< Return to Video

Derek Siver: Qəribə yoxsa Fərqli?

  • 0:00 - 0:04
    Təsəvvür elə ki, Amerikada hər hansı bir küçədə dayanıbsan
  • 0:04 - 0:07
    Bir yapon sənə yaxınlaşır və soruşur
  • 0:07 - 0:09
    "Bağışlayın, bu blokun adı necədir?"
  • 0:09 - 0:13
    Və sən deyirsən, " Bu Oak küçəsidir, o isə Elm küçəsi
  • 0:13 - 0:15
    Bu 26-cıdır, o isə 27-ci."
  • 0:15 - 0:17
    O deyir, "yaxşı, bəs bu blokun adı nədir?"
  • 0:17 - 0:20
    Sən deyirsən, "blokların adı olmur
  • 0:20 - 0:22
    Küçələrin adları var, bloklar sadəcə
  • 0:22 - 0:24
    küçələr arası adsız ərazilərdir"
  • 0:24 - 0:28
    O, biraz qəmgin və çaşqın halda sizdən aralanır.
  • 0:28 - 0:31
    İndi gəl təsəvvür edək ki sən Yaponiyada hansısa küçədə dayanıbsan
  • 0:31 - 0:33
    yanındakı adama doğru çevrilib soruşursan,
  • 0:33 - 0:35
    "Bağışlayın, bu küçənin adı nədir?"
  • 0:35 - 0:39
    O deyir, "Bu blok 17dir və o blokun nömrəsi isə 16dır"
  • 0:39 - 0:42
    Və sən deyirsən, "Yaxşı bəs küçənin adı nədir?"
  • 0:42 - 0:44
    O isə belə deyir, "Küçələrin adları olmur
  • 0:44 - 0:46
    Blokların adları var.
  • 0:46 - 0:50
    Google Maps-ə bax. Burda 14, 15, 16, 17, 18, 19-cu bloklar var.
  • 0:50 - 0:52
    Bütün bu blokların adları var.
  • 0:52 - 0:56
    Küçələr bloklar arasında olan adsız ərazilərdir.
  • 0:56 - 0:59
    və sən deyirsən, " Yaxşı bəs onda siz ev ünvanını necə təyin edirsiniz?"
  • 0:59 - 1:02
    O deyir, "Çox asan. Bu səkkizinci Rayondur
  • 1:02 - 1:05
    Bu da blok 17 və ev nömrə 1"
  • 1:05 - 1:07
    yenə soruşursan, "Yaxşı. Ətrafda gəzişərkən onu müşahidə etdim ki"
  • 1:07 - 1:09
    ev ünvanları sıra ilə getmir"
  • 1:09 - 1:12
    O deyir, " Əlbəttə gedir. Onlar tikildiyi tarixə əsasən ardıcıl düzülüblər.
  • 1:12 - 1:15
    Blokda tikilən ən birinci evin nömrəsi 1-dir.
  • 1:15 - 1:18
    ondan sonra tikilən ikincinin nömrəsi 2-dir.
  • 1:18 - 1:20
    Bu ardıcıllıqla. Asandır və aydındır."
  • 1:20 - 1:23
    Bəzən ən çox onu sevirəm ki,
  • 1:23 - 1:25
    biz heç vaxt fikirləşmədiklərimizi
  • 1:25 - 1:27
    anlamaq üçün əksinin belə düzgün
  • 1:27 - 1:30
    ola biləcəyini görmək üçün dünyanın o biri tərəfinə getməli oluruq.
  • 1:30 - 1:32
    Məsələn, Çində olan həkimlər belə düşünürlər ki
  • 1:32 - 1:35
    onların işi sizi sağlam saxlamaqdır.
  • 1:35 - 1:37
    Sağlam olduğunuz aylarda siz həkimlərə pul ödəyirsiniz,
  • 1:37 - 1:39
    və əgər siz xəstələnirsinizsə heç bir pul ödəmirsiniz, çünki onlar öz işlərinin öhdəsindən gələ bilməyiblər.
  • 1:39 - 1:41
    Onlar siz sağlam olduğunuz zaman varlanırlar, nəinki siz xəstələndiyinizə görə.
  • 1:41 - 1:44
    Alqışlar
  • 1:44 - 1:46
    Çox musiqilərdə biz "bir" i müsiqiyə başlama vuruşu
  • 1:46 - 1:50
    hesab edirik. Bir, iki, üç dörd.
  • 1:50 - 1:52
    Amma Qərbi Afrika musiqisində "bir"
  • 1:52 - 1:54
    musiqi parçasının bitməyini göstərir,
  • 1:54 - 1:56
    bir cümlənin sonunda olan nöqtə kimi.
  • 1:56 - 1:58
    Yəni, bunu sadəcə olaraq hissələrə ayıranda deyil, sayanda da görürsünüz.
  • 1:58 - 2:01
    İki, üç, dörd, bir.
  • 2:01 - 2:04
    Və bu xəritə də doğrudur.
  • 2:04 - 2:06
    Gülüş
  • 2:06 - 2:09
    Belə bir deyim var ki, Hindistan haqqında düz bildiyiniz nə varsa
  • 2:09 - 2:11
    onun tərsi də doğrudur.
  • 2:11 - 2:13
    Yəni, heç vaxt unutmayaq, TEDdə və yaxud digər yerlərdə
  • 2:13 - 2:16
    necə əla ideyanız varsa və ya eşitmisinizsə,
  • 2:16 - 2:18
    bunun tərsi də doğru ola bilər.
  • 2:18 - 2:20
    Domo arigato gozaimashita. ( Sağ Olun. Yaponca )
Title:
Derek Siver: Qəribə yoxsa Fərqli?
Speaker:
Derek Sivers
Description:

Deyirlər ki "Hər şeyin başqa bir üzü var." Derek Siver iki dəqiqəlik nitqində bunun doğru olduğunu qeyri-adi bir yolla izah edir.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
02:21
Kanan Karimzada added a translation

Azerbaijani subtitles

Revisions