Ürək və qan dövranı|Qan dövranı fiziologiyası |NCLEX-RN | Khan Academy
-
0:02 - 0:05Bu, bədəndəki ən mükəmməl orqanlardan biri
-
0:05 - 0:06olan ürəkdir.
-
0:06 - 0:08Bu, insan ürəyidir.
-
0:08 - 0:11Ürək, üzərindəki damarlarla birgə
təsvir olunub. -
0:11 - 0:14Ona daxil olan və ondan çıxan
damarlar vardır. -
0:14 - 0:16Belə ki, ürək bir "mühərrikdir".
-
0:16 - 0:19Bədəndə ən çox işləyən orqan olduğuna görə
-
0:20 - 0:20onu belə adlandırdıq.
-
0:21 - 0:24Çünki ürək hələ 8 həftəlik kiçik bir döldə
-
0:24 - 0:27fəaliyyətə başlayır və insan ömrünün
-
0:27 - 0:29sonuna kimi dayanmadan işləyir.
-
0:29 - 0:32Haqqında geniş məlumat alsanız,
-
0:32 - 0:34ürək sizə daha maraqlı gələcək.
-
0:34 - 0:36Lakin təkcə qıraqdan baxmaqla olmur.
-
0:36 - 0:39İçini görünə biləcəyi kimi
-
0:39 - 0:41çəkməyə çalışıram.
-
0:41 - 0:43İndi isə bunu göstərim.
-
0:43 - 0:46Bu diaqram vasitəsilə ürəkdən keçən
-
0:46 - 0:49qanın getdiyi yola baxaq.
-
0:49 - 0:52Bu küncə balaca bir şəkil çəkim.
-
0:52 - 0:55Tutaq ki, burda bir adam var.
-
0:55 - 0:58Bu, üzüdür, bu, boynudur.
-
0:58 - 1:01Qolları da çəkirəm.
-
1:01 - 1:05Sinəsinin düz ortasında ürək vardır.
-
1:05 - 1:07Beləliklə, qan, ayaqlar da daxil
-
1:07 - 1:09olmaqla, bədənin bütün hissələrindən
-
1:09 - 1:12keçərək, birinci ürəyə qayıdır, daha
-
1:12 - 1:13sonra isə bədənin digər
-
1:13 - 1:16hissələrinə vurulur.
-
1:16 - 1:19Tutaq ki, qan, bu qoldan qayıdır
-
1:19 - 1:20və buraya tökülür.
-
1:20 - 1:22Həmçinin, bu tərəfdən də.
-
1:22 - 1:24Sonra isə başdan gəlir.
-
1:24 - 1:27Bu üç mənbədən, iki qol və başdan gələn
-
1:27 - 1:30qan böyük bir venada birləşir.
-
1:30 - 1:34Bu venadan da qan, ürəyə tökülür.
-
1:34 - 1:36Bundan əlavə, qıçlardakı venalar,
-
1:36 - 1:39qarındakı venalarla birləşib
-
1:39 - 1:42ürəyə açılır.
-
1:42 - 1:44Beləliklə, qan ürəyə bu cür qayıdır.
-
1:44 - 1:48Vena dediyim zaman bilin ki,
-
1:48 - 1:50onların vasitəsilə qan, ürəyə
-
1:50 - 1:52doğru gedir.
-
1:55 - 1:57Qan ürəyə doğru gedir və
-
1:57 - 2:01ürək də qanı vurduqdan sonra
-
2:01 - 2:03yenidən qan, ürəyə qayıtmalı olacaq.
-
2:03 - 2:05Qan, ürəkdən çıxmalıdır.
-
2:05 - 2:06Bu da aortadır.
-
2:06 - 2:08Aorta, belə bir qövs əmələ gətirib.
-
2:08 - 2:10Biz bunu "aorta qövsü" adlandırırıq.
-
2:10 - 2:15Bu, bir damar qola, bir damarı yuxarıya,
-
2:15 - 2:18bir damar da buraya göndərir.
-
2:18 - 2:20Sonra isə bu qövs aşağıya, aşağıya
doğru gedir -
2:20 - 2:23və bu cür ayrılır.
-
2:23 - 2:25Dediklərim, sadələşdirilmiş versiyadır.
-
2:25 - 2:27Lakin arteriya və venaların
-
2:27 - 2:29quruluşu arasında bəzi
-
2:29 - 2:31oxşarlıqlar vardır.
-
2:31 - 2:34Arteriya dediyim zaman bilin ki, ürəkdən
-
2:34 - 2:38çıxan qanı nəzərdə tuturam.
-
2:38 - 2:39Onların hər ikisi A hərfi ilə
-
2:39 - 2:42başlayır (artery-away),
belə yadda saxlamaq asandır. -
2:42 - 2:44İndi isə böyük diaqramımıza nəzər yetirək.
-
2:44 - 2:48O yolla gələn və bu yolla gələn qan
-
2:48 - 2:50eyni nöqtədə qovuşur.
-
2:50 - 2:52Əslində, qoyun, mən bunu buraya çəkim,
-
2:52 - 2:56qan, "sağ qulaqcığa" axır.
-
2:58 - 3:01Bu, qanın axıb töküldüyü
-
3:01 - 3:03kameranın adıdır.
-
3:03 - 3:07Qan, üstdəki "yuxarı boş vena" adlanan
-
3:07 - 3:10iri damardan sağ qulaqcığa tökülür.
-
3:10 - 3:13Bu, əlbəttə ki, venadır, çünki qanı
-
3:13 - 3:15ürəyə aparır.
-
3:15 - 3:18Burada aşağıda "aşağı boş vena" yerləşir.
-
3:22 - 3:23Bu iki yol, qanın
-
3:23 - 3:25axacağı istiqamətlərdir.
-
3:25 - 3:27Qan sağ qulaqcığa, oradan da
-
3:27 - 3:30sağ mədəciyə tökülür.
-
3:30 - 3:34Düz buradakı, sağ mədəcikdir.
-
3:34 - 3:38Bu, ürəyin ikinci kamerasıdır.
-
3:38 - 3:40Qan, qapaqdan keçərək, buraya çatır.
-
3:40 - 3:43Bu qapaq və ürəkdəki bütün qapaqlar,
-
3:43 - 3:45qanın doğru istiqamətdə
-
3:45 - 3:47hərəkət etməsini tənzimləyir.
-
3:47 - 3:49Buna görə qan geriyə doğru hərəkət etmir.
-
3:49 - 3:51Bu qapaq, "üçtaylı qapaq" adlanır.
-
3:55 - 3:57Üç balaca qapaqcıqdan ibarət olduğuna görə
-
3:57 - 3:58bu cür adlandırılır.
-
3:58 - 4:00Bu səbəbdən ona "üç" deyirik.
-
4:00 - 4:02Bilirəm, siz ancaq ikisini görə bilirsiniz
-
4:02 - 4:05çünki çəkdiklərim çox da mükəmməl deyil.
-
4:05 - 4:08Açılan qapağı sizə göstərmək çətindir,
-
4:08 - 4:10amma təsəvvür edə bilərsiniz.
-
4:10 - 4:12Qan sağ mədəciyə doğru hərəkət edir.
-
4:12 - 4:13Sonra hara gedir?
-
4:13 - 4:15Bundan sonra qan, bu cür hərəkət edəcək:
-
4:15 - 4:18Qan bu damara gedir
-
4:18 - 4:19və tökülür.
-
4:19 - 4:22Lakin bu, əvvəl başqa qapaqdan keçməlidir.
-
4:22 - 4:27Bu qapaq ağciyər kötüyü qapağıdır.
-
4:27 - 4:28Bu, qanın sonra hara gedəcəyi
-
4:28 - 4:29haqqında ipucu verir
-
4:30 - 4:33Pulmonar dedikdə ağciyərlər başa düşülür.
-
4:33 - 4:36Bu tərəfdəki
-
4:36 - 4:38sol ağciyərdir.
-
4:38 - 4:43Bu tərəfdəki isə sağ ağciyərdir.
-
4:43 - 4:45Bu damarlar isə, bir təxmin
-
4:45 - 4:48edin, bu damarlar hansı damarlardır.
-
4:48 - 4:51Ümid edirəm, sağ və solu düzgün ayırd edə
-
4:51 - 4:52bilirəm.
-
4:52 - 5:00Bu, sol ağciyər arteriyasıdır.
-
5:00 - 5:01Bu, qanı ürəkdən aparır,
-
5:01 - 5:04bilmirəm, bunu
-
5:04 - 5:06başa düşdünüzmü?
-
5:06 - 5:11Bu, sağ ağciyər arteriyasıdır.
-
5:11 - 5:14Bu, sağ və sol ağciyər arteriyasıdır.
-
5:14 - 5:16Qan indi ağciyərlərə doğru gedir.
-
5:16 - 5:18Ağciyərlər ürəyin də yerləmiş olduğu
-
5:18 - 5:21döş qəfəsində özünə yer etmişdir.
-
5:21 - 5:23Bu, ağciyərlərə gedir.
-
5:23 - 5:26Yadda saxlayın, bu qan göy rəngdədir.
-
5:26 - 5:27Bu, niyə göy rəngdədir?
-
5:27 - 5:30Çünki bu qanda oksigen miqdarı azdır.
-
5:30 - 5:34Mən isə oksigen qəbul etməliyəm.
-
5:34 - 5:36Oksigeni almaqda mənə
-
5:36 - 5:38ağciyərlər kömək edəcək.
-
5:38 - 5:41Oksigeni O2 kimi qeyd edirəm.
-
5:41 - 5:43Bu da göy rəngdədir.
-
5:43 - 5:46Bu da karbon qazı ilə dolduğunu bildirir.
-
5:46 - 5:49Bu, orqanizmdə atılan tullantılardır.
-
5:49 - 5:50Orqanizm xeyli miqdarda, atılacaq
-
5:50 - 5:52karbon qazı istehsal etmişdir.
-
5:52 - 5:54Belə ki, ağciyərlərdə karbon qazı atılır,
-
5:54 - 5:57oksigen alınır.
-
5:57 - 5:59Bu səbəbdən, mən də göy rəngli qandan
-
5:59 - 6:03qırmızı rəngli qana keçid edirəm.
-
6:03 - 6:07İndi isə qan bu və bu yolla geri dönür və
-
6:07 - 6:09bu kameraya tökülür.
-
6:09 - 6:09Bəs bu nədir?
-
6:09 - 6:12Bu, sol qulaqcıqdır.
-
6:15 - 6:18Sağda olduğu kimi, solda da qulaqcıq var.
-
6:18 - 6:21Bu, aşağıya doğru gedir və bunun isə sol
-
6:21 - 6:25mədəcik olduğunu güman edə bilərsiniz.
-
6:25 - 6:29Qan sağ qulaqcıqdan sağ mədəciyə
-
6:29 - 6:30getdiyi kimi, indi isə sol
-
6:30 - 6:34qulaqcıqdan sol mədəciyə gedir.
-
6:34 - 6:36Burada isə qan qapaqdan keçir.
-
6:36 - 6:42Bu qapaq ikitaylı qapaq adlanır.
-
6:42 - 6:44Bunun əsas vəzifəsi qanın təsadüfən
-
6:44 - 6:47sol mədəcikdən sol qulaqcığa qayıtmasının
-
6:47 - 6:48qarşısını almaqdır.
-
6:48 - 6:53Yəni, qanın irəliyə axmasını təmin edir.
-
6:53 - 6:55Nəhayət, sonuncu qapaq,
-
6:55 - 6:58mən bunu yazmaq üçün yaxşı bir yer tapım.
-
6:58 - 7:01Keçdiyi sonuncu qapaq
-
7:01 - 7:02aorta qapağı adlanır.
-
7:06 - 7:08Aorta qapağı sol mədəciyi bir az əvvəl
-
7:08 - 7:13haqqında bəhs etdiyimiz
-
7:13 - 7:15bu iri damardan ayırır.
-
7:15 - 7:18Bu da, əlbəttə ki, aortadır.
-
7:18 - 7:20Bu, aortadır.
-
7:20 - 7:22Qan indi aortadan keçərək,
-
7:22 - 7:24bədənin qalan hissəsinə gedir.
-
7:24 - 7:28Hazırda qanın bədəndən keçib,
-
7:28 - 7:30dörd kameraya daxil olduğunu görürsünüz.
-
7:30 - 7:33Birinci bir nömrəli kameraya, sağ qulaqcıq
-
7:33 - 7:35daha sonra sağ mədəciyə.
-
7:35 - 7:37Bu iki nömrəli kameradır.
-
7:37 - 7:40Ağciyərlərə gedir və sol qulaqcığa dönür.
-
7:40 - 7:42Bu, üç nömrəli kameradır.
-
7:42 - 7:44Sonra isə sol mədəcik.
-
7:44 - 7:47Bu proses günün hər anında həyata keçir.
-
7:47 - 7:49Ürək döyüntüsünü eşitdiyiniz hər an
-
7:49 - 7:52bu proses həyata keçir.
- Title:
- Ürək və qan dövranı|Qan dövranı fiziologiyası |NCLEX-RN | Khan Academy
- Description:
-
more » « less
Qanın ürəkdən necə axdığını öyrənin və böyük və kiçik qan dövranı arasındakı fərqi başa düşün. Rauf uşaq yoluxucu xəstəlikləri həkimidir və Khan Academy-də işləyir. Video Rauf Dadaşov tərəfindən hazırlanmışdır.
Növbəti videoya bax: https://www.khanacademy.org/test-prep/nclex-rn/nclex-rn-circulatory-system/rn-circulatory-system/v/two-circulations-in-the-body?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn
Əvvəlki dərsi nəzərdən qaçırmısan? https://www.khanacademy.org/test-prep/nclex-rn/nclex-rn-circulatory-system/rn-circulatory-system/v/meet-the-heart?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn
NCLEX-RN Khan Academy-də: NCLEX-RN-də əhatə olunan məzmundan suallar toplusu. Bu suallara buradan baxa bilərsiniz: Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 United States License (available at http://creativecommons.org/licenses/by-nc-sa/3.0/us/).
Khan Academy haqqında: Khan Academy praktik tapşırıqlar, təlimat videoları və öyrənən şəxslərə sinifdən kənar mühitdə beləə öz tempindən irəliləmək üçün şəxsi jurnal da təqdim edir. Burada riyaziyyat, təbiət elmləri, kompyuter proqramlaşdırması, tarix, incəsənət tarixi, iqtisadiyyat və digər şeylər tədris olunur. Həmçinin, ixtisaslaşmış sahələri təklif etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MİT (Massaçusest Texnologiya İnstitutu) ilə yaxından əməkdaşlıq edirik.
Ödənişsiz. Hər kəs üçün. Hər zaman. #İstədiyinşeyiöyrənəbilərsən
Khan Academy-nin NCLEX RN kanalına abunə olun:
https://www.youtube.com/channel/UCDx5cTeADCvKWgF9x_Qjz3g?sub_confirmation=1Khan Academy-yə abunə olun:
https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 07:51