Vərəm patogenezi | Yoluxucu xəstəliklər | NCLEX-RN | Khan Akademiyası
-
0:05 - 0:07Bu gün
-
0:07 - 0:08sizinlə
-
0:08 - 0:09vərəmin patofiziologiyası,
-
0:09 - 0:13yəni vərəmə yoluxmanın necə baş
-
0:13 - 0:17verdiyi haqda danışacağıq.
-
0:20 - 0:23Çəkdiyim şəkildə soldakı şəxs
-
0:23 - 0:24vərəmə yoluxmuşdur.
-
0:24 - 0:28O öskürür və ya asqırır,
-
0:28 - 0:30təsvir etdiyim kiçik ağ nöqtələr
-
0:30 - 0:34ağız vasitəsilə xaricə çıxır.
-
0:34 - 0:39Sağdakı isə sağlam insandır və
-
0:39 - 0:43vərəmə yoluxa bilər.
-
0:43 - 0:46Soldakı şəxs öskürdükdə,
-
0:46 - 0:49əgər onda vərəm varsa,
-
0:49 - 0:53o zaman vərəm
mikobakteriyalarının bəziləri -
0:53 - 0:56yaxın təmasda olduqları insana
hava-damcı yolu ilə -
0:56 - 0:59yoluxacaq.
-
0:59 - 1:02Təxminən 10% olduğu təxmin edilən
-
1:02 - 1:06bu damcıların bir hissəsi
həssas fərdin -
1:06 - 1:10tənəffüs yollarından aşağı doğru
irəliləyir və ağciyərlərə enir. -
1:10 - 1:13Onlar ağciyərin distal hissələrinə,
-
1:13 - 1:15alveollara çatmaq üçün çox
-
1:15 - 1:17kiçik ölçüdə olmalıdırlar.
-
1:17 - 1:21Diametrləri təqribən
5-10 mikron arası olmalıdır. -
1:21 - 1:26Vərəm çöpləri ilk dəfə
ağciyərlərə düşdükdə, -
1:26 - 1:30sahibin immunitetini
yerli olaraq -
1:30 - 1:31aktivləşdirir.
-
1:31 - 1:35İmmunitet sisteminin
vərəm çöpləri ilə qarşılaşan ilk hissəsi -
1:35 - 1:38ağciyərlərdə olan
makrofaqlardır. -
1:38 - 1:44Bu makrofaqlar
mikobakteriyaları içərisinə alır -
1:44 - 1:49və onlar makrofaqların
içində çoxalırlar, -
1:49 - 1:51sayları artır.
-
1:51 - 1:54Daha sonra makrofaq
mikobakteriyaları sərbəst buraxır. -
1:54 - 1:56Digər makrofaqlar onları götürür,
-
1:56 - 2:00nəticədə ağciyərlərin
distal hissəsində -
2:00 - 2:05yoluxmuş hüceyrələr olur.
-
2:05 - 2:08Makrofaqların bir araya gəlməsi və
ağciyər toxumasında -
2:08 - 2:11destruktiv proseslərin
baş verməsi nəticəsində -
2:13 - 2:17ağciyərdə qranuloma adlanan
-
2:17 - 2:19törəmə meydana gəlir.
-
2:19 - 2:22Qranuloma
(vərəm zamanı tuberkuloma -
2:22 - 2:25da adlandırılır)
vərəm infeksiyasına -
2:25 - 2:29qarşı reaksiya göstərən
makrofaq və -
2:29 - 2:32digər iltihabi hüceyrələrin
-
2:32 - 2:35qrupudur.
-
2:35 - 2:39Qranuloma gözlə görülə biləcək
qədər böyüyübsə, -
2:39 - 2:42yəni patoloqlar ağciyərin
rentgen şəklinə baxdıqda -
2:42 - 2:47onu görürsə,
buna Qon ocağı deyilir. -
2:47 - 2:51Bu, Dr.Qonun adı ilə
adlandırılıb. -
2:51 - 2:55Makrofaqlarda yerli infeksiya
yarandıqdan və -
2:55 - 2:57qranuloma formalaşdıqdan sonra
-
2:57 - 3:00infeksiya yerli olaraq
nəzarət altına alınmazsa, -
3:00 - 3:04regional limfa düyünlərinə,
yəni ağciyərdəki limfa -
3:04 - 3:07limfa düyünlərinə yayılır.
-
3:07 - 3:11Sonra isə regional limfa düyünlərində
immun reaksiya yaranır. -
3:11 - 3:17Regional limfa düyünləri
ilə qranuloma birlikdə -
3:17 - 3:20Qon kompleksi adlanır.
-
3:20 - 3:23Bu, profilaktik məqsədlə
və ya hər hansı -
3:23 - 3:26səbəbdən aparılan
döş qəfəsi rentgenoqrafiyasında -
3:26 - 3:28aydın görünə bilər.
-
3:28 - 3:30Bunu görən radioloq deyəcək ki,
-
3:30 - 3:34"Bu, keçirilmiş vərəm infeksiyasına
bənzəyir." -
3:34 - 3:36Videonun sonunda rentgendə
həm qranuloma, -
3:36 - 3:39həm də Qon kompleksinin
necə göründüyünə baxacağıq. -
3:41 - 3:45İnsan infeksiyaya yeni yoluxduqda
bütün prosesə -
3:45 - 3:49birincili infeksiya deyilir.
-
3:49 - 3:53Buradakı şəxs vərəmə yoluxub.
-
3:53 - 3:57Bir çox hallarda
xəstəlik büruzə vermir. -
3:57 - 4:00Vərəm latent gedişli olub,
gizli vəziyyətdə -
4:00 - 4:04qala bilir. Hətta
heç bir problem -
4:04 - 4:07yaratmadan insanın bütün
həyatı boyunca -
4:07 - 4:08bu vəziyyətdə
qala bilər. -
4:08 - 4:10Bəs bakteriyadan tamamilə
-
4:10 - 4:11qurtulmaq mümkündür?
-
4:11 - 4:13Onun tamailə məhv
-
4:13 - 4:16olub-olmadığı məlum deyil.
-
4:16 - 4:18Bəzi sübutlara görə,
-
4:18 - 4:20bu mümkün ola bilir,
-
4:20 - 4:22ancaq klinik baxımdan,
bir dəfə vərəmə -
4:22 - 4:25yoluxduqda, bakteriya
sonsuza qədər orada qalır -
4:25 - 4:28və digər problemlərə
səbəb ola bilir, -
4:28 - 4:31bu haqda indi danışacağıq.
-
4:31 - 4:36İnsanların 90 faizi üçün,
məsələ burda bitir, lakin -
4:36 - 4:37qalan 10 faiz üçün
nəticə fərqlidir. -
4:37 - 4:41Təqribən bu 10 faizin yarısında,
yəni 5 faizdə birincili infeksiya -
4:41 - 4:44proqressivləşir, yəni davam edir və
-
4:44 - 4:48yoluxduqdan bir müddət sonra
-
4:48 - 4:51simptomlar üzə çıxır.
-
4:51 - 4:54Bu, infeksiyanın
yerli proqressiyası kimi -
4:54 - 4:57izah oluna bilər,
bu zaman ağciyərdəki Qon ocağı -
4:57 - 5:01getdikcə böyüyür və sonda
-
5:01 - 5:04vərəm pnevmoniyası ilə
-
5:04 - 5:08nəticələnir.
-
5:08 - 5:11Hətta bəzən daha da ağırlaşır.
-
5:11 - 5:13İnfeksiya geniş yayılır,
-
5:13 - 5:15bir çox orqanlara, xüsusən də,
-
5:15 - 5:20ağciyərin digər hissələrinə,
qaraciyərə, -
5:20 - 5:24beynə yayılır.
-
5:24 - 5:28Yerli proqressiya və ya yayılma xəstələrin
-
5:28 - 5:31təqribən 5 faizində olur.
-
5:31 - 5:33Xəstəliyin yayılmış
formalarından biri -
5:33 - 5:35miliar vərəmdir,
bu zaman infeksiya -
5:35 - 5:39bir çox orqanı
çox kiçik ölçülü -
5:39 - 5:43miliar (darıyabənzər)
-
5:43 - 5:46ləkələrlə doldurur,
-
5:46 - 5:51bu, miliar vərəmdir.
-
5:51 - 5:54Bu kiçik nöqtələr
-
5:54 - 5:56ən çox ağciyərlərdə
-
5:56 - 5:58görünür.
-
5:58 - 6:01Bu yayılmış infeksiyanın bir növüdür,
-
6:01 - 6:06birincili infeksiyadır
və 5 faiz təşkil edir. -
6:06 - 6:12Xəstələrin əlavə 5-10% -i
infeksiyanın -
6:12 - 6:15gizli vəziyyətindən çıxır və
-
6:15 - 6:19ikincil xəstəlik adlananan
vəziyətə keçirlər. -
6:19 - 6:25Bu əvvəlki gizli ya da yatan infeksiyanın
-
6:25 - 6:28yenidən aktivləşməsi ilə olur.
-
6:28 - 6:31Yenə də, yoluxmuş ümumi əhalinin
-
6:31 - 6:34təxminən 5% -nin bu yenidən aktivasiya
-
6:34 - 6:38xəstəliyinə tutulduğu təxmin edilir.
-
6:38 - 6:39Bu həyatızın hər hansısa
-
6:39 - 6:40bir nöqtəsində baş
-
6:40 - 6:42verə bilər?--- Bu tamamilə
-
6:42 - 6:45həyatınızın hər hansı bir yerində
ola bilər, xəstəlikdən bir neçə -
6:45 - 6:48ay sonra ya da çox çox illər sonra.
-
6:48 - 6:53Bu yenidən aktivləşmə, yazdığım kimi,
-
6:53 - 6:56ikincil vərəm adlanır
-
6:56 - 7:00birincil infeksiyadan fərqli olaraq;
bu ikincil infeksiyadır. -
7:00 - 7:03Birinin yenidən aktivləşmə ehtimalı,
-
7:03 - 7:06əslində
xəstənin immuniteti də daxil olmaqla -
7:06 - 7:09bir çox faktordan təsirlənir.
-
7:09 - 7:14Yəni əgər gizli vərəm keçirən insanın
basqılanmış -
7:14 - 7:18immun sistemi, xüsusən də basqılanmış
-
7:18 - 7:21hüceyrə vasitəçili immun sistemi varsa,
-
7:21 - 7:26onların yenidən aktivləşmə ehtimalı
nisbətən çox yüksək ola bilər. -
7:26 - 7:29Artan reaktivasiya şansına
səbəb olduğu bilinən -
7:29 - 7:31bəzi immunitet faktorları,
-
7:31 - 7:34insan immun çatışmazlığı virusu ilə
-
7:34 - 7:36birlikdə infeksiyadır.
-
7:36 - 7:40Bu, dünya miqyasında böyük bir virus,
immun çatışmazlığı virusudur (HİV). -
7:40 - 7:43Digər faktor isə şəxsin
orqan nəqli olması -
7:43 - 7:46ya da başqa səbəblərə,
məsələn xərçəngə görə, -
7:46 - 7:50kemoterapi qəbul etməsidir.
-
7:50 - 7:52Transplantasiya üçün, biz onlara
-
7:52 - 7:54immun basğılayıcı dərman veririk
-
7:54 - 7:55ki, nəqli rədd etməsinlər,
-
7:55 - 7:56amma bu onları
riskdə qoyur. -
7:56 - 7:58Bu onların T-hüceyrələrini
öldürür, -
7:58 - 7:59buna görə yüksək riskləri olur.
-
7:59 - 8:03Sonra, narkotik maddəni intravenöz şəkildə
-
8:03 - 8:06sui-istifadə edən
xəstələrdə də risk artır, -
8:06 - 8:07olduqca böyük şəkildə.
-
8:07 - 8:10Bu qruplar birlikdə, hər biri ümumi
-
8:10 - 8:12aktivləşmə populyasiyasından
-
8:12 - 8:1410 qatdan daha çox riskdədirlər.
-
8:14 - 8:17Reaktivasiyanı daha az dərəcədə təsir edən
-
8:17 - 8:19digər xəstə faktorları da var.
-
8:19 - 8:22Ümumi populyasiya ilə müqayisədə yenidən
-
8:22 - 8:25aktivasiya şansı 2 və ya
3 qat artmış ola bilər. -
8:25 - 8:29Buraya
yaxşı qidalanmayan xəstələr daxildir. -
8:29 - 8:32Diabeti olan xəstələr də.
-
8:32 - 8:36Risk faktoru sadəcə siqaret çəkmək olan
-
8:36 - 8:38xəstələr belə (yalnız deməzdim yəqin ki).
-
8:38 - 8:41Bunların hamısı tüberkülozun gizli
-
8:41 - 8:43və ya hərəkətsiz vəziyyətindən çıxaraq
-
8:43 - 8:46yenidən aktivləşmə şansını artıra bilər.
-
8:46 - 8:47HİV, transplantasiya, intravenöz maddə
-
8:47 - 8:49qəbul edənlər üçün risk nə qədərdir?
-
8:49 - 8:51Yəqin ki təqribən 10 dəfə,
-
8:51 - 8:52ən az 10 dəfə.
-
8:52 - 8:53Onlarin bəzilərinin
hətta 70 -
8:53 - 8:56qat riski artırdığı təxmin edilir, amma
qeyd-şərtsiz 10 -
8:56 - 8:58qatdan çoxdur. İkincil vərəmlə bağlı demək
-
8:58 - 9:02istədiyim axırıncı şey onun çoxunun
yenidən aktivləşmə ilə yaranmasıdır, -
9:02 - 9:04amma ikincil vərəmi xəstəliyini
yenidən infeksiyanı -
9:04 - 9:08tutaraq da yarada bilərsən.
-
9:08 - 9:12Bu o mənaya gəlir ki, yenidən aktivləşən
-
9:12 - 9:15sizin öz gizli vərəminiz deyil,
-
9:15 - 9:17amma digər infeksiyalı şəxslə
təmas da olmusuz -
9:17 - 9:20və ikincil xəstəliyiniz yenidən
-
9:20 - 9:22infeksiya tutmağınızla yaranıb,
-
9:22 - 9:23yeni bir məruz qalmadır.
-
9:23 - 9:26Onda yeni bir məruziyət və ya
-
9:26 - 9:28öz gizli vərəmin yenidən aktivləşməsi
-
9:28 - 9:30ilə eyni simptomlar yolu ilə
-
9:30 - 9:32xəstəlik yaranır, doğrudurmu?
-
9:32 - 9:33Eynən.
-
9:33 - 9:35Qeyd etdiyiniz kimi yerli proqressiya
-
9:35 - 9:39və ya immunoloji cəhətdən
ağır bir basqılanma olsa, miliar nümunəsi -
9:39 - 9:40və s. daxil olmaqla
-
9:41 - 9:45yayılmış infeksiya yarada bilərsiniz.
-
9:45 - 9:49Yalnız sonda iki şəkli
göstərmək istəyirəm. -
9:49 - 9:54Çəhrayı rəngdə olan şəkil qranulomanın
-
9:54 - 9:58mikroskopik görünüşündə böyüdülmüşdür.
-
9:58 - 10:00Qeyd etmək lazım gələn
bir neçə şey var. -
10:00 - 10:04Əvvəla, bu qranulomanın ortasındakı
-
10:04 - 10:07çox çəhrayı, çox homojen bir materialdır,
-
10:07 - 10:11ehtimal ki, ölü makrofajları və
-
10:11 - 10:15nəticədə yenidən sorulan və bu sıx nüvəni
-
10:15 - 10:16əmələ gətirən digər tullantılatı
təmsil -
10:16 - 10:19edir. Bəzən zamanla kalsifikasiya olur
-
10:19 - 10:22və rentgen şəklində görünə bilir,
-
10:22 - 10:24məsələn, burada göstərdiyimiz
rentgen şəklindəki, -
10:24 - 10:28ağciyərdəki kalsifikasiya olmuş
ağ ləkə kimi. -
10:28 - 10:29Buna geri qayıdacağıq.
-
10:29 - 10:33Qranulomanın göstərilən
-
10:33 - 10:36digər hissəsi bu sıx ortanın
-
10:36 - 10:38ətrafında meydana gələn
iltihab reaksiyasıdır. -
10:38 - 10:43Mavi rəngdə göstərilən hüceyrələrin hamısı
-
10:43 - 10:47lenfositlər, monositlər və makrofajlardır
-
10:47 - 10:50və bu, vərəm basili ilə
-
10:50 - 10:53infeksiyaya reaksiyadır.
-
10:53 - 10:55Bəzən bu, həqiqətən mərkəzdə
-
10:55 - 10:57olduqca nekrotik olur.
-
10:57 - 10:58Burda çox görsənmir.
-
10:58 - 11:01Sonra bir növ kəsmik kimi
-
11:01 - 11:04hala gəldiyi üçün "kazeozlaşma" adlanır.
-
11:04 - 11:06Digər şəkil, rentgen şəkli,
-
11:06 - 11:09kalsifik qranulomanı göstərir.
-
11:09 - 11:13Bu orjinal qranulomadır,
-
11:13 - 11:16Gohn fokusu, və eyni zamanda
ürəyin kənarındakı -
11:16 - 11:18limfa düyünlərinin bir qədər
şişdiyini göstərir. -
11:18 - 11:23Daha əvvəl də qeyd edildiyi kimi,
bu -
11:23 - 11:27limfa düyünlərinin reaksiyası və
Ghon fokusu birlikdə -
11:27 - 11:28Ghon kompleksini meydana gətirir.
-
11:28 - 11:31Bu, bu şəxsin əvvəl
-
11:31 - 11:34vərəm xəstəliyinə tutulduğunun,
-
11:34 - 11:38gizli qaldığının, amma
reaktivasiya riski olduğunun -
11:38 - 11:41radioqrafik sübututdur.
- Title:
- Vərəm patogenezi | Yoluxucu xəstəliklər | NCLEX-RN | Khan Akademiyası
- Description:
-
Vərəmin ağciyərlərə necə zərər verdiyini tam olaraq öyrənin. Bu videolar tibbi məsləhət vermir və yalnız məlumat vermək üçündür. Videoların peşəkar tibbi məsləhət, diaqnoz və ya müalicənin əvəzi olması nəzərdə tutulmayıb. Tibbi vəziyyətlə bağlı suallarınız üçün həmişə ixtisaslı bir sağlamlıq məsləhətçisindən məsləhət alın. Heç bir Khan Academy videosunda oxuduğunuz və ya gördüyünüz bir şey olduğuna görə heç vaxt peşəkar tibbi məsləhətləri laqeyd yanaşmayın və ya müraciətində gecikməyin. Stanford Tibb Fakültəsi tərəfindən hazırlanmışdır.
Növbəti dərsi izləyin: https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-infectious-diseases/tuberculosis-rn/v/primary-and-secondary-tb?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex -rn
Əvvəlki dərsi qaçırdınız? https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-infectious-diseases/tuberculosis-rn/v/tb-epidemiology?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn
Khan Academy-də NCLEX-RN: NCLEX-RN-də yer alan məzmundan suallar toplusu. Bu suallar Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Amerika Birləşmiş Ştatları Lisenziyası (http://creativecommons.org/licenses/by-nc-sa/3.0/us/ saytında mövcuddur) altında mövcuddur.
Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və s. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təklif etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etdik.
Pulsuz. Hər kəs üçün. Əbədi. # Hərşeyiöyrənəbilərsiniz
Khan Academy’nin NCLEX-RN kanalına abunə olun: https://www.youtube.com/channel/UCDx5cTeADCvKWgF9x_Qjz3g?sub_confirmation=1
Khan Academy-yə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 11:41
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy | |
![]() |
Aydan Poladlı edited Azerbaijani subtitles for TB pathogenesis | Infectious diseases | NCLEX-RN | Khan Academy |