< Return to Video

Vergilər və mükəmməl qeyri-elastik tələb

  • 0:00 - 0:03
    Gəlin fərqli situasiyalarda vergi yükünü
  • 0:03 - 0:05
    kimin daşıdığı barədə düşünək.
  • 0:05 - 0:07
    Bu videoda insulinə diqqət yetirəcəyik.
  • 0:07 - 0:08
    İnsulin
  • 0:08 - 0:11
    diabeti olan insanlarda qan şəkəri
    miqdarını
  • 0:11 - 0:12
    tənzimləmək üçündür.
  • 0:12 - 0:14
    Yən o insanların yaşamaq
  • 0:14 - 0:16
    üçün ona ehtiyacı var.
  • 0:16 - 0:19
    Demək olar ki, onlar üçün sonsuz
    marjinal gəliri var.
  • 0:19 - 0:21
    İnsanlar qiymətinin nə qədər
  • 0:21 - 0:22
    olmasından asılı olmayaraq,
  • 0:22 - 0:24
    lazım olan insulini almağa hazırdırlar.
  • 0:24 - 0:27
    Məsələn, insulinin qiyməti bir dollar
    olsa belə,
  • 0:27 - 0:29
    bu şəhərdəki həkimlər
    bütün diabet
  • 0:29 - 0:32
    xəstələrinin ildə 3000 flakona ehtiyacı
    olduqlarını desələr,
  • 0:32 - 0:34
    onlar ildə 3000 flakon alacaqlar.
  • 0:34 - 0:36
    Bir flakonun qiyməti 80 dollar olarsa,
  • 0:36 - 0:37
    yenə də ildə 3000 flakon alacaqlar.
  • 0:37 - 0:39
    Bu səbəbdən məqbul bir qiymət aralığında
  • 0:39 - 0:41
    tələb olunan miqdarda
  • 0:41 - 0:43
    dəyişiklik olmayacaq.
  • 0:43 - 0:44
    Bu vəziyyətdə,
  • 0:44 - 0:46
    məqbul bir qiymət aralığında
  • 0:46 - 0:51
    insulinin tələb əyrisi şaquli olur.
  • 0:51 - 0:53
    Aydındır ki, bir flakonun 9 milyon dollar
  • 0:53 - 0:56
    qiyməti olsa idi, birdən-birə
  • 0:56 - 0:58
    diabet xəstələrinin bəziləri
  • 0:58 - 1:00
    onu əldə edə bilməyəcəkdilər və qəflətən
  • 1:00 - 1:02
    əyri artıq şaquli ola bilməyəcəkdi.
  • 1:02 - 1:03
    Lakin ən azından məqbul bir qiymət
  • 1:03 - 1:05
    aralığında şaquli bir əyrimiz var.
  • 1:05 - 1:08
    Bu, bizim
  • 1:08 - 1:10
    tələb əyrimizdir.
  • 1:10 - 1:11
    Bu,
  • 1:11 - 1:12
    tamamilə
  • 1:12 - 1:15
    elastik olmayan
  • 1:15 - 1:20
    bir tələbdir.
  • 1:20 - 1:22
    Bunun tamamilə elastik olmamasını
  • 1:22 - 1:23
    bir kərpic kimi
  • 1:23 - 1:24
    düşünə bilərik.
  • 1:24 - 1:26
    Kərpici nə qədər əyməyə
    və ya
  • 1:26 - 1:29
    bükməyə çalışsanız da
  • 1:29 - 1:32
    kərpici deformasiya edə bilməyəcəksiniz.
  • 1:32 - 1:33
    Bu da elastikliyin əksinədir.
  • 1:33 - 1:35
    İstifadə etdiyimiz elastiklik tərifi
  • 1:35 - 1:37
    barədə düşünək, yəni
  • 1:37 - 1:39
    kəmiyyətdəki faiz dəyişikliyinin
  • 1:39 - 1:42
    qiymətdəki faiz dəyişikliyinə nisbəti
  • 1:42 - 1:47
    elastikliyə bərabərdir.
  • 1:47 - 1:49
    Burada qiyməti müəyyən səbəbə görə
  • 1:49 - 1:51
    bu aralıqda nə qədər
  • 1:51 - 1:53
    dəyişsək də,
  • 1:53 - 1:55
    insanlar yenə də ildə
  • 1:55 - 2:00
    3000 flakon tələb edəcəklər.
  • 2:00 - 2:04
    Gəlin burada
  • 2:04 - 2:06
    buna bənzər bir
  • 2:06 - 2:08
    təklif əyrisi çəkək.
  • 2:08 - 2:12
    Əgər bazarda
  • 2:12 - 2:14
    vergilər və ya
  • 2:14 - 2:16
    tənzimləmə yoxdursa,
  • 2:16 - 2:18
    burada çəkdiklərimə əsaslanaraq
  • 2:18 - 2:20
    tarazlıq qiyməti təxminən
  • 2:20 - 2:21
    75 dollar məbləğində olacaq.
  • 2:21 - 2:23
    Bu videodan əvvəl bir az araşdırma
    apardım,
  • 2:23 - 2:25
    həqiqətən də, bir flakon insulinin bazar
  • 2:25 - 2:27
    qiyməti təqribən bu qədərdir.
  • 2:27 - 2:29
    Tarazlılıq miqdarı, yəni insanların
  • 2:29 - 2:31
    ehtiyac duyduğu dəqiq miqdar
  • 2:31 - 2:32
    3000 flakondur.
  • 2:32 - 2:34
    Tamamilə qeyri-elastik tələbə sahib
  • 2:34 - 2:36
    olduğunuz bu situasiyada maraqlı
  • 2:36 - 2:40
    bir sual əmələ gəlir:
  • 2:40 - 2:42
    istehsalçı və istehlakçı artıqlığı nədir?
  • 2:42 - 2:45
    İstehsalçı artığı onların fürsət xərcinə
  • 2:45 - 2:46
    və ya artan marjinal xərcinə
  • 2:46 - 2:49
    nisbətində qazandıqları
  • 2:49 - 2:51
    puldur.
  • 2:51 - 2:52
    Burada
  • 2:52 - 2:53
    gördüyünüz
  • 2:53 - 2:54
    istehsalçı artıqlığıdır.
  • 2:54 - 2:56
    Bu, tarazlıq qiyməti ilə təklif əyrimiz
  • 2:56 - 2:58
    arasındakı sahədir.
  • 2:58 - 3:01
    Yəni, bu,
  • 3:01 - 3:04
    istehsalçı artıqlığıdır.
  • 3:04 - 3:05
    İstehlakçı artıqlığımız isə işlərin
  • 3:05 - 3:07
    bir az maraqlı hal aldığı hissədir.
  • 3:07 - 3:09
    İstehlakçı artıqlığı,
  • 3:09 - 3:10
    insanların ödədiklərindən daha çox
  • 3:10 - 3:12
    marjinal dəyər əldə etmələridir.
  • 3:12 - 3:15
    Ənənəvi olaraq bunun tələb əyrisi ilə
    qiymət
  • 3:15 - 3:18
    arasındakı sahə olduğunu deyirik.
  • 3:18 - 3:21
    Lakin bu vəziyyətdə,
  • 3:21 - 3:23
    bu sahə sonsuzdur.
  • 3:23 - 3:24
    Bu barədə düşünməyin
  • 3:24 - 3:25
    bir yolu da odur ki,
  • 3:25 - 3:27
    diabet xəstələri insulindən
  • 3:27 - 3:28
    sonsuz marjinal fayda əldə edirlər.
  • 3:28 - 3:31
    Bu onlara sağlam bir həyat yaşamalarına
    şərait yaradır.
  • 3:31 - 3:33
    Bu, onlara sağ qalmağa şərait yaradır.
  • 3:33 - 3:35
    Bu, onlar üçün əvəzsizdir.
  • 3:35 - 3:38
    Sonsuz istehlakçı artıqlığına sahib olmaq
  • 3:38 - 3:39
    maraqlı bir anlayışdır.
  • 3:39 - 3:41
    Bu o demək deyil ki,
  • 3:41 - 3:43
    bu vəziyyət diabet xəstələri üçün
    yaxşıdır.
  • 3:43 - 3:44
    Bu, həqiqətən onların yaşamağı üçün
  • 3:44 - 3:46
    lazım olan bir vasitədir.
  • 3:46 - 3:48
    Əgər bu, biraz daha elastik olsa idi,
  • 3:48 - 3:49
    nə baş verərdi?
  • 3:49 - 3:51
    Real dünyada
  • 3:51 - 3:52
    bunlar
  • 3:52 - 3:53
    bir az daha bahalaşarsa,
  • 3:53 - 3:54
    bəzi diabet xəstələri
  • 3:54 - 3:55
    dozaları aşağı salmağa
  • 3:55 - 3:57
    çalışacaq.
  • 3:57 - 4:00
    Real dünyada, əyri əslində
  • 4:00 - 4:02
    çox cüzi bir elastikliyə sahib ola bilər.
  • 4:02 - 4:04
    Əyri çox dik bir bucaq əmsalında olsa da,
  • 4:04 - 4:06
    bir az elastikliyə sahib olacaqdır.
  • 4:06 - 4:07
    Təsəvvür edə bilərsiniz ki,
  • 4:07 - 4:10
    bunu yuxarı qaldırmağa davam etsəm,
  • 4:10 - 4:12
    bu, bir nöqtədə sahəni
  • 4:12 - 4:13
    məhdudlaşdıracaq.
  • 4:13 - 4:16
    Bəlkə, bu hissə 2 milyon dollar
  • 4:16 - 4:18
    olsa idi, tələb kəskin şəkildə azalacaqdı,
  • 4:18 - 4:20
    amma məhdudlaşacaqdı.
  • 4:20 - 4:22
    Lakin bu, çox böyük bir istehlakçı
    artıqlığıdır.
  • 4:22 - 4:23
    Bundan əlavə olaraq,
  • 4:23 - 4:25
    düzgün yönləndirilməmiş bir siyasətçi
  • 4:25 - 4:27
    insulindən vergi almaq qərarına gəlsə
  • 4:27 - 4:28
    nə baş verəcəyini düşünək.
  • 4:28 - 4:29
    Bu, çox pis ideyadır.
  • 4:29 - 4:31
    Lakin gəlin belə olduqda
  • 4:31 - 4:32
    yükü kimin öhdəsinə götürəcəyi barədə düşünək.
  • 4:32 - 4:34
    Güman ki, vergi qoymaq məcburiyyətində
  • 4:34 - 4:37
    qalsa idiniz, bu yükü kimin öhdəsinə götürəcəyini
    təxmin
  • 4:37 - 4:38
    edə bilərdiniz.
  • 4:38 - 4:40
    Bunu təklif və tamamilə qeyri-elastik olan
  • 4:40 - 4:42
    tələb əyrimiz vasitəsi ilə düşünəcəyik.
  • 4:42 - 4:46
    Sonda qəbul edilən qərar, bir flakon üçün
  • 4:46 - 4:48
    10 dollar vergi oldu.
  • 4:48 - 4:50
    Bunu faiz əvəzinə sabit bir məbləğ
  • 4:50 - 4:52
    kimi edirəm ki, qəbul olunan
  • 4:52 - 4:53
    təklif qiyməti
  • 4:53 - 4:57
    sabit şəkildə dəyişsin.
  • 4:57 - 4:59
    İstehsalçıların əldə etməli olduqları
    budur.
  • 4:59 - 5:01
    3000 flakon istehsal etmələrini
    istəyirsinizsə,
  • 5:01 - 5:03
    onlar hərəsi üçün 75 dollar almalıdırlar.
  • 5:03 - 5:06
    Əgər birinci flakonu almaq istəyirsinizsə,
  • 5:06 - 5:07
    onlar 60 dollar əldə etməlidirlər.
  • 5:07 - 5:11
    İstehsalçıların əldə etməsi lazım olan
    pula vergi əlavə etdikdə,
  • 5:11 - 5:12
    yeni bir əyri çəkirik.
  • 5:12 - 5:13
    Bunu dəfələrlə etmişik.
  • 5:13 - 5:16
    İlk flakon üçün istehsalçının 60 dollara
    ehtiyacı var,
  • 5:16 - 5:18
    ancaq vergini də əlavə etdikdə
  • 5:18 - 5:20
    70 dollar olacaq.
  • 5:20 - 5:22
    1000 flakon üçün altmış neçəsə olacaq.
  • 5:22 - 5:23
    Vergini də əlavə etdikdə
  • 5:23 - 5:26
    qiymət bu hissədə olacaq.
  • 5:26 - 5:28
    3000 flakon üçün istehsalçıya
    təqribi 75, 76 dollar
  • 5:28 - 5:31
    lazımdır, üzərinə 10 dollar
    vergi əlavə etsəniz,
  • 5:31 - 5:34
    nəticədə 85, 86 dollar edəcək.
  • 5:34 - 5:36
    Yeni bir əyri əldə etdik.
  • 5:36 - 5:39
    Qiyməti istehlakçı perspektivi
  • 5:39 - 5:41
    və ya
  • 5:41 - 5:43
    təklif üstəgəl vergi əyrisi kimi
  • 5:43 - 5:47
    görə bilərsiniz.
  • 5:47 - 5:54
    Mən bunu təklif üstəgəl vergi əyrisi
  • 5:54 - 5:55
    kimi
  • 5:55 - 5:56
    adlandıracağam.
  • 5:56 - 5:58
    Bu, təklif üstəgəl vergi əyrisidir.
  • 5:58 - 6:01
    Bu, tamamilə qeyri-elastik
  • 6:01 - 6:03
    tələb əyrimiz ilə harada kəsişir?
  • 6:03 - 6:04
    Qiymətlər daha yüksək
  • 6:04 - 6:06
    olsa da, insanlar hələ də ildə tam olaraq
  • 6:06 - 6:10
    3000 flakon almalıdırlar.
  • 6:10 - 6:12
    Bu miqdarda kəsişirlər,
  • 6:12 - 6:14
    amma indi yeni bir tarazlıq qiyməti var.
  • 6:14 - 6:18
    Bizim yeni tarazlıq qiymətimiz 10 dollar
    daha yüksəkdir.
  • 6:18 - 6:24
    Əgər əvvəl 75, 76 dollar idisə,
    indi isə 85, 86 dollardır.
  • 6:24 - 6:29
    Buradakı fərq 10 dollardır.
  • 6:29 - 6:30
    Gəlin bu situasiyada
  • 6:30 - 6:31
    hökumətin əldə edəcəyi
  • 6:31 - 6:35
    ümumi gəliri nəzərdən keçirək.
  • 6:35 - 6:37
    Ümumi gəlir 10 dollar vur ildə
  • 6:37 - 6:40
    3000 flakon
  • 6:40 - 6:42
    olacaqdır.
  • 6:42 - 6:48
    Beləliklə, onlar ildə 30 000 dollar
    qazanacaqlar.
  • 6:48 - 6:52
    Gəlin kimdə daha çox artıqlıq
    yarandığına baxaq.
  • 6:52 - 6:54
    Buradakı
  • 6:54 - 6:55
    vergi
  • 6:55 - 6:57
    gəliridir.
  • 6:57 - 6:59
    İstehsalçılar hələ də tam olaraq
  • 6:59 - 7:01
    eyni istehsalçı artıqlığına sahib
    olacaqlar,
  • 7:01 - 7:04
    beləliklə, bütün vergi gəlirləri
  • 7:04 - 7:07
    birbaşa istehlakçı artıqlığından çıxılmış
    oldu.
  • 7:07 - 7:10
    Burada diqqəti çəkən bir başqa nöqtə
    odur ki,
  • 7:10 - 7:12
    tamamilə qeyri-elastik tələbimiz olduğu
    üçün,
  • 7:12 - 7:14
    hətta siz qiyməti artırsanız belə,
  • 7:14 - 7:16
    o, tələb olunan miqdarı dəyişməyəcək.
  • 7:16 - 7:18
    Belə olduqda bizdə itki olmayacaq,
  • 7:18 - 7:19
    çünki bu, tamamilə qeyri-elastik idi.
  • 7:19 - 7:21
    İstehsal olunan məhsul miqdarı eynidir,
  • 7:21 - 7:26
    beləliklə, bu vəziyyətdə, diabet
    xəstələrinin artıqlığından
  • 7:26 - 7:29
    hökumətə köçürmə baş tutur.
  • 7:29 - 7:31
    Lakin sizin itirilmiş bir artığınız
    yoxdur,
  • 7:31 - 7:36
    çünki təklif və
  • 7:36 - 7:39
    tələb əyrilərinin kəsişdiyi yer arasında
  • 7:39 - 7:44
    sizin itirilmiş sahəniz yoxdur.
  • 7:44 - 7:46
    Bunu düşünməyin bir başqa yolu da
  • 7:46 - 7:48
    qiymət artdıqca tələb olunan
  • 7:48 - 7:51
    kəmiyyətin azalmamasıdır.
Title:
Vergilər və mükəmməl qeyri-elastik tələb
Description:

Tələb elastik olduqda vergilərin yükünü kim daşıyır

Növbəti dərsi izlə: https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/consumer-producer-surplus/deadweight-loss-tutorial/v/taxes-and-perfectly-elastic-demand?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics

Əvvəlki dərsi izləyə bilmədin? https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/consumer-producer-surplus/deadweight-loss-tutorial/v/percentage-tax-on-hamburgers?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics

Khan Academy'də Mikroiqtisadiyyat: Ənənəvi kollec səviyyəsində giriş mikroiqtisadi kursunda əhatə olunan mövzular

Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və s. İlə mübarizə aparırıq. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.

Pulsuz. Hamı üçün. Əbədi. #HərşeyÖyrənəBilərsən
Khan Academy'nin Mikroiqtisadiyyat kanalına abunə olun:
https://www.youtube.com/channel/UC_6zQ54DjQJdLodwsxAsdZg
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
07:51

Azerbaijani subtitles

Revisions Compare revisions