< Return to Video

Testing a solution for a system of equations

  • 0:01 - 0:04
    (-1, 7) aşağıda verilmiş tənliklər
  • 0:04 - 0:06
    sisteminin həllidir?
  • 0:06 - 0:08
    Birinci tənliyimiz belədir:
  • 0:08 - 0:10
    x + 2y = 13.
  • 0:10 - 0:14
    İkinci tənlik isə belədir:
    3x - y = -11.
  • 0:14 - 0:17
    (-1, 7)-nin tənliklər sisteminin
  • 0:17 - 0:20
    həlli hesab edilməsi üçün
  • 0:20 - 0:22
    o, hər iki tənliyin şərtini ödəməlidir.
  • 0:22 - 0:28
    Başqa sözlə desək,
    x = 7 və y... Üzr istəyirəm.
  • 0:28 - 0:29
    x = -1.
  • 0:29 - 0:30
    Bu, x koordinatıdır.
  • 0:30 - 0:35
    X = -1 və y = 7 cavabı
  • 0:35 - 0:37
    tənliklər sisteminin həlli hesab edilməsi üçün
  • 0:37 - 0:39
    hər iki tənlikdə doğru olmalıdır.
  • 0:39 - 0:40
    Gəlin hesablayaq.
  • 0:40 - 0:43
    Əvvəlcə birinci tənliyə nəzər salın.
  • 0:43 - 0:45
    x + 2y = 13.
  • 0:45 - 0:47
    Gəlin hesablayaq ki,
  • 0:47 - 0:50
    x = -1 və y = 7 olduqda,
  • 0:50 - 0:53
    x + 2y = 13-ə bərabər olur?
  • 0:53 - 0:57
    -1 üstəgəl 2 vur 7
  • 0:57 - 1:02
    13-ə bərabər olmalıdır.
  • 1:02 - 1:03
    Buraya ? işarəsi yazdım.
  • 1:03 - 1:05
    Çünki hələ cavabı bilmirik.
  • 1:05 - 1:07
    Bunu sadələşdirək:
  • 1:07 - 1:10
    -1 üstəgəl 2 vur 7, yəni 14.
  • 1:10 - 1:12
    Bəli, cavab 13-dür.
  • 1:12 - 1:15
    -1 + 14 = 13.
  • 1:15 - 1:20
    13 = 13.
  • 1:20 - 1:25
    Bu nöqtələr birinci tənliyin
    şərtini ödəyir.
  • 1:25 - 1:29
    Bu tənliyin qrafikini qursaq,
  • 1:29 - 1:31
    həmin nöqtələrin düz xətt üzərində
    olduğunu görərik.
  • 1:31 - 1:32
    İndi ikinci tənliyə nəzər salaq.
  • 1:32 - 1:35
    Onu mavi rənglə yazacam.
  • 1:35 - 1:44
    3 vur mənfi 1 - y, yəni 7
  • 1:44 - 1:46
    11-ə bərabər olmalıdır.
  • 1:46 - 1:48
    Buraya ? işarəsi yazdım.
  • 1:48 - 1:50
    Çünki cavabı hələ bilmirik.
  • 1:50 - 1:53
    Gəlin hesablayaq.
    3 vur mənfi 1 = mənfi 3.
  • 1:53 - 1:58
    Daha sonra o cavabdan 7 çıxmalıyıq
    və cavab -11-ə bərabər olmalıdır.
  • 1:58 - 1:59
    Buraya ? işarəsi yazmışam.
  • 1:59 - 2:03
    Mənfi 3 çıx 7 = mənfi 10.
  • 2:03 - 2:06
    Cavabda -10 = -11 alınır.
  • 2:06 - 2:10
    Mənfi 10 mənfi 11-ə bərabər deyil.
  • 2:10 - 2:14
    Odur ki, x = -1, y = 7
  • 2:14 - 2:17
    ikinci tənliyin şərtini ödəmir.
  • 2:17 - 2:19
    Həmin nöqtələri qrafikdə göstərə bilmərik.
  • 2:19 - 2:25
    Deməli, bu, tənliklər sisteminin həlli deyil.
  • 2:25 - 2:27
    Cavab: Xeyr.
  • 2:27 - 2:29
    Həmin qiymətlər
    birinci tənliyin şərtini ödəyir,
  • 2:29 - 2:31
    ancaq ikinci tənliyin şərtini ödəmir.
  • 2:31 - 2:33
    Tənliklər sisteminin həlli hesab edilməsi üçün
  • 2:33 - 2:37
    hər iki tənliyin şərtini ödəməlidir.
Title:
Testing a solution for a system of equations
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
02:38

Azerbaijani subtitles

Revisions Compare revisions