Return to Video

Contact Forces | Dynamics | AP Physics 1 | Khan Academy

  • 0:00 - 0:01
    Fizikada müxtəlif
  • 0:01 - 0:03
    qüvvə növləri vardır.
  • 0:03 - 0:04
    Lakin bütün qüvvələr
  • 0:04 - 0:07
    birbaşa təmas qüvvəsi və ya
    uzaq məsafədən təsir qüvvəsi kimi
  • 0:07 - 0:11
    göstərilə bilər. Adından da
  • 0:11 - 0:14
    göründüyü kimi təmas qüvvələri
  • 0:14 - 0:15
    iki cismin səthinin
  • 0:15 - 0:16
    bir-birinə birbaşa təmas edərək
  • 0:16 - 0:19
    tətbiq etdiyi qüvvələrə deyilir.
  • 0:19 - 0:22
    Gərilmə, reaksiya və sürtünmə
    qüvvələri gündəlik
  • 0:22 - 0:26
    qarşımıza çıxa biləcək təmas
    qüvvələrinə nümunələrdir.
  • 0:26 - 0:29
    Məsələn, şəkildə gördüyünüz kranın
  • 0:29 - 0:32
    ipi ondan asılı olan dağıdıcı topa
    birbaşa təmas qüvvəsi və ya
  • 0:32 - 0:34
    gərilmə qüvvəsi tətbiq edir.
  • 0:34 - 0:37
    Lakin o, bunu yalnız ip və
    top arasında bir əlaqə
  • 0:37 - 0:39
    və ya təmas olması şərti ilə,
    yəni top ipə bağlı
  • 0:39 - 0:41
    olduğu halda edə bilər.
  • 0:41 - 0:44
    Əgər topu ipə bağlamağı
    yaddan çıxarsanız,
  • 0:44 - 0:46
    bu ip dağıdıcı topa heç bir
  • 0:46 - 0:47
    təsir göstərməyəcək.
  • 0:47 - 0:51
    Beləliklə, birbaşa təmas qüvvələri
    uzaq məsafə qüvvələrindən
  • 0:51 - 0:53
    seçilir.
  • 0:53 - 0:56
    Bəzən onlara uzaq məsafədən
    təsir və ya sahə qüvvələri də deyilir.
  • 0:56 - 0:58
    Çünki onlar bir-birindən
  • 0:58 - 1:00
    uzaqda olan cisimlərə
    təsir edə bilirlər.
  • 1:00 - 1:01
    Qravitasiya buna ən yaxşı nümunədir.
  • 1:02 - 1:05
    Yəni Yer kürəsi və Ay bir-birinə təmas
    etməsə belə Yer Aya
  • 1:05 - 1:08
    qravitasiya qüvvəsi ilə təsir edə bilir.
  • 1:08 - 1:10
    Bu, qravitasiya sahəsi ilə bağlıdır.
  • 1:10 - 1:13
    Oxşar olaraq, elektrik sahəsi də
    bir-birinə təmas etməyən 2 yükə
  • 1:13 - 1:15
    müəyyən bir qüvvə ilə təsir edə bilər.
  • 1:15 - 1:17
    Yəni bu da birbaşa təmas qüvvəsi deyil.
  • 1:17 - 1:19
    Daha sonra, maqnitlər də toxunmadan
  • 1:19 - 1:21
    bir-birilərini cəzb edə bilirlər.
  • 1:21 - 1:24
    Beləliklə, bütün bunlar uzaq
    məsafədən təsir qüvvələri
  • 1:24 - 1:26
    və ya sahə qüvvələri adlanır.
  • 1:26 - 1:29
    Əslində bu fərqlənmə
    göründüyü kimi
  • 1:29 - 1:31
    fundamental deyil.
  • 1:31 - 1:35
    Bütün bu birbaşa təmas
    qüvvələri mahiyyətcə çox böyük
  • 1:35 - 1:39
    miqdarda uzaq məsafədən təsir
  • 1:39 - 1:40
    qüvvələrini bildirir.
  • 1:40 - 1:43
    Başqa sözlə, bu təmas qüvvələri,
    yəni gərilmə, reaksiya və
  • 1:43 - 1:47
    sürtünmə qüvvələri
    mikroskopik səviyyədə bir sıra
  • 1:47 - 1:49
    məsafə təsir qüvvələrinin çox
    kiçik məsafələrdə
  • 1:49 - 1:51
    fəaliyyəti nəticəsində yaranır.
  • 1:51 - 1:53
    Yəni onlar uzaq məsafədən təsir
    qüvvələri adlansa
  • 1:53 - 1:57
    da kiçik məsafələrdəki cisimlərə
    də təsir edə bilirlər.
  • 1:57 - 2:00
    Əslində, onların hamısı
  • 2:00 - 2:01
    bir-biri ilə əlaqədədirlər.
  • 2:01 - 2:04
    Gəlin, bütün bunları daha
    dərindən açıqlayaq.
  • 2:04 - 2:06
    Gərilmə qüvvəsi ilə başlayaq.
  • 2:06 - 2:07
    Bu gərilmə haradan gəlir?
  • 2:07 - 2:10
    Bilirik ki, gərilmə hər hansı bir ip
    tərəfindən ona
  • 2:10 - 2:13
    bağlı bir cismə təsir edən qüvvədir.
  • 2:13 - 2:14
    Həmçinin, bilirik ki, bu ip
  • 2:14 - 2:16
    atom və molekullardan təşkil olunub.
  • 2:16 - 2:17
    Onları şəkildə təsvir etməyə çalışmışıq.
  • 2:17 - 2:21
    Normal bir ip hər halda 3 ədəd
    atom enində deyil, sadəcə olaraq
  • 2:21 - 2:23
    bu şəkildə çox böyük miqdarları
    təsvir etmək istəmədim.
  • 2:23 - 2:25
    Beləliklə, təsəvvür edin ki, ipin
    içərisində müəyyən
  • 2:25 - 2:27
    qədər atom və molekul mövcuddur.
  • 2:27 - 2:30
    onlar bir-birinə kimyəvi rabitələr
  • 2:30 - 2:31
    quraraq bağlanıblar.
  • 2:31 - 2:34
    Bunlar elektromaqnit rabitələrdir və
  • 2:35 - 2:38
    öz tarazlıq vəziyyətlərindən uzaqlaşmaq
    istəmirlər.
  • 2:38 - 2:40
    Onların müəyyən bir tarazlıq halı
    var və bundan
  • 2:40 - 2:42
    çıxsalar, yenə də əvvəlki
    hallarına
  • 2:42 - 2:45
    geri qayıtmaq istəyəcəklər.
  • 2:45 - 2:48
    Yəni bu ipə dağıdıcı top
    kimi çox ağır
  • 2:48 - 2:49
    bir yük bağlasanız,
  • 2:49 - 2:51
    bu top atom və molekulları
  • 2:51 - 2:53
    dağıtmaq istəyəcək.
  • 2:53 - 2:55
    Yəni onları bir-birindən
    uzaqlaşdırmaq istəyəcək,
  • 2:55 - 2:56
    lakin onlar uzaqlaşmaq
    istəmir.
  • 2:56 - 2:59
    Başqa sözlə, atomlar və
    molekullar arasındakı
  • 2:59 - 3:02
    məsafə artıqca onlar əvvəlki hallarını
  • 3:02 - 3:03
    bərpa etməyə çalışacaqlar.
  • 3:03 - 3:06
    Nəticədə, ip dartıldıqca
    bu məsafələr
  • 3:06 - 3:09
    hiss olunmayacaq şəkildə,
  • 3:09 - 3:10
    böyüyür və onları birlikdə
  • 3:10 - 3:13
    saxlayan qüvvə də artır.
  • 3:13 - 3:15
    Beləlikə də ipin gərilmə
    qüvvəsi meydana çıxır.
  • 3:15 - 3:19
    Bu, gərilmə qüvvəsinin
    mikroskopik səviyyədə
  • 3:19 - 3:21
    başlanğıcıdır. Bu atom və
    molekullar özlərinin
  • 3:21 - 3:24
    əvvəlki halını bərpa etmək istəyirlər.
  • 3:24 - 3:26
    Bunun üçün onlar
    getdikcə daha çox çəkməlidirlər.
  • 3:26 - 3:27
    Lakin bu həmişəlik davam
  • 3:27 - 3:29
    etməyəcək. Buradan olduqca ağır bir yük
  • 3:29 - 3:32
    asılsa, elektromaqnit
    rabitələri qırılacaq və
  • 3:32 - 3:35
    molekullar parçalanacaq.
  • 3:35 - 3:36
    İp qırıldıqda
    da baş verən budur.
  • 3:36 - 3:39
    Beləliklə, gərilmənin mikroskopik
    mənşəyi budur.
  • 3:39 - 3:43
    Lakin bunun üçün Avoqadro ədədi
    qədər ox çəkmək lazım deyil,
  • 3:43 - 3:45
    yalnız bir ox kifayətdir.
  • 3:45 - 3:47
    Ona görə də belə çıxır ki,
  • 3:47 - 3:51
    bütün bu elektromaqnit kimyəvi
    rabitələri gərilmə adlanan yalnız
  • 3:51 - 3:54
    bir ox ilə ümumiləşdirmək mümkündür.
  • 3:54 - 3:57
    Bəs reaksiya qüvvəsi necə yaranır?
  • 3:57 - 3:58
    O, gərilmənin əksidir.
  • 3:58 - 4:00
    Gərilmə bir növ dartılma
  • 4:00 - 4:03
    qüvvəsidir, reaksiya qüvvəsi
    isə iki cismin bir-birini
  • 4:03 - 4:05
    əzməsinə mane olan qüvvədir.
  • 4:05 - 4:07
    Yəni atom və molekulları
  • 4:07 - 4:08
    parçalamaq əvəzinə
  • 4:08 - 4:11
    bu yaşıl qutudakı atom və
    molekullar qutunun çəkisi
  • 4:11 - 4:14
    səbəbindən masanın
    atom və molekullarını
  • 4:14 - 4:16
    itələməyə çalışır.
  • 4:16 - 4:17
    Bunu ekranda təsvir etmişəm.
  • 4:17 - 4:19
    Təkrar edirəm, qutu və masa
    əslində burada
  • 4:19 - 4:22
    göstəriləndən daha çox atom
  • 4:22 - 4:24
    və molekuldan təşkil olunub.
    Şərti olaraq onları
  • 4:24 - 4:27
    ekranda göstərildiyi kimi təsvir etmişik.
  • 4:27 - 4:29
    Bu atom və molekullar bir-birinin
  • 4:29 - 4:31
    içinə keçməyəcək, çünki
  • 4:31 - 4:33
    qutunun və masanın atom və
    molekullarının
  • 4:33 - 4:35
    ətrafında elektron buludu olacaq.
  • 4:35 - 4:37
    Onlar üst-üstə düşməyə çalışsa,
    elektromaqnit
  • 4:37 - 4:39
    itələnmə və digər
  • 4:39 - 4:41
    açıqlanması çox mürəkkəb olan
  • 4:41 - 4:44
    kvant mexaniki təsirləri baş verəcək.
    Həqiqətən də bərk
  • 4:44 - 4:47
    cisimlərin niyə bir-birinə
    nüfuz etmədiyini açıqlamaq çətindir.
  • 4:47 - 4:50
    Lakin bu atom və molekullar
    arasındakı çox sayda
  • 4:50 - 4:53
    elektromaqnit qarşılıqlı əlaqələri
    və digər kvant mekaniki
  • 4:53 - 4:56
    təsirləri mikroskopik səviyyədə
    reaksiya qüvvəsinin
  • 4:56 - 4:57
    mənşəyidir.
  • 4:57 - 5:00
    Yenə də kiçik miqyasda
    uzaq məsafədən təsir qüvvəsini
  • 5:00 - 5:02
    müşahidə etdik.
  • 5:02 - 5:05
    Bunlar bəzən insanların başını
    qarışdırır və soruşurlar ki,
  • 5:06 - 5:08
    "İki cisim nə vaxtsa
    həqiqətən toxunurmu?"
  • 5:08 - 5:09
    Yəni stulda oturduqda
  • 5:09 - 5:12
    şalvarın atom və molekulları fiziki
  • 5:12 - 5:15
    olaraq stula toxunurmu?
  • 5:15 - 5:18
    Əslində burada toxunmaq sözünü
    açıqlamaq çətindir.
  • 5:18 - 5:20
    Çünki öyrəndik ki, burada
    amorf elektron buludları
  • 5:20 - 5:22
    mövcuddur. Onların bir-birinə
    toxunmasını
  • 5:22 - 5:25
    necə müəyyən edirik? Çətindir,
    lakin heç bunu etməli deyilik.
  • 5:25 - 5:27
    Çünki bütün bu mikroskopik
    qarşılıqlı təsirləri
  • 5:27 - 5:30
    tək və böyük bir reaksiya
  • 5:30 - 5:34
    qüvvəsi şəklində ümumiləşdirə bilərik.
  • 5:34 - 5:36
    Bu bizə həm hesablama aparmağa,
    həm də açıqlama
  • 5:36 - 5:38
    verməyə kifayət edir.
  • 5:38 - 5:40
    İndi beyninizdə bir neçə
  • 5:40 - 5:41
    sual yarana bilər.
  • 5:41 - 5:43
    Yəni necə olur ki, bütün video
    birbaşa təmas
  • 5:43 - 5:44
    qüvvələri haqqında
  • 5:44 - 5:46
    olsa da iki səthin bir-birinə
    həqiqətən təmas
  • 5:46 - 5:48
    edib-etmədiyini müəyyən edə bilmirik.
  • 5:48 - 5:50
    Lakin sadə şəkildə demək olar ki,
  • 5:50 - 5:52
    siz şalvarınızın atom və molekullarının
  • 5:52 - 5:56
    stulun atom və molekullarına
    nüfuz etməsinə mane olan qüvvəni
  • 5:56 - 5:58
    müəyyən edənə
  • 5:58 - 6:00
    qədər onlar bir-birinə təmas edir.
  • 6:00 - 6:02
    Yəni reaksiya qüvvəsini
    aşkar edənə qədər
  • 6:02 - 6:03
    onlar təmasda sayılır.
  • 6:03 - 6:06
    Beləliklə, 2 səthin təmasda
    olmasını müəyyən etmək olar.
  • 6:06 - 6:09
    İndi isə gəlin digər qüvvələrə baxaq.
  • 6:09 - 6:11
    Bəs sürtünmə qüvvəsi necə?
  • 6:11 - 6:13
    Bəs onun mikroskopik mənşəyi
    nədir?
  • 6:13 - 6:16
    Bildiyiniz kimi sürtünmə qüvvəsi
    iki səthin bir-birinin
  • 6:16 - 6:20
    üzərində sürüklənməsinə
    müqavimət göstərən qüvvədir.
  • 6:20 - 6:21
    Nə üçün müqavimət göstərir?
  • 6:21 - 6:24
    Əgər bu səthlərə yaxından baxsanız,
  • 6:24 - 6:26
    nə qədər hamar görünməsinin fərqi yoxdur.
  • 6:26 - 6:27
    Məsələn, bir masanın səthini
  • 6:27 - 6:29
    təmizləsəniz belə, çox
  • 6:29 - 6:31
    yaxınlaşdırsanız, orada görəcəyiniz
  • 6:31 - 6:33
    bütün çatlara və çuxurlara heyrət edərsiniz.
  • 6:33 - 6:35
    Bütün dünyamız mikroskop altında
  • 6:35 - 6:36
    çox başqa cür görünür.
  • 6:36 - 6:39
    Oxşar olaraq, ekranda
    gördüyünüz bu bənövşəyi qutuya
  • 6:39 - 6:42
    mikroskopik səviyyədə baxsanız,
  • 6:42 - 6:46
    onun səthinin necə nahamar
    olduğuna heyrət edərdiniz.
  • 6:46 - 6:48
    Aydındır ki, əgər siz bir cismi
    digərinin üzərində sürükləməyə
  • 6:48 - 6:50
    çalışsanız, bunlar bir-birinə toqquşacaq.
  • 6:50 - 6:53
    Yəni bu təpələr və çuxurlar
    bir-birinin yoluna çıxaraq
  • 6:53 - 6:54
    problem yaradacaq və
  • 6:54 - 6:56
    müqavimət qüvvəsi meydana çıxacaq.
  • 6:56 - 6:59
    Bu sarı təpələr sına və ya
    bəzən sadəcə
  • 6:59 - 7:00
    yıxıla bilirlər.
  • 7:00 - 7:04
    Bu, sürtünmədəki müqavimətin
    səbəbidir.
  • 7:04 - 7:05
    Bəzən onlar yalnızca
  • 7:05 - 7:07
    yıxılmır, əyilə və geri sıçraya bilirlər.
  • 7:07 - 7:09
    Lakin bu hallarda belə
  • 7:09 - 7:10
    sürtünmə qüvvəsi meydana
  • 7:10 - 7:12
    çıxmasına səbəb olurlar.
  • 7:12 - 7:15
    Sürtünməni yaradan təkcə
    bunlar da deyil.
  • 7:15 - 7:18
    Bu səthdəki atom və
    molekullar da nəzərə alınır.
  • 7:18 - 7:19
    Bu hissə bir qədər hamar görünür,
  • 7:19 - 7:21
    bəlkə də onlar bir-birinin
    üstündən burada yaxşı
  • 7:21 - 7:22
    sürüşə bilərlər.
  • 7:22 - 7:26
    Lakin buradakı atom və molekullar
    arasında formalaşan
  • 7:26 - 7:28
    rabitələr də nahamarlıq
    yaradaraq sürtünmə
  • 7:28 - 7:30
    qüvvəsini gücləndirə bilər.
  • 7:30 - 7:32
    Əslində, bu da bir qədər mürəkkəbdir
  • 7:32 - 7:35
    və sürtünmə qüvvəsi ilə
    bağlı hələ də cavabsız qalan
  • 7:35 - 7:36
    bir çox sual mövcuddur.
  • 7:36 - 7:39
    Sürtünmənin öyrənilməsi
    isə tribologiya adlanır.
  • 7:39 - 7:42
    Təəccüblüdür ki, bu gün belə
    cavabsız suallar mövcuddur.
  • 7:42 - 7:44
    Lakin yaxşı xəbər odur ki, siz bütün bu
  • 7:44 - 7:48
    mikroskopik qarşılıqlı əlaqələri
    bir qüvvə olaraq 2 səthin bir-biri
  • 7:48 - 7:50
    üzərində sürüşməsinə müqavimət
  • 7:50 - 7:53
    göstərən sürtünmə
    qüvvəsi kimi adlandıra bilərsiniz.
  • 7:53 - 7:55
    Yəni səthlərə mikroskopik
    səviyyədə baxaraq
  • 7:55 - 7:58
    hesablamalar aparmağa
    ehtiyac yoxdur.
  • 7:58 - 8:00
    Sadəcə olaraq geriyə doğru sürtünməni
  • 8:00 - 8:02
    böyük bir müqavimət qüvvəsi kimi
    çəkməklə bunların
  • 8:02 - 8:04
    hamısını hesablaya bilərik.
  • 8:04 - 8:07
    Xülasə, birbaşa təmas
    qüvvələri 2 cismin
  • 8:07 - 8:10
    səthlərinin bir-birinə təmas
    etməsini və ya qarşılıqlı
  • 8:10 - 8:11
    əlaqədə olamsını tələb edir.
  • 8:11 - 8:14
    Lakin müşahidə etdik ki,
    bu təmas qüvvələri əslində
  • 8:14 - 8:18
    ağlasığmaz dərəcədə çox miqdarda
    uzaq məsafədən təsir qüvvələrinin
  • 8:18 - 8:20
    çox qısa məsafələrdə təsir etməsidir.
  • 8:20 - 8:22
    Lakin bütün bu təsir
    qüvvələrini sadə fizika
  • 8:22 - 8:25
    məsələləri edərkən tək bir
  • 8:25 - 8:28
    təmas qüvvəsi kimi
    ümumiləşdirə bilərsiniz.
Title:
Contact Forces | Dynamics | AP Physics 1 | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
08:30

Azerbaijani subtitles

Revisions Compare revisions