< Return to Video

Introduction to square roots

  • 0:00 - 0:02
    Hər hansı bir kinoya baxırsınız və orada bir obrazın
  • 0:02 - 0:05
    yazı taxtasında məsələ həll etməyə çalışdığını görürsünüz.
  • 0:05 - 0:08
    Buna bənzəyən bir işarə görürsünüz.
  • 0:08 - 0:10
    Bu, "kök" işarəsidir
  • 0:10 - 0:13
    və bu, kvadrat kökü göstərmək üçün istifadə olunur.
  • 0:13 - 0:15
    Başqa növ "kök"-lər də görəcəksiniz.
  • 0:15 - 0:16
    Amma, əsl sual odur ki,
  • 0:16 - 0:18
    bu işarə nə mənaya gəlir?
  • 0:18 - 0:20
    Biz eksponentlər haqqında biraz bilirik.
  • 0:20 - 0:22
    Görəcəksiniz ki, kvadrat kök işarəsi və ya
  • 0:22 - 0:27
    kök işarəsini başa düşmək elə də çətin deyil.
  • 0:27 - 0:29
    Gəlin bu məsələ ilə başlayaq.
  • 0:29 - 0:34
    3-ün kvadratının nə olduğunu bilirik?
  • 0:34 - 0:35
    3-ün kvadratı nədir?
  • 0:35 - 0:38
    Bu, 3 vur 3 ilə eyni şeydir
  • 0:38 - 0:41
    və 9-a bərabərdir.
  • 0:41 - 0:43
    Bəs əgər biz bu misala başqa tərəfdən baxsaq necə?
  • 0:43 - 0:45
    Fərz edin ki, biz misala 9 ilə başlamışıq,
  • 0:45 - 0:47
    Hansı ədədi özünə vurduqda 9 alınır?
  • 0:47 - 0:49
    Cavabın 3 olduğunu bilirik.
  • 0:49 - 0:52
    Lakin, bizə bunu deyən işarəni necə işlədə bilərik?
  • 0:52 - 0:57
    Bəli, düşündüyünüz kimi bu işarə
  • 0:57 - 0:59
    "kök" olacaq.
  • 0:59 - 1:03
    Kök altında 9 yazırıq.
  • 1:03 - 1:05
    Buna baxdıqda deyə bilərsiniz ki,
  • 1:05 - 1:08
    hansı ədədin kvadratı 9-a bərabərdir?
  • 1:08 - 1:11
    Deyəcəksiniz ki,
  • 1:11 - 1:15
    bu, 3-ə bərabərdir.
  • 1:15 - 1:16
    Buradakı iki ifadəyə
  • 1:16 - 1:20
    baxmağınızı istəyirəm, çünki
  • 1:20 - 1:23
    bu, kvadrat kök işarəsinin mövcudluğunu göstərir.
  • 1:23 - 1:24
    Əgər siz kök altında 9 deyirsinizsə,
    eyni zamanda
  • 1:24 - 1:29
    hansı ədədi özünə vurduqda 9-a bərabər olduğunu deyirsiniz.
  • 1:29 - 1:31
    Bu, təbii ki, 3 olacaq.
  • 1:31 - 1:35
    3-ün kvadratı 9-a bərabərdir.
  • 1:35 - 1:36
    Belə bir çox misal həll edə bilərəm.
  • 1:36 - 1:41
    4-ün kvadratı 16-ya bərabərdir.
  • 1:42 - 1:46
    Bu halda, kök altında 16 nəyə bərabər olacaq?
  • 1:46 - 1:49
    4-ə bərabər olacaq.
  • 1:49 - 1:51
    Yeni bir misala baxaq.
  • 1:51 - 1:52
    Bu dəfə kök altında ilə başlayacam.
  • 1:52 - 1:57
    Kök altında 25 nəyə bərabər olacaq?
  • 1:57 - 2:00
    Bu ədədi özünə vurduqda
  • 2:00 - 2:03
    25-ə bərabər olacaq və əgər onun kvadratını tapsam,
  • 2:03 - 2:04
    cavab olaraq 25-i əldə edəcəm.
  • 2:04 - 2:06
    Bu hansı ədəddir?
  • 2:06 - 2:08
    Təbii ki, bu, 5-dir.
  • 2:08 - 2:13
    Niyə? Çünki biz bilirik ki, 5-in kvadratı
  • 2:13 - 2:17
    25-ə bərabərdir.
  • 2:17 - 2:19
    Bilirəm ki, bəziləriniz
  • 2:19 - 2:21
    buna şübhə ilə yanaşa bilər,
  • 2:21 - 2:26
    çünki düşünə bilərsiniz ki, mən əgər -3 götürsəm,
  • 2:26 - 2:31
    və onu kvadrata yüksəltsəm,
  • 2:31 - 2:34
    müsbət 9 alacam. Eynilə
  • 2:34 - 2:35
    -4 götürsəm və onu kvadrata yüksəltsəm,
  • 2:35 - 2:38
    müsbət 16 alacam. Yaxud da, -5
  • 2:38 - 2:42
    götürsəm, müsbət 25 alacam.
  • 2:42 - 2:44
    Bəs niyə bu kvadrat kök
  • 2:44 - 2:48
    müsbət və ya mənfi ola bilməz?
  • 2:48 - 2:50
    Əslində bu, düşünülməli,
  • 2:50 - 2:52
    ağlabatan bir şeydir.
  • 2:52 - 2:56
    Amma nə zaman buna bənzər "kök" işarəsi görülsə,
  • 2:56 - 2:59
    insanlar ona adətən həqiqi kök deyirlər.
  • 2:59 - 3:01
    Həqiqi kök.
  • 3:01 - 3:05
    Həqiqi kök, həqiqi kvadrat kök...
  • 3:06 - 3:07
    Kvadrat kök.
  • 3:07 - 3:10
    Buna bir digər tərəfdən baxsaq, bu müsbətdir.
  • 3:10 - 3:12
    Bu, müsbət kvadrat kök olacaq.
  • 3:12 - 3:15
    Əgər kimsə 9-un mənfi kvadrat kökünü istəyirsə,
  • 3:15 - 3:17
    onlar buna bənzər bir ifadə səsləndirəcəklər.
  • 3:17 - 3:21
    Ekranı bir qədər yuxarıya qaldıraq.
  • 3:21 - 3:22
    Onlar belə bir şey deyəcəklər -
  • 3:22 - 3:25
    mənfi kökaltında 9.
  • 3:25 - 3:28
    Bu, mənfi 3-ə bərabər olacaq.
  • 3:28 - 3:29
    Bu halda əgər biz
  • 3:29 - 3:33
    hər iki tərəfi də kvadrata yüksəltsək,
  • 3:33 - 3:35
    hər iki tərəfi də kvadrata yüksəltsək,
  • 3:35 - 3:37
    nə əldə edəcəyik?
  • 3:37 - 3:41
    Hər hansısa bir mənfi ədədin kvadratı müsbət olacaq.
  • 3:41 - 3:43
    Kökaltında 9-un kvadratı 9-a bərabər olacaq.
  • 3:43 - 3:45
    9-a bərabər olacaq.
  • 3:45 - 3:49
    Sağ tərəfdə isə, mənfi 3-ün kvadratı...
  • 3:49 - 3:52
    mənfi 3-ü mənfi 3-ə vurduqda müsbət 9 alacağıq.
  • 3:52 - 3:53
    Bu düzgündür.
  • 3:53 - 3:58
    9 = 9
  • 3:58 - 4:00
    Bu çox maraqlıdır.
  • 4:00 - 4:03
    Gəlin bunu daha riyazi formada yazaq.
  • 4:03 - 4:06
    Fərz edin ki,
  • 4:06 - 4:10
    9-un həqiqi kökünün X-dir.
  • 4:10 - 4:15
    Burada X sadəcə bir cavab ala bilər.
  • 4:15 - 4:17
    Çünki bir çox riyaziyyatçının da standard
  • 4:17 - 4:20
    qayda olaraq qəbul etdiyi kimi, bu "kök" işarəsi
  • 4:20 - 4:22
    müsbət kvadrat kökdür, həqiqi kvadrat
  • 4:22 - 4:25
    kök olduğu üçün
  • 4:25 - 4:26
    sadəcə bir X olacaq.
  • 4:26 - 4:28
    Cavab ola biləcək sadəcə bir X olacaq.
  • 4:28 - 4:32
    X = 3
  • 4:32 - 4:36
    Əgər X-in kvadratı 9-dur yazsam,
  • 4:36 - 4:38
    bu zaman fərqli olacaq.
  • 4:38 - 4:41
    Cavab x = 3 olacaq.
  • 4:41 - 4:44
    X 3-ə bərabər ola bilər, amma
  • 4:44 - 4:45
    x-in cavabı
  • 4:45 - 4:50
    mənfi 3 də ola bilər.
  • 4:50 - 4:54
    Çünki mənfi 3-ün kvadratı 9-dur.
  • 4:54 - 4:57
    Bu iki ifadə bərabərdir.
  • 4:57 - 5:00
    Bu ifadəyə baxsanız,
  • 5:00 - 5:03
    cavab ola biləcək iki X var. Bu ifadəyə
  • 5:03 - 5:04
    baxsanız, cavab ola biləcək bir X var.
  • 5:04 - 5:07
    Bu, müsbət kvadrat kökdür.
  • 5:07 - 5:09
    Əgər kimsə cavabı iki X
  • 5:09 - 5:11
    ola biləcək bir ifadə yazmaq istəsə,
  • 5:11 - 5:13
    belə bir şeylə qarşılaşa bilərsiniz.
  • 5:13 - 5:17
    "+" və ya "-" kök altında 9 = X.
  • 5:17 - 5:22
    Bu zaman X həm mənfi, həm də müsbət 3 ola bilər.
Title:
Introduction to square roots
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
05:24

Azerbaijani subtitles

Revisions Compare revisions