-
Bu və bundan sonrakı
bir neçə videoda
-
buradakı verilənlər toplusu ilə
-
müxtəlif hesablamalar edəcəyik.
-
Ümid edirəm ki, bu hesablamalar vasitəsilə
-
dispersiyanın təhlilinin
-
intiutiv məntiqi
sizə aydın olacaq.
-
İndi isə bu videoda ilk olaraq
-
kvadratların ümumi cəmini
hesablamaq istəyirəm.
-
Bunu KÜC olaraq
-
adlandıracağam.
-
Dispersiyanı hesabladıqda bunu
-
surət kimi görəcəksiniz.
-
Siz hər bir verilən arasında məsafəni
-
götürürsünüz və verilənlərin
ortalamalarını tapırsınız,
-
kvadratlarını hesablayıb
cəmləyirsiniz.
-
Dispersiyanı hesablayanda etdiyimiz
-
sərbəstlik dərəcəsinə bölməni
-
burada etmirik.
-
Bəs nə baş verəcək?
-
İlk olaraq buradakı
-
bütün verilənlərin
ortalamalarını tapmalıyıq.
-
Ümumi ortanı belə işarələcəyəm.
-
Bunun verilən toplusunun
-
hər birinin ortalamalarının ortalaması
ilə eyni olduğunu
-
sizə göstərəcəyəm.
-
Gəlin ümumi ortanı hesablayaq.
-
Bu 3, üstəgəl 2, 1,
üstəgəl 5, 3, 4,
-
üstəgəl 5, 6 və 7 olur.
-
9 ədəd verilənimiz olduğu üçün
-
9-a bölürük.
-
Nəyə bərabər olacaq?
-
3 ilə 2 və 1-i topladıqda 6 edir.
-
Bu üçünün cəmi
-
6 oldu.
-
5, 3, 4-ün cəmi 12 edir.
-
5, 6, 7-nin cəmi isə 18 edir.
-
6, 12 və 18-in cəmi isə 36-dır.
36-nı 9-a böldükdə
-
cavabda 4 alınır.
-
Bunun ortalamaların ortalamasını tapmaqla
-
eyni olduğunu sizə göstərim.
-
Qrup 1-in ortalaması,
-
gəlin yaşılla yazım,
-
3, 2, 1-in cəminin,
-
yəni 6-nın 3-ə bölünməsinə -
-
2-ə bərabərdir.
-
Qrup 2-nin ortalaması
-
burada gördüyümüz kimi
-
5, 3, 4-ün cəmi olan 12 böl 3-ə,
-
yəni 4-ə bərabərdir.
-
Qrup 3-ün ortalaması isə
-
5, 6, 7-nin cəmi olan 18 böl 3-ə,
yəni 6-ya bərabərdir.
-
Ortalamaların ortalamasını tapanda isə
-
2, 4,6-nın cəmi olan 12-ni,
-
3-ə böləcəksiniz.
-
Bir daha 4 əldə edəcəksiniz.
-
Deməli, bunu qruplarda olan
-
bütün verilənlərin
ortalamasını tapmaqla
-
və ya qrupların ortalamalarının
ortalamasını tapmaqla
-
edə bilərsiniz.
Hər iki yol ilə də
-
kvadratların ümumi cəmini
tapa bilərik.
-
Gəlin tapaq.
-
Bu, 3 çıx buradakı 4 mötərizə kvadratı,
-
üstəgəl 2 çıx 4 mötərizə kvadratı,
-
üstəgəl 1 çıx 3 mötərizə kvadratına
bərabər olur.
-
Bənövşəyi rəngdəki verilənlər üçün də
edəcəyəm.
-
Davam edək, 5 çıx 4, 3 çıx 4,
4 çıx 4 mötərizə kvadratlarını da
-
əlavə edək.
-
Bir az sağa keçək.
-
Üzərinə 5 çıx 4, 6 çıx 4,
-
7 çıx 4 mötərizə kvadratlarının
cəmlərini də əlavə edək.
-
Bu bizə nə verir?
-
3 ilə 4-ün fərqi
-
1 edir.
-
Kvadrata yüksəldək.
-
Əslində mənfi 1 edir,
kvadratı isə 1 olur.
-
Üzərinə mənfi 2-nin kvadratı olan
4-ü və mənfi 3-ün kvadratı olan
-
9-u əlavə edək.
-
5 ilə 4-ün fərqi isə 1-dir,
-
kvadratı da 1 edir.
-
3 ilə 4-ün fərqinin kvadratı da
-
eyni şəkildə 1 edir.
-
4 və 4-ün fərqi isə 0-dır.
-
Onu da hesabladığımı göstərmək üçün
-
0-ı qeyd edirəm.
-
Son 3-nü də tapaq.
-
5 çıx 4-ün kvadratı
-
1-dir.
-
6 çıx 4-ün kvadratı
-
4-dür, yəni
-
2-nin kvadratı.
-
7 çıx 4, 3 edir və kvadratı
9-a bərabərdir.
-
Cəm neçə edir?
-
İlk öncə 1, 4 və 9-un
-
cəmini tapaq.
-
14 edir, düzdür?
-
Burada da 1, 4 və 9
-
olduğu üçün
-
onların da cəmi 14-ə
-
bərabər olur.
-
1 üstəgəl 1 isə 2 edir.
-
14 vur 2, yəni
-
iki 14-ün cəmi 28 edir,
üzərinə 2 əlavə etsək,
-
30 alınır.
-
Dispersiyanı tapmaq istəsək,
-
kvadratların ümumi cəmini
-
sərbəstlik dərəcəsinə bölməli idik.
-
Sərbəstlik dərəcəsi haqqında
-
artıq dəfələrlə öyrənmişik.
-
Deyək ki, burada
m qrup var.
-
Gəlin yazaq, məqsədim sizə
-
isbatını göstərmək deyil,
-
sadəcə statistika kitablarındakı
-
qəribə düsturların haradan gəldiyini
-
isbat etmədən göstərmək istəyirəm.
Sizə daha çox
-
intiuasiya vermək istəyirəm.
-
Deməli, burada m qrupumuz var.
-
Hər qrupda n qədər verilən var.
-
Ümumi neçə verilənimiz olur?
-
m vur n və ya 9, düzdür?
-
Yəni 3 vur 3.
-
Xatırlayın,
-
sərbəstlik dərəcəsi
-
verilənlərin sayı çıx 1 olurdu,
-
çünki ortalamaların
ortalamasını bilirsinizsə,
-
bunlardan 9 çıx 1-i, yəni yanlız 8-i
-
sizin üçün yeni olacaq.
-
Axrıncısını hesablaya bilərsiniz.
-
Axrıncı olmasına ehtiyac yoxdur,
-
lakin siz digər 8-ni bilirsinizsə,
-
ortalamaların ortalamasından
-
istifadə edərək 9-cunu
hesablaya bilərsiniz.
-
Yanlız 8 asılı olmayan hesablamanın
-
olması kimi də
düşünə bilərsiniz.
-
m vur n,
seçmələrin ümumi sayını bildirir,
-
1-ni çıxdıqda isə
-
sərbəstlik dərəcəsini tapmış oluruq.
-
Əslində dispersiyanı hesablaya bilərik.
-
Sadəcə 30-u, m vur n çıx 1-ə bölməliyik.
-
Bu da məhz bu nümunə üçün
sərbəstlik dərəcəsinin
-
8 olduğunu bildirir.
-
30-u 8-ə bölərək
-
buradakı bütün qrup üçün
-
dispersiyanı tapa bilərik.
-
Videonu burada saxlayacağam.
-
Növbəti videoda
bu dispersiyadan neçəsinin,
-
kvadratların ümumi cəmindən neçəsinin
-
bu qrupların hər birinin daxilindəki
-
dəyişikliklərdən fərqli olaraq
qruplar arasında olan
-
dəyişimlərdən irəli gəldiyini
müəyyən etməyə çalışacağıq.
-
Düşünürəm ki, bu zaman
-
dispersiya analizinin haradan gəldiyini
-
tam başa düşəcəksiniz.
-
Bu daha çox 9 seçmənin hamısının
-
dispersiyasının olması məntiqidir,
lakin bu dispersiya
-
müxtəlif qruplarda olan dəyişmələrdən
fərqli olaraq
-
qrup daxilində olan dəyişmələrdən
-
irəli gələ bilər.
-
Bu ikisini hesablayacağıq
-
və kvadratların ümumi cəminin
-
dəyişməsinə əlavə edəcəyik.