-
1,501 ifadəsini faizə çevirək.
-
Başqa sözlə desək, bu ifadəni məxrəci 100 olan
-
kəsr kimi yazmalıyıq.
-
Həllə başlayaq:bu ifadəni
-
1,501/1 kimi yaza bilərik.
-
Bu zaman onun qiyməti dəyişmir.
-
İndi isə bu ifadəni 100/100-ə vuraq.
-
İfadənin qiyməti yenə də dəyişməyəcək.
-
Bu, ədədi 1-ə vurmağa bərabərdir.
-
Sadəcə olaraq ifadənin yazılış formasını
-
dəyişmiş oluruq.
-
Məxrəcdə 1 vur 100 alınacaq.
-
Bu çox asandır.
-
Cavab 100-dür.
-
Surətdə isə
-
1,501 vur 100 alınacaq.
-
Bu qiyməti 10-a vurduqda,
-
onluq kəsr işarəsini
bir vahid sağa köçürürük.
-
Bunu 100-ə vurmalı olduğumuz üçün
-
bir daha 10-a vurmalıyıq.
-
Deməli, onluq kəsr işarəsini
2 vahid sağa
-
köçürməliyik.
-
İfadəni 2 dəfə 10-a,
-
və ya 100-ə vururuq.
-
Bu 10-a vurmadır.
-
Bu isə 100-ə vurmadır.
-
Onluq kəsr işarəsi burada olmalıdır.
-
Cavabda 150,1 alınır.
-
1,501 ifadəsini 150,1/100 kimi yaza bilərik.
-
150,1/100.
-
Gəlin yazaq.
-
150,1/100
-
150,1%-ə bərabərdir.
-
Vəssalam.
-
Bu prosesi sadələşdirmək üçün
-
bu ifadəni 100-ə vururuq.
-
Cavabda 150,1 alınır.
-
Daha sonra yanına % işarəsi əlavə edə bilərik.
-
Faiz sözünü və ya % işarəsini
-
yazmağı unutmayın.