< Return to Video

Ürək və qan dövranı|Qan dövranı fiziologiyası |NCLEX-RN | Khan Academy

  • 0:02 - 0:05
    Bu, bədəndəki ən mükəmməl orqanlardan biri
  • 0:05 - 0:06
    olan ürəkdir.
  • 0:06 - 0:08
    İnsan ürəyidir.
  • 0:08 - 0:11
    Ürək, üzərindəki damarlarla birgə
    təsvir olunub.
  • 0:11 - 0:14
    Ona daxil olan və ondan çıxan
    damarlar vardır.
  • 0:14 - 0:16
    Belə ki, ürək bir "mühərrikdir".
  • 0:16 - 0:19
    Bədəndə ən çox işləyən orqan olduğuna görə
  • 0:20 - 0:20
    onu belə adlandırdıq.
  • 0:21 - 0:24
    Çünki ürək hələ 8 həftəlik kiçik bir döldə
  • 0:24 - 0:27
    fəaliyyətə başlayır və insan ömrünün
  • 0:27 - 0:29
    sonuna kimi dayanmadan işləyir.
  • 0:29 - 0:32
    Haqqında geniş məlumat alsanız,
  • 0:32 - 0:34
    ürək sizə daha maraqlı gələcək.
  • 0:34 - 0:36
    Lakin təkcə qıraqdan baxmaqla olmur.
  • 0:36 - 0:39
    İçini görünə biləcəyi kimi
  • 0:39 - 0:41
    çəkməyə çalışıram.
  • 0:41 - 0:43
    İndi isə bunu göstərim.
  • 0:43 - 0:46
    Bu diaqram vasitəsilə ürəkdən keçən
  • 0:46 - 0:49
    qanın getdiyi yola baxaq.
  • 0:49 - 0:52
    Bu küncə balaca bir şəkil çəkim.
  • 0:52 - 0:55
    Tutaq ki, burda bir adam var.
  • 0:55 - 0:58
    Bu üzüdür, bu boynudur.
  • 0:58 - 1:01
    Qolları da çəkirəm.
  • 1:01 - 1:05
    Sinəsinin düz ortasında ürək vardır.
  • 1:05 - 1:07
    Beləliklə, qan, ayaqlar da daxil
  • 1:07 - 1:09
    olmaqla, bədənin bütün hissələrindən
  • 1:09 - 1:12
    keçərək, birinci ürəyə qayıdır, daha
  • 1:12 - 1:13
    sonra isə bədənin digər
  • 1:13 - 1:16
    hissələrinə vurulur.
  • 1:16 - 1:19
    Tutaq ki, qan, bu qoldan qayıdır
  • 1:19 - 1:20
    və buraya tökülür.
  • 1:20 - 1:22
    Həmçinin, bu tərəfdən də.
  • 1:22 - 1:24
    Sonra isə başdan gəlir.
  • 1:24 - 1:27
    Bu üç mənbədən, iki qol və başdan gələn
  • 1:27 - 1:30
    qan böyük bir venada birləşir.
  • 1:30 - 1:34
    Bu venadan da qan, ürəyə tökülür.
  • 1:34 - 1:36
    Bundan əlavə, qıçlardakı venalar,
  • 1:36 - 1:39
    qarındakı venalarla birləşib
  • 1:39 - 1:42
    ürəyə açılır.
  • 1:42 - 1:44
    Beləliklə, qan ürəyə bu cür qayıdır.
  • 1:44 - 1:48
    Vena dediyim zaman bilin ki,
  • 1:48 - 1:50
    onların vasitəsilə qan, ürəyə
  • 1:50 - 1:52
    doğru gedir.
  • 1:55 - 1:57
    Qan ürəyə doğru gedir və
  • 1:57 - 2:01
    ürək də qanı vurduqdan sonra
  • 2:01 - 2:03
    yenidən qan, ürəyə qayıtmalı olacaq.
  • 2:03 - 2:05
    Qan, ürəkdən çıxmalıdır.
  • 2:05 - 2:06
    Bu da aortadır.
  • 2:06 - 2:08
    Aorta, belə bir qövs əmələ gətirib.
  • 2:08 - 2:10
    Biz bunu "aorta qövsü" adlandırırıq.
  • 2:10 - 2:15
    Bu, bir damar qola, bir damarı yuxarıya,
  • 2:15 - 2:18
    bir damar da buraya göndərir.
  • 2:18 - 2:20
    Sonra isə bu qövs aşağıya, aşağıya
    doğru gedir
  • 2:20 - 2:23
    və bu cür ayrılır.
  • 2:23 - 2:25
    Dediklərim, sadələşdirilmiş versiyadır.
  • 2:25 - 2:27
    Lakin arteriya və venaların
  • 2:27 - 2:29
    quruluşu arasında bəzi
  • 2:29 - 2:31
    oxşarlıqlar vardır.
  • 2:31 - 2:34
    Arteriya dediyim zaman bilin ki, ürəkdən
  • 2:34 - 2:38
    çıxan qanı nəzərdə tuturam.
  • 2:38 - 2:39
    Onların hər ikisi A hərfi ilə
  • 2:39 - 2:42
    başlayır (artery-away),
    belə yadda saxlamaq asandır.
  • 2:42 - 2:44
    İndi isə böyük diaqramımıza nəzər yetirək.
  • 2:44 - 2:48
    O yolla gələn və bu yolla gələn qan
  • 2:48 - 2:50
    eyni nöqtədə qovuşur.
  • 2:50 - 2:52
    Əslində, qoyun, mən bunu buraya çəkim,
  • 2:52 - 2:56
    qan, "sağ qulaqcığa" axır.
  • 2:58 - 3:01
    Bu, qanın axıb töküldüyü
  • 3:01 - 3:03
    kameranın adıdır.
  • 3:03 - 3:07
    Qan, üstdəki "yuxarı boş vena" adlanan
  • 3:07 - 3:10
    iri damardan sağ qulaqcığa tökülür.
  • 3:10 - 3:13
    Bu, əlbəttə ki, venadır, çünki qanı
  • 3:13 - 3:15
    ürəyə aparır.
  • 3:15 - 3:18
    Burada aşağıda "aşağı boş vena" yerləşir.
  • 3:22 - 3:23
    Bu iki yol, qanın
  • 3:23 - 3:25
    gələcəyi istiqamətlərdir.
  • 3:25 - 3:27
    Qan sağ qulaqcığa, oradan da
  • 3:27 - 3:30
    sağ mədəciyə tökülür.
  • 3:30 - 3:34
    Düz buradakı, sağ mədəcikdir.
  • 3:34 - 3:38
    Bu, ürəyin ikinci kamerasıdır.
  • 3:38 - 3:40
    Qan, qapaqdan keçərək, buraya çatır.
  • 3:40 - 3:43
    Bu qapaq və ürəkdəki bütün qapaqlar,
  • 3:43 - 3:45
    qanın doğru istiqamətdə
  • 3:45 - 3:47
    hərəkət etməsini tənzimləyir.
  • 3:47 - 3:49
    Buna görə qan geriyə doğru hərəkət etmir.
  • 3:49 - 3:51
    Bu qapaq, "üçtaylı qapaq" adlanır.
  • 3:55 - 3:57
    Üç balaca qapaqcıqdan ibarət olduğuna görə
  • 3:57 - 3:58
    bu cür adlandırılır.
  • 3:58 - 4:00
    Bu səbəbdən ona "üç" deyirik.
  • 4:00 - 4:02
    Bilirəm, ancaq ikisini görə bilirsiniz,
  • 4:02 - 4:05
    çünki çəkdiklərim çox da mükəmməl deyil.
  • 4:05 - 4:08
    Açılan qapağı sizə göstərmək çətindir,
  • 4:08 - 4:10
    amma təsəvvür edə bilərsiniz.
  • 4:10 - 4:12
    Qan sağ mədəciyə doğru hərəkət edir.
  • 4:12 - 4:13
    Sonra hara gedir?
  • 4:13 - 4:15
    Bundan sonra qan, bu cür hərəkət edəcək:
  • 4:15 - 4:18
    Qan bu damara gedir
  • 4:18 - 4:19
    və bu şəkildə ayrılır.
  • 4:19 - 4:22
    Lakin bu, əvvəl başqa qapaqdan keçməlidir.
  • 4:22 - 4:27
    Bu qapaq, "ağciyər kötüyü qapağı"dır.
  • 4:27 - 4:28
    Bu, qanın sonra hara gedəcəyi
  • 4:28 - 4:29
    barədə ipucu verir.
  • 4:30 - 4:33
    "Pulmonary" dedikdə ağciyərlər
    başa düşülür.
  • 4:33 - 4:36
    Bu tərəfdəki
  • 4:36 - 4:38
    sol ağciyərdir.
  • 4:38 - 4:43
    Bu tərəfdəki isə sağ ağciyərdir.
  • 4:43 - 4:45
    Bu damarlar isə... Təxmin
  • 4:45 - 4:48
    edin, bu damarlar hansı damarlardır?
  • 4:48 - 4:51
    Sağ və solu düzgün ayırdığımdan əmin
  • 4:51 - 4:52
    olmaq istəyirəm.
  • 4:52 - 5:00
    Bu, sol ağciyər arteriyasıdır
  • 5:00 - 5:01
    və qanı ürəkdən aparır,
  • 5:01 - 5:04
    Bunu nə dərəcədə başa düşdüyünüzü
  • 5:04 - 5:06
    bilmək istərdim.
  • 5:06 - 5:11
    Bu isə sağ ağciyər arteriyasıdır.
  • 5:11 - 5:14
    Bunlar, sağ və sol
    ağciyər arteriyalarıdır.
  • 5:14 - 5:16
    İndi isə qan, ağciyərlərə doğru gedir.
  • 5:16 - 5:18
    Ağciyərlər də ürək kimi
  • 5:18 - 5:21
    döş qəfəsində yerləşir.
  • 5:21 - 5:23
    O, ağciyərlərə gedir.
  • 5:23 - 5:26
    Nəzər yetirin, bu qan göy rəngdə verilib.
  • 5:26 - 5:27
    Bu, niyə göy rəngdədir?
  • 5:27 - 5:30
    Çünki bu qanda oksigen miqdarı azdır.
  • 5:30 - 5:34
    Mən isə oksigen qəbul etməliyəm.
  • 5:34 - 5:36
    Oksigeni almaqda mənə
  • 5:36 - 5:38
    ağciyərlər kömək edəcək.
  • 5:38 - 5:41
    Oksigeni O2 kimi qeyd edirəm.
  • 5:41 - 5:43
    O da göy rəngdədir.
  • 5:43 - 5:46
    Bu da karbon qazı ilə dolduğunu bildirir.
  • 5:46 - 5:49
    Bədəndən alınmış tullantı
    məhsulları ilə doludur.
  • 5:49 - 5:50
    Orqanizm xeyli miqdarda atılmalı
  • 5:50 - 5:52
    karbon qazı istehsal etmişdir.
  • 5:52 - 5:54
    Belə ki, ağciyərlərdə karbon qazı atılır,
  • 5:54 - 5:57
    oksigen alınır.
  • 5:57 - 5:59
    Bu səbəbdən, mən də göy rəngli damardan
  • 5:59 - 6:03
    qırmızı rəngli damara keçid edirəm.
  • 6:03 - 6:07
    İndi isə qan bu və bu yolla geri dönür və
  • 6:07 - 6:09
    buradakı kameraya tökülür.
  • 6:09 - 6:09
    Bəs bu nədir?
  • 6:09 - 6:12
    Bu, sol qulaqcıqdır.
  • 6:15 - 6:18
    Sağda olduğu kimi, solda da qulaqcıq var.
  • 6:18 - 6:21
    O, aşağıya doğru gedir və bunun isə sol
  • 6:21 - 6:25
    mədəcik olduğunu güman edə bilərsiniz.
  • 6:25 - 6:29
    Qan sağ qulaqcıqdan sağ mədəciyə
  • 6:29 - 6:30
    getdiyi kimi, indi isə sol
  • 6:30 - 6:34
    qulaqcıqdan sol mədəciyə gedir.
  • 6:34 - 6:36
    Burada isə qan qapaqdan keçir.
  • 6:36 - 6:42
    Bu qapaq, "ikitaylı qapaq" adlanır.
  • 6:42 - 6:44
    Onun əsas vəzifəsi, qanın təsadüfən
  • 6:44 - 6:47
    sol mədəcikdən sol qulaqcığa qayıtmasının
  • 6:47 - 6:48
    qarşısını almaqdır.
  • 6:48 - 6:53
    Yəni, qanın irəliyə axmasını təmin edir.
  • 6:53 - 6:55
    Nəhayət, sonuncu qapaq.
  • 6:55 - 6:58
    Mən, bunu yazmaq üçün yaxşı bir yer tapım.
  • 6:58 - 7:01
    Keçdiyi sonuncu qapaq
  • 7:01 - 7:02
    "aorta qapağı" adlanır.
  • 7:06 - 7:08
    Aorta qapağı sol mədəciyi bir az əvvəl
  • 7:08 - 7:13
    haqqında bəhs etdiyimiz
  • 7:13 - 7:15
    bu iri damardan ayırır.
  • 7:15 - 7:18
    Bu da əlbəttə ki, aortadır.
  • 7:18 - 7:20
    Bu, aortadır.
  • 7:20 - 7:22
    Qan, indi aortadan keçərək,
  • 7:22 - 7:24
    bədənin qalan hissələrinə gedəcəkdir.
  • 7:24 - 7:28
    Hazırda qanın bədəndən keçib
  • 7:28 - 7:30
    dörd kameraya daxil olduğunu görürsünüz.
  • 7:30 - 7:33
    Birinci kamera olan sağ qulaqcığa,
  • 7:33 - 7:35
    daha sonra sağ mədəciyə.
  • 7:35 - 7:37
    Bu, iki nömrəli kameradır.
  • 7:37 - 7:40
    Ağciyərlərə gedir və sol qulaqcığa dönür.
  • 7:40 - 7:42
    Bu, üç nömrəli kameradır.
  • 7:42 - 7:44
    Sonra isə sol mədəcik.
  • 7:44 - 7:47
    Bu proses günün hər anında həyata keçir.
  • 7:47 - 7:49
    Ürək döyüntüsünü eşitdiyiniz hər an
  • 7:49 - 7:52
    bu proses baş verir.
Title:
Ürək və qan dövranı|Qan dövranı fiziologiyası |NCLEX-RN | Khan Academy
Description:

Qanın ürək boyunca hərəkətini öyrənin, böyük və kiçik qan dövranı arasındakı fərqi başa düşün. Rişi, uşaq yoluxucu xəstəlikləri həkimidir və Khan Academy-də işləyir. Video Rişi Desai tərəfindən hazırlanmışdır.

Növbəti dərsə bax: https://www.khanacademy.org/test-prep/nclex-rn/nclex-rn-circulatory-system/rn-circulatory-system/v/two-circulations-in-the-body?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn

Əvvəlki dərsi nəzərdən qaçırmısan? https://www.khanacademy.org/test-prep/nclex-rn/nclex-rn-circulatory-system/rn-circulatory-system/v/meet-the-heart?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn

NCLEX-RN Khan Academy-də: NCLEX-RN-də əhatə olunan məzmundan suallar toplusu. Bu suallar, buradan əlçatandır: Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 United States License (available at http://creativecommons.org/licenses/by-nc-sa/3.0/us/).

Khan Academy haqqında: Khan Academy tapşırıqlar, təlimat videoları və öyrənən şəxslərə sinifdənkənar mühitdə belə öz tempində irəliləmək üçün bir platforma təqdim edir. Burada riyaziyyat, təbiət elmləri, kompüter proqramlaşdırma, tarix, incəsənət tarixi, iqtisadiyyat və digər şeylər tədris olunur. Bundan əlavə, sizə xüsusi məzmun təklif etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MİT (Massaçusets Texnologiya İnstitutu) kimi qurumlarla əməkdaşlıq edirik.

Pulsuz. Hər kəs üçün. Həmişə. #YouCanLearnAnything

Khan Academy-nin NCLEX-RN kanalına abunə olun:
https://www.youtube.com/channel/UCDx5cTeADCvKWgF9x_Qjz3g?sub_confirmation=1

Khan Academy-yə abunə olun:
https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
07:51

Azerbaijani subtitles

Revisions Compare revisions