Vərəm patogenezi | Yoluxucu xəstəliklər | NCLEX-RN | Khan Akademiyası
-
0:05 - 0:07Bu gün
-
0:07 - 0:08sizinlə vərəm
-
0:08 - 0:09xəstəliyinin patofiziologiyası,
-
0:09 - 0:13yəni vərəmə yoluxmanın necə baş
-
0:13 - 0:17verdiyi haqda danışacağıq.
-
0:20 - 0:23Çəkdiyim şəkildə soldakı şəxs
-
0:23 - 0:24vərəmə yoluxmuşdur.
-
0:24 - 0:28O öskürür və ya asqırır,
-
0:28 - 0:30təsvir etdiyim kiçik ağ nöqtələr
-
0:30 - 0:34ağız vasitəsilə xaricə çıxır.
-
0:34 - 0:39Sağdakı isə sağlam və infeksiyaya
-
0:39 - 0:43həssas insandır.
-
0:43 - 0:46Soldakı şəxs öskürdükdə,
-
0:46 - 0:49əgər onda vərəm varsa,
-
0:49 - 0:53o zaman vərəm
mikobakteriyalarının bəziləri -
0:53 - 0:56yaxın təmasda olduqları insana
hava-damcı yolu ilə -
0:56 - 0:59yoluxacaq.
-
0:59 - 1:02Təxminən 10% olduğu təxmin edilən
-
1:02 - 1:06bu damcıların bir hissəsi
həssas fərdin -
1:06 - 1:10tənəffüs yollarından aşağı doğru
irəliləyir və ağciyərlərə enir. -
1:10 - 1:13Onlar ağciyərin distal hissələrinə,
-
1:13 - 1:15alveollara çatmaq üçün çox
-
1:15 - 1:17kiçik ölçüdə olmalıdırlar.
-
1:17 - 1:21Diametrləri təqribən
5-10 mikron arası olmalıdır. -
1:21 - 1:26Vərəm mikobakteriyaları ilk dəfə
ağciyərlərə düşdükdə, -
1:26 - 1:30sahibin yerli immunitetini
-
1:30 - 1:31aktivləşdirir.
-
1:31 - 1:35İmmunitet sisteminin
bakteriyalarla qarşılaşan ilk hissəsi -
1:35 - 1:38ağciyərlərdə olan
makrofaqlardır. -
1:38 - 1:44Bu makrofaqlar
mikobakteriyaları içərisinə alır -
1:44 - 1:49və onlar makrofaqların içində
-
1:49 - 1:51çoxalırlar.
-
1:51 - 1:54Daha sonra makrofaqlar
mikobakteriyaları sərbəst buraxır. -
1:54 - 1:56Digər makrofaqlar onları götürür,
-
1:56 - 2:00nəticədə ağciyərlərin
distal hissəsində -
2:00 - 2:05yoluxmuş hüceyrələr olur.
-
2:05 - 2:08Makrofaqların bir araya gəlməsi və
ağciyər toxumasında -
2:08 - 2:11destruktiv proseslərin
baş verməsi nəticəsində -
2:13 - 2:17ağciyərdə qranuloma adlanan
-
2:17 - 2:19törəmə meydana gəlir.
-
2:19 - 2:22Qranuloma
(vərəm zamanı tuberkuloma -
2:22 - 2:25da adlandırılır)
vərəm infeksiyasına -
2:25 - 2:29qarşı reaksiya göstərən
makrofaq və -
2:29 - 2:32digər iltihabi hüceyrələrin
-
2:32 - 2:35qrupudur.
-
2:35 - 2:39Qranuloma gözlə görülə biləcək
qədər böyüyübsə, -
2:39 - 2:42yəni patoloqlar ağciyərin
rentgen şəklinə baxdıqda -
2:42 - 2:47onu görürsə,
buna Qon ocağı deyilir. -
2:47 - 2:51Bu, həkim Qonun adı ilə
adlandırılıb. -
2:51 - 2:55Makrofaqlarda yerli infeksiya
yarandıqdan və -
2:55 - 2:57qranuloma formalaşdıqdan sonra
-
2:57 - 3:00infeksiya yerli olaraq
nəzarət altına alınmazsa, -
3:00 - 3:04regional limfa düyünlərinə,
yəni ağciyərdəki limfa -
3:04 - 3:07düyünlərinə yayılır.
-
3:07 - 3:11Sonra isə regional limfa düyünlərində
immun reaksiya yaranır. -
3:11 - 3:17Regional limfa düyünləri
ilə qranuloma birlikdə -
3:17 - 3:20Qon kompleksi adlanır.
-
3:20 - 3:23Bu, profilaktik məqsədlə
və ya hər hansı -
3:23 - 3:26səbəbdən aparılan
döş qəfəsi rentgenoqrafiyasında -
3:26 - 3:28aydın görünə bilər.
-
3:28 - 3:30Bunu görən radioloq deyəcək ki,
-
3:30 - 3:34"Bu, keçirilmiş vərəm infeksiyasına
bənzəyir." -
3:34 - 3:36Videonun sonunda rentgendə
həm qranuloma, -
3:36 - 3:39həm də Qon kompleksinin
necə göründüyünə baxacağıq. -
3:41 - 3:45İnsan infeksiyaya yeni yoluxduqda
bu prosesə -
3:45 - 3:49birincili infeksiya deyilir.
-
3:49 - 3:53Buradakı şəxs vərəmə yoluxub.
-
3:53 - 3:57Bir çox hallarda
xəstəlik büruzə vermir. -
3:57 - 4:00Vərəm latent gedişli olub,
gizli vəziyyətdə -
4:00 - 4:04qalır. Hətta
heç bir problem -
4:04 - 4:07yaratmadan insanın bütün
həyatı boyunca -
4:07 - 4:08bu vəziyyətdə
qala bilər. -
4:08 - 4:10Bəs bakteriyadan tamamilə
-
4:10 - 4:11qurtulmaq mümkündür?
-
4:11 - 4:13Onun tamamilə məhv
-
4:13 - 4:16olub-olmadığı məlum deyil.
-
4:16 - 4:18Bəzi sübutlara görə,
-
4:18 - 4:20bu mümkün ola bilir,
-
4:20 - 4:22ancaq klinik baxımdan,
bir dəfə vərəmə -
4:22 - 4:25yoluxduqda, bakteriya
həmişəlik orada qalır -
4:25 - 4:28və digər problemlərə
səbəb ola bilir, -
4:28 - 4:31bu haqda indi danışacağıq.
-
4:31 - 4:36İnsanların 90 faizi üçün,
məsələ burda bitir, lakin -
4:36 - 4:37qalan 10 faiz üçün
nəticə fərqlidir. -
4:37 - 4:41Təqribən bu 10 faizin yarısında,
yəni 5 faizdə birincili infeksiya -
4:41 - 4:44proqressivləşir, davam edir və
-
4:44 - 4:48yoluxduqdan bir müddət sonra
-
4:48 - 4:51simptomlar üzə çıxır.
-
4:51 - 4:54Bu, infeksiyanın
yerli proqressiyası kimi -
4:54 - 4:57izah oluna bilər,
bu zaman ağciyərdəki Qon ocağı -
4:57 - 5:01getdikcə böyüyür və sonda
-
5:01 - 5:04vərəm pnevmoniyası ilə
-
5:04 - 5:08nəticələnir.
-
5:08 - 5:11Hətta bəzən daha da ağırlaşır.
-
5:11 - 5:13İnfeksiya geniş yayılır,
-
5:13 - 5:15bir çox orqanlara, xüsusən də,
-
5:15 - 5:20ağciyərin digər hissələrinə,
qaraciyərə və -
5:20 - 5:24beynə yayılır.
-
5:24 - 5:28Yerli proqressiya və yayılma xəstələrin
-
5:28 - 5:31təqribən 5 faizində olur.
-
5:31 - 5:33Xəstəliyin yayılmış
formalarından biri -
5:33 - 5:35miliar vərəmdir,
bu zaman infeksiya -
5:35 - 5:39bir çox orqanı
çox kiçik ölçülü -
5:39 - 5:43miliar (darıyabənzər)
-
5:43 - 5:46ləkələrlə doldurur,
-
5:46 - 5:51bu, miliar vərəmdir.
-
5:51 - 5:54Bu kiçik nöqtələr
-
5:54 - 5:56ən çox ağciyərlərdə
-
5:56 - 5:58görünür.
-
5:58 - 6:01Bu, yayılmış infeksiyanın bir növüdür,
-
6:01 - 6:06birincili infeksiyadır
və 5 faiz təşkil edir. -
6:06 - 6:12Əlavə olaraq, 5-10% -də
xəstəlik -
6:12 - 6:15latent vəziyyətdən çıxır və
-
6:15 - 6:19ikincili infeksiya adlananan
vəziyyət yaranır. -
6:19 - 6:25Bu, birincili latent və ya
gizli infeksiyanın -
6:25 - 6:28yenidən aktivləşməsi ilə olur.
-
6:28 - 6:31İnfeksiyaya yoluxmuş ümumi əhalinin
-
6:31 - 6:34təxminən 5%-nin yenidən aktivləşmə
-
6:34 - 6:38nəticəsində xəstəliyə tutulduğu
təxmin edilir. -
6:38 - 6:39Bu, həyatın hər hansı
-
6:39 - 6:40bir dövründə,
-
6:40 - 6:42yəni,
-
6:42 - 6:45yoluxmadan bir neçə ay və yaxud da
-
6:45 - 6:48çox-çox illər sonra baş verə bilər.
-
6:48 - 6:53Təkrar aktivləşmə
-
6:53 - 6:56ikincili vərəm adlanır, bu,
-
6:56 - 7:00birincili infeksiyadan fərqli
prosesdir. -
7:00 - 7:03İnfeksiyanın yenidən aktivləşmə ehtimalı,
-
7:03 - 7:06insanın immuniteti də daxil olmaqla,
-
7:06 - 7:09bir çox faktordan asılıdır.
-
7:09 - 7:14Yəni əgər gizli vərəm keçirən insanın
immun sistemi, xüsusən də, -
7:14 - 7:18hüceyrə immuniteti zəifləmişdirsə,
-
7:18 - 7:21xəstəliyin təkrar aktivləşmə
-
7:21 - 7:26ehtimalı da olduqca
yüksək olur. -
7:26 - 7:29Təkrar aktivləşmə riskini
artıran -
7:29 - 7:31immun faktorlara misal olaraq
-
7:31 - 7:34insan immun çatışmazlığı virusu ilə birgə
-
7:34 - 7:36rast gələn infeksiyanı
göstərə bilərik. -
7:36 - 7:40Qazanılmış immun çatışmazlığı virusu
dünya miqyasında yayılıb. -
7:40 - 7:43Digər faktor isə
orqan transplantasiyası -
7:43 - 7:46zamanı və yaxud da
xərçəng səbəbindən -
7:46 - 7:50kimyəvi terapiyanın
aparılmasıdır. -
7:50 - 7:52Orqan köçürüldükdən sonra
-
7:52 - 7:54immunosupressiya
edici dərmanlardan -
7:54 - 7:55istifadə edilir, bu da
-
7:55 - 7:56xəstə üçün risk yaradır.
-
7:56 - 7:58Çünki bu dərmanlar T-hüceyrələrini
-
7:58 - 7:59məhv edir.
-
7:59 - 8:03Bundan başqa, bəzi maddələrin venadaxili
-
8:03 - 8:06inyeksiyasından sui-istifadə
edənlərdə də risk -
8:06 - 8:07olduqca yüksək olur.
-
8:07 - 8:10Bu qrupa daxil olanların
hər biri xəstəliyin -
8:10 - 8:12təkrar aktivləşdiyi
populyasiyada -
8:12 - 8:1410 dəfə və ya daha çox risk
altındadırlar. -
8:14 - 8:17Xəstəliyin yenidən
aktivləşməsinə daha az təsir edən -
8:17 - 8:19digər faktorlar da mövcuddur.
-
8:19 - 8:22Ümumi populyasiya ilə müqayisədə təkrar
-
8:22 - 8:25aktivləşmə ehtimalı 2 və ya
3 dəfə artmış olur. -
8:25 - 8:29Yetərsiz qidalanan,
şəkərli diabeti olan və -
8:29 - 8:32əvvəldə sadaladıqlarımızdan
heç biri olmayıb, -
8:32 - 8:36təkcə siqaret çəkən şəxslər də
-
8:36 - 8:38bu qrupa aid edilir.
-
8:38 - 8:41Bu hallar vərəmin latent
-
8:41 - 8:43və ya gizli vəziyyətdən çıxaraq
-
8:43 - 8:46yenidən aktivləşmə riskini artıra bilir.
-
8:46 - 8:47QİÇS, transplantasiya və venadaxili
-
8:47 - 8:49inyeksiya qəbul edənlər
üçün risk -
8:49 - 8:51təqribən 10 dəfə və ya daha
-
8:51 - 8:52çox yüksəlir.
-
8:52 - 8:53Onların bəzilərində
riskin 70 -
8:53 - 8:56dəfə artırdığı təxmin edilir, ancaq
ümumilikdə 10 dəfədən -
8:56 - 8:58çox olduğu qəbul edilir.
İkincili vərəmlə bağlı -
8:58 - 9:02qeyd edim ki, o, çox hallarda
yenidən aktivləşmə hesabına yaranır, -
9:02 - 9:04lakin bəzən infeksiyaya
yenidən yoluxma -
9:04 - 9:08nəticəsində də yarana bilir.
-
9:08 - 9:12Bu o deməkdir ki, xəstədə
latent vəziyyətdə olan -
9:12 - 9:15vərəmin təkrar aktivləşməsi
baş verməyib, ikincili vərəm -
9:15 - 9:17yoluxmuş başqa şəxslə
təmasda olduqdan sonra -
9:17 - 9:20infeksiyaya ikinci dəfə
-
9:20 - 9:22yoluxma, yeni təmas
nəticəsində -
9:22 - 9:23yaranıb.
-
9:23 - 9:26İkincili vərəm
-
9:26 - 9:28hansı yolla yaranmasından asılı
-
9:28 - 9:30olmayaraq eyni
-
9:30 - 9:32simptomlarla özünü
-
9:32 - 9:33göstərir.
-
9:33 - 9:35Qeyd etdiyim kimi yerli proqressiya
-
9:35 - 9:39və ya immun sisteminin
zəfiləməsi olarsa, miliar vərəm -
9:39 - 9:40kimi yayılmış
-
9:41 - 9:45infeksiya yarana bilər.
-
9:45 - 9:49Sonda isə bu
iki şəkilə nəzər salaq. -
9:49 - 9:54Çəhrayı rəngdə olan qranulomanın
-
9:54 - 9:58böyüdülmüş mikroskopik görüntüsüdür.
-
9:58 - 10:00Burada bir neçə
qeyd edilməli olan hissə var. -
10:00 - 10:04Əvvəla, bu qranulomanın ortasındakı
-
10:04 - 10:07tünd çəhrayı, homogen maddə
-
10:07 - 10:11ölü makrofaqları və
-
10:11 - 10:15sıx nüvəni əmələ gətirən
-
10:15 - 10:16digər tullantıları təmsil edir.
-
10:16 - 10:19Bəzən zamanla kalsifikasiya olur
-
10:19 - 10:22və rentgen şəklində görünür,
-
10:22 - 10:24məsələn, burada gördüyünüz
rentgen şəklində, -
10:24 - 10:28ağciyərdə kalsifikasiya olmuş
ağ ləkə var. -
10:28 - 10:29Buna yenidən
nəzər yetirəcəyik. -
10:29 - 10:33Qranulomanın göstərilən
-
10:33 - 10:36digər hissəsi bu sıx nüvənin
-
10:36 - 10:38ətrafında meydana gələn
iltihabi reaksiyadır. -
10:38 - 10:43Mavi rəngdə göstərilən hüceyrələrin hamısı
-
10:43 - 10:47limfositlər, monositlər və makrofaqlardır
-
10:47 - 10:50və bunlar vərəm
mikobakteriyaları ilə -
10:50 - 10:53yoluxduqdan sonra yaranan
iltihabi cavabın məhsullarıdır. -
10:53 - 10:55Bəzən mərkəzdə olan maddə
-
10:55 - 10:57nekrotik olur.
-
10:57 - 10:58Burada aydın görünmür,
-
10:58 - 11:01lakin bu nekrotik kütlə bir növ kəsmiyə
bənzədiyi -
11:01 - 11:04üçün kazeoz nekroz adlanır.
-
11:04 - 11:06Rentgenoloji şəkildə
-
11:06 - 11:09kalsifik qranulomanı görürük.
-
11:09 - 11:13Bu şəkildə həqiqi qranuloma,
-
11:13 - 11:16Qon ocağı və eyni zamanda
ürəyin ətrafındakı -
11:16 - 11:18limfa düyünlərinin bir qədər
böyüdüyü görünür. -
11:18 - 11:23Daha əvvəl də qeyd
etdiyimiz kimi, bu -
11:23 - 11:27limfa düyünlərinin reaksiyası və
Qon ocağı birlikdə -
11:27 - 11:28Qon kompleksini əmələ gətirir.
-
11:28 - 11:31Rentgen şəkli şəxsin əvvəllər
vərəmə yoluxduğunun, -
11:31 - 11:34infeksiyanın latent
vəziyyətdə qaldığının, -
11:34 - 11:38ancaq təkrar
aktivləşmə riski olduğunun -
11:38 - 11:41radioqrafik sübutudur.
- Title:
- Vərəm patogenezi | Yoluxucu xəstəliklər | NCLEX-RN | Khan Akademiyası
- Description:
-
Vərəmin ağciyərlərə necə zərər verdiyini tam olaraq öyrənin. Bu videolar tibbi məsləhət vermir və yalnız məlumat vermək üçündür. Videoların peşəkar tibbi məsləhət, diaqnoz və ya müalicənin əvəzi olması nəzərdə tutulmayıb. Tibbi vəziyyətlə bağlı suallarınız üçün həmişə ixtisaslı bir sağlamlıq məsləhətçisindən məsləhət alın. Heç bir Khan Academy videosunda oxuduğunuz və ya gördüyünüz bir şey olduğuna görə heç vaxt peşəkar tibbi məsləhətləri laqeyd yanaşmayın və ya müraciətində gecikməyin. Stanford Tibb Fakültəsi tərəfindən hazırlanmışdır.
Növbəti dərsi izləyin: https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-infectious-diseases/tuberculosis-rn/v/primary-and-secondary-tb?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex -rn
Əvvəlki dərsi qaçırdınız? https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-infectious-diseases/tuberculosis-rn/v/tb-epidemiology?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn
Khan Academy-də NCLEX-RN: NCLEX-RN-də yer alan məzmundan suallar toplusu. Bu suallar Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Amerika Birləşmiş Ştatları Lisenziyası (http://creativecommons.org/licenses/by-nc-sa/3.0/us/ saytında mövcuddur) altında mövcuddur.
Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və s. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təklif etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etdik.
Pulsuz. Hər kəs üçün. Əbədi. # Hərşeyiöyrənəbilərsiniz
Khan Academy’nin NCLEX-RN kanalına abunə olun: https://www.youtube.com/channel/UCDx5cTeADCvKWgF9x_Qjz3g?sub_confirmation=1
Khan Academy-yə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 11:41
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy |