-
Qüvvət qaydası dərsimizə xoş gəlmişsiniz.
-
Başlayaq məsələrin həllinə.
-
Əgər soruşsam ki, 2-nin, bunun qalınlığını
-
biraz artırdım ki, yaxşı görünsün,
-
2 üstü 3 vur,
-
--
-
2 üstü 5 neçə edir?
-
Gəlin bu karandaşın ucunu nazildək, elə də yaxşı görünmədi.
-
2 üstü 3 vur 2 üstü 5.
-
Zənnimcə bu yolu bilmiş olarsınız.
-
2 üstü 3, 8 edir,
-
2 üstü 5 də 32.
-
Sonra bu ikisini bir- birinə vurursunuz.
-
8 vur 32, 256 edir.
-
Bunu belə həll etmək olar.
-
Bunu bu yolla asan həll edə bildik , çünki
-
2 üstü 3 və 2 üstü 5-i müəyyənləşdirmək elə də qəliz deyil.
-
Amma bu ədədlər biraz fərqli olsa idi,
-
onda işimiz bir qədər qəliz ola bilərdi.
-
İndi sizə qüvvəti olan ədədlərin bir-birinə
-
vurulmasında istifadə olunan
-
qüvvət qaydasını izah edəcəyəm ki, bu da
-
normalda riyazi hesablamalarda istifadə etdiyiniz
-
qaydalardan xeyli fərqlənir.
-
Gəlin düşünək. 2 üstü 3 vur
-
2 üstü 5-in mənası nədir?
-
2 üstü 3, 2 vur 2 vur 2-dir, elə deyilmi?
-
Sonra bunu 2 üstü 5-ə vurmuşuq.
-
Yəni 2 vur 2 vur 2 vur 2 vur 2.
-
Baxın.
-
Əlimizdə 2 vur 2 vur 2 vur 2 vur 2 vur
-
2 vur 2 vur 2 qaldı.
-
Gəlin sayaq görək 2-ni neçə dəfə vurmuşuq?
-
Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz.
-
Bu, 2 üstü 8-lə eyni məna verir.
-
Maraqlıdır.
-
3 üstəgəl 5, 8 edir.
-
Baxın, 2 üstü 3, 2-nin
-
3 dəfə özünə vurulması, 2 üstü 5,
-
2-nin 5 dəfə özünə vurulmasıdır ki,
-
bunları da bir-birilərinə vuranda 2 üstü 8 edir.
-
Yəqin biraz fikriniz qarışdı.
-
Birini də həll edim.
-
7-nin kvadratı vur 7 üstü 4.
-
Bu, 4-dür.
-
7-nin kvadratı 7 vur 7 olacaq,
-
vur 7 üstü 4 də,
-
7 vur 7 vur 7 vur 7.
-
Belə çıxır ki, 7-ni 6 dəfə özünə vurmuşuq,
-
yəni cavabımız 7 üstü 6 olacaq.
-
Yəni əsası eyni olan ədədlər
-
bir-birinə vurulan zaman onların qüvvətləri toplanmalıdır.
-
Deyək ki, 7 üstü 100 vur 7 üstü 50
-
verilib, baxaq.
-
Kalkulyator olmadan 7 üstü 100-ün
-
neçə olduğunu müəyyən etmək çox çətin olar.
-
Eləcə də
-
7 üstü 50-ni.
-
Amma deyə bilərik ki, 7 üstü 100 üstəgəl 50,
-
7 üstü 150 edir.
-
Bir nüansı diqqətinizə çatdırım,
-
diqqətli olun ki, ortada vurma əməli var ya yox.
-
Çünki bu 7 üstü 100 üstəgəl 7 üstü 50 ola da bilər.
-
Bunu bir qədər kiçik
-
ədədlərin üzərində yoxlayaq.
-
Məsələn,
-
2 üstü 8 vur 2 üstü 20, bildiyimiz kimi
-
qüvvətlər toplanmalıdır.
-
Yəni 2 üstü 28 olacaq, elə deyilmi?
-
Bəs əgər 2 üstü 8 üstəgəl 2 üstü 8 verilsə, necə olacaq?
-
Bu, bir az çaşdırıcı ola bilər.
-
Üstəgəl işarəsi olan zaman qüvvətləri
-
toplaya bilmərik.
-
O cür sadələşdirmək olmaz.
-
Amma bir yoldan istifadə edə bilərik,
-
bizə iki 2 üstü 8 verilib elədir?
-
Biri 2 üstü 8 , digəri 2 üstü 8.
-
Bu 2 vur 2 üstü 8-lə eyni şey deyilmi?
-
2 vur 2 üstü 8.
-
Yəni 2 üstü 8 üstəgəl 2.
-
2 üstü 8, buradakı 2, 2 vur
-
2 üstü 8 deməkdir.
-
2 vur 2 üstü 8-i isə eyni qayda ilə hesablaya
-
bilərik, cavabımız 2 üstü 9 olacaq.
-
Bir az da nümunələrə baxaq.
-
Gəlin indi də mənfi qüvvətlərə nəzər salaq.
-
Desəm ki, 5 üstü mənfi 100 vur 3 üstü
-
100, bağışlayın, bura 5 yazmalı idim.
-
Çaşdım deyəsən.
-
5 üstü -100 vur 5 üstü 102,
-
bu 5-in kvadratına bərabər olacaq, düzdür?
-
Mənfi 100 üstəgəl 102.
-
Burada 5 olmalı idi,
-
bağışlayın, səhv yazmışdım.
-
Cavabımız 25 olacaq.
-
Bu, qüvvət qaydası ilə hesablandı.
-
İndi bir qədər fərqli
-
nümunə ilə baxaq.
-
2 üstü 9 böl 2 üstü 10.
-
Bu bir qədər çaşdırıcı oldu.
-
Amma eyni qaydanı istifadə etsək,
-
bunu necə hesablaya bilərik?
-
Bilirik ki, bunu 2 üstü 9 vur,
-
1 böl 2 üstü 10 kimi yaza bilərik.
-
1 böl 2 üstü 10-un da neçəyə bərabər olduğunu bilirik.
-
Onda bunu 2 üstü 9 vur 2 üstü
-
mənfi 10 kimi yaza bilərik, elə deyilmi?
-
Burada 1 böl 2 üstü 10-u tərsinə
-
çevirib mənfi qüvvətlə əvəz etdim.
-
Düşünürəm ki,
-
prosesi anladınız.
-
Bir daha qeyd edim ki,
-
9 üstəgəl mənfi 10, bərabərdir 2 üstü mənfi 1-ə
-
və ya 1/2 də deyə bilərik.
-
Maraqlıdır.
-
Əvvəl qüvvətlər müsbət verilmişdi,
-
amma sonda mənfiyə döndü.
-
Bu burada tətbiq etdiyimiz 2-ci qayda ilə yarandı,
-
2 üstü 9 çıx 10,
-
2 üstü mənfi 1 edir.
-
Gəlin buna bənzər başqa misal həll edək.
-
10 üstü 200 böl 10 üstü 50.
-
10 üstü 200 çıx 50, 150 edəcək.
-
Birini də deyim, 7 üstü 40 böl 7 üstü
-
mənfi 5, bu, 7 üstü
-
40 çıx mənfi 5-ə bərabər olacaq.
-
Cavab 7 üstü 45 etdi.
-
Diqqətlə fikir verin.
-
Yenidən yazsam, 7 üstü
-
40 vur 7 üstü 5 idi, elədirmi?
-
1 böl 7 üstü -5-i
-
7 üstü 5-ə çevirsək,
-
7 üstü 45 cavabını alarıq.
-
2-ci qüvvət qaydası 1-ciyə
-
bənzədi.
-
Əgər əsaslar eynidir
-
və bölmə əməli tətbiq olunubsa,
-
qüvvətlər çıxılır.
-
Bizim nümunədə əsaslar eynidir,
-
7 üstü 40 vur 7 üstü 5, bunu
-
çevirib belə etdik, bir-birinə vurduq,
-
əsaslarının eyni olması buna icazə verir.
-
Sonra da qüvvətləri topladıq.
-
Bir nümunə də demək istəyirəm,
-
amma bu bir qədər yanıldıcı ola bilər.
-
2 üstü 9 vur 4 üstü 100 neçə edər?
-
Bunu sizə izah etməmişəm,
-
indi birlikdə yazarıq.
-
Belə deyim.
-
Bu 2 üstü 9 vur, 2-nin kvadratı üstü 100 ilə eyni şeydir.
-
İndi öyrəndiyimiz qaydaları tətbiq etsək,
-
qüvvətdəki rəqəmləri
-
bir- birinə vurmalıyıq.
-
2 üstü 9 vur 2 üstü 200.
-
1-ci öyrəndiyimiz qayda ilə isə
-
bu 2 üstü 209 edəcək.
-
Sonuncu nümunədə daha
-
ətraflı izahlar etdim.
-
Düşünürəm ki, məsələlər aydın oldu.
-
Gələn dərslərdə bir az daha
-
qəliz nümunələrlə işləyəcəyik.
-
Xoş istirahətlər.