekayələr uydurmaq ehtirasımı
-
3:57 - 3:59personajlar yaratmaq arzum ilə birləşdirmək üçün
-
3:59 - 4:03ən yaxşı üsul idi.
-
4:03 - 4:06Hələ uşaqlıqdan daim komikslər çəkərdim.
-
4:06 - 4:08Beləliklə kino mənə hekayələri və şəkilləri
-
4:08 - 4:10birləşdirmək imkanı verirdi. Mənim üçün əhəmiyyətu böyük idi.
-
4:10 - 4:13Əlbəttə ki, çəkmək üçün seçdiyim hekayələr
-
4:13 - 4:15elmi-fantastik hekayələr idi: "Terminator", "Gəlmələr"
-
4:15 - 4:17və "Uçurum".
-
4:17 - 4:20"Uçurum" filmində mən sualtı dünyaya olan sevgimi
-
4:20 - 4:22və kinonu birləşdirdim.
-
4:22 - 4:25Və iki ehtiras birləşdi.
-
4:25 - 4:29“Uçurum” filminin çəkilişi zamanı maraqlı bir hadisə oldu:
-
4:29 - 4:32bu filmdə xüsusi bir süjet məsələsini həll etmək lazım idi
-
4:32 - 4:35mayedən olan bir varlıq düzəltməli idik,
-
4:35 - 4:39və biz kompüter animasiyasından
-
4:39 - 4:45mümkün qədər istifadə etdik.
-
4:45 - 4:50Nəticədə ilk elastik örtüklü bir personaj yarandı ki,
-
4:50 - 4:53bu da kino aləmində heç vaxt görünməmiş
-
4:53 - 4:55bir kompüter animasiyası məhsulu idi.
-
4:55 - 4:57Filmin heç bir gəlir gətirməməsinə, hətta deyərdim
-
4:57 - 5:00güclə satılmasına baxmayaraq mən qeyri-adi bir şeyin
-
5:00 - 5:02şahidi oldum-bu tamaşaçıların reaksiyası idi:
-
5:02 - 5:04bütün dünya tamaşaçıları
-
5:04 - 5:06görükləri sehr qarşısında sanki hipnoz olmuşdular.
-
5:06 - 5:08Bilirsiz, bu Artur Klarkın qanununudur:
-
5:08 - 5:12hər hansı inkişaf etmiş texnologiyanın sehrdən fərqi yoxdur.
-
5:12 - 5:15Onlar möcüzəvi bir şey görürdülər.
-
5:15 - 5:18Bu da məni çox həvəsləndirdi.
-
5:18 - 5:20Və mən düşündüm:
-
5:20 - 5:22“Kinomatoqrafiyaya məhz bunu gətirmək lazımdır.”
-
5:22 - 5:24İkinci filmim olan “Terminator-2” filmində
-
5:24 - 5:26biz daha da inkişaf etdik.
-
5:26 - 5:29Biz ILM (Industrial Light and Magic) texnologiyası ilə işlədik,
-
5:29 - 5:31və maye metaldan bir adam düzəltdik.
-
5:31 - 5:33Filmin uğuru bu effektin insanlara təsirindən asılı idi.
-
5:33 - 5:35Və effekt işlədi. Biz yenidən möcüzə yaratdıq.
-
5:35 - 5:37Tamaşaçıların reaksiyası eyni idi.
-
5:37 - 5:39Onu da deyim ki, biz bu dəfə bir az daha çox pul qazana bildik.
-
5:39 - 5:44Beləliklə, bu iki layihənin təcrübəsini birləşdirərək
-
5:44 - 5:47belə bir nəticəyə gəldim ki,
-
5:47 - 5:49bu tamamilə yeni bir dünya olacaq,
-
5:49 - 5:51kino sənayesi insanları üçün
-
5:51 - 5:54yeni bir yaradıcılıq dünyası.
-
5:54 - 5:56Həmin vaxt personajların əsas dizayneri və ən yaxın dostum olan
-
5:56 - 5:58Sten Vinstonla birlikdə
-
5:58 - 6:02Digital Domain adlı
-
6:02 - 6:05bir şirkət yaratdıq.
-
6:05 - 6:07Şirkətin məqsədi video ilə
-
6:07 - 6:10köhnə işləmə üsulluarını geridə qoymaq
-
6:10 - 6:13və birbaşa rəqəmli istehsala doğru
-
6:13 - 6:15addım atmaq idi.
-
6:15 - 6:19Biz demək olar ki, bunu bacardıq və bu bir müddət bizim rəqabətdə üstünlüyümüzü təmin elədi.
-
6:19 - 6:22Lakin 90-cı illərin ortalarında biz, şirkətimizin məqsədi olan
-
6:22 - 6:25personajların və canlıların
-
6:25 - 6:28yaradılması prosesində geri qalmağa başladıq.
-
6:28 - 6:30Və mən “Avatar” adlı bir cızma-qara elədim,
-
6:30 - 6:34bu hekayə vizual effektlərin
-
6:34 - 6:36sərhəddini aşmalı və personajların
-
6:36 - 6:38real insan emosiyalarını
-
6:38 - 6:42kompüter qrafikası
-
6:42 - 6:44vasitəsilə canlandırmalı idi.
-
6:44 - 6:46Əsas qəhrəmanlar və onların yaşadıqları dünya
-
6:46 - 6:48kompüter qrafikasının məhsulu olmalı idi.
-
6:48 - 6:50Lakin texnologiya hələ buna hazır deyildi.
-
6:50 - 6:55Şirkətimdə mənimlə çalışan işçilər dedilər ki,
-
6:55 - 6:57biz bu ideyanı hələ ki, reallaşdıra bilməyəcəyik.
-
6:57 - 7:01Mən bu ideyanı kənara qoydum və batan böyük bir gəmi haqqında film çəkdim.
-
7:01 - 7:04(Gülüşlər)
-
7:04 - 7:07Təsəvvür edin ki, mən filmi studiyaya “Romeo və Culyetta gəmidə” adı ilə təqdim elədim.
-
7:07 - 7:09Bu epik romantik hekayə,
-
7:09 - 7:11ehtiras dolu bir film olmalı idi.
-
7:11 - 7:13Sirr olaraq deyim ki, əslində etmək istədiyim
-
7:13 - 7:16əsl “Titanik”in qalıqları arasına - okeanın dibinə enmək idi.
-
7:16 - 7:18Məhz buna görə də mən bu filmi çəkdim.
-
7:18 - 7:22(Alqışlar)
-
7:22 - 7:24Və bu həqiqətdir. Həmin vaxt studiya bunu bilmirdi.
-
7:24 - 7:26Lakin, mən onları yola gətirə bildim. Mən dedim:
-
7:26 - 7:28“Biz dağıntılar arasına enəcəyik. Real dağıntıları çəkəcəyik.”
-
7:28 - 7:31Bunu da filmin açılış səhnəsi üçün istifadə edəcəyik.
-
7:31 - 7:33Bu həqiqətən də vacibdir. Bu nəhəng marketinq həmləsi olacaq.
-
7:33 - 7:35Və mən onları sualtı ekpedisiyanı maliyyələşdirməyə razı saldım.
-
7:35 - 7:37(Gülüşlər)
-
7:37 - 7:39İnanılmaz səslənir, lakin bu,
-
7:39 - 7:42təsəvvürün reallığı yaratdığının sübutudur.
-
7:42 - 7:44Çünki, biz demək olar ki, reallıq yaratdıq və mən
-
7:44 - 7:466 ay sonra Rusiyanın sualtı gəmisində,
-
7:46 - 7:49şimalı Antlantikada, iki mil dərinlikdə suyun altında idim
-
7:49 - 7:51və həqiqi "Titanik"ə illümonatordan baxırdım,
-
7:51 - 7:54yox bu film deyildi, video da deyildi, reallıq idi.
-
7:54 - 7:57(Alqışlar)
-
7:57 - 7:59Ağlımı başımdan alırdı.
-
7:59 - 8:01Ciddi hazırlıq tələb olunurdu: kameraları yığmaq lazım idi,
-
8:01 - 8:03işıqlandırma və bu kimi başqa şeylər.
-
8:03 - 8:05Və mənə aydın oldu ki, bu sualtı səyahətlər,
-
8:05 - 8:07dərinliyə enişlər
-
8:07 - 8:09kosmik missiyalara bənzəyirdi.
-
8:09 - 8:11Məhz ordakı kimi, yüksək səviyyədə texnologiyalaşmış
-
8:11 - 8:13və ciddi planlaşdırma tələb edən bir iş idi.
-
8:13 - 8:15Sən kapsulun içinə girisən,
-
8:15 - 8:18qaranlıq aləmə enirsən
-
8:18 - 8:20və özün üzüb çıxa bilməsən
-
8:20 - 8:22xilas olmaq ehtimalın yoxdur.
-
8:22 - 8:24Və mən düşündüm:
-
8:24 - 8:26“İnanılmazdır! Mən sanki elmi-fantastik filmdəyəm.
-
8:26 - 8:28Bu həqiqətən də əladır.”
-
8:28 - 8:31Beləliklə, mən suya dalma xəstəliyinə tutuldum.
-
8:31 - 8:34Dərin maraq, elmlə bağlı elementlər, hamısı burada idi.
-
8:34 - 8:36Bu hər şey demək idi. Bu macəra idi,
-
8:36 - 8:38Bu maraq idi. Bu təsəvvürün gücü idi.
-
8:38 - 8:41Və bu Hollivudun
-
8:41 - 8:43mənə verə bilməyəcəyi bir təcrübə idi.
-
8:43 - 8:45Çünki, mən yaradacağım məxluqu təsəvvür edə bilirdim
-
8:45 - 8:47və biz bunun üçün xüsusi effektlər hazırlaya edə bilərdik. Lakin, mən
-
8:47 - 8:49illuminatordan gördüklərimi heç vaxt təsəvvür edə bilməzdim.
-
8:49 - 8:52Növbəti dəfələrdə suya enərkən
-
8:52 - 8:54hidrotermaların üstündə canlılar gördüm,
-
8:54 - 8:58hərdən ömrümdə görmədiyim canlıları görürdüm,
-
8:58 - 9:00elə canlılar idi ki, onları əvvəllər heç kəs görməyib,
-
9:00 - 9:02hələ elm tərəfindən kəşf edilməyib,
-
9:02 - 9:05biz onları gördük və fotolarını çəkdik.
-
9:05 - 9:08Məni sanki sehrləmişdilər,
-
9:08 - 9:10mən bundan daha artığını etmək istəyirdim.
-
9:10 - 9:12Və mən çox maraqlı bir qərar qəbul etdim.
-
9:12 - 9:14“Titanik”in uğurundan sonra mən dedim:
-
9:14 - 9:17“Yaxşı, mən hələlik Hollivudda rejissorluğu
-
9:17 - 9:19bir kənara qoyub,
-
9:19 - 9:23bir müddətlik özümü tamamilə
-
9:23 - 9:25tədqiqatlara həsr edəcəm.” Və biz
-
9:25 - 9:27ekspedisiyalar planlaşdırmağa başladıq.
-
9:27 - 9:29Biz “Bismark”a endik,
-
9:29 - 9:33orada robotlar vasitəsilə tədqiqatlar aparırdıq.
-
9:33 - 9:35Biz “Titanik”in dağıntıları arasına qayıtdıq.
-
9:35 - 9:37Fibra-optik kabeli çarxa sarıyaraq
-
9:37 - 9:39kiçik robotlar düzəltdik.
-
9:39 - 9:41Məqsədimiz gəminin içini araşdırmaq idi,
-
9:41 - 9:45burada heç vaxt tədqiqat aparılmamışdı.
-
9:45 - 9:47Heç kəs dağıntıların arasına girməmişdi. Çünki bunun üçün avadanlıqları yox idi
-
9:47 - 9:50və biz bu avadanlığı yaratdıq.
-
9:50 - 9:52Və budur, mən Titanikin göyərtəsində
-
9:52 - 9:55bir sualtı gəmidə oturmuşam,
-
9:55 - 9:58bir vaxtlar orkestrin çaldığı
-
9:58 - 10:01döşəməyə baxıram.
-
10:01 - 10:03Mən kiçik bir robot ilə üzürəm
-
10:03 - 10:06və gəminin koridorlarında gəzirəm.
-
10:06 - 10:09Robotu mən idarə edirəm,
-
10:09 - 10:12amma onsuzda zehnim o robotun içindədir.
-
10:12 - 10:14Yəni özümü həm də fiziki olaraq
-
10:14 - 10:16Titanikin dağıntıları arasında hiss edirəm.
-
10:16 - 10:18Və bu mənim indiyə qədər hiss etdiyim
-
10:18 - 10:20ən sürreal deja vü təcrübəm idi,
-
10:20 - 10:24çünki robotun küncdən dönəndə
-
10:24 - 10:26mənə göstərəcəyi səhnəni işıqlandırmazdan əvvəl
-
10:26 - 10:28orda nə olduğunu artıq bilirdim,
-
10:28 - 10:30çünki filmin çəkilişləri ərzində
-
10:30 - 10:33bu yerlərdə aylarla gəzmişdim.
-
10:33 - 10:35Çəkiliş meydançası isə tamamilə
-
10:35 - 10:37gəmininin özünə uyğun hazırlanmışdı.
-
10:37 - 10:40Bu heç bir sözlə ifadə edə bilməyəcəyim bir təcrübə idi.
-
10:40 - 10:42Mən dərk elədim ki,
-
10:42 - 10:44düzəltdiyimiz robot avatarların köməyi ilə
-
10:44 - 10:46şüurumuz bu robotların içinə yerləşdirilir
-
10:46 - 10:51və televizorda bunu görüntüləməyi təmin edir,
-
10:51 - 10:53insanı tam başqa bir mövcudluğa keçirir.
-
10:53 - 10:55Və bu həqiqi mənada dərin hisslər idi.
-
10:55 - 10:58Elmi-fantastikanın pərəstişkarı kimi,
-
10:58 - 11:00mən təsəvvür edə bilirəm ki,
-
11:00 - 11:03bunlar bəlkə də bir neçə onillikdən sonra
-
11:03 - 11:05baş verəcəklərin bir qığılcımıdır, bizdə tədqiqatlar
-
11:05 - 11:07və başqa məqsədlər üçün
-
11:07 - 11:09müxtəlif qeyri-adi
-
11:09 - 11:11və güclü qabiliyyətləri olan
-
11:11 - 11:13kiber bədənlər yaradılacaq.
-
11:13 - 11:18Beləliklə bu ekspedisiyaları tamamladım
-
11:18 - 11:22və ondan sonra sualtı aləmə həqiqətən dəyər verməyə başladım,
-
11:22 - 11:25orda çoxlu qəribə-qəribə heyvanlar gördüyümüz
-
11:25 - 11:28okeandibi püskürmələrə.
-
11:28 - 11:30Onlar demək olar ki, Yer kürəsi üçün gəlmədirlər.
-
11:30 - 11:33Xemosintez şəraitində yaşayırlar.
-
11:33 - 11:35Bizim kimi Günəş
-
11:35 - 11:37sistemində yaşaya bilmirlər.
-
11:37 - 11:39Və qarşında beş yüz dərəcə istilikdə
-
11:39 - 11:41osuda məskunlaşmış
-
11:41 - 11:43canlıları görürsən.
-
11:43 - 11:45Düşünürsən ki, onların mövcud olması belə mümkün deyil.
-
11:45 - 11:47Eyni vaxtda həm də
-
11:47 - 11:50kosmik tədqiqatlar ilə maraqlanmağa başladım,
-
11:50 - 11:53bu uşaqlıqdan qalan elmi-fantasikanın təsiri idi.
-
11:53 - 11:55Və mən kosmik cəmiyyətə qoşuldum,
-
11:55 - 11:57ABŞ Milli Kosmik Agentliyinə gedib-gəlirdim,
-
11:57 - 11:59təşkilatın
-
11:59 - 12:02məsləhət iclaslarını ziyarət edirdim,
-
12:02 - 12:04əsl kosmik missiyalar planlaşdırırdım,
-
12:04 - 12:06Rusiyaya kosmonavtlar üçün
-
12:06 - 12:08tibbi yoxlanışa getmişdim
-
12:08 - 12:10və buna bənzər bir çox işlər görürdüm,
-
12:10 - 12:12məqsədim Beynəlxalq Kosmik Stansiyaya
-
12:12 - 12:14öz 3D kameralarımızla uçmaq idi.
-
12:14 - 12:16Bu çox əyləncəli idi.
-
12:16 - 12:18Nəhayət mən kosmik mütəxəssisləri
-
12:18 - 12:21öz sualtı tədqiqatlarımıza cəlb edə bildim.
-
12:21 - 12:24Və onları okean dibinə düşməyə vadar etdim ki,
-
12:24 - 12:27astrobiologiyaya yaxın olsunlar.
-
12:27 - 12:30Belə ekstimal mühitlərlə maraqlnanan
-
12:30 - 12:33planet tədqiqatçılarına oradakı hidrotermalları göstərmək istəyirdim ki,
-
12:33 - 12:35nümunələr toplasınlar, avadanlığı test eləsinlər və s.
-
12:35 - 12:37Beləliklə
-
12:37 - 12:39biz sənədli filmlər çəkirdik,
-
12:39 - 12:41əslində elmlə məşğul idik,
-
12:41 - 12:43daha dəqiq desək kosmik elmlə.
-
12:43 - 12:45Və uşaqlıqdan əsiri olduğum
-
12:45 - 12:47elmi-fantastikaya həvəsimi
-
12:47 - 12:49və elmi birləşdirib
-
12:49 - 12:52bir çərçivəyə saldım.
-
12:52 - 12:54Mən tədqiqat səyahəti ərzində
-
12:54 - 12:56çox şeyi bildim.
-
12:56 - 12:58Mən elm o cümlədən də
-
12:58 - 13:01liderlik haqqında öyrəndim.
-
13:01 - 13:03Siz düşünürsüz ki,
-
13:03 - 13:05rejissor lider olmalıdır, sanki gəmi kapitanı kimi və s.
-
13:05 - 13:07Əslində mən bu ekspedisiyaları həyata keçirənə qədər
-
13:07 - 13:10liderlik haqqında heç nə bilmirdim.
-
13:10 - 13:13Çünki, bir vaxt gəldi və mən özümə bu sualı verdim:
-
13:13 - 13:15“Mənim burada nə işim var?
-
13:15 - 13:18Bunu nəyə görə edirəm? Mən bundan nə qazanacam?”
-
13:18 - 13:21Biz bu lənətə gəlmiş çəkilişlərdən heç nə qazanmırdıq.
-
13:21 - 13:23Nə filmlər satılır nə də şöhrət gətirirdi.
-
13:23 - 13:25Adamlara elə gəlirdi ki,
-
13:25 - 13:27mən “Titanik” və “Avatar” filmlərinin işlərini tərgidib,
-
13:27 - 13:29hardasa bir çimərlikdə oturub vaxt öldürürəm
-
13:29 - 13:32və bütün bu filmləri,
-
13:32 - 13:34və bütün bu filmləri,
-
13:34 - 13:37Şöhrət yox, məşhurluq yox, pul yox.
-
13:37 - 13:39Bəs bunu nə üçün edirəm?
-
13:39 - 13:41Mən bunu prossesin özü üçün edirəm,
-
13:41 - 13:44tədqiqat üçün edirəm- okean isə tədqiq etmək üçün ən yaxşı yerdir,
-
13:44 - 13:47həyəcan verici kəşflər üçün
-
13:47 - 13:50və kiçik qruplar birləşib sıx bir komanda quran zaman
-
13:50 - 13:53həmin adamlar arasında yaranan qəribə əlaqələr üçün edirəm.
-
13:53 - 13:56Çünki biz 10-12 nəfərlik qrupla
-
13:56 - 13:58bir neçə il ərzində çalışmışıq.
-
13:58 - 14:02Elə hallar olub ki, 2-3 ay dənizdə qalmışıq.
-
14:02 - 14:05Və bu əlaqələr zamanı başa düşürsən ki,
-
14:05 - 14:07ən vacib olanı – hörmətdir,
-
14:07 - 14:09onların sizə, sizin onlara bəslədiyiniz hörmət,
-
14:09 - 14:12hansı ki, bunun nəticəsində siz birlikdə elə işlər görmüsüz ki,
-
14:12 - 14:14bunu başqa bir adama heç cür başa sala bilməzsiz.
-
14:14 - 14:16Sahilə çıxırsız və adamlara məlumat vermək istəyirsiz:
-
14:16 - 14:18“Biz bu əşyanı və fibra-optik kabel düzəltdik,
-
14:18 - 14:20kölgələnməni və s.
-
14:20 - 14:22Bütün bu texnologiyaları,
-
14:22 - 14:25fəaliyyətinizin dənizdəki çətinliyini,
-
14:25 - 14:27siz adamlara başa sala bilməzsiz.” Buna oxşar hal
-
14:27 - 14:31polislər və döyüşçülərdə də var, bir çox hadisələrdən birgə keçiblər,
-
14:31 - 14:33və anlayıram ki, onlar da bunu heç vaxt başa sala bilməzlər.
-
14:33 - 14:35Bu adamlar arasına bağlar yaranır, təməli qarşılıqlı hörmət olan sıx bağlar.
-
14:35 - 14:37Mən növbəti filmimi-
-
14:37 - 14:40“Avatar” -ı çəkmək üçün qayıdanda,
-
14:40 - 14:43bu prinsipini tətbiq etməyə çalışdım-
-
14:43 - 14:45işlədiyin komandaya hörmət etmək
-
14:45 - 14:47və əvəzində onların hörmətini qazanmaq.
-
14:47 - 14:49Bu doğurdan da bütün prosesi dəyişdi.
-
14:49 - 14:52Budur, mən yenindən kiçik komanda ilə
-
14:52 - 14:54məşhur olmayan bir ərazidə
-
14:54 - 14:56“Avatar” filminin çəkilişlərindəyəm,
-
14:56 - 14:58əvvəllər mövcud olmayan yeni texnologiya hazırlayıram.
-
14:58 - 15:00Olduqca həyəcanverici,
-
15:00 - 15:02və çətin prosesdir.
-
15:02 - 15:04Və biz dörd il yarım vaxt ərzində bir ailə olduq.
-
15:04 - 15:07Mənim film çəkilişlərinə yanaşma tərzim tamamilə dəyişdi.
-
15:07 - 15:09Bilirsiz adamlar deyirlər ki,
-
15:09 - 15:12mən bütün bu varlıqları okeandan götürüb
-
15:12 - 15:14Pandoraya yerləşdirmişəm.
-
15:14 - 15:16Lakin, mənim daha üçün vacib olan idarəçiliyin yeni prinsipi idi,
-
15:16 - 15:20yəni prosesin özü idi ki, nəticədə tamamilə dəyişdi.
-
15:20 - 15:22Və biz bundan hansı nəticəni çıxara bilərik?
-
15:22 - 15:25Nə öyrəndik?
-
15:25 - 15:27Marağın gücü - məncə ilk növbədə bunu.
-
15:27 - 15:29Sizin əsas qüvvəniz.
-
15:29 - 15:32Təsəvvür-
-
15:32 - 15:35bu həqiqətən də,
-
15:35 - 15:39reallığı müəyyən edən qüvvədir.
-
15:39 - 15:43Və işlədiyin komandaya hörmət etmək
-
15:43 - 15:45dünyadakı
-
15:45 - 15:48bütün mükafatlardan daha vacibdir.
-
15:48 - 15:50Gənc rejissorlar
-
15:50 - 15:54məsləhət almaq üçün yanıma gəlirlər.
-
15:54 - 15:58Mən onlara deyirəm: “Özünüzə sərhəd qoymayın.
-
15:58 - 16:00Bunu sizin əvəzinizə başqaları edəcək,
-
16:00 - 16:02amma özünüz bunu etməyin, özünüzə qarşı oynamayın.
-
16:02 - 16:04Və risk edin!”
-
16:04 - 16:07ABŞ Milli Kosmik Agentliyinin işçilərinin çox sevdiyi cümlələrdən biri:
-
16:07 - 16:09“Səhv etməyə haqqımız yoxdur!”
-
16:09 - 16:12Amma incəsənətdə və elmdə səhv etməyə haqqımız olmalıdır,
-
16:12 - 16:15çünki getdiyimiz yol sonu bəlli olmayan bir yoldur.
-
16:15 - 16:17Və indiyə qədər
-
16:17 - 16:19yenilik tələb edən böyük işlərin heç biri
-
16:19 - 16:21risksiz həyata keçməyib.
-
16:21 - 16:24Riskə getməyi bacarın.
-
16:24 - 16:26Bu fikirlə də sizi baş-başa qoymaq istəyirəm:
-
16:26 - 16:29nə edirsizsə edin, səhv etməyə haqqınız var,
-
16:29 - 16:32lakin qorxub geri çəkilməyə
-
16:32 - 16:35əsla! Təşəkkürlər.
-
16:35 - 16:46(Alqışlar)
- Title:
- Ceyms Kameron: "Avatar"dan əvvəl...həvəsli uşaq
- Speaker:
- James Cameron
- Description:
-
Ceyms Kameronun iri büdcəli (və çoxgəlirli) filmləri insanları qeyri-adi aləmə aparır. Bu çıxışında o uşaqlıqda fantastika aləminə olan marağından--elmi-fantastika kitabları oxumasından başlayaraq sualtı aləmə enməsinə və nəticədə “Gəlmələr”, “Terminator”, “Titanik” və “Avatar” filmlərinin uğurunun sirləri haqqında danışır.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 16:47