Ron Gutman: Gülümsəməyin sirli gücü
-
0:00 - 0:03Uşaq ikən mən həmişə super bir qəhrəman olmaq istəyirdim.
-
0:03 - 0:06Dünyanı xilas edib hamını xöşbəxt etmək arzusunda idim.
-
0:06 - 0:08Ancaq bilirdim ki, arzularımın həyata keçməsi üçün
-
0:08 - 0:10qeyri-adi bacarıqlara malik olmalı idim.
-
0:10 - 0:13Və, beləliklə də, Kripton (Supermen ve s. qəhrəmanların gəldiyi planet) planetindən
-
0:13 - 0:16interqalaktik obyektlər tapmaq üçün xəyali səyahətlər edirdim.
-
0:16 - 0:18Bu, əlbəttə ki, çox əyləncəli,
-
0:18 - 0:20lakin nəticəsiz idi.
-
0:20 - 0:22Böyüyüb anlayanda ki, elmi- fantastik ədəbiyyat
-
0:22 - 0:25qeyri-adi bacarıqların əldə olunması üçün yaxşı mənbə deyil,
-
0:25 - 0:28mən faydalı və istifadə oluna biləcək həqiqəti tapmaq üçün
-
0:28 - 0:30elmi səyahətə çıxmaq qərarına gəldim.
-
0:30 - 0:33Səyahətimi Kaliforniyanın Berkley Universitetinin
-
0:33 - 0:3630-illik bir tədqiqatı ilə başladım.
-
0:36 - 0:38Bu tədqiqat köhnə bir məzun albomundaki
-
0:38 - 0:40tələbə şəkillərini təhlil etməklə
-
0:40 - 0:42həmin tələbələrin həyatlarında əldə etdiyi uğurları və nə dərəcə xoşbəxt olduqlarını
-
0:42 - 0:44ölçmək məqsədini daşıyırdı.
-
0:44 - 0:46Tələbələrin gülüşlərini ölçməklə
-
0:46 - 0:48tədqiqatçılar onların evliliklərinin
-
0:48 - 0:50müddətini və keyfiyyətini,
-
0:50 - 0:53xöşbəxtlik haqda standartlaşdırılmış testlərdə
-
0:53 - 0:55əldə edə biləcəkləri nəticələrini
-
0:55 - 0:57və digər insanlar üçün nə dərəcə ilhamlandırıcı olmalarını
-
0:57 - 1:00proqnoz etməyə nail oldular.
-
1:01 - 1:04Digər bir məzun albomunda mən Barry Obamanın (Barack Obama) şəklinə rast gəldim.
-
1:04 - 1:06Onun şəklini ilk dəfə görəndə
-
1:06 - 1:09fikirləşdim ki, onun super bacarıqları onun köynəyinin super yaxalığından gəlirdi.
-
1:10 - 1:13Lakin indi başa düşürəm ki, hər şeyin səbəbi onun gülüşü idi.
-
1:13 - 1:15Digər aha-momenti
-
1:15 - 1:18Wayne Dövlət Universitetinin apardığı tədqiqatdan gəldi.
-
1:18 - 1:21Bu tədqiqat 1950-ci illərə qədər Əsas Liqa
-
1:21 - 1:23oyunçularının beysbol kartlarını analiz etdi.
-
1:23 - 1:25Tədqiqatçılar aşkar etdilər ki,
-
1:25 - 1:27oyunçunun gülüşünün növü (uzunluğu)
-
1:27 - 1:30onun həyatının uzunluğu haqqında qabaqcadan xəbər verə bilər.
-
1:30 - 1:33Şəkillərdə gülümsəməyən oyunçular
-
1:33 - 1:36orta hesabla yalnız 72.9 il,
-
1:36 - 1:38gülüşləri parlaq olan oyunçular isə
-
1:38 - 1:41təxminən 80 ilə qədər yaşayırdılar.
-
1:41 - 1:43(Gülüş)
-
1:43 - 1:46Yaxşı xəbər ondan ibarətdir ki, biz üzümüzdə gülüş ilə doğuluruq.
-
1:46 - 1:48Hal-hazırda biz 3D ultrasəs texnologiyası vasitəsilə
-
1:48 - 1:51uşaqların hətta ana bətnində olarkən gülümsəmələrini
-
1:51 - 1:53görə bilərik.
-
1:53 - 1:55Doğulduqdan sonra da
-
1:55 - 1:57körpələr gülümsəməyə davam edirlər
-
1:57 - 1:59ilkin zamanlar əsasən yatarkən.
-
1:59 - 2:01Hətta görə bilməyən körpələr də
-
2:01 - 2:04insan səsini eşidəndə gülümsəyirlər.
-
2:04 - 2:07Gülüş bioloji nöqteyi-nəzərdən bütün insanlara məxsus olan
-
2:07 - 2:09ən sadə ifadələrdən biridir.
-
2:09 - 2:11Papua Yeni Gvineyada aparılan tədqiqatlarda
-
2:11 - 2:13Pol Ekman,
-
2:13 - 2:16dünyanın üz ifadələri üzrə ən tanınmış tədqiqatçısı,
-
2:16 - 2:19aşkar edib ki, hətta Fore qəbiləsinin üzvləri,
-
2:19 - 2:22hansı ki, Qərbi mədəniyyətdən tamamilə əlaqəsi olmayan
-
2:22 - 2:26və qeyri-adi adamyeyən ritualına görə tanınan bir qəbilədir,
-
2:26 - 2:29sizin və mənim gülüşümə səbəb olan şeylərə
-
2:29 - 2:31gülümsəyirlər.
-
2:31 - 2:34Beləliklə də, Papua Yeni Gvineyadan tutmuş
-
2:34 - 2:36Hollivud
-
2:36 - 2:39və Çinin Beijing şəhərinin müasir mədəniyyətinə qədər
-
2:39 - 2:41biz hamımız gülümsəyirik
-
2:41 - 2:43və sevinc və razı olduğumuzu
-
2:43 - 2:45gülüş ilə ifadə edirik.
-
2:45 - 2:47Hazırda bu zalda olan neçə insan
-
2:47 - 2:49gün ərzində 20 dəfədən artıq gülümsəyir?
-
2:49 - 2:52Əgər bu sizə aiddirsə əlinizi qaldırın. Buna bir bax!
-
2:52 - 2:54Bu zaldan kənarda
-
2:54 - 2:57bizlərdən təxminən üçdə bir hissəsi gündə 20 dəfədən artıq gülümsəyir.
-
2:57 - 3:0014 faizdən az olan hissəmiz isə
-
3:00 - 3:02gündə 5 dəfədən az gülümsəyir.
-
3:02 - 3:05Əslində isə, ən möhtəşəm bacarıqlara malik olanlar
-
3:05 - 3:08uşaqlardır
-
3:08 - 3:11- onlar gündə nə az nə çox 400 dəfə gülümsəyirlər.
-
3:11 - 3:13Heç özünüzə sual vermisiniz ki, belə tez-tez gülümsəyən
-
3:13 - 3:15uşaqların ətrafında olmağın özü
-
3:15 - 3:18sizi niyə gülümsəməyə vadar edir?
-
3:19 - 3:21İsveçin Uppsala Universitetinin son tədqiqatı
-
3:21 - 3:24göstərdi ki, gülümsəyən bir insana baxarkən
-
3:24 - 3:26qaşqabaqlı olmaq çox çətindir.
-
3:26 - 3:28Siz, yəgin ki, bu niyə belədir sualını verirsiniz.
-
3:28 - 3:30Ona görə ki, gülümsəmə prosesi "yoluxucudur"
-
3:30 - 3:32və o, sifət əzələlərimizin idarəsini
-
3:32 - 3:35yatırır.
-
3:35 - 3:37Gülüşü təqlid etmək
-
3:37 - 3:39və onu fiziki cəhətdən yaşamaq
-
3:39 - 3:43gülüşün doğru və ya süni olmasını başa düşməkdə kömək edir və
-
3:43 - 3:45gülümsəyən insanın emosional vəziyyətini anlamağa
-
3:45 - 3:47imkan yaradır.
-
3:47 - 3:49Fransanın Clermont-Ferrand Universitetinin son tədqiqatlarından birində
-
3:49 - 3:52iştirakçılar gülüşün təbii və ya süni
-
3:52 - 3:54olmasını təyin etmək tapşırığını almışdılar.
-
3:54 - 3:56İştirakçılar bunu gülüş əzələlərini yatırmaq üçün
-
3:56 - 3:58ağızlarında karandaş tutaraq
-
3:58 - 4:00etməli idilər.
-
4:00 - 4:03Ağızlarında karandaş olmadan tədqiqat iştirakçıları asanlıqla gərar verirdilər.
-
4:03 - 4:05Lakin ağızlarında karandaş ilə
-
4:05 - 4:08gülüşü təqlid edə bilmədikləri halda
-
4:08 - 4:10onların qiymətləndirmə bacarıqları məhdud idi.
-
4:10 - 4:12(Gülüş)
-
4:12 - 4:15Çarlz Darvin "Növlərin mənşəyi" kitabında təkamül nəzəriyyəsi ilə yanaşı
-
4:15 - 4:17sifətin cavab reaksiyası nəzəriyyəsi
-
4:17 - 4:19haqqında da yazmışdır.
-
4:19 - 4:21Onun nəzəriyyəsinə əsasən
-
4:21 - 4:23gülümsəmə əməlinin özü
-
4:23 - 4:25sadəcə olaraq özümüzü yaxşı hiss etməyimizin nəticəsi yox,
-
4:25 - 4:27tam əksinə, yaxşı əhval-ruhiyyəmizin
-
4:27 - 4:29səbəbidir.
-
4:29 - 4:31Darvin öz tədqiqatında
-
4:31 - 4:34Guillaume Duchennedan sitat gətirir. Bu Fransız nevroloq
-
4:34 - 4:37gülüş yaratmaq və stimulyasiya etmək üçün
-
4:37 - 4:39elektrik zərbələrindən istifadə edib.
-
4:39 - 4:41Xahiş edirəm, bunu evinizdə sınamayın.
-
4:41 - 4:43(Gülüş)
-
4:43 - 4:45Oxşar bir Alman elmi işində
-
4:45 - 4:47tədqiqatçılar sifət maqnit-rezonans tomoqrafiyası (MRT) şəkillərindən istifadə etməklə
-
4:47 - 4:49gülüş əzələlərini sıxışdıran
-
4:49 - 4:52botoks inyeksiyasından öncə və sonra baş verən
-
4:52 - 4:55beynin fəaliyyətini ölçürdülər.
-
4:55 - 4:57Bu elmi iş Darvinin nəzəriyyəsini təsdiq etdi
-
4:57 - 4:59və onu göstərdi ki,
-
4:59 - 5:01sifətin cavab reaksiyası beyinin emosional məzmununun
-
5:01 - 5:03nevroloji prosesləşdirilməsini dəyişir
-
5:03 - 5:06və bunu insanların özlərini daha yaxşı hiss etmələrinə kömək edən bir şəkildə edir.
-
5:07 - 5:09Gülümsəmə beynimizin mükafatlandırma mexanizminə təkan verir
-
5:09 - 5:11və bunu hətta şokoladın
-
5:11 - 5:14- ən məşhur həzz-gətirici bir səbəbkarın -
-
5:14 - 5:16edə bilmədiyi şəkildə edir.
-
5:16 - 5:19Britaniya tədqiqatçıları kəşf etdilər ki, bir gülüş beyində
-
5:19 - 5:222000 ədəd şokoladın yaratdığı qədər
-
5:22 - 5:25stimullaşdırılmaya səbəb ola bilər.
-
5:25 - 5:27(Gülüş)
-
5:27 - 5:30Bu hələ harasıdır. Elə həmin tədqiqata əsasən
-
5:30 - 5:32gülümsəmə prosesi
-
5:32 - 5:3716 min funt sterlinq almaq qədər stimullaşdırıcıdır.
-
5:37 - 5:39Bu, hər gülüşə 25 min dollar deməkdir.
-
5:39 - 5:41Və bu heç də pis deyil.
-
5:41 - 5:43Təsəvvürünüzə gətirin,
-
5:43 - 5:4525 mini 400 dəfəyə vursaq
-
5:45 - 5:47bir neçə uşaq özünü hər gün
-
5:47 - 5:50Mark Zuckerberg (Facebook ixtiraçısı və dünyanın ən gənc zənginlərindən biri) kimi hiss edə bilər.
-
5:50 - 5:52Və çoxlu şokolad yeməkdən fərqli olaraq
-
5:52 - 5:55çoxlu gülümsəmək sizi daha sağlam edə bilər.
-
5:55 - 5:57Gülümsəmə kortizol, adrenalin və dopamin kimi
-
5:57 - 5:59stress-gətirici hormonların
-
5:59 - 6:02dərəcəsini aşağı salmaq
-
6:02 - 6:04və xoş əhval-ruhiyyəyə görə cavabdeh olan
-
6:04 - 6:06endorfin kimi hormonunun sayını artırmaq
-
6:06 - 6:08və ümumi qan təzyiqini aşağı salmaq gücünə malikdir.
-
6:08 - 6:10Və əgər bu da inandırıcı deyilsə
-
6:10 - 6:12gülümsəmək başqalarının gözlərində
-
6:12 - 6:14daha xoşagəlimli görünür.
-
6:14 - 6:16Penn State Universitetinin son tədqiqatı
-
6:16 - 6:18aşkar etdi ki,
-
6:18 - 6:21gülümsəyən insan nəinki daha xoşagələn və mülayim
-
6:21 - 6:25hətta daha savadlı görünür.
-
6:25 - 6:27Beləliklə, siz gözəl və savadlı görünmək,
-
6:27 - 6:29stressinizi aşağı salmaq,
-
6:29 - 6:31evlilik həyatınızı yaxşılaşdırmaq,
-
6:31 - 6:34və ya çoxlu kalori almadan özünüzü yüksək keyfiyyəltli şokolad
-
6:34 - 6:37yemiş kimi
-
6:37 - 6:39ya da illər boyu geyinmədiyiniz köhnə bir jaketin cibindən
-
6:39 - 6:4225 min dollar tapmış kimi hiss etmək,
-
6:42 - 6:46ya da ətrafınızda hamıya kömək edə biləcək
-
6:46 - 6:49super bacarığı aşkar etmək
-
6:49 - 6:52daha uzun, sağlam və xoşbəxt həyat yaşamaq istəyirsinizsə
-
6:52 - 6:54gülümsəyin.
-
6:54 - 7:05(Alqışlar)
- Title:
- Ron Gutman: Gülümsəməyin sirli gücü
- Speaker:
- Ron Gutman
- Description:
-
Ron Gutman gülümsəmə haqqında çoxsaylı tədqiqatları nəzərdən keçirir və gözlənilməz nəticələri aşkar edir. Gülüşünüz ömrünüzün uzunluğu haqda xəbər verdiyini və sadə bir gülüşün xoşbəxtliyinizə ölçülə bilən təsiri olduğunu bilirdinizmi? Bu təkamüli "yoluxucu" davranış haqda öyrənmə prosesində bir neçə sifət əzələlərinizi işlətməyə hazır olun.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 07:06