< Return to Video

Məhkum dilemması və Nash tarazlığı | Mikroiqtisadiyyat | Khan Academy

  • 0:01 - 0:04
    Polis bir gündə
  • 0:04 - 0:06
    iki şəxsi həbs etdi.
  • 0:06 - 0:09
    İlk olaraq Əli adlı bir kişi həbs edilir.
  • 0:09 - 0:11
    Onu narkotik satarkən tuturlar.
  • 0:11 - 0:13
    Yəni bu, aşkar cinayətdir.
  • 0:13 - 0:17
    Daha sonra isə Emil adlı bir şəxsi də
    tuturlar.
  • 0:17 - 0:20
    O da həmçinin narkotik alveri zaman
    cinayət başında yaxalanır.
  • 0:20 - 0:23
    Onları ayrı-ayrılıqda polis
    bölməsinə gətirirlər.
  • 0:23 - 0:26
    Və onlara bildirirlər ki,
    cinayət törədiblər.
  • 0:26 - 0:28
    Narkotik alverinə görə
  • 0:28 - 0:29
    iki il həbs olunacaqsınız.
  • 0:29 - 0:31
    Bunu hər birinə
    ayrı izah edirlər.
  • 0:31 - 0:32
    Hər ikisi də eyni növ
  • 0:32 - 0:33
    narkotik satırdılar.
  • 0:33 - 0:36
    Ancaq tamamilə ayrı şəkildə edirdilər.
  • 0:36 - 0:39
    Başqa bir şey etməyiblərsə əgər,
  • 0:39 - 0:42
    narkotikə görə 2 il cəza alacaqlar.
  • 0:42 - 0:44
    Prokuror bu şəxslərin hər biri ilə
  • 0:44 - 0:46
    ayrı söhbət etmə şansına
    sahibdir və onlarla
  • 0:46 - 0:48
    söhbət edərkən bu narkotiklə
  • 0:48 - 0:50
    məşğul olmağın ciddi bir cinayət olduğunu
  • 0:50 - 0:51
    izah edir.
  • 0:51 - 0:54
    Başqa bir şey olmazsa,
    hər biri iki il cəza alacaq.
  • 0:54 - 0:58
    Ancaq sonra prokuror hansısa bir səbəbdən
  • 0:58 - 1:01
    bu iki şəxsin daha ciddi bir
  • 1:01 - 1:03
    cinayət törətdikləri haqqında
  • 1:03 - 1:05
    şübhələnməyə başlayır.
  • 1:05 - 1:09
    Onlar bir neçə həftə əvvəl silahlı
    soyğun törədiblərmiş.
  • 1:09 - 1:13
    Və prokurorun etməli olduğu şey
  • 1:13 - 1:16
    şübhələrinin doğruluğunu təsdiq etməkdir.
  • 1:16 - 1:18
    Ancaq ortada heç bir dəlil yoxdur.
  • 1:18 - 1:21
    Beləliklə, prokuror bu iki şəxsin
  • 1:21 - 1:23
    bir-birini ələ verməsi üçün
  • 1:23 - 1:25
    onlarla müqavilə bağlamağa çalışır.
  • 1:25 - 1:27
    Onların hər birinə deyir ki,
  • 1:27 - 1:29
    narkotik alverinə görə iki il alacaqsan.
  • 1:29 - 1:32
    Bu, dəqiqdir.
  • 1:32 - 1:40
    Ancaq etiraf etsən, digəri
  • 1:40 - 1:47
    etiraf etməzsə, o zaman
    1 il cəzalanacaqsan.
  • 1:51 - 1:57
    Və digər oğlan 10 il cəza alacaq.
  • 1:57 - 2:00
    Beləliklə Əliyə deyir, bax,
    Emili də bu gün təsadüfən
  • 2:00 - 2:01
    tutduq.
  • 2:01 - 2:03
    Silahlı soyğun edənlərin sən və
  • 2:03 - 2:05
    Emil olduğunu etiraf etsən, alacağın
  • 2:05 - 2:08
    cəza iki ildən bir ilə enəcəkdir.
  • 2:08 - 2:09
    Ancaq Emil açıq şəkildə həbsdə
  • 2:09 - 2:11
    daha çox vaxt keçirməli olacaq.
  • 2:11 - 2:14
    Xüsusilə də bizimlə
    əməkdaşlıq etmədiyi üçün.
  • 2:14 - 2:16
    Çünki o, etiraf etmir.
  • 2:16 - 2:19
    Amma burada digər situasiya da var.
  • 2:19 - 2:29
    Sən inkar etsən və dostun etiraf etsə,
  • 2:29 - 2:30
    vəziyyət dəyişəcək.
  • 2:30 - 2:33
    Əməkdaşlıq etmədiyin üçün
    10 il cəza alacaqsan,
  • 2:33 - 2:36
    ancaq dostun
  • 2:36 - 2:39
    bir ilə endirilmiş cəza alacaq.
  • 2:39 - 2:41
    Yəni Əliyə, əgər sən
  • 2:41 - 2:43
    silahlı soyğunçu
    olduğunuzu inkar edirsənsə
  • 2:43 - 2:46
    və Emil sizi ələ verərsə,
    onda 10 il həbs
  • 2:46 - 2:48
    cəzası alacaqsan
    deməyə çalışır.
  • 2:48 - 2:51
    Emil yalnız bir il həbs cəzası alacaq.
  • 2:51 - 2:58
    Ancaq hər ikiniz etiraf etsəniz,
  • 2:58 - 3:00
    ikiniz də üç il alacaqsınız.
  • 3:03 - 3:06
    Nəticədə, bu ssenari
    məhbus dilemması adlanır.
  • 3:06 - 3:08
    Çünki görürük ki,
  • 3:08 - 3:13
    ikisinin də inkar edib və
    ikisinin də iki il aldığı
  • 3:13 - 3:15
    optimal bir ssenari var.
  • 3:15 - 3:17
    Ancaq bir-birlərinə qarşı
    qeyri-adi bir
  • 3:17 - 3:20
    sədaqətləri olmadığını və bunların ciddi
    cinayətkar olduqlarını
  • 3:20 - 3:22
    görəcəyik.
  • 3:22 - 3:24
    Qardaş deyillər və ya
    heç bir əlaqələri yoxdur.
  • 3:24 - 3:26
    Hansısa sədaqət müqaviləsi də yoxdur.
  • 3:26 - 3:29
    Onların qeyri-rasional
    qərar
  • 3:29 - 3:33
    verdiklərini görəcəyik.
  • 3:33 - 3:35
    Və mən anlamaq üçün nəticə
    matrisi deyilən
  • 3:35 - 3:37
    bir şey çəkəcəyəm.
  • 3:40 - 3:42
    Deməli, bu hissədə Emil yazaq.
  • 3:42 - 3:46
    Emilin iki yolu var.
  • 3:46 - 3:50
    Silahlı soyğunu etiraf edə bilər və ya
  • 3:50 - 3:52
    silahlı soyğun
    haqqında bir şey bildiyini
  • 3:52 - 3:55
    inkar edə bilər.
  • 3:55 - 3:57
    Və Əli də eyni iki seçimə sahibdir.
  • 3:57 - 4:04
    Əli etiraf edə bilər və ya
    inkar edə bilər.
  • 4:04 - 4:06
    Buna nəticə matrisi deyildiyi üçün,
  • 4:06 - 4:09
    gəlin burada bir cədvəl çəkək.
  • 4:09 - 4:11
    Və fərqli ssenarilərin
  • 4:11 - 4:14
    hamısını və nəticələrin
    nə olacağını düşünək.
  • 4:14 - 4:18
    Əli etiraf edirsə və Emil etiraf edirsə,
  • 4:18 - 4:19
    onda dördüncü ssenaridəyik.
  • 4:19 - 4:23
    Hər ikisi üç il həbs olunacaqlar.
  • 4:23 - 4:30
    Beləliklə, Əli üçün üç,
    Emil üçün üç il cəza olacaq.
  • 4:30 - 4:36
    Əli etiraf etsə və Emil inkar edərsə,
  • 4:36 - 4:39
    onda Əli baxımından ikinci ssenaridəyik.
  • 4:39 - 4:41
    Əli yalnız bir il alacaq.
  • 4:43 - 4:45
    Ancaq Emil 10 il alacaq.
  • 4:48 - 4:49
    Əgər əksi baş verərsə,
  • 4:49 - 4:51
    Emil etiraf edər və
    Əli inkar edərsə,
  • 4:51 - 4:53
    vəziyyət əksinə çevrilir.
  • 4:53 - 4:55
    Əli əməkdaşlıq etmədiyi üçün 10 il alacaq.
  • 4:55 - 4:57
    Emil əməkdaşlıq
    etdiyi üçün
  • 4:57 - 4:59
    bir il müddətində endirimli cəza alacaq.
  • 4:59 - 5:06
    Və ya hər ikisi inkar
    edərsə, hər ikisinin
  • 5:06 - 5:08
    yalnız narkotik ticarəti üçün
    cəzalandırılacaqları
  • 5:08 - 5:09
    ssenaridədirlər.
  • 5:09 - 5:16
    Beləliklə, Əli iki il, Emil isə
    iki il alacaq.
  • 5:16 - 5:18
    Əvvəldən bu barədə soruşmuşdum.
  • 5:18 - 5:21
    Onlar üçün ən optimal ssenari hansıdır?
  • 5:21 - 5:23
    Təbii ki, hər ikisinin silahlı
    soyğunu
  • 5:23 - 5:26
    inkar etdiyi bu ssenaridir.
  • 5:26 - 5:28
    Nəticədə, hər ikisi iki il cəza alır.
  • 5:28 - 5:31
    Ancaq onların bir-birilərinə qarşı güclü
    bir
  • 5:31 - 5:34
    sədaqətin və ya qarşılıqlı bir
    güvən əlaqəsinin
  • 5:34 - 5:36
    olmadığını düşünsək, hansı
    ssenarinin rasional olduğunu
  • 5:36 - 5:37
    araşdırmalıyıq.
  • 5:37 - 5:40
    Əslində hər ikisinin
    etiraf etməsi də rasionaldır.
  • 5:40 - 5:43
    Və etiraf əslində bir Neş tarazlığıdır.
  • 5:43 - 5:46
    Bu barədə daha çox danışacağıq. Qısa
    şəkildə qeyd edim ki, Neş tarazlığı
  • 5:46 - 5:50
    bir tərəfin öz qərarlarını digər tərəfin
  • 5:50 - 5:52
    seçdiyi qərarı nəzərə alaraq verməsidir.
  • 5:52 - 5:54
    Beləliklə, göründüyü kimi
  • 5:54 - 5:59
    hər bir tərəf digər tərəfin seçəcəyi
    hər hansı bir seçimi nəzərə alaraq
  • 5:59 - 6:00
    ən optimal seçimi etməlidir.
  • 6:00 - 6:03
    Əlinin nöqteyi-nəzərindən
    baxsaq, deyir ki,
  • 6:03 - 6:06
    Emilin etiraf edib-etmədiyini bilmirəm.
  • 6:06 - 6:08
    Gəlin deyək ki, etiraf edir.
  • 6:08 - 6:10
    Mənim üçün hansı yaxşıdır?
  • 6:10 - 6:13
    O, etiraf etsə və mən də etsəm,
    onda üç il alaram.
  • 6:13 - 6:16
    Əgər o, etiraf etsə və mən
    inkar etsəm, 10 il alacağam.
  • 6:16 - 6:19
    O, etiraf edərsə, mənim üçün də
    etiraf etmək daha yaxşı seçimdir.
  • 6:19 - 6:23
    Beləliklə, bu, inkar etməkdən
    daha yaxşı qərardır.
  • 6:23 - 6:25
    Emilin etiraf etdiyini bilmirəm.
  • 6:25 - 6:26
    O, inkar edə bilər.
  • 6:26 - 6:28
    Emilin inkar etdiyini düşünürəmsə,
    etiraf
  • 6:28 - 6:33
    edib bir il yoxsa inkar edib
    iki il almaq daha yaxşıdır?
  • 6:33 - 6:35
    Bu zaman etiraf etmək mənim
    üçün daha yaxşıdır.
  • 6:35 - 6:39
    Beləliklə, Emilin etiraf edib
    inkar etməsindən asılı olmayaraq,
  • 6:39 - 6:42
    Əlinin Emilin seçimlərini nəzərə alaraq
    qərar verməsi
  • 6:42 - 6:46
    ən optimal seçimdir.
  • 6:46 - 6:49
    Emil etiraf etsə, Əli üçün də
    etiraf daha yaxşıdır.
  • 6:49 - 6:51
    Emil inkar etsə,
    yenə Əli üçün etiraf daha yaxşıdır.
  • 6:51 - 6:53
    İndi buna Emil tərəfdən baxaq.
  • 6:53 - 6:54
    Və bu, tamamilə simmetrikdir.
  • 6:54 - 6:58
    Emil deyir, Əlinin etiraf
    edib-etmədiyini bilmirəm.
  • 6:58 - 7:02
    Əli etiraf etsə, etiraf edib
    üç il ala bilərəm və ya
  • 7:02 - 7:04
    inkar edib 10 il ala bilərəm.
  • 7:04 - 7:06
    Üç il həbs 10 ildən yaxşıdır.
  • 7:06 - 7:09
    Odur ki, Əlinin etiraf etdiyini
  • 7:09 - 7:11
    bilsəm üç il cəza alacam.
  • 7:11 - 7:13
    Ancaq Əlinin dəqiq
    etiraf etdiyini bilmirəm.
  • 7:13 - 7:14
    İnkar edə bilər.
  • 7:14 - 7:18
    Əli inkar edirsə, etiraf edib
    bir il ala bilərəm və ya
  • 7:18 - 7:20
    inkar edib iki il ala bilərəm.
  • 7:20 - 7:23
    Bir daha etiraf etmək
  • 7:23 - 7:24
    və o bir ili almaq istərəm.
  • 7:24 - 7:27
    Beləliklə, Emil Əlinin verəcəyi qərarı
  • 7:27 - 7:33
    nəzərə alaraq etiraf etməsi
    hər zaman daha yaxşıdır deyə düşünür.
  • 7:33 - 7:35
    Və bu isə maraqlıdır.
  • 7:35 - 7:37
    Onlar düşünürlər ki, bu ssenariyə,
  • 7:37 - 7:41
    bu Neş tarazlığı vəziyyətinə,
    uyğun olaraq
  • 7:41 - 7:44
    ən optimal qərarı verməlidirlər.
  • 7:44 - 7:46
    Hər ikisi də inkar edərək iki il almağa
  • 7:46 - 7:49
    qarşı ikisi də etiraf
    edərək üç il alırlar.
  • 7:49 - 7:54
    Problem budur ki,
    bu, qeyri-sabit bir vəziyyətdir.
  • 7:54 - 7:58
    Onlardan biri digərinin
    müvəqqəti bir vəziyyətdə
  • 7:58 - 8:01
    olduğunu düşünürsə,
  • 8:01 - 8:04
    deyə bilər ki, mən
  • 8:04 - 8:08
    ssenarini dəyişə bilərəm.
  • 8:08 - 8:10
    Əli Emilin qətiyyətlə inkar
    etdiyini düşünsə,
  • 8:10 - 8:12
    bu vəziyyətdən çıxaraq
    etiraf edib
  • 8:12 - 8:15
    burada yalnız birini əldə etməklə
    vəziyyətini
  • 8:15 - 8:16
    düzəldə bilər.
  • 8:16 - 8:20
    Eynilə, Emil bəlkə də Əlinin
    inkar edəcəyini düşünsə,
  • 8:20 - 8:24
    bu istiqamətdə irəliləyərək vəziyyəti
    optimallaşdıracağını anlayır.
  • 8:24 - 8:25
    İnkar etmək və iki il almaq
  • 8:25 - 8:28
    əvəzinə o tərəfə irəliləyə bilər.
  • 8:28 - 8:31
    Yəni bu, qeyri-sabit optimal
    bir ssenaridir.
  • 8:31 - 8:34
    Ancaq bu Neş tarazlığı, buradakı vəziyyət
  • 8:34 - 8:36
    əslində çox, çox və çox sabitdir.
  • 8:36 - 8:40
    Bu vəziyyətdə digərlərinin nə etməsindən
  • 8:40 - 8:43
    asılı olmayaraq hər biri
    üçün etiraf etmək daha yaxşıdır.
  • 8:43 - 8:46
    Bütün digər şəxslərin
    öz strategiyalarını
  • 8:46 - 8:50
    seçdiyini düşünsək,
    Emil üçün heç bir təşviq yoxdur.
  • 8:50 - 8:54
    Hər kəsin öz strategiyasını
    dəyişdirdiyini düşünsəniz,
  • 8:54 - 8:57
    yalnız bu istiqamətdə
    hərəkət edə bilərsiniz.
  • 8:57 - 8:59
    Emil üçün etiraf etmək əvəzinə
    Neş tarazlığından
  • 8:59 - 9:02
    kənara çıxaraq inkar etmək
    daha pis bir seçimdir.
  • 9:02 - 9:04
    Bunu etmək istəməyəcəksiniz.
  • 9:04 - 9:06
    Yaxud Əlinin qərarını dəyişdirəcəyi bu
  • 9:06 - 9:08
    istiqamətdə hərəkət edə bilərsiniz.
  • 9:08 - 9:11
    Ancaq bu, bir daha Əli
    üçün daha pis bir nəticə verir.
  • 9:11 - 9:13
    Cəzanız 3 ildən 10 ilə uzanır.
  • 9:13 - 9:16
    Deməli, bu, hər iki tərəfin seçəcəyi
  • 9:16 - 9:19
    optimal olmayan, ancaq sabit
    vəziyyətdə olan
  • 9:19 - 9:20
    tarazlıq səviyyəsidir.
Title:
Məhkum dilemması və Nash tarazlığı | Mikroiqtisadiyyat | Khan Academy
Description:

Niyə elə də sadiq olmayan iki cinayətkar bir-birlərini ələ vermək istəyirlər?

Gələn dərsi izləyin: https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/nash-equilibrium-tutorial/nash-eq-tutorial/v/more-on-nash-equilibrium?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics

Əvvəlki dərsi qaçırmısınız? https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/perfect-competition-topic/monopolistic-competition-oligop/v/oligopolies-duopolies-collusion-and-cartels?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics

Khan Academy'də Mikroiqtisadiyyat: Ənənəvi kollec səviyyəsində mikroiqtisadiyyata giriş kursunu əhatə edən mövzular

Khan academy haqqında: Khan Academy, öyrənənlərin sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və daha çoxu ilə məşğul oluruq. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək öyrənənləri uşaq bağçasından hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.

Pulsuz. Hamı üçün. Daima. #HərŞeyiÖyrənəBilərsiniz

Khan Academy'nin Mikroiqtisadiyyat kanalını izləyin:
https://www.youtube.com/channel/UC_6zQ54DjQJdLodwsxAsdZg
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
09:21

Azerbaijani subtitles

Revisions Compare revisions