Derek Siver: Qəribə yoxsa Fərqli?
-
0:00 - 0:04Təsəvvür elə ki, Amerikada hər hansı bir küçədə dayanıbsan
-
0:04 - 0:07Bir yapon sənə yaxınlaşır və soruşur
-
0:07 - 0:09"Bağışlayın, bu blokun adı necədir?"
-
0:09 - 0:13Və sən deyirsən, " Bu Oak küçəsidir, o isə Elm küçəsi
-
0:13 - 0:15Bu 26-cıdır, o isə 27-ci."
-
0:15 - 0:17O deyir, "yaxşı, bəs bu blokun adı nədir?"
-
0:17 - 0:20Sən deyirsən, "blokların adı olmur
-
0:20 - 0:22Küçələrin adları var, bloklar sadəcə
-
0:22 - 0:24küçələr arası adsız ərazilərdir"
-
0:24 - 0:28O, biraz qəmgin və çaşqın halda sizdən aralanır.
-
0:28 - 0:31İndi gəl təsəvvür edək ki sən Yaponiyada hansısa küçədə dayanıbsan
-
0:31 - 0:33yanındakı adama doğru çevrilib soruşursan,
-
0:33 - 0:35"Bağışlayın, bu küçənin adı nədir?"
-
0:35 - 0:39O deyir, "Bu blok 17dir və o blokun nömrəsi isə 16dır"
-
0:39 - 0:42Və sən deyirsən, "Yaxşı bəs küçənin adı nədir?"
-
0:42 - 0:44O isə belə deyir, "Küçələrin adları olmur
-
0:44 - 0:46Blokların adları var.
-
0:46 - 0:50Google Maps-ə bax. Burda 14, 15, 16, 17, 18, 19-cu bloklar var.
-
0:50 - 0:52Bütün bu blokların adları var.
-
0:52 - 0:56Küçələr bloklar arasında olan adsız ərazilərdir.
-
0:56 - 0:59və sən deyirsən, " Yaxşı bəs onda siz ev ünvanını necə təyin edirsiniz?"
-
0:59 - 1:02O deyir, "Çox asan. Bu səkkizinci Rayondur
-
1:02 - 1:05Bu da blok 17 və ev nömrə 1"
-
1:05 - 1:07yenə soruşursan, "Yaxşı. Ətrafda gəzişərkən onu müşahidə etdim ki"
-
1:07 - 1:09ev ünvanları sıra ilə getmir"
-
1:09 - 1:12O deyir, " Əlbəttə gedir. Onlar tikildiyi tarixə əsasən ardıcıl düzülüblər.
-
1:12 - 1:15Blokda tikilən ən birinci evin nömrəsi 1-dir.
-
1:15 - 1:18ondan sonra tikilən ikincinin nömrəsi 2-dir.
-
1:18 - 1:20Bu ardıcıllıqla. Asandır və aydındır."
-
1:20 - 1:23Bəzən ən çox onu sevirəm ki,
-
1:23 - 1:25biz heç vaxt fikirləşmədiklərimizi
-
1:25 - 1:27anlamaq üçün əksinin belə düzgün
-
1:27 - 1:30ola biləcəyini görmək üçün dünyanın o biri tərəfinə getməli oluruq.
-
1:30 - 1:32Məsələn, Çində olan həkimlər belə düşünürlər ki
-
1:32 - 1:35onların işi sizi sağlam saxlamaqdır.
-
1:35 - 1:37Sağlam olduğunuz aylarda siz həkimlərə pul ödəyirsiniz,
-
1:37 - 1:39və əgər siz xəstələnirsinizsə heç bir pul ödəmirsiniz, çünki onlar öz işlərinin öhdəsindən gələ bilməyiblər.
-
1:39 - 1:41Onlar siz sağlam olduğunuz zaman varlanırlar, nəinki siz xəstələndiyinizə görə.
-
1:41 - 1:44Alqışlar
-
1:44 - 1:46Çox musiqilərdə biz "bir" i müsiqiyə başlama vuruşu
-
1:46 - 1:50hesab edirik. Bir, iki, üç dörd.
-
1:50 - 1:52Amma Qərbi Afrika musiqisində "bir"
-
1:52 - 1:54musiqi parçasının bitməyini göstərir,
-
1:54 - 1:56bir cümlənin sonunda olan nöqtə kimi.
-
1:56 - 1:58Yəni, bunu sadəcə olaraq hissələrə ayıranda deyil, sayanda da görürsünüz.
-
1:58 - 2:01İki, üç, dörd, bir.
-
2:01 - 2:04Və bu xəritə də doğrudur.
-
2:04 - 2:06Gülüş
-
2:06 - 2:09Belə bir deyim var ki, Hindistan haqqında düz bildiyiniz nə varsa
-
2:09 - 2:11onun tərsi də doğrudur.
-
2:11 - 2:13Yəni, heç vaxt unutmayaq, TEDdə və yaxud digər yerlərdə
-
2:13 - 2:16necə əla ideyanız varsa və ya eşitmisinizsə,
-
2:16 - 2:18bunun tərsi də doğru ola bilər.
-
2:18 - 2:20Domo arigato gozaimashita. ( Sağ Olun. Yaponca )
- Title:
- Derek Siver: Qəribə yoxsa Fərqli?
- Speaker:
- Derek Sivers
- Description:
-
Deyirlər ki "Hər şeyin başqa bir üzü var." Derek Siver iki dəqiqəlik nitqində bunun doğru olduğunu qeyri-adi bir yolla izah edir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 02:21